Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-457/2021 18.05.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X3 oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh azyaşlı uşaqlarının saxlanılıb tərbiyə edilməsi üçün kəsilmiş 65 manat alimentin miqdarının artırılaraq hər uşağa görə sabit pul məbləğində 200 manat olmaqla cəmi 400 manat aliment kəsilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh ilə 2006 il tarixdə faktiki olaraq evlənmişlər. Birgə yaşadıqları dövrdə onların iki övladları olmuşdur. Uşaqlar hal-hazırda onun himayəsində yaşayır. Cavabdeh aliment tələbinə dair Gədəbəy rayon məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş və Gədəbəy Rayon Məhkəməsinin 2013-cu il tarixli qətnaməsinə əsasən bir uşaq üçün 50 manat olmaqla iki uşaq üçün 100 aliment kəsilmişdir. Gədəbəy Rayon Məhkəməsinin 2014-cü il qətnaməsinə əsasən bir uşaq üçün 65 manat olmaqla iki uşaq üçün 130 aliment kəsilmişdir. Uşaqları məktəblidir və onun təminatlarını ödəməyə çətinlik çəkir. Cavabdeh maddi imkanı daha yaxşıdır. Odur ki, azyaşlı uşaqlarının saxlanılıb tərbiyə edilməsi üçün Cavabdeh kəsilmiş hər uşaq üçün 65 manat alimentin miqdarının artırılaraq hər uşaq üçün 200 (iki yüz) manat olmaqla aliment kəsilməsini istəyir. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etmədi və izahatında bildirdi ki, O, heç bir yerdə işləmir. Maddi imkanı aşağıdır. Kəsilmiş 130 manat alimenti ödəməkdə belə çətinlik çəkir. Odur ki, iddia tələbini rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə İddiaçı iddiası qismən təmin edilməlidir. Belə ki, işdə olan iddiaçıya aid şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Gədəbəy rayonu, Söyüdlü kəndində qeydiyyatdadır. İşdə olan İİİ-ЬA № 709288 seriyalı və İİİ-ЬA № 709289 seriyalı doğum haqqında şəhadətnamələrin lazımi qaydada təsdiq edilmiş surətlərindən görünür ki, X6 22 iyun 2007-ci il tarixdə, X5 isə 08 avqust 2008-ci il tarixdə doğulmuşlar, ataları qrafasında Cavabdeh, anaları qrafasında İddiaçı qeyd edilmişdir. İşdə olan Gədəbəy rayon Məhkəməsinin 17 oktyabr 2013-cü il tarixli, 2(041)- 823/2013 saylı qətnaməsini surətindən görünür ki, İddiaçı 22 iyun 2007-ci il tarixdə doğulmuş X4 və 08 avqust 2008-ci il tarixdə doğulmuş X1 atasının Cavabdeh olması faktının müəyyən edilməsi və Cavabdeh 21 avqust 2013-cü il tarixdən başlayaraq, 22 iyun 2007-ci il tarixdə doğulmuş X4 və 08 avqust 2008-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində hər bir uşaq üçün 50 manat olmaqla ümumilikdə hər ay 100 manat miqdarında aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. İşdə olan Gədəbəy rayon Məhkəməsinin 10 oktyabr 2014-cü il tarixli, 2(041)- 982/2014 saylı qətnaməsinin surətindən görünür ki, Gədəbəy rayon Məhkəməsinin 17 oktyabr 2013-cü il tarixli, 2(041)-823/2013 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılması və Cavabdehdn 22 iyun 2007-ci il tarixdə doğulmuş X4 və 08 avqust 2008-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində hər bir uşaq üçün 50 manat olmaqla ümumilikdə hər ay 100 manat miqdarında tutularaq İddiaçı verilən alimentin miqdarı hər bir uşaq üçün 65 manat olmaqla, ümumilikdə hər ay 130 manat miqdarında müəyyən edilməsi qət edilmişdir. Məhkəmə iclasında tərəflərin izahatı və iş materiallarında olan sübutlarla müəyyən edildi ki, o, Cavabdeh ilə 2006-ci ildə qeyri-rəsmi olaraq ailə qurmuşlar. Aralarında olan narazılığa görə ayrılmışlar. Birgə yaşadıqları dövrdə onların iki uşaqları olmuşdur. O, 2017-ci ilin avqust ayında Cavabdeh qarşı “atalığı müəyyən edilməsi və alimentin tutulması” tələbinə dair iddia ərizəsi ilə Gədəbəy rayon Məhkəməsinə müraciət etmişdir. Gədəbəy rayon Məhkəməsinin 17 oktyabr 2013-cü il tarixli, 2(041)-823/2013 saylı qətnaməsi ilə, İddiaçı 22 iyun 2007-ci il tarixdə doğulmuş X4 və 08 avqust 2008-ci il tarixdə doğulmuş X1 atasının Cavabdeh olması faktının müəyyən edilməsi və Cavabdeh 21 avqust 2013-cü il tarixdən başlayaraq, 22 iyun 2007-ci il tarixdə doğulmuş X4 və 08 avqust 2008-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində hər bir uşaq üçün 50 manat olmaqla ümumilikdə hər ay 100 manat miqdarında aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. Gədəbəy rayon Məhkəməsinin 10 oktyabr 2014-cü il tarixli, 2(041)-982/2014 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq hər bir uşaq üçün 65 manat olmaqla, ümumilikdə hər ay 130 manat miqdarında müəyyən edilməsi qət edilmişdir. İddiaçı məhkəmədə iddia qaldıraraq cavabdehdən tutulan alimentin miqdarının artırılmasını xahiş edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinin tələbinə görə, sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilibkeçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin tələbinə görə, uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 13-cü maddəsinin tələbinə görə isə, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, uşaqlarını saxlamaq valideynlərin həm qanunla müəyyən olunmuş vəzifəsi, həm də mənəvi borcudur. Təyin olunacaq aliment uşaqların maksimum dərəcədə cəmiyyətdə normal inkişafına, tərbiyəsinə, təhsilinə, müalicəsinə və s. xidmət etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, “...Bu baxımdan nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir”. Həmin qərarda göstərilmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Məhkəmə hesab edir ki, uşağın layiqli həyat şəraitinin təmin edilməsi üçün ən azı ona minimum yaşayış imkanı yaradılmalıdır. Odur ki, alimentin miqdarı məsələsini müzakirə edərkən məhkəmə uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnu əsas götürərək, tərəflərin maddi vəziyyətini, uşağın saxlanılmasında və təhsil almasında tərəflərin iştirakları dərəcəsini nəzərə alaraq, hər bir uşaq üçün müəyyən edilmiş 65 manat alimentin artırılaraq 110 manat olmaqla, iki uşaq üçün cəmi 220 manat məbləğində müəyyən edilməsini qanuni və əsaslı, həm də uşaqların mənafeyinə uyğun hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. MPM-in 112.1 və 112.1.3-cü maddələrinə əsasən, aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. MPM-in 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Beləliklə, məhkəmə təqdim olunmuş sübutlara, tətbiq edilməli hüquq normalarına uyğun hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 30 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Gədəbəy Rayon Məhkəməsinin 10 oktyabr 2014-cü il tarixli, 2(041)-982/2014 saylı qətnaməsi 22 iyun 2007-ci il təvəllüdlü X4 və 08 avqust 2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər bir uşaq üçün tutulan 65 manat alimentin miqdarı artırılaraq hər ay sabit pul məbləğində hər bir uşaq üçün 110 manat olmaqla, iki uşaq üçün cəmi 220 manat məbləğində aliment Cavabdeh alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 30 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №2(042)-457/2021
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-457/2021
18.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver