Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-458/2025 04.06.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Qasımov Fuad Kamil oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabeh Cavabdeh qarşı Cavabdeh ona borclu olduğu 3110 markalı ** KR *** dövlət qeydiyyat nömrəli avtomobili satmaqla 3500 manat,Opel savera markalı **-RU- *** dövlət qeydiyyat nömrəli avtomobili öz adına sənədləşdirməklə 12700 manat, evindən götürdüyü 8000 manat və 50 qəpiklərlə dolu olan üç kiloluq bankanın götürməklə 700 manat, yəni, cəmi 24900 manat və dövlət rüsumu kimi ödədiyi 164.70 manatın, ümumilkidə, 25064.70 mantın cavabdehdən alınaraq, ona verilməsi tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etmiş, izahat verərək, bildirmişdir ki, o,Gədəbəy rayonunun Maarif kəndində X3 ilə birlikdə yaşayır. 2024-cü ilin may ayında Cavabdeh ilə nikah bağlamadan ailə qurmuş və cavabdeh onun evinə köçmüşdür. Həmin vaxtlar birgə yaşadıqları evin giriş qapısının açarını götürmüş, hər gün işləmək məqsədi ilə evdən getmiş, axşamlar evə gələrk onlarla birlikdə evdə yaşamışdır. X2 2022-ci il tarixdə özünə 3110 markalı ** KR *** Dövlət qeydiyyat nömrəli avtomobil almış, bundan sonra X2 03 may 2023-cü il tarixdə lizinq yolu ilə əvvəldən 3000 manat ödəyərək Opel savera markalı avtomobil almışdır.Həmin avtomobilin kreditini 03 may 2024-cü ildə tam şəkildə ödəyərək qurtarmışdır. Oğlu X1 getməli olduğuna görə əvvəlcə Opel savera markalı avtomobili qohumu Şamxal Şahmalıyevin adına sənədləşdirilmək istəmiş, Cavabdeh onunla ailə qurduğuna və etibar qazandığına görə həmin avtomobili Sərxan Şahmalıyevin yox, cavabdehin adına sənədləşdirmiş, cavabdeh X4 etibarnamə vermişdir. Cavabdeh 2024-cü ilin avqust ayında həmin avtomobili 3500 manata satmışdır. O, cavabdehdən avtomobilin pulunu istəmiş, nisyə satdığını bildirərək, həmin şəxsləri tanıdığını və pulu alıb gətrəcəyini bildirmişdir. 24 may 2024-cü il tarixdə bağçada işləyən vaxtı cavabdeh onun mobil telefonu ilə tanımadığı şəxsə zəng etmiş, taksi kimi çağıraraq Opel savera markalı avtomobilin cəriməsi olduğuna görə duracağa qoyulduğunu taksi ilə gedib avtomobili duracqdan çıxarmaq istədiyini demişdir. O, cavabdehə həmin cəriməni ödəməsi üçün pulunun olmadığını bildirmiş və pulu haradan aldığını soruşmuşdur. O, cavabdehin evdə ona məxsus 8000 manat pulun yerini bildiyini düşünərək, gəlib pulu qoyduğu yerə baxmiş və 8000 manat pulun və 50 qəpiklərlə dolu olan üç kiloluq bankanın olmadığını görmüşdur. Cavabdehin öz nömrəsi olmadığına görə taksi sürücüsünə zəng etmiş, cavabdehlə danışmaq istədiyini bildirmişdir. Həmin şəxs cavabdehin avtomobilin cəriməsini ödəyərək, avtomobillə Gəncə şəhər istiqamətində getdiyini bildrimişdir. Yəni, cavabdeh avtomobilin satışından əldə etdiyi pulu, həmçinin 8000 manatı və 50 qəpiklərlə dolu olan üç kiloluq bankanın götürməklə onun 24900 manat pulunu mənimsəmişdir. Ona görə də iddia tələbinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişləri göndərilmiş, bildirişlər köçüb qeydi ilə geri qaytarımışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan 05 oktyabr 2024-cü il tarxi Cinayət İşinin Başlanmasının X12 qərarın surətindən görünür ki,İddiaçı müraciəti ilə bağlı cinayət hadisəsi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. İşdə olan 23 may 2025-ci il tarxli Cinayət İşinin Başlanmasının X12 qərarın surətindən görünür ki, İddiaçı müraciəti ilə bağlı cinayət hadisəsi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə iddiaçının izahatını və işdə olan sənədləri təhlil edərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.[771] Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir . Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, iddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad edilən hallar sübut edilməmişdir. Ona görə də iddia tələbi təmin edilməməlidir. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220, 227, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №2(042)-458/2025
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-458/2025
04.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver