Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-443/2025 29.04.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı «maneələrin aradan qaldırılması tələbi barədə» mülki iş (açar sözlər: maneələrin aradan qaldırılması) Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Quliyeva Nübar Yusif qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «maneələrin aradan qaldırılması tələbi barədə» iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: I. Mülki işin mahiyyəti
1. İddiaçı məhkəmədə iddia qaldıraraq Gədəbəy rayonu, Arıqıran kəndində yerləşən mərhum atası X2 miras qalmış 0,25 ha həyətyanı torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına Cavabdeh yaratdığı maneələrə (ölçü işlərinin aparılmasına edilən müdaxilələrə) son qoyulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Gədəbəy rayonunun, Arıqıran kəndində mərhum atası X3 0,25 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş sahəsi 24 kv.m olan fərdi yaşayış evi olmuşdur. X10 xx.xx.2014-cü il tarixdə vəfat etmişdir. Atası vəfat etdikdən sonra atasının adına olan 0,25 ha həyətyanı torpaq sahəsini həmkəndliləri Cavabdeh özbaşna olaraq istifadə edir. Dəfələrlə onlara məxsus olan torpaq sahəsini boşaltmağı cavabdehə təklif etsələr də bu mümkün olmamışdır. O, atasından miras qalmış torpaq sahəsinə dair vərəsəlik şəhadətnaməsi almaq üçün sənədlərini toplayıb Gədəbəy rayon Notarat ofisinə müraciət etmişdir. Onun müraciəti əsasında Gədəbəy rayon Notariat ofisi tərəfindən xx.xx.2024-cü il tarixdə 734 saylı məktubla Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsinə miras qalmış torpaq sahəsində ölçü işləri aparmaqla onlara rəsmi məlumat verilməsi xahiş olunmuşdur. 11 saylı Şəmkir Ərazi İdarəsinin əməkdaşları 29 noyabr 2024-cü ildə həmin torpaq sahəsinin və evin yerləşdiyi əraziyə gəlib mərhum atasına məxsus olan 0,25 ha həyətyanı torpaq sahəsində ölçmə işləri aparan zaman Cavabdeh və həyat yoldaşı mütəxəssis tərəfindən ölçmə işlərinə maenələr yaradır. Bu səbəbdən sözügedən mənzilə mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması mümkün olmamışdır. 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən bu barədə xx.xx.2024-cü il tarixli, 3-21-3-40/2- 6790/24 saylı məktub verilmişdir. Cavabdehin bu qanunsuz hərəkətləri isə onun mülkiyyət hüquqlarının pozulmasına gətirib çıxarmışdır. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət etməli olmuşdur.
II. Tərəflərin mövqeləri:
3. İddiaçı məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə oxşar izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi.
4. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin, hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
İV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
6. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir.
7. Belə ki, iş materiallarında olan; - Gədəbəy rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 130 nömrəli arxiv arayışından görünür ki, Gədəbəy Rayon Dövlət Arxivində mühafizə olunan Arıqıran kənd X4 1991-1995-ci illərə dair 5 nömrəli təsərrüfatbaşına kitabın 405-ci şəxsi hesabında X3 adına qeyd olunan təsərrüfatın torpaq qrafasında 0.25 ha torpaq sahəsi və tikili qrafasında ümumi sahəsi 24 kv.m olan ev qeyd olunmuşdur. - Gədəbəy RİH başçısının Arıqıran kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 390 nömrəli arayışdan görünür ki, Gədəbəy Rayon Dövlət Arxivinin 03 oiyul 2024-cü il tarixli 130/1-4 nömrəli məktubuna əsasən həqiqətən RİH başçısının Arıqıran kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin 2021-2025-ci illəri əhatə edən 07 nömrəli ev təsərrüfatlarının uçotu kitabının 611 nömrəli şəxsi hesaba əsasən onun mərhum atası X3 adına qeyd olunan təsərrüfatın ev qrafasında 1998-ci ildə inşa edilmiş ümumi sahəsi 24 kv.m ev və torpaq qrafasında 0,25 ha torpaq sahəsi qeydə alınmışdır. - Gədəbəy rayon Notariat ofisi tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsinə xx.xx.2024-cü il tarixli, 734 nömrəli məktubdan görünür ki, təqdim olunmuş sənədlərə əsasən İddiaçı mərhum X3 qanun üzrə vərəsəsi olduğu müəyyən edilmişdir. Bununla əlaqədar mərhum X3 miras qalmış əmlakına dair müvafiq sənədlərin təqdim edilməsi xahiş olunmuşdur. - nikahın bağlanması haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X5 və X6 nikahlarını xx.xx.1999-cu il tarixdə bağlamışlar. Nikah bağlandıqdan sonra ərə Məmmədov, anasına Məmmədova soyadı verilmişdir. - ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X5 xx.xx.2014-cü il tarixdə ölmüşdür. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 25 noyabr 2024-cü il tarixli məktubdan görünür ki, mütəxəssis tərəfindən işin icraatına uyğun olaraq, təqdim edilmiş sənədlərdə qeyd olunan ünvanda yerləşən fərdi yaşayış evinin yerində müayinə olunaraq ölçülməsi zərurəti yaranmışdır. Bu zaman, sözügedən fərdi yaşayış evi üzərində mübahisəli hal aşkar edilmiş və nəticədə qeyd olunan fərdi yaşayış evi üzərində ölçmə işlərinin aparılmasına şərait yaradılmamışdır. Ona görə də, təqdim edilən sənədlərdə göstərilən fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ərizənin icrası mümkün olmamışdır.
8. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
9. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; - 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. - 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. - 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
10. Qeyd olunan maddi hüquq normalarının hüquqi şərtlərinin mövcudluğu üçün, iddiaçının qeyd edilən daşınmaz əmlaklara mülkiyyət hüquqları olmalı və həmin daşınmaz əmlakların dövlət qeydiyyatının aparılmasına cavabdeh tərəfindən maneələr yaradılmalı və bu maneələr qanunsuz olmalıdır.
11. Məhkəmədə müəyyən edildi ki, iddiaçının atası X5 xx.xx.2014-cü il tarixdə vəfat etmişdir. X1 Gədəbəy rayonu, Arıqıran kəndində 0,25 ha torpaq sahəsi və sahəsi 24 kv.m olan fərdi yaşayış evindən əmlaklar ibarət miras qalmışdır. Gədəbəy rayon Notariat ofisi tərəfindən İddiaçı mərhum X3 qanun üzrə vərəsəsi olduğu müəyyən edilmişdir. İddiaçı X1 miras qalmış daşınmaz əmlakların dövlət reyestrində qeydə alınması ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanına müraciət etsə də, cavabdeh tərəfindən ölçü işlərinin aparılmasına yaradılan maneələr nəticəsində sözügedən fərdi yaşayış evi və torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı mümkün olmamışdır. Cavabdeh məlumatlı olmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, iddia ərizəsində göstərilənləri təkzib etməmiş və iddia tələbinə qarşı hər hansı etirazı məhkəməyə daxil olmamışdır.
12. Məhkəmə hesab edir ki, sözügedən daşınmaz əmlakların dövlət qeydiyyatının aparılmasına maneələrin yaradılması iddiaçının mülkiyyət hüquqlarının pozulması ilə nəticələnir. Odur ki, sözügedən daşınmaz əmlakların dövlət qeydiyyatının aparılmasına cavabdeh tərəfindən yaradılan maneələr aradan qaldırılmalıdır.
13. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələbinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
14. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.
V. Nəticə:
15. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 233.1, 360 və 362-ci maddələrini rəhbər tutub, məhkəmə
qət etdi:
İddia təmin edilsin. Gədəbəy rayonu, Arıqıran kəndində yerləşən, X1 miras qalmış 0,25 ha həyətyanı torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına Cavabdeh tərəfindən yaradılan maneələrə (ölçü işlərinin aparılmasına edilən müdaxilələrə) son qoyulsun. Ödənilmiş 100 (bir yüz) dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim: Zamiq Rəsulov