Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-44/2021 14.07.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, Cavabdeh nümayəndəsi X7 iştirakları ilə iddiaçılar İddiaçı və X1 Cavabdeh qarşı maneələrin aradan qaldırılması, aparılan tikilinin pəncərəsinin bağlanması ərazidə nəzərdə tutulmuş ümumi istifadədə olan tualetə onlara məxsus evin darvazasınının qarşısından gedən yolun bağlanması, aparılmış qanunsuz tikintinin sökülərək həmin tualetə gedən, əvvəllər mövcud olmuş yolun cavabdehin hesabına bərpa edilməsi tələblərinə dair mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı ona məxsus fərdi yaşayış evinə və həyətyanı torpaq sahəsinə gedən avtomobil yoluna Cavabdeh tərəfindən edilən maneələrin aradan qaldırılması və həmin avtomobil yolunun açılması tələbləri haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı və X5 Azərbaycan Respublikası MPM-nin 53 və 54-cü maddələrinə əsasən məhkəməyə ərizə verərək, İddiaçı Cavabdeh qarşı avtomobil yoluna edilən maneələrin aradan qaldırılması və yolun açılması tələbinə dair mülki iş üzrə X2 işə iddiaçı qismində cəlb edilməsini, Gədəbəy rayonu, Söyüdlü kəndində yerləşən, onlara məxsus olan evə və həyətyanı torpaq sahəsinə Cavabdeh tərəfindən edilən cürbəcür qanunsuz təsirlərə qadağa qoyulması, yəni onlara məxsus olan evə və həyətyanı torpaq sahəsinə gedən yola Cavabdeh tərəfindən edilən maneələrin aradan qaldırılması (yolda qeyri-qanuni aparlan tikinti işlərinin dayandırılması), aparlmış tikilinin onların evin həyətinə açılan pəncərəsinin bağlanması, ərazidə nəzərdə tutulmuş ümumi istifadədə olan tualetə onlara məxsus evin darvazasınının qarşısından gedən yolun bağlanması, aparılmış qanunsuz tikintinin sökülərək həmin tualetə gedən, əvvəllər mövcud olmuş yolun cavabdehin hesabına bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisəli ərazidə ümumi tualet yerləşir. Həmin tualet ictimai tualet kimi nəzərdə tutulmuşdur. Cavabdeh qeyri-qanuni tikili çayxana tikərək həmin tualetə gedən yolu bağlamış və onların yaşadığı evin həyətinə giriş darvazasının qarşısından tualet yolu açmışdır. Həmin yoldan bütün insanlar keçərək tualetdən istifadə edir, nəticədə onların rahatlığı pozulur. Həmçinin cavabdehin apardığı qeyri-qanuni tikili onların evə və həyətyanı torpaq sahəsinə gedən yolu kəsmişdir. Cavabdehin tikdiyi obyektin qapısı onların qanuni yoluna açılır. Bundan başqa cavabdeh obyektin pəncərəsini onların həyətinə tərəf açmışdır ki, həmin obyekt çayxana kimi fəaliyyət göstərdiyindən yüksək səs-küy olur, bu da onların rahat yaşamağına maneələr törədir, dinc yaşamaq hüquqlarını pozur. Onlar bu barədə cavabdehə iradlarınıı bildirdikdə isə onlarl təhqir edir, həmin yolun onlara məxsus olmadığını, başqa yolunun olduğunu bildirərək onları hədəliyir. Ona görə də, iddia tələbinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar İddiaçı və X5 məhkəməyə ərizə göndərərək, mülki işə onların iştirakı olmadan baxılaraq, iddia tələblərinin təmin edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X10 iddia tələblərinə etiraz etmiş izahat verərək bildirmişdir ki, o, iddiaçılara məxsus fərdi yaşayış evinə gedən avtomobil yoluna heç bir maneə törətməmişdir. Ona məxsus iaşə obyektində pəncərələr iddiaçılara maneələr törətmir. Ona görə iddia tələblərinin təmin edilməməsini məhkəmədən xahiş edir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamənin surətindən görünür ki, Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının 02 dekabr 1998-ci il tarixli 13 saylı qərarına əsasən İddiaçı və X4 0.27 ha torpaq sahəsi verilmişdir. İşdə olan mütəxəssis baxışının nəticələrinə dair tərtib edilmiş Rəydən görünür ki, JN-389 A şəhadətnaməyə əsasən X6 məxsus olan Gədəbəy Rayonu, Söyüdlü kəndində yerləşən fərdi yaşayış evinə gedən avtomobil yoluna Cavabdeh tərəfindən maneələr yaradılmamışdır. İş üzrə yerində baxış keçirilmiş, yerində baxış zamanı müəyyən edilmişdir ki, iddiaçının evinə və evin yerləşdiyi həyətə gedən yolun hər iki tərəfində ictimai iaşə obyektlərinin binaları yerləşir. Yolun sol tərəfindəki bina cavabdeh tərəfindən inşa edilmişdir. Binanın üç pəncərəsi yola tərəfdir. Həmin binanın arxa tərəfinin yol tərəfdən olan tikilidən ictimai tualetə eni təxminən 1 metr olan cığır gedir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəflərin izahatlarını, habelə, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ-ci hissəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Məcəllənin 152.6-cı maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Həmin Məcəllənin 171.1-ci maddəsinə əsasən torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Beləliklə, iş üzrə yerində baxış zamanı müəyyən edilmişdir ki, iddiaçıların evinə və evin yerləşdiyi həyətə gedən yolun hər iki tərəfində ictimai iaşə obyektlərinin binaları yerləşir. Yolun sol tərəfindəki bina cavabdeh tərəfindən inşa edilmişdir. Binanın üç pəncərəsi yola tərəfdir. Həmin binanın arxa tərəfindən ictimai tualetə eni təxminən 1 metr olan cığır gedir. İddiaçılar özünə məxsus həyətin darvazasını bərpa edərlərsə mülkiyyətinə edilən maneələr aradan qalxar. Həmçinin cavabdehin tikdiyi ictimai iaşə obyektinin yanında avtomobillər saxlayarsa bu hal iddiaçının həyəti tərəfinə gedən yolun daralmasına səbəb ola bilər. Bundan əlavə ictimai tualetə iddiaçının həyəti tərəfdən yol gedir. Bu hallar iddiaçının mülkiyyət hüququnu pozur. Ona görə də iddia tələbləri qismən təmin edilməli, Cavabdeh tərəfindən İddiaçı və X3 məxsus həyətin darvazasının bərpa edilməsinə maneələrin yaradılması, yolun daralmasına səbəb olan hərəkətlərin edilməsi qadağan edilməli, ictimai tualetə İddiaçı və X3 məxsus həyət tərəfindən gedən yol bağlanılmalıdır. Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 233.1, 360 və 362-ci maddələrini rəhbər tutub, QƏT ETDİ: İddia tələbləri qismən təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı və X3 məxsus həyətin darvazasının bərpa edilməsinə maneələrin yaradılması, yolun daralmasına səbəb olan hərəkətlərin edilməsi qadağan edilsin, ictimai tualetə İddiaçı və X3 məxsus həyət tərəfindən gedən yol bağlanılsın. Ödənilmiş 10 manat dövlət rüsumu Cavabdeh alınaraq, İddiaçı və X3 verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №2(042)-44/2021
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-44/2021
14.07.2021 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver