Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-470/2023 27.04.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim X1 oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi ilə, İddiaçı QSC-nin Cavabdeh qarşı borc tələbinə dair mülki işə 27 aprel 2023-cü il tarixdə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəm iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı QSC Cavabdeh qarşı Cavabdeh 674.06 ABŞ dolları məbləğində əsas borc, 242.62 ABŞ dolları məbləğində faiz borcu, ümumilikdə 889.68 ABŞ dolları məbləğində kredit borcunun həmçinin ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun İddiaçı QSCnin xeyrinə ödənilməsi, tutmanın Cavabdeh məxsus olan, 583 əyyarlı 3 qram çəkisi olan 1 ədəd boyunbağı, 583 əyyarlı 31.6 qram çəkisi olan 5 ədəd üzük, 2 ədəd tana, 583 əyyarlı 19.2 qram çəkisi olan 1 ədəd saat qızıl-zinət əşyalarına yönəldilərərk açıq hərracda satılmasına və satışdan əldə edilən vəsaitin İddiaçı QSC-nin hesabına ödənilməsinə, satışdan əldə olunan vəsait borc məbləğindən artıq qalan hissəsinin Cavabdeh qaytarılması tələbləri barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı QSC iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq "xxxx" ASC ilə İddiaçı QSC arasında bağlanmış, tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli Müqaviləyə görə "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir. İddiaçı QSC-nin Nizamnaməsinə edilmiş 12 oktyabr 2015-ci il tarixli ********** saylı cəyişiklikdəki 2.5 maddəyə əsasən Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmandanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsi Kredit Təşkilatının tabeliyində yaradılmış hüquqi şəxs statuslu qurum (“X2 Edilməsi Agentliyi” MMC) vasitəsilə həyata keçirilir. Qeyd edilmiş dəyişikliyə əsasən "xxxx" ASC-nin problemli aktivləri üzrə tələb hüququnun idarə edilməsini “X2 Edilməsi Agentliyi” MMC həyata keçirir. Qeyd olunan xidməti müqaviləyə əsasən və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC məfındən "xxxx" ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı - borclu şəxs Cavabdeh dair sənədlər S-LMK- 121 saylı, 16 mart 2018-ci il tarixli təhvil-təslim aktına əsasən İddiaçı QSC -yə verilmişdir. "xxxx" ASC-nin Şəmkir filialı ilə (bundan sonra Bank) Cavabdeh (bundan sonra “Borclan”) arasında xx.xx.2015-ci il tarixli, 3445 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 22 % tətbiq edilməklə, 12 ay müddətinə 1000 ABŞ Dolları kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh ilə xx.xx.2013-cü il tarixdə, 3445 saylı girov müqaviləsi bağlanmışdır və həmin müqaviləyə əsasən Cavabdeh məxsus 583 əyyarlı 3 qram çəkisi olan 1 ədəd boyunbağı, 583 əyyarlı 31.6 qram çəkisi olan 5 ədəd üzük, 2 ədəd tana, 583 əyyarlı 19.2 qram çəkisi olan 1 ədəd saat qızıl-zinət əşyaları girov qoyulmuşdur. Kredit müqaviləsinin 2.2-ci bəndinə əsasən Bank şəxsi məqsədlər üçün “Borcalari’a 1000 ABŞ Dolları məbləğində kreditin verilməsini öhdəsinə götürmüşdür. Kredit vəsaitinin istifadə müddəti xx.xx.2015-ci il tarixdə bitir. (2.3. bənd) ‘'Borcalan” bu Müqaviləyə əsasən krediti qəbul etməyi, bu Müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri Banka qaytarmağı öhdəsinə götürür. Həmin Müqavilənin 5.4.-ci bəndinə əsasən Borcalana verilən vəsaitindən istifadə müddəti 18 aydır. Qeyd olunan kredit müqaviləsinə əsasən (6.1. bənd) kredit üzrə faizlər 547 gün götürülən illik faiz dövrünün kreditdən istifadə edilmiş günlərin faktiki sayma görə hər gün illik 22 % hesablanır. Həmçinin kredit müqaviləsinin 10.2-ci bəndinə əsasən “Borc alan” üzərinə düşən öhdəlikləri icra etmədikdə kreditin, kredit üzrə hesablanış faizlərin və gecikdirilmiş borc yarandığı gündən hər gecikdirilən gün üçün faizlər də hesablanmaqla ümumi məbləğin 0,3% - i miqdarında Borc verənə dəbbə pulu ödəməlidir. Cavabdeh bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə ki, cavabdehin banka hazırda olan 674.06 ABŞ dolları məbləğində əsas borc, 242.62 ABŞ dolları məbləğində faiz borcu, ümumilikdə 889.68 ABŞ dolları məbləği təşkil edir. Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan kredit müqaviləsi üzrə əsas, kreditdən istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə "esablanmış faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı ərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bugünədək yerinə yetirilməmişdir. Ona görə də iddia ərizəsinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. İddiaçı QSC məhkəməyə teleqram göndərək, mülki işə onların iştirakı olmadan baxılıb qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat bildirişi göndərilmiş, lakin bildiriş geri qaytarılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 147-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan kredit müqaviləsinin surətindən görünür ki, Cavabdeh ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında 24 noyabr 2015-ci il tarixli 3445 №-li kredit müqaviləsinə əsasən illik 22 faizlə 12 ay müddətinə məqsədilə 1000 ABŞ dolları kredit verilmişdir. İşdə olan girov müqaviləsinin surətindən görünür ki, Cavabdeh kreditin təminatı kimi mülkiyyətindəki qızıl-zinət əşyaları - 583 əyyarlı 3 qram çəkisi olan 1 ədəd boyunbağı, 583 əyyarlı 31.6 qram çəkisi olan 5 ədəd üzük, 2 ədəd tana, 583 əyyarlı 19.2 qram çəkisi olan 1 ədəd saat həmin kredit və girov müqaviləsinə əsasən girov qoymuşdur. İşdə olan 11 avqust 2015-ci il tarixli müqaviləsinin surətindən görünür ki, "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir. İşdə olan sənədlərdən görünür ki, Cavabdeh 24 noyabr 2015-ci il tarixli 3445 №-li kredit və girov müqaviləsi üzrə 674.06 ABŞ dolları əsas, 242.62 ABŞ dolları hesablanmış faiz, cəmi 889.68 ABŞ dolları borcu vardır. Аzərbаycаn Rеspublikası МPM-inin 14.2-ci mаddəsinə əsаsən məhkəmə yаlnız tərəflərin təqdim еtdikləri sübutlаrı аrаşdırmаlı və оnlаrdаn istifаdə еtməlidir. Həmin Мəcəllənin 77.1-ci mаddəsinə əsаsən hər bir tərəf öz tələblərinin və еtirаzlаrının əsаsı kimi istinаd еtdiyi hаllаrı sübut еtməlidir. Мəcəllənin 217.4-cü mаddəsinə əsаsən məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Məhkəmə işdə olan sənədləri tədqiq edərək, hеsаb еdir ki, iddiа ərizəsi təmin еdilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci madəsinin tələblərinə görə borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məcəllənin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Məcəllənin 271.1-ci maddəsinə əsasən əşyanı girov qoyan (ipoteka qoyan) yalnız onun mülkiyyətçisi ola bilər. Mülkiyyətçi olmayan şəxsdən ipoteka (girov) hüququnun əldə edilməsinin hüquqi nəticələri bu Məcəllənin 140-cı və 182-ci maddələrinin müddəalarına uyğun olaraq müəyyən edilir. Məcəllənin 272-ci maddəsinə əsasən girov saxlayan (ipoteka saxlayan) borclunun onun qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üçün girov qoyanın əşyası barəsində müqavilədə göstərilmiş əsaslar üzrə girov və ya ipoteka hüququ olan şəxsdir. Məcəllənin 279-cu maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. Məcəllənin 281.1-i maddəsinə əsasən girov hüququ girov müqaviləsinin bağlandığı andan, girov hüququnun dövlət qeydiyyatına alınmalı olduğu hallarda isə onun qeydə alındığı andan əmələ gəlir. Məcəllənin 298.1-ci maddəsinə əsasən, girov qoyulmuş əşyanın satılması nəticəsində götürülmüş məbləğdən, tutmanın həmin əşyaya yönəldilməsinə və onun satılmasına çəkilmiş xərclərin ödənilməsi üçün zəruri məbləğlər tutulduqdan sonra, girov saxlayanın tələbləri ödənilir, qalan məbləğ girov qoyana verilir. Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və MM-in tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Məcəllənin 460.1-ci maddəsinə görə öhdəliklərin icrası girov, dəbbə pulu və bu Məcəllədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Kоnstitusiyаsının 19-cu mаddəsinin İ hissəsinə əsаsən Аzərbаycаn Rеspublikаsının pul vаhidi mаnаtdır. Həmin mаddənin İİİ hissəsinə əsаsən Аzərbаycаn Rеspublikаsının ərаzisində mаnаtdаn bаşqа pul vаhidlərinin ödəniş vаsitəsi kimi işlədilməsi qаdаğаndır. “Məhkəmə qətnamələri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli 4 saylı qərarının 10-cu bəndində göstərilir ki, qətnamədə alınması və ya ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, "xxxx" ASC ilə Cavabdeh arasında 24 noyabr 2015-ci il tarixli 3445 №-li kredit və girov müqavilələrinə əsasən cavabdehə illik 22 faizlə 12 ay müddətinə məqsədilə 1000 ABŞ dolları kredit almışdır. Cavabdeh kreditin təminatı kimi mülkiyyətindəki qızıl-zinət əşyaları - 583 əyyarlı 3 qram çəkisi olan 1 ədəd boyunbağı, 583 əyyarlı 31.6 qram çəkisi olan 5 ədəd üzük, 2 ədəd tana, 583 əyyarlı 19.2 qram çəkisi olan 1 ədəd saat həmin kredit və girov müqaviləsinə əsasən girov qoymuşdur. Lakin cavabdeh öhdəliklərini lazımınca yerinə yetirməmişdir. Cavabdeh iddiaçı qarşısında 24 noyabr 2015-ci il tarixli 3445 №-li kredit və girov müqaviləsi üzrə 674.06 ABŞ dolları əsas, 242.62 ABŞ dolları hesablanmış faiz, cəmi 889.68 ABŞ dolları borcu yaranmışdır. 11 avqust 2015-ci il tarixli müqaviləyə əsasən, "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir. Ona görə də iddia ərizəsi təmin edilməli, Cavabdeh İddiaçı QSC-nin xeyrinə 24 noyabr 2015-ci il tarixli 3445 №-li kredit və girov müqaviləsi üzrə 674.06 ABŞ dolları əsas, 242.62 ABŞ dolları hesablanmış faiz, cəmi 889.68 ABŞ dollarının ödəniş günündə Azərbaycan manatına ekvivalent məbləği və 30 manat ödənilmiş dövlət rüsumu tutulmalı, 24 noyabr 2015-ci il tarixli 3445 №-li kredit və girov müqavilələrinə əsasən girov qoyulmuş qızıl-zinət əşyaları — 583 əyyarlı 3 qram çəkisi olan 1 ədəd boyunbağı, 583 əyyarlı 31.6 qram çəkisi olan 5 ədəd üzük, 2 ədəd tana, 583 əyyarlı 19.2 qram çəkisi olan 1 ədəd saat açıq hərracda satılmalı və kredit borcunun ödənilməsinə yönəldilməli, hərracda satılan girov qoyulmuş daşınar əmlakdan əldə olunan məbləğ tələb olunan borcdan artıq olduqda qalıq məbləğ borcluya qaytarılmalı, əgər həmin məbləğ borcun ödənilməsinə kifayət etmədikdə qalıq borc cavabdehdən alınaraq İddiaçı QSC-nin xeyrinə ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Аzərbаycаn Rеspublikаsı MPM-nin 216-227; 358-360 və 362-ci mаddələrini rəhbər tutаrаq, QƏTETDİ: İddia tələbi təmin edilsin. 24 noyabr 2015-ci il tarixli 3445 №-li kredit və girov müqaviləsi üzrə 674.06 ABŞ dolları əsas, 242.62 ABŞ dolları hesablanmış faiz, cəmi 889.68 ABŞ dollarının ödəniş günündə Azərbaycan manatına ekvivalent məbləği və 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh tutularaq, İddiaçı QSC-nin xeyrinə ödənilsin. 24 noyabr 2015-ci il tarixli 3445 №-li kredit və girov müqavilələrinə əsasən girov qoyulmuş qızıl-zinət əşyaları — 583 əyyarlı 3 qram çəkisi olan 1 ədəd boyunbağı, 583 əyyarlı 31.6 qram çəkisi olan 5 ədəd üzük, 2 ədəd tana, 583 əyyarlı 19.2 qram çəkisi olan 1 ədəd saat açıq hərracda satılsın və kredit borcunun ödənilməsinə yönəldilsin. Hərracda satılan girov qoyulmuş daşınar əmlakdan əldə olunan məbləğ tələb olunan borcdan artıq olduqda qalıq məbləğ borcluya qaytarılsın, əgər həmin məbləğ borcun ödənilməsinə kifayət etmirsə qalıq borc Cavabdeh alınaraq, İddiaçı QSC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) аy müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №2(042)-470/2023
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-470/2023
27.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver