Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-459/2023 23.06.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh2 Həvila qızı və Cavabdeh1 qarşı borc tələbinə dair mülki işə 23 iyun 2023-cü il tarixdə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiаçı İddiaçı cavabdehlər Cavabdeh2 Həvila qızı və Cavabdeh1 qarşı cavabdehlərdən müştərək qaydada ona çatası 7400 manatın və ödənilmiş 120 manat dövlət rüsumunun alınaraq, ona verilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etmiş, izahat verərək bildirmişdir ki, cavabdehlər qohumlarıdır. Cavabdehlər 2021-ci ilin axırlarında Gədəbəy rayonu, Slavyanka kəndində 0,39 ha pay torpaq sahələrini satmaq istədiklərini bildirmiş, o, həmin torpaq sahəsini almaq istədiyini demişdir. Cavabdehlər sənədləşdirmə və digər ehtiyacları ilə əlaqədar onlar 5000 manat borc verməsini xahiş etmişlər. O, "xxxx" ASC-nnin Gəncə Filialından 5030 manat kredit almış və cavabdehlərə vermişdir. Cavabdeh1 Nuşrəvan oğlu 19 yanvar 2022-ci il tarixdə bu barədə Qəbz yazmış, bank faizi nəzərə alınmaqla, cəmi, 6880,57 manatı hər ay 500 manat olmaqla ödəmək öhdəliyini üzərinə götrmüşdür. Lakin o, öhdəliyini yerinə yetirməmişdir. Bundan başqa, cavabdehlər ondan borc istədikləri üçün, Cavabdeh1 iştirakı ilə tanışı X4 2021-ci ilin əvvəllərində bir neçə dəfəyə cəmi, 5000 manat alaraq, cavabdehlərə vermişdir. Cavabdehlər ona olan borcun bir hissəsini ödəmişlər. Lakin onların 7400 manat borcu qalmışdır. Bununla əlaqədar, o, polisə də şikayət etmiş, lakin 02 noyabr 2022-ci il tarixdə şikayəti ilə əlaqədar cinayət işinin başlanılması rədd edilmişdir. Cavabdeh2 ona poçtla göndərdiyi pullar, onun daha əvvəl aldığı borcun ödənilməsi ilə əlaqədar olmuşdur. Cavabdehlərin hazırkı borcu, həmin ödənişlərdən sonra yaranmışdır. Ona görə də iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdehlər Cavabdeh2 Həvila qızı və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada məlumat verilməsinə baxmayaraq,onlar məhkəmə iclasında iştirak etməmişlər. Cavabdeh2 Həvila qızı məhkəməyə teleqram göndərərək səhhəti ilə əlaqədar məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə Cavabdeh2 Həvila qızının vəsatəti əsasında səhhəti ilə əlaqədar birinci baxış iclasının da təxirə salındığını, bundan sonra cavabdehin xəstəliyini təsdiq edən heç bir sənədi məhkəməyə təqdim etmədiyini, onun övladı olan digər cavabdehin də məhkəmə iclasına gəlmədiyini, uzaq məsafədən gəlmiş iddiaçının məhkəmə baxış iclasının keçirilməsini təkid etməsini nəzərə alaraq, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə iclasında şahid kimi dindirilmiş X10 ifadə verərək, bildirmişdir ki, iddiaçının yaxın rəfiqəsidir. İddiaçının xahişi ilə 2021-ci ilin mart ayında cavabdehlərdən Cavabdeh1 iştirakı ilə iddiaçıya cavabdehlərə verilməsi üçün bir neçə dəfəyə, cəmi, 5000 manat borc vermişdir. Cavabdehlər bu borcu qaytarmamış, iddiaçı ondan aldığı pulu özü qaytarmışdır. Məhkəmə iclasında şahid kimi dindirilmiş X7 ifadə verərək, bildirmişdir ki, iddiaçının qonşusudur. İddaçının evində olarkən cavabdehlərin gəlib ondan borc istədiklərini və iddiaçının onlar borca verdiklərini görmüşdür. İddiaçı cavabdehlərdən Sahilə Ələsgərovanı qonşular arasında oynanılan “lotoreya” tədbirinə də qoşmuş, cavabbdeh Sahilə Ələsgərova iki adamın əvəzinə oynamış, 2022-ci ildə üçüncü növbədə pulu almış, sonradan ödəmə etməmiş, iddiaçı onların əvəzinə ödənişlər etmişdir. Cavabdehlər iddiaçıya olan borcu qaytarmamışlar. İddiaçı ilə yaxın qonşu kimi münasibətləri yaxşı olmuşdur. Yəni, cavabehlər borcu qaytrasaydılar iddiaçı ona deyərdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 şahid X7 ilə eyniməzmunlu ifadə vermişdir. İşdə olan yazıdan görünür ki, 19 yanvar 2022-ci il tarixdə Cavabdeh1 Nuşrəvan oğlu İddiaçı 6880,57 manat borc aldığını, borcu banka hər ay 500 manat ödəməklə qaytaracağını bildirmişdir. İşdə olan "xxxx" MMC-nin X9 28 mart 2023-cü il tarixli məktubundan görünür ki, Cavabdeh2 Həvila qızı və X1 tərəfindən İddiaçı 03 aprel 2020-ci il tarixdən 28 yanvar 2021-ci il tarixə qədər olan müddətdə 3830 manat göndərilmişdir. Аzərbаycаn Rеspublikаsı MPM-nin 14.2-ci mаddəsinə əsаsən məhkəmə yаlnız tərəflərin təqdim еtdikləri sübutlаrı аrаşdırmаlı və оnlаrdаn istifаdə еtməlidir. Həmin Məcəllənin 77.1-ci mаddəsinə əsаsən hər bir tərəf öz tələblərinin və еtirаzlаrının əsаsı kimi istinаd еtdiyi hаllаrı sübut еtməlidir. Məcəllənin 217.4-cü mаdəsinə əsаsən məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Məhkəmə iddiaçının izаhаtını, şahid ifadələrini və işdə olan sənədləri tədqiq edərək, hеsаb еdir ki, iddiа ərizəsi təmin еdilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Bu qаydаyа görə iş iştirаkçılаrı tələb və еtirаzlаrını əsаslаndırdıqlаrı fаktlаrı isbаt еtməlidirlər. Mülki prosessual qanunvericilik məhkəməyə öz təşəbbüsü ilə sübutlаr tоplаmаq hüququ vеrmir və sübutlаrın tоplаnmаsı və vеrilməsi yükünü bütünlüklə sübutеtmə yükünü dаşıyаn iş iştirаkçılаrının üzərinə qоyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə hеsаb еdir ki, işin оbyеktiv həlli üçün yаlnız mötəbər sübutlаrdаn istifаdə оlunа bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı оlmаlı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. İnsan Hüquqları üzrə Аvrоpа Məhkəməsinin "Mahmudovun Rusiyaya qarşı iş üzrə" 26 iyul 2007-ci il tarixli qərarında həmin məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti, incumbit probalion”, yəni, sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həmmövculuğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda, "Qavazov Bolqarıstana qarşı iş üzrə" 06 mart 2008-ci il larixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 100-cü maddəsinə əsasən məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, iddiaçı cavabdehlərə 2021-ci ilin mart ayı ərzində 5000 manat və 19 yanvar 2022-ci il tarixdə 6880,57 manat miqdarında borc vermiş, cavabdehlər borcu qaytarmaq öhdəlyini lazımınca yerinə yetirməmiş, onların iddiaçıya 7400 manat borcları qalmışdır. Ona görə də iddia tələbi təmin edilməli, cavabdehlər X2 və Cavabdeh1 Nuşrəvan oğlundan 7400 manat borc və 120 manat işə məhkəmədə baxılması üçün ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq, İddiaçı verilsin. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Аzərbаycаn Rеspublikаsı MPMnin 216-227, 358-360 və 362-cı mаddələrini rəhbər tutаrаq, qət etdi: İddiа tələbi təmin edilsin. Cavabdeh2 Həvila qızı və Cavabdeh1 7400 manat borc və 120 manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq, İddiaçı verilsin. Qətnаmədən rəsmi qaydada verildiyi gündən 1(bir) аy müddətində Gədəbəy Rаyоn Məhkəməsi vаsitəsi ilə Gəncə Аpеllyаsiyа Məhkəməsinə аpеllyаsiyа şikаyəti vеrilə bilər. Sədrlik еdən:Fizuli Mirzəquliyеv
Məhkəmə qərarları › İş №2(042)-459/2023
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-459/2023
23.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver