Məhkəmə qərarları › İş №2(042)-460/2021

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-460/2021

17.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-460/2021 17.05.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X13 oğlunun katibliyi, İddiaçı X4 və Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili X10 iştirakları ilə, İddiaçı X4 Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X7 məhkəmədə iddia qaldıraraq, Cavabdeh azyaşlı oğlu Vüsalın saxlanıb tərbiyə edilməsi üçün kəsilmiş 85 manat alimentin miqdarının artırılaraq 250 manat olmaqla aliment kəsilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X7 məhkəmə iclasında iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh ilə 2003-cü il tarixdə faktiki olaraq evlənmiş və 2005-cü ilin əvvəllərinə kimi birlikdə yaşamışlar. Onların 07.06.2005-ci il tarixdə Vüsal adlı bir övladları anadan olmuşdur. O, 2009-cu il tarixdə oğlu Vüsalın atalığının müəyyən edilməsi və aliment tələbinə dair məhkəməyə iddia ərizəsi ilə müraciət etmiş, Gədəbəy rayon Məhkəməsinin 01.07.2009-cu il tarixli qətnaməsinə əsasən oğlunun atalığı müəyyən edilməklə 50 manat aliment kəsilmişdir. O, alimentin miqdarının artırılması ilə bağlı 2015-ci il tarixdə yenidən məhkəməyə müraciət etmiş və Gədəbəy rayon Məhkəməsinin 03.07.2015-ci il tarixli qətnaməsi əsasında alimentin miqdarı artırılaraq 85 manat miqdarında müəyyən edilmişdir. Kəsilmiş aliment oğlu Vüsalın maddi təminatlarını ödəmir. Ona görə də Cavabdeh alimentin miqdarının artırılaraq hər ay sabit pul məbləğində 250 manat olmaqla aliment kəsilməsini istəyir. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili X15 məhkəmə iclasında izahat verərək bildirdi ki, cavabdeh Rusiya Federasiyasındadır. Cavabdeh heç bir yerdə işləmir. İddiaçı əvvəllərdə alimentin miqdarının artırılması tələbi ilə məhkəməyə müraciətlər etmişdir. Lakin cavabdehin maddi vəziyyətində heç bir dəyişiklik yoxdur. O, hesab edir ki, uşaq böyüyüb xərci azdır. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə X4 iddiası qismən təmin edilməlidir. Belə ki, Gədəbəy RİHB-nin Pərizamanlı kənd İƏD üzrə nümayəndəlik tərəfindən verilmiş 15.07.2020-ci il tarixli, 42 saylı arayışdan görünür ki, X1 İƏD üzrə nümayəndəlikdə 02 nömrəli təsərrüfatbaşına kitabın 26-cı səhifəsində 96 nömrəli hesaba əsasən qeydiyyatdadır və hal-hazırda ərazidə yaşayır. X7 ərazidə heç bir idarə və müəssisədə işləmir. İşdə olan AZ-İİİ № 692624 seriyalı doğum haqqında şəhadətnamənin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, X11 07.06.2005-ci il tarixdə Gədəbəy rayonu, Ağamalı kəndində anadan olmuş, atası qrafasında Cavabdeh, anası qrafasında X7 qeyd edilmişdir. İşdə olan atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh 07.06.2005-ci tarixdə anadan olmuş X8 atası hesab edilmişdir. İşdə olan Gədəbəy Rayon Məhkəməsinin 01.07.2009-cu il tarixli, 2(041)-221/2009 saylı qətnaməsinin surətindən görünür ki, 07 iyun 2005-ci il tarixdə doğulmuş X9 atası Cavabdeh olması müəyyən edilməsi və 01 iyun 2009-cu il tarixdən başlayaraq Tovuz rayon Sarıtala kənd sakini Cavabdeh hər ay sabit pul məbləğində bir uşaq üçün 50 manat hesabı ilə aliment tutulub 07 iyun 2005-ci il tarixdə doğulmuş X12 yetkinlik yaşına çatanadək saxlanıb tərbiyə edilməsi üçün anası X5 verilməsi qət edilmişdir. İşdə olan Gədəbəy rayon Məhkəməsinin 03.07.2015-ci il tarixli, 2(041)-641/2015 saylı qətnaməsinin surətindən görünür ki, Gədəbəy rayon Məhkəməsinin 01 iyul 2009-cu il tarixli, 2(041)-221/2009 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılması və Cavabdeh 07 iyun 2005-ci il tarixdə anadan olmuş Vüsalın yetkinlik yaşına çatanadək saxlnması üçün tutulan alimentin miqdarı artırılaraq hər ay sabit pul məbləğində 85 manat müəyyən edilməsi qət edilmişdir. Məhkəmə iclasında tərəflərin izahatı və iş materiallarında olan sübutlarla müəyyən edildi ki, iddiaçı X7 Cavabdeh ilə 2003-cü ildə qeyri-rəsmi olaraq evlənmiş və 2005-ci il tarixədək birlikdə yaşamışlar. Aralarında rəsmi nikah olmamışdır. Aralarında olan narazılığa görə ayrılmışlar. Gədəbəy Rayon Məhkəməsinin 01.07.2009-cu il tarixli, 2(041)- 221/2009 saylı qətnaməsinə əsasən 07 iyun 2005-ci il tarixdə doğulmuş X9 atası Cavabdeh olması müəyyən edilməsi və 01 iyun 2009-cu il tarixdən başlayaraq Tovuz rayon Sarıtala kənd sakini Cavabdeh hər ay sabit pul məbləğində bir uşaq üçün 50 manat hesabı ilə aliment tutulub 07 iyun 2005-ci il tarixdə doğulmuş X12 yetkinlik yaşına çatanadək saxlanıb tərbiyə edilməsi üçün anası X5 verilməsi qət edilmişdir. Gədəbəy rayon Məhkəməsinin 03.07.2015-ci il tarixli, 2(041)-641/2015 saylı qətnaməsi ilə təyin edilmiş alimentin məbləği artırılaraq 85 manat məbləğində müəyyən edilmişdir. İddiaçı məhkəmədə iddia qaldıraraq cavabdehdən tutulan alimentin miqdarının artırılmasını xahiş edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinin tələbinə görə, sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilibkeçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin tələbinə görə, uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 13-cü maddəsinin tələbinə görə isə, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, uşaqlarını saxlamaq valideynlərin həm qanunla müəyyən olunmuş vəzifəsi, həm də mənəvi borcudur. Təyin olunacaq aliment uşaqların maksimum dərəcədə cəmiyyətdə normal inkişafına, tərbiyəsinə, təhsilinə, müalicəsinə və s. xidmət etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, “...Bu baxımdan nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir”. Həmin qərarda göstərilmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Məhkəmə hesab edir ki, uşağın layiqli həyat şəraitinin təmin edilməsi üçün ən azı ona minimum yaşayış imkanı yaradılmalıdır. Odur ki, alimentin miqdarı məsələsini müzakirə edərkən məhkəmə uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnu əsas götürərək, tərəflərin maddi vəziyyətini, uşağın saxlanılmasında, müalicəsində və təhsil almasında tərəflərin iştirakları dərəcəsini və tərəflərin digər diqqətəlayiq hallarını nəzərə alaraq bir uşaq üçün müəyyən edilmiş 85 manat alimentin artırılaraq 160 manat məbləğində müəyyən edilməsini qanuni və əsaslı, həm də uşağın və tərəflərin mənafeyinə uyğun hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. MPM-in 112.1 və 112.1.3-cü maddələrinə əsasən, aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. MPM-in 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Beləliklə, məhkəmə təqdim olunmuş sübutlara, tətbiq edilməli hüquq normalarına uyğun hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 30 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Gədəbəy Rayon Məhkəməsinin 03 iyul 2015-ci il tarixli, 2(041)-641/2015 saylı qətnaməsi ilə 07 iyun 2005-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh iddiaçı X4 xeyrinə tutulan 85 manat alimentin miqdarı artırılsın və hər ay sabit pul məbləğində 160 manat aliment Cavabdeh alınaraq iddiaçı X5 verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 30 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar