Məhkəmə qərarları › İş №2(042)-441/2021

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-441/2021

21.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-441/2021 21.05.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X7 oğlunun katibliyi İddiaçı və Cavabdeh etibarnamə üzrə nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh üç nəfər uşağının yetkinlik yaşına çatanadək saxlanması üçün kəsilmiş alimentin miqdarının artırılaraq hər bir uşaq üçün 180 manat məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək bildirdi ki, Cavabdeh ilə 2016-cı il tarixdə qeyri-rəsmi ailə qurmuş nikahlarını 23.04.2010-cu il tarixdə Gədəbəy rayon İnəkboğan kənd İƏD üzrə nümayəndəliyində rəsmləşdirmişlər. Birgə yaçadıqaları dövrdə onların üç övladları 01.12.2007-ci il tarixdə doğulmuş X8, 01.05.2009-cu il tarixdə doğulmuş X9 və 01.01.2016-cı il tarixdə doğulmuş X5 olmuşdur. Cavabdehlə bir ailədə ər-arvad münasibətində bir evdə 2014-cü ilə kimi birgə yaşamışlar. Aralarında olan narazılığa görə ayrılmışlar. Gədəbəy rayon Məhkəməsinin 27.03.2019-cu il tarixli, 2(042)-360/2019 saylı qətnaməsi ilə, Gədəbəy rayon Məhkəməsinin 28.11.2017-ci il tarixli, 2(042)-1582/2017 qətnaməsi ilə müəyyən edilmiş, 01 dekabr 2007-ci ildə anadan olmuş X3 və 01 may 2009-cu il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə hər bir uşaq üçün tutulan 100 manat alimentin miqdarı və Gədəbəy rayon Məhkəməsinin 13.06.2016-cı il tarixli, 2(041)-542/2016-cı il tarixli qətnaməsi ilə müəyyən edilmiş, 01 yanvar 2016-cı il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə tutulan 100 manat alimentin miqdarı artırılaraq hər bir uşağa görə hər ay sabit pul məbləğində 110 manat olmaqla, üç uşaq üçün cəmi 330 manat aliment Cavabdeh alınaraq İddiaçı verilməsi qət edilmişdir. Hazırda onun maddi vəziyyəti aşağıdır, həmin məbləğlə uşaqlarının maddi tələbatını ödəməkdə çətinlik çəkir. Ona görə də uşaqlarının saxlanılması üçün təyin edilmiş alimentin miqdarının artırılmasını istəyir. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh etibarnamə üzrə nümayəndəsi X6 məhkəmə iclasında izahat verərək bildirdi ki, o, cavabdehin atasıdır. O, iddia tələbini qəbul etmir. Hal-hazırda alimenti o ödəyir. Cavabdeh ayda 250 manat maaş alır. Maddi imkanı aşağıdır. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə İddiaçı iddiası qismən təmin edilməlidir. Belə ki, işdə olan şəxsiyyət vəsiqəsinin surətlərindən görünür ki, X5 01.01.2016-cı il tarixdə Gədəbəy rayonunda, X8 01.12.2007-ci il tarixdə, X10 isə 01.05.2009-cu il tarixdə Gədəbəy rayonu, Qasımlı kəndində anadan olmuşlar. Ataları qrafasında Cavabdeh, anaları qrafasında İddiaçı qeyd edilmişdir. İşdə olan Gədəbəy rayon Məhkəməsinin 27.03.2019-cu il tarixli, 2(042)-360/2019 saylı qətnaməsindən görünür ki, Gədəbəy rayon Məhkəməsinin 28.11.2017-ci il tarixli, 2(042)-1582/2017 qətnaməsi ilə müəyyən edilmiş, 01 dekabr 2007-ci ildə anadan olmuş X3 və 01 may 2009-cu il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə hər bir uşaq üçün tutulan 100 manat alimentin miqdarı və Gədəbəy rayon Məhkəməsinin 13.06.2016-cı il tarixli, 2(041)-542/2016-cı il tarixli qətnaməsi ilə müəyyən edilmiş, 01 yanvar 2016-cı il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə tutulan 100 manat alimentin miqdarı artırılaraq hər bir uşağa görə hər ay sabit pul məbləğində 110 manat olmaqla, üç uşaq üçün cəmi 330 manat aliment Cavabdeh alınaraq İddiaçı verilməsi qət edilmişdir. Məhkəmə iclasında tərəflərin izahatı, iş materiallarında olan sənədlərlə müəyyən edildi ki, İddiaçı Cavabdeh ilə qeyri-rəsmi ailə qurmuş, birgə yaşadıqları dövrdə onların 01.12.2007-ci il təvəllüdlü X8, 01.05.2009-cu il təvəllüdlü X11 və 01.01.2016-cı il təvəllüdlü X5 adında üç uşaqları olmuşdur. Aralarında olan narazılığa görə ayrılmışlar. Gədəbəy rayon Məhkəməsinin 27.03.2019-cu il tarixli, 2(042)-360/2019 saylı qətnaməsi ilə, Gədəbəy rayon Məhkəməsinin 28.11.2017-ci il tarixli, 2(042)-1582/2017 qətnaməsi ilə müəyyən edilmiş, 01 dekabr 2007-ci ildə anadan olmuş X3 və 01 may 2009-cu il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə hər bir uşaq üçün tutulan 100 manat alimentin miqdarı və Gədəbəy rayon Məhkəməsinin 13.06.2016-cı il tarixli, 2(041)-542/2016-cı il tarixli qətnaməsi ilə müəyyən edilmiş, 01 yanvar 2016-cı il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə tutulan 100 manat alimentin miqdarı artırılaraq hər bir uşağa görə hər ay sabit pul məbləğində 110 manat olmaqla, üç uşaq üçün cəmi 330 manat aliment Cavabdeh alınaraq İddiaçı verilməsi qət edilmişdir. İddiaçı iddia qaldıraraq cavabdehdən tutulan alimentin miqdarının artırılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinin tələbinə görə, sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilibkeçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin tələbinə görə, uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 13-cü maddəsinin tələbinə görə isə, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, uşaqlarını saxlamaq valideynlərin həm qanunla müəyyən olunmuş vəzifəsi, həm də mənəvi borcudur. Təyin olunacaq aliment uşaqların maksimum dərəcədə cəmiyyətdə normal inkişafına, tərbiyəsinə, təhsilinə, müalicəsinə və s. xidmət etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, “...Bu baxımdan nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir”. Həmin qərarda göstərilmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Məhkəmə hesab edir ki, uşağın layiqli həyat şəraitinin təmin edilməsi üçün ən azı ona minimum yaşayış imkanı yaradılmalıdır. Odur ki, alimentin miqdarı məsələsini müzakirə edərkən məhkəmə uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnu əsas götürərək, eləcə də tərəflərin maddi vəziyyətini, uşağın saxlanılmasında, təhsil almasında tərəflərin iştirakları dərəcəsini nəzərə alaraq hər bir uşaq üçün təyin edilmiş 110 manat məbləğində alimentin miqdarının artırılaraq hər bir uşaq üçün 135 manat məbləğində təyin edilməsini qanuni və əsaslı, həm də uşaqların mənafeyinə uyğun hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. MPM-in 112.1 və 112.1.3-cü maddələrinə əsasən, aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. MPM-in 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Beləliklə, məhkəmə təqdim olunmuş sübutlara, tətbiq edilməli hüquq normalarına uyğun hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 30 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Gədəbəy rayon Məhkəməsinin 27.03.2019-cu il tarixli, 2(042)-360/2019 qətnaməsi ilə müəyyən edilmiş, 01 yanvar 2016-cı il tarixdə anadan olmuş X2, 01 dekabr 2007-ci ildə anadan olmuş X3 və 01 may 2009-cu il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanmaları üçün Cavabdeh İddiaçı xeyrinə tutulan 110 manat alimentin miqdarı artırılaraq hər bir uşağa görə hər ay sabit pul məbləğində 135 manat olmaqla, üç uşaq üçün cəmi 405 manat aliment Cavabdeh alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 30 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar