Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-47/2021 19.02.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı avtomobil yolunun açılması tələblərinə dair mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı ona məxsus fərdi yaşayış evinə gedən avtomobil yolunun açılması tələbləri haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə baxışı iclasında İddiaçı iddia tələbini müdafiə etmiş, izahat verərək, bildirmişdir ki, ona məxsus fərdi yaşayış evinə uzun illər istifadə etdiyi avtomobil yolu həmkəndlisi və qonşusu Cavabdeh tərəfindən zəbt edilmişdir. Həmin yoldan əvvəllər istifadə etmiş, sonradan, cavabdeh həmin yolun qismən yararsız vəziyyətə düşməsindən istifadə edərək, bələdiyyə torpağını hasarlamış və yolu bağlamışdır. O, cavabdehə dəfələrlə yolun açılması haqqında müraciətlər etsə də cavabdeh yolu açmamışdır. Bundan sonra o, müxtəlif orqanlara müraciətlər etsə də, yolun açılması mümkün olmamışdır. Ona görə də, iddia ərizəsinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələblərini etiraf etməmiş izahat verərək bildirmişdir ki, o, iddiaçının fərdi yaşayış evinə gedən avtomobil yolunu tutmamışdır. İddiaçının qeyd etdiyi avtomobil yolu bələdiyyə mülkiyyətində olan torpaq sahəsində yerləşir. Ona görə iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş edir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamənin surətindən görünür ki, Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının xx xxxx 1998-ci il tarixli 08 saylı qərarına əsasən İddiaçı onun ailə üzvlərinə 0.25 ha torpaq sahəsi verilmişdir. İşdə olan mütəxəssis baxışının nəticələrinə dair tərtib edilmiş Rəydən görünür ki, İddiaçı məxsus Gədəbəy Arabaçı kəndi 1 may təsərrüfütı ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsi xəritəsində fərdi yaşayış evinə və həyətyanı torpaq sahəsinə avtomaşın yolu nəzərdə tutulmamışdır. İddiaçının iddia etdiyi yol cavabdehin istifadəsində olan və bələdiyyə mülkiyyətində olan torpaq sahəsidir. İşdə olan Gədəbəy Rayon İcra Hakimiyyəti Başçısının müavini Vüsal Musayevin məktubundan görünür ki, İddiaçı məxsus fərdi yaşayış evinə avtomobil yolu nəzərdə tutulmuş, həmin yol yararsız vəziyyətə düşmüş, iddiaçı alternativ yoldan istifadə etmişdir. İstifadə edilməyən əsas yol qonşusu Cavabdeh tərəfindən tutulmuşdur. İş üzrə yerində baxış keçirilmiş, yerində baxış zamanı müəyyən edilmişdir ki, iddiaçının fərdi yaşayış evinə gedən, bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən keçən avtomobil yolu cavabdeh tərəfindən bağlanılmışdır. Yolun açılması cavabdehin istifadəsində olan qanunsuz çəkilmiş çəpərin götürülməsi ilə mümkündür. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəflərin izahatlarını, habelə, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.6-cı maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Beləliklə, iş üzrə təyin edilmiş mütəxəssis baxışının nəticələrinə dair tərtib edilmiş Rəylə müəyyən edilmişdir ki İddiaçı məxsus Gədəbəy Arabaçı kəndi 1 may təsərrüfütı ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsi xəritəsində fərdi yaşayış evinə və həyətyanı torpaq sahəsinə avtomaşın yolu nəzərdə tutulmamışdır. İddiaçının iddia etdiyi yol cavabdehin istifadəsində olan və bələdiyyə mülkiyyətində olan torpaq sahəsidir. İş materiallarında olan Gədəbəy Rayon İcra Hakimiyyəti Başçısının müavini Vüsal Musayevin məktubu ilə müəyyən edilir ki, İddiaçı məxsus fərdi yaşayış evinə avtomobil yolu nəzərdə tutulmuş, həmin yol yararsız vəziyyətə düşmüş, iddiaçı alternativ yoldan istifadə etmişdir. İstifadə edilməyən əsas yol qonşusu Cavabdeh tərəfindən tutulmuşdur. İş üzrə yerində baxış zamanı müəyyən edilmişdir ki, iddiaçının fərdi yaşayış evinə gedən, bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən keçən avtomobil yolu cavabdeh tərəfindən bağlanmışdır. Yolun açılması cavabdehin istifadəsində olan qanunsuz çəkilmiş çəpərin götürülməsi ilə mümkündür. Ona görə də iddia tələbi təmin edilməli, Cavabdeh tərəfindən qanunsuz çəkilmiş çəpər götürülməklə İddiaçı həyətinə və fərdi yaşayış evinə gedən yol açılmalıdır. Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsi avtomobil yolunun açılması hissəsində təmin edildiyi üçün hazırkı iş üzrə mütəxəssis rəyinin verilməsinə görə çəkilən xərc cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 233.1, 360 və 362-ci maddələrini rəhbər tutub, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh tərəfindən qanunsuz çəkilmiş çəpər götürülməklə İddiaçı həyətinə və fərdi yaşayış evinə gedən yol açılsın. İş üzrə mütəxəssis rəyinin verilməsinə görə çəkilən 120.98 manat xərc Cavabdeh tutularaq “xxxx” MMC-nin AZ23AİİB**********3701778107 №-li hesablaşma hesabına köçürülsün. Ödənilmiş 10 manat dövlət rüsumu Cavabdeh alınaraq, İddiaçı verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №2(042)-47/2021
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-47/2021
19.02.2021 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver