Məhkəmə qərarları › İş №2(042)-455/2023

Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №2(042)-455/2023

23.06.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № 2(042)-455/2023 23.06.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 oğlunun katibliyi, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “vurulmuş ziyanın ödənilməsi və cavabdehlərin üzərinə heyvanın onlardan təhvil alınması vəzifəsinin qoyulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “vurulmuş ziyanın ödənilməsi və cavabdehlərin üzərinə heyvanın onlardan təhvil alınması vəzifəsinin qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, iş üzrə məhkəmə baxış iclası 23 iyun 2023-ci il tarixə, saat 16:40-a təyin edilmişdir. İddiaçı məhkəməyə ərizə-vəsatət verərək iddia ərizəsinin baxılmamış saxlanmasını və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 259.0.11-cı maddəsinin tələbinə görə iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, belə olan halda ərizə baxılmamış saxlanmalıdır. Həmçinin iddiaçıya izah edilməlidir ki, MPM-in 260.4-cü maddəsinin tələbinə görə iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “vurulmuş ziyanın ödənilməsi və cavabdehlərin üzərinə heyvanın onlardan təhvil alınması vəzifəsinin qoyulması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın, iddia ərizəsinə əlavə edilmiş sənədlər İddiaçı geri qaytarılsın. İddiaçıya izah edilsin ki, MPM-in 260.4-cü maddəsinin tələbinə görə iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardaddan rəsmi verildiyi gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar