Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-46/2022 16.02.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı maneələrə qadağa qoyulması tələbinə dair mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı Gədəbəy rayonunun Dəyirmandağ kəndində xüsusi mülkiyyətində olan evinə gedən avtomobil yoluna Cavabdeh tərəfindən edilən maneələrə qadağa qoyulması tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə baxışı iclasında İddiaçı iddia tələbini müdafiə etmiş, izahat verərək, bildirmişdir ki, Gədəbəy rayonunun Dəyirmandağ kəndində özünə məxsus fərdi yaşayış evim və 0.7 ha həyətyanı torpaq sahəsi var. Cavabdeh onun qardaşıdır. Onlar mərhum anaları Tamam Alıyevadan qalmış torpaq sahəsini bölünmüşdür. O, payına düşən hissəsində fərdi yaşayış evi inşa etdirmişlər. Onun evinə gedən avtomaşın yolu cavabdehin torpaq sahəsindən keçir. Cavabdeh ilə 2017-ci il tarixdə ümumi razılığa gəlmiş, cavabdeh 16.08.2017-ci il tarixdə Gədəbəy rayon Notariat Ofisində ərizə verərək onun mülkiyyətində olan 0,1947 ha olan torpaq sahəsindən 0,0140 ha hissəsini ona avtomaşın yolu kimi istifadə etmək üçün təmanasız olaraq vermişdir. Həmin ərizə əsasında DƏDRX-nin 11 saylı ərazi idarəsi tərəfindən 16.08.2017-ci il tarixdə yeni bölgü eskizi tərtib edilmiş və həmin tərtib edilmiş bölgü eskizi ilə razlaşmasına dair Cavabdeh imza etmişdir. Həmin avtomaşın yolunun çəkilişi üçün xəriclənmiş vəsaiti o, öz hesabına etmişdir. Həmin tarixdən avtomaşın yolundan maneəsiz istifadə etmişlər. Lakin sonradan Cavabdeh onun həmin yoldan istifadə etməsinə maneçilik yaradır. Ona görə də iddia ərizəsinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh X2 məhkəmə ərizə göndərərək, iddia tələbinə etiraz etmiş, bildirmişdir ki, iddiaçının iddia ərizəsində göstərdiyi yol ona məxsus torpaq sahəsindən keçir. O, könüllü olaraq, iddiaçının həmin yoldan istifadə etməsinə icazə vermişdir. Lakin hazırda aralarında mübahisə olduğundan iddia tələbini qəbul etmir və təmin edilməməsini xahiş edir. Cavabdeh X1 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə iclasında mütəxəssis qismində dindirilmiş X3 məhkəmə iclasında verdiyi rəyi müdafiə etmiş, izahat verərək, bildirmişdir ki, İddiaçı məxsus torpaq sahəsinə avtomobil yolu nəzərdə tutulmuş və həmin yol Cavabdeh tərəfindən metal torla hasarlanmışdır. İşdə olan Çıxarışın surətindən görünür ki, Gədəbəy rayonunun Dəyirmandağ kəndində yerləşən 0.07 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. İşdə olan Çıxarışın surətindən görünür ki, Gədəbəy rayonunun Dəyirmandağ kəndində yerləşən 0.1947 ha torpaq sahəsi və üzərində yerləşən 154.3 kv.m fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə Cavabdeh məxsusdur. İşdə olan Bölgü eskizinin surətindən görünür ki, Cavabdeh öz mülkiyyətində olan torpaq sahəsindən İddiaçı istifadə etməsi üçün razılıq vermişdir. İşdə olan rəydən görünür ki, Cavabdeh tərəfindən p/m=8 metal tor çəkdiyi aşkar olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddiaçının və mütəxəssisin izahatlarını, mütəxəssis rəyini, işdə olan sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinin tələbinə görə, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Beləliklə, məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə etmiş, cavabdeh isə məhkəmə iclasında iştirak etməmişdir. İş üzrə cəlb edilmiş mütəxəssis mülahizəsi ilə müəyyən edilmişdir ki, İddiaçı məxsus torpaq sahəsinə avtomobil yolu nəzərdə tutulmuş və həmin yol Cavabdeh tərəfindən metal torla hasarlanmışdır. Ona görə də, iddia tələbi təmin edilməli, İddiaçı məxsus Gədəbəy rayonunun Dəyirmandağ kəndində olan evinə gedən avtomobil yoluna Cavabdeh tərəfindən edilən maneələrə qadağa qoyulmalıdır. İş materiallarından görünür ki, iddiaçı məhkəməyə müraciət edərkən 10 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 233.1, 360 və 362-ci maddələrini rəhbər tutub, QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı məxsus Gədəbəy rayonunun Dəyirmandağ kəndində olan evinə gedən avtomobil yoluna Cavabdeh tərəfindən edilən maneələrə qadağa qoyulsun. Ödənilmiş 10 manat dövlət rüsumunun əvəzi Cavabdeh alınaraq, İddiaçı verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №2(042)-46/2022
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-46/2022
16.02.2022 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver