Məhkəmə qərarları › İş №2(042)-455/2022

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-455/2022

26.07.2022 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-455/2022 26.07.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, iddiaçılar İddiaçı1, İddiaçı2, X4 nümayəndəsi X3, cavabdehlər Cavabdeh1 iştirakları ilə, iddiaçılar İddiaçı1, İddiaçı2, X4 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və üçüncü şəxs Gədəbəy Rayon Söyüdlü Bələdiyyəsinə qarşı cavabdehlər tərəfindən ona məxsus su anbarından istifadəyə edilən maneələrin aradan qaldırılması və mühərrikin götürülməsi tələblərinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı1, İddiaçı2 və X11 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və üçüncü şəxs Gədəbəy Rayon Söyüdlü Bələdiyyəsinə qarşı Gədəbəy rayonu, Söyüdlü kənd ərazisində olan, el arasında “Nazik su dərəsi” adlanan ərazidə yerləşən bulağın mənbəyinə yerləşdirilmiş beton su quyusunun içərisinə yerləşdirilmiş su mühərrikinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hesabına götürülməsi və həmin bulağa cavabdehlər tərəfindən edilən hər cür müdxiləyə son qoyulması, Gədəbəy rayonu. Söyüdlü kənd ərazisində olan, el arasında “Nazik su dərəsi” adlanan ərazidə yerləşən bulağın üst tərəfində olan beton hasarın üzərində əvvəllər mövcud olmuş, mərhum X1 adı həkk olunmuş "X5 bulağı” məzmununda mərmər daş lövhənin cavabdehlərin hesabına bərpa edilməsi, həmin mərmər daş lövhənin sındırılmasına görə dəymiş 500 manat məbləğində maddi ziyanın əvəzinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq İddiaçı1 ödənilməsi tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçılar İddiaçı1, İddiaçı2 və X4 nümayəndəsi X10 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, bildirmişdir ki, İddiaçı2 Gədəbəy rayonu, Söyüdlü kəndində öz ailə üzvləri ilə birlikdə yaşayır. Digər iddiaçılar - İddiaçı1 və İddiaçı3 Bakı şəhərində qeydiyyatda olmaqla mövsümi olaraq ata yurdu olan Gədəbəy rayonu, Söyüdlü kəndində yerləşən evlərinə gəlib qalırlar. Yaşadıqları kənddə “Nazik su dərəsi” adlanan ərazidə dərədən axan su arxının qırağında bulaq yerləşir. Bulağı mən - İddiaçı1 atası X14 və əmisi X15 tərəfindən 1964-cii ildə öz şəxsi vəsaitləri hesabına çəkmiş və hər kəsin istifadə etməsi üçün şərait yaratmışdır. Eyni zamanda onlar sağlığında bulağın üzərinə torpaq tökülməməsi üçün üst tərəfindən təxminən 2-3 metr uzunluğunda, 1 metr hündürlüyündə beton hasar çəkdirmişdir. Mən iddiaçı - İddiaçı1 mərhum babam X1 xatirəsini əziz tutaraq onun övladlarının zəhməti və təşəbbüsü ilə çəkilmiş həmin bulağın üst tərəfində olan beton hasara onun adını ("X5 bulağı") qara mərmər daşdan ibarət lövhədə yazdırıb yerləşdirmişdir. Həmin bulaqdan iddiaçılar, o cümlədən digər kənd sakinləri də istifadə edir. Bulağın suyundan içməli su kimi istifadə olunur. Bulaq heç kimin şəxsi mülkiyyətində olmamaqla ümumi istifadədə olan bulaqdır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 da Söyüdlü kənd sakinləri olmaqla ər-arvaddırlar. Təxminən 2022-ci ilin yanvar ayında cavabdehlər bulağın mənbəyində olan, suyun axdığı yerin beton hissənin ləğv edərək ondan 1.5 metr aşağıda yeni beton quyu qazmış, həmin beton quyunun ağız hissəsinə dəmir qapaq yerləşdirmiş və quyunun içərisinə su mühərriki yerləşdirmişdir. Eyni zamanda beton su quyusunun artıq olan suyunun axması üçün çıxış qoymuşdur. Halhazırda cavabdehlər su mühərriki vasitəsilə suyun hamısını öz qapısına çəkir. Bununla da cavabdehlər bu qanunsuz hərəkətləri, yəni sözügedən bulağın suyunu yalnız özünə çəkməklə iddiaçıları həmin sudan mərhum etmişdir. Dəfələrlə cavabdehlərə bu qanunsuz əməllərinə son qoymasını, yəni beton su quyusunun içərisinə qoyulmuş su mühərrəikinin götürülməsini xahiş etsələr də, onlar qanunsuz əməllərini davam etdirmişdir Ona görə də iddia ərizəsinin təmin edilməsini xahiş edir. Cavabdeh1 məhkəmə iclasında iddia tələbinə etiraz etmiş, izahat verərək, bildirmişdir ki, həmin bulaq ona məxsus torpaq sahəsində yerləşir. Ona məxsus torpaq sahəsində yerləşən bulaqdan iddiaçılar qanunsuz olaraq istifadə edir. Ona görə də iddia tələblərinin təmin edilməməsi haqqında qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh2 və üçüncü şəxs Gədəbəy Rayon Söyüdlü Bələdiyyəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5 və 185.6-cı maddələrinə əsasən işə cavabdehinvə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamənin surətindən görünür ki, X6, Cavabdeh2, Cavabdeh1, X2 və X7 Gədəbəy rayonunun Söyüdlü kəndi ərazisində 0.36 ha torpaq sahəsi verilmişdir. İş üzrə yerində müayinə təyin edilmiş, müəyyən edilmişdir ki, mübahisə edilən bulağın mənbəyində olan su quyusunda cavabdehlər tərəfindən su mühərriki quraşdırılmışdır. Müayinə keçirilən zaman mühərrik işlək vəziyyədə deyildir. Bulağın su quyusuna birləşdirilmiş borudan su sərbəst olaraq axır. Bulağın üst tərəfində olan beton hasarda sındırlmış lövhənin yeri qalmışdır. Cavabdeh1 sorğu zamanı bildirdi ki, su quyusuna su mühərrikini o, quraşdırmışdır və sutka ərzində iki dəfə mühərriki qoşaraq, su çəninə su vurur. Digər vaxtlarda su sərbəst olaraq axır və bütün kənd sakinləri sudan istifadfə edə bilirlər. İddiaçıların da su quyusuna mühərrik qoşmasına etiraz etmir. Beton lövhəni o, sındırmışdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını və işdə olan sənədləri təhlil edərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən, sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Məcəllənin 152.3-cü maddəsinə əsasən, istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Məcəllənin 164.1-ci maddəsinə əsasən 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Məcəllənin 170.3-cü maddəsinə əsasən heç kəsə icazə verilmir ki, suyun təbii axımını qonşunun ziyanına dəyişdirsin. Aşağı torpaq sahəsi üçün zəruri olan su yuxarı torpaq sahəsi üçün zəruri olan həcmdə axıdıla bilər. Su axıdılarkən aşağıda yerləşən torpaq sahəsinin mülkiyyətçisi əvvəllər ona təbii yolla gəlmiş suyu kompensasiyasız götürməlidir. Əgər suyun buraxılması nəticəsində ona ziyan dəyirsə, tələb edə bilər ki, yuxarıdakı mülkiyyətçi öz hesabına aşağı torpaq sahəsindən nov çəksin. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosessual qanunvericilik sübutеtmə vəzifələrinin bölgüsünün ümumi qаyqаsını müəyyən еqir. Bu qаydаyа görə iş iştirаkçılаrı tələb və еtirаzlаrını əsаslаndırdıqlаrı fаktlаrı isbаt еtməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirаkçısı оlаn bu və yа bаşqа şəхsi оnun öz iddiа və еtirаzlаrını əsаslаndırmаq üçün söykəndiyi hаllаrın və qаnunlа sübut еtməli оlquğu bаşqа hаllаrın sübut оlunmаsı yükündən аzаd еdə, yахud sübutеtmə yükünü bölüşdürə bilməz. Mülki prosessual qanunvericilik məhkəməyə öz təşəbbüsü ilə sübutlаr tоplаmаq hüququ vеrmir və sübutlаrın tоplаnmаsı və vеrilməsi yükünü bütünlüklə sübutеtmə yükünü dаşıyаn iş iştirаkçılаrının üzərinə qоyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İşin оbyеktiv həlli üçün yаlnız mötəbər sübutlаrdаn istifаdə оlunа bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı оlmаlı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməliqir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar birbirini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. İnsan Hüquqları üzrə Аvrоpа Məhkəməsinin "Mahmudovun Rusiyaya qarşı iş üzrə" 26 iyul 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti, incumbit probalion”, yəni, sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həmmövculuğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda, "Qavazov Bolqarıstana qarşı iş üzrə" 06 mart 2008-ci il larixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutları qiymətləndirərkən bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir. Beləliklə, iş üzrə yerində müayinə təyin edilmiş, müəyyən edilmişdir ki, mübahisə edilən bulağın mənbəyində olan su quyusunda cavabdehlər tərəfindən su mühərriki quraşdırılmışdır. Müayinə keçirilən zaman mühərrik işlək vəziyyədə deyildir. Bulağın su quyusuna birləşdirilmiş borudan su sərbəst olaraq axır. Bulağın üst tərəfində olan beton hasarda sındırlmış lövhənin yeri qalmışdır. Cavabdeh1 sorğu zamanı bildirdi ki, su quyusuna su mühərrikini o, quraşdırmışdır və sutka ərzində iki dəfə mühərriki qoşaraq, su çəninə su vurur. Digər vaxtlarda su sərbəst olaraq axır və bütün kənd sakinləri sudan istifadfə edə bilirlər. İddiaçıların da su quyusuna mühərrik qoşmasına etiraz etmir. Beton lövhəni o, sındırmışdır. Məhkəmənin qənaətinə görə uzun müddət iddiaçının istifadəsində olan suyun istifadəsinə maneələr aradan qaldırılmalıdır. Bundan başqa iddiaçıya maddi ziyan dəyməsi halı sübut edilməmişdir. Ona görə də iddia tələbləri qismən təmin edilməli, Gədəbəy rayonu, Söyüdlü kənd ərazisində olan, el arasında “Nazik su dərəsi” adlanan ərazidə yerləşən bulağın mənbəyinə yerləşdirilmiş beton su quyusunun içərisinə yerləşdirilmiş su mühərriki cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hesabına götürülməli, həmin bulağa cavabdehlər tərəfindən edilən hər cür müdxiləyə son qoyulmalı, Gədəbəy rayonu. Söyüdlü kənd ərazisində olan, el arasında “Nazik su dərəsi” adlanan ərazidə yerləşən bulağın üst tərəfində olan beton hasarın üzərində əvvəllər mövcud olmuş, mərhum X1 adı həkk olunmuş "X5 bulağı” məzmununda mərmər daş lövhə cavabdehlərin hesabına bərpa edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Аzərbаycаn Rеspublikаsı MPM-nin 216-227, 358-360 və 362-cı mаddələrini rəhbər tutаrаq, Qət etdi: İddia tələbləri qismən təmin edilsin. Gədəbəy rayonu, Söyüdlü kənd ərazisində olan, el arasında “Nazik su dərəsi” adlanan ərazidə yerləşən bulağın mənbəyinə yerləşdirilmiş beton su quyusunun içərisinə yerləşdirilmiş su mühərriki cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hesabına götürülsün və həmin bulağa cavabdehlər tərəfindən edilən hər cür müdxiləyə son qoyulsun. Gədəbəy rayonu. Söyüdlü kənd ərazisində olan, el arasında “Nazik su dərəsi” adlanan ərazidə yerləşən bulağın üst tərəfində olan beton hasarın üzərində əvvəllər mövcud olmuş, mərhum X1 adı həkk olunmuş "X5 bulağı” məzmununda mərmər daş lövhə cavabdehlərin hesabına bərpa edilsin. Ödənilmiş 100 manat dövlət rüsumunun 50 manat hissəsi Cavabdeh1 və Cavabdeh2 alınaraq, İddiaçı1, İddiaçı2 və X8 verilsin. Qətnamədən rəsmi verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar