Məhkəmə qərarları › İş №2(042)-472/2023

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-472/2023

29.08.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-472/2023 29.08.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili X6, Cavabdeh4 nümayəndəsi və vəkili X3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh4, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X13 11 saylı Şəmkir Ərazi İdarəsinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “hərrac protokolunun, şəhadətnamələrin, alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, çıxarışların və cizgi planının ləğv edilməsi” tələblərinə dair mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X13 11 saylı Şəmkir Ərazi İdarəsinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı daşınmaz əmlakın (yarımçıq tikilinin və torpaq sahəsi barədə) Özəlləşdirmənin və həmin özəlləşdirmə prosesi əsasında verilmiş 14 dekabr 2006-cı il tarixli, 000184 nömrəli şəhadətnamənin, 08 noyabr 2006-cı il tarixli şəhadətnamənin, 17 iyul 2017-ci il tarixli, AN- 1N № ******* nömrəli alqı-satqı müqaviləsinin və 24 fevral 2022-ci il tarixli, 4Ə-294 nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, 29 may 2010-cu il tarixli, Seriya MA № 20045860 nömrəli çıxarışın və 29 iyul 2011-ci il tarixli, Seriya RX № 138734 nömrəli çıxarışın, 09 mart 2022-ci il tarixli, qeydiyat nömrəsi ********** olan və 09 mart 2022-ci il tarixli, qeydiyyat nömrəsi ********** nömrəli çıxarışın və cizgi planın ləğv edilməsi tələblri barədə iddia ərizəsi ilə müraciət etmişdirt. İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən, iddianın dəyişdirilməsi barədə ərizə verərək daşınmaz əmlakın (yarımçıq tikilinin və torpaq sahəsi barədə) Özəlləşdirmənin və həmin özəlləşdirmə prosesi əsasında verilmiş 08 noyabr 2006-cı il tarixli, 000678 nömrəli şəhadətnamənin, 02 noyabr 2006-cı il tarixli, 568 nömrəli müəssisənin alqı-satqı müqaviləsinin, 27 oktyabr 2006-cı il tarixli, 01 nömrəli hərracın protokolunun, 17 iyul 2017-ci il tarixli, AN-1N № ******* nömrəli alqı-satqı müqaviləsinin və 24 fevral 2022-ci il tarixli, 4Ə-294 nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi; 29 may 2010-cu il tarixli, Seriya MA № 20045860 nömrəli çıxarışın və 29 iyul 2011-ci il tarixli, Seriya RX № 138734 nömrəli çıxarışın, 09 mart 2022-ci il tarixli, qeydiyat nömrəsi ********** olan və 09 mart 2022-ci il tarixli, qeydiyyat nömrəsi ********** nömrəli çıxarışın və cizgi planın ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili X10 iddianın dəyişdirilməsi barədə ərizə verərək Cavabdeh2 vəfat etdiyinə görə onun cavabdehlər siyahısından çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında İddiaçı iddia tələbini müdafiə etmiş, izahat verərək, bildirmişdir ki, o, uzun müddət Gədəbəy rayonu, Əlinağılar kəndində yerləşən balıqçılıq təsərrüfatının rəhbəri vəzifəsində çalışmışdır. Sovet höküməti dağıldıqdan və özəlləşdirmə prosesinə başladıqdan sonra yaşayış yeri olmadığından təsərrüfatın yaşayış mənətqəsini özəlləşdirərək özünün və ailəsinin yaşayış yerinə çevirmişdir. O, balıqçılıq təsərrüfatında işləsə də, həmin əmlak qanunsuz olaraq Cavabdeh2 adına özəlləşdirilmişdir. Bu barədə məlumatı o, cavabdeh 11 saylı Ərazi İdarəsinə qarşı iş üzrə ilkin iddiaçı Cavabdeh4 ona qarşı qaldırdığı iddiası üzrə sübutları toplayarkən müəyyən etmişir. Hazırda təqdim etdiyi sənədlərdən də müəyyən edilir ki, qeyd olunan şəhadətnaməyə, alqı-satqı müqaviləsinə və hərracın protokoluna əsasən Cavabdeh2 yalnız, müəssisənin yarımçıq tikilisi satılmış, torpaq sahəsi və ona aid qeydiyyat vəsiqəsində göstərilən tam tikililər isə özəlləşdirilmə prosesinin əsasını təşkil etməmişdir. Bu halda cavabdehlər Cavabdeh3, Cavabdeh4 periodik verilmiş çıxarışlarda göstərilən tikililər və torpaq sahəsi satılmadığı halda, onların adına torpaq sahəsinin və onun adına qeyd olunan tikililərə dair verilmiş çıxarış üzrə mülkiyyət hüququnun qeydiyyatının aparılması əsassızdır. Hazırki iddia qaldırılanadək ona qeydiyyat vəsiqəsi ilə məxsus olan və balıqçılıq təsərrüfatına aid olmaqla özəlləşdirdiyi mənzillərin cavabdehin cizgi planına daxil etdiyi sahələrin cavabdehlərə verilməsi barədə heç bir məlumatı olmamışdır. Qeyd olunan yarımçıq tikilinin və torpaq sahəsinin mərhum Cavabdeh2 adına özəlləşdirilməsi əsassızdır. Belə ki, Cavabdeh2 balıqçılıq təsərrüfatında heç bir zaman işləlməmişdir. Belə olan halda həmin tikililərdən başqa torpaq sahəsinin və əlavə tikilinin o, cümlədən balıqçılıq təsərrüfatının ona təklif edilmədən başqa şəxsin adına özəlləşdirilməsi Dövlət əmlakının özəlləşdirilməsi haqqında qanunun tələblərinə ziddir. İddia ərizəsinə əlavə etdiyi Gədəbəy Rayon İcra Hakimiyyətinin sərəncamından da görünür ki, o, balıqçılıq təsərrüfatında işləməklə həmin mənzilləri özəlləşdirmişdir. Həmin əmlakın cavabdeh olan Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən balıqçılıq təsərrüfatında işləmədiyi təqdirdə, Cavabdeh2 satılması qanunsuzdur. Qeyd olunan tikililərin yerləşdiyi torpaq sahəsi və yaşayış yeri artıq 28 ildir ki, onun mülkiyyətindədir və buna dair dövlət qeydiyyat vəsiqəsi də vardır. Həmçinin, o, birinci Qarabağ müharibəsinin iştirakçısı olmaqla vətənin müdafiəsində hər zaman canını qoymuşdur. Bununla bağlı Gədəbəy rayonu, Əlinağılar kəndində özünə fərdi yaşayış evini özəlləşdirmişdir. Həmin evə dair qeydiyyat vəsiqəsi üzrə hüquqlarının qeydə alınması üçün cavabdeh DƏDRX-nin 11 saylı Ərazi İdarəsinə müraciət etsə də, cavabdeh tərəfindən onun hüquqlarının qeydə alınmasından əsassız olaraq imtina edilmişdir. Hansı ki, bu hüququn qeydə alınması üçün iddia ərizəsinə əlavə etdiyi qeydiyyat vəsiqəsi əsaslardan biri olmaqla AR Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında qanunun 1, 2.1, 6, 8, 9-cü maddələrində nəzərdə tutulmuşdur. Lakin Gədəbəy rayonu, Plankənd kəndinin sakinləri Cavabdeh4 və onun qardaşı X8 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Şəmkir rayon 11 saylı Ərazi İdarəsinin əməkdaşları ilə münasibətlərə girərək onun yaşadığı evləri və işləyərək canını qoyduğu balıqçılıq təsərrüfatının torpaq ərazisini qanunsuz olaraq zəbt etmişlər. Belə ki, onar Gədəbəy rayonu, Plankənd kəndində yaşadıqları və inzibati ərazi vahidliyinə əsasən oranın sakinləri olduğu halda, Əlinağılar kəndinin ərazisində yerləşən meşə fondu torpağının ərazisini öz torpaq sahələri kimi qeydiyyata aldırmış, Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsi ilə əlaqəyə girməklə mülkiyyətə dair Çıxarışında Torpaq sahəsinin və tikilinin Ərazi vahidliyinin Gədəbəy rayonu, Plankənd kəndi göstərildiyi halda balıqçılıq təsərrüfatının meşə fondu torpağının ərazisini əvvəlki tikililər göstərməklə torpaq sahəsinin koordinat nöqtələrini və texniki pasportunu Gədəbəy rayonu, Əlinağılar kəndinin qeyd olunan torpaq sahəsinə daxil etdirmişlər. Əslində isə Cavabdeh4 torpaq sahəsinin təiynatı Qalakənd kəndi ərazisində özəlləşmiş sənaye, nəqliyyat, rabitə və müdafiə torpaqları üzərində olan əmlak kompleksi kimi göstərilmişdir.İstər Qalakənd kəndinin istərsə də Plankənd kəndinin ərazi vahidliyi və balıqçılıq təsərrüfatının torpağının ərazisi bu iki ərazi vahidliyinə daxil olmamaqla uzaq bir ərazidə yerləşir. Bir dəfə onlar Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Ərazi İdarəsinə müraciət edərək hazırda ərazi vahidliyi kimi torpaq sahəsinin yerləşdiyi ünvana aid edilərək qanunsuz əldə etmək istəsələr də onların müraciətlərinə baxılmaqdan imtina edilmiş, sonradan isə torpaq sahəsinin və tikililərin ona aid tikililər daxil edilməklə, ünvanın isə ünvan 1kətlər əvvəlki tarixlərə işlənməklə sənədləşmə işləri aparılmışdır. Hazırda iddia ərizəsinə əlavə etdiyi Cavabdeh4 məxsus torpaq sahəsinin və tikilinin olduğu yer Gədəbəy rayonu, Palankənd kəndi göstərildiyi halda, torpaq sahəsinin koordinatları və tikililər isə Gədəbəy rayonu, Əlinağılar kəndi ərazisində ona məxsus yerə işlənmişdir. Qeyd olunan torpaq sahəsi o, balıqçılıq təsərrüfatında işlədiyindən ilk öncə oranın işçisi kimi ancaq ona satıla bilərdi. Sadəcə torpaq sahəsi meşə fondu torpaq sahəsi oluğundan ona satılmamış və təklif edilməmişdir. Hazırda onun tikili sahələrinə və torpaq sahəsinə dair ilkin sənədləri üzrə 2005-ci ilədək olan dövr üzrə qeydiyyat vəsiqəsi vardır. Qeydiyyat vəsiqəsi üzrə Daşınmaz Əmlakın 11 saylı Şəmkir Ərazi İdarəsinə müraciət etsə də, sənədlərinin ilk və qeydiyyat vəsiqəsi orada mövcud olduğu halda ona sənədləri üzrə hüququnun təkrar qeydiyyata alınmasından qanusuz olaraq imtina edilir. Onun torpaq sahəsində inşa etdiyi fərdi yaşayış evi üzərində hüquqlarının dövlət qeydiyyatının aparılmasından imtina edilməsi və torpaq sahədində inşa etdiyi evinin başqa şəxsə məxsus olması yolverilməzdir. Ona görə də, iddia tələblərinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. İddiaçının nümayəndəsi və vəkili X10 məhkəmə iclasında iddiaçının izahatı ilə eyni məzmunlu izahat verərək iddia tələbini təmin edilməsi barədə qətnamə çxıarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh4 nümayəndəsi və vəkili X9 iddia tələblərinə etiraz etmiş, izahat verərək, bildirmişdir ki, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh4, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X13 11 saylı Şəmkir Ərazi İdarəsinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “hərrac protokolunun, şəhadətnamələrin, alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, çıxarışların və cizgi planının ləğv edilməsi” tələblərinə dair iddia ərizəsi əsassız olduğundan rədd edilməlidir. İddiaçının iddia tələbi - Daşınmaz əmlakın (yarımçıq tikilinin və torpaq sahəsi barədə) Özəlləşdirmənin və həmin özəlləşdirmə prosesi əsasında verilmiş 08 noyabr 2006-cı il tarixli, 000678 nömrəli şəhadətnamənin, 02 noyabr 2006-cı il tarixli, 568 nömrəli müəssisənin alqı-satqı müqaviləsinin, 27 oktyabr 2006-cı il tarixli, 01 nömrəli hərracın protokolunun, 17 iyul 2017-ci il tarixli, AN-1N № ******* nömrəli alqı-satqı müqaviləsinin və 24 fevral 2022-ci il tarixli, 4Ə-294 nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi; 29 may 2010-cu il tarixli, Seriya MA № 20045860 nömrəli çıxarışın və 29 iyul 2011-ci il tarixli, Seriya RX № 138734 nömrəli çıxarışın, 09 mart 2022-ci il tarixli, qeydiyat nömrəsi ********** olan və 09 mart 2022-ci il tarixli, qeydiyyat nömrəsi ********** nömrəli çıxarışın və cizgi planın ləğv edilməsinə dair qətnamə çıxarılmasından ibarətdir. Azərbaycan Respublikası Əmlak X4 yanında DƏDRX-nin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2022-ci il tarixli, **********89-12301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən, Gədəbəy rayonu, Qalakənd kəndində yerləşən, ümumi sahəsi 2.0076 ha “sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı” torpaq sahəsi, həmin torpaq sahəsində yerləşən, ümumi sahəsi 205 kv.m olan Əmlak kompleksi kimi müəssisə xüsusi mülkiyyət hüququ ilə Cavabdeh4 adına qeydiyyata alınmışdır. O, həmin torpaq sahəsini və üzərində yerləşən Əmlak kompleksi kimi müəssəsini xx.xx.2022-ci il tarixli, AN-İ № ******* saylı Daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə Cavabdeh3 almışdır. Hal-hazırda da torpaq sahəsinin təyinatı yuxarıda da qeyd edildiyi kimi, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı olmuş, torpaq sahəsinin üzərində yerləşən daşınmaz əmlak isə, qeyriyaşayış sahəsi olub əmlak kompleksi müəssisədir. Əmlak kompleksi kimi müəssisənin tikililəri vardır ki, həmin tikililər A, B, V və İ literli tikililərdən ibarətdir. Həmin tikililərin Baş Planı tərtib edilmişdir. Hazırda Əmlak kompleksi kimi müəssisənin tikilisi olan A literli tikilidə iddiaçı qanunsuz olaraq yerləşmişdir. İddiaçının hazırki iddia tələbində 27 oktyabr 2006-cı il tarixli, 01 nömrəli hərracın protokolunun, 02 noyabr 2006-cı il tarixli, 568 nömrəli müəssisənin alqı-satqı müqaviləsinin və 08 noyabr 2006-cı il tarixli, 000678 nömrəli şəhadətnamənin etibarsız hesab edilməsi tələb edilmişdir. Gədəbəy rayonu, Qalakənd kəndində yerləşən Balıqçılıq təsərrüfatının yarımçıq tikilisinin özəlləşdirilməsinə dair 27 oktyabr 2006-cı ildə hərrac keçirilmiş, hərracda satıcı kimi Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi çıxış etmiş, hərracın qalibi Cavabdeh2 olmuşdur. Hərrac qanunvericiliyin tələblərinə tamamilə riayət edilməklə keçirilmişdir. Bu barədə xx.xx.2006-cı il tarixli, 01 nömrəli hərrac protokolu tərtib edilmişdir. Həmin protokol əsasında Cavabdeh2 ilə Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin sədr müavini X11 arasında xx.xx.2006-cı il tarixli, 568 nömrəli “Müəssisənin alqı-satıqısı” müqaviləsi bağlanmışdır. Müqavilə əsasında Balıqçılıq təsərrüfatının yarımçıq tikilisinin satın alınması barədə Cavabdeh2 adına “Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılmasına” dair xx.xx.2006-cı il tarixli, 000678 qeydiyyat nömrəli Şəhadətnamə verilmişdir. Yəni, sözügedən müəssisənin özəlləşdirilməsi qanunverciliyin tələblərinə uyğun şəkildə həyata keçirilmişdir. İddiaçı həmin obyektin özəlləşdirmə prosesinin qanunsuz olduğunu onunla əsaslandırmışdır ki, guya, həmin müəssisənin tam tikililəri qeydiyyat vəsiqəsi əsasında ona aid olmuş, həmin müəssisənin tam tikililəri və müəssisənin yerləşdiyi torpaq sahəsi özəlləşdirmənin predmetini təşkil etməmişdir. Eləcə də həmin müəssisə özəlləşdirilərkən ilk növbədə ona təklif edilməli idi. İddiaçının bu dəlilinə münasibət bildirirək qeyd etmək istəyir ki, özəlləşdirilən müəssisə hərraca çıxarılan vaxt orada tam tikililər mövcud olmamış, sonradan iddiaçı qanunsuz olaraq özbaşına tikinti işləri apararaq Əmlak kompleksi kimi müəssisənin yarımçıq tikilisi olan, tinikti altı sahəsi 64.0 kv.m olan A literli yarımçıq tikilinin tikintialtı sahəsini böyüdərək 149.36 kv.m etmiş, bundan başqa həmin tikiliyə çardaq artırmışdır. Bu barədə Gədəbəy Rayon Məhkəməsinin icraatında olmuş 2(042)-546/2022 saylı mülki iş üzrə verilmiş mütəxəssis rəyi etiraza əlavə edilmişdir. Eləcə də iddiaçı qanunsuz apardığı tam tikilinin qeydiyyat vəsiqəsi əsasında ona aid olduğunu bildirmişdir. Lakin iddiaçının təqdim etdiyi qeydiyyat vəsiqəsinin kimin adına verilməsi, 11 saylı Şəmkir Ərazi İdarəsinin arxivində mövcud olub-olmaması və hal-hazırda qüvvədə olub-olmaması barədə vəkil sorğusu verilmiş, sorğuya cavab olaraq DƏDRX X13 11 saylı Şəmkir Ərazi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışla bildirilmişdir ki, ləğv edilmiş X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin Gədəbəy Rayon Şöbəsi tərəfindən 11 saylı Şəmkir Ərazi İdarəsinə təhvil verilmiş və hazırda mövcud olan 3 ədəd (1, 2 və 3 saylı) “Qeydiyyat vəsiqələrinin qeydiyyatı” kitablarında İddiaçı adına tərtib edilmiş 01-75 reyestr, 96 inventar və 01-74 reyestr nömrəli, 96 inventar nömrəsi olan qeydiyyat vəsiqələri aşkar edilməmişdir. Eləcə də DƏDKR X13 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışla müəyyən edilir ki, daşınmaz əmlakın dövlət reyestrində Gədəbəy rayonu inzibati ərazi dairəsi üzrə İddiaçı adına daşınmaz əmlak qeydiyyatdan keçməmişdir. Göründüyü kimi, sözügedən müəssisənin nə yarımçıq tikililəri, nə də İddiaçı tərəfindən özbaşına olaraq tikilmiş tam tikilisi ümumiyyətlə ona aid olmamış, o, həmin əmlakın icarədarı olmamış, beləliklə İddiaçı həmin müəssisədə qanunsuz olaraq yerləşmişdir. İddiaçı iddia ərizəsində sözügedən balıqçılıq təsərrüfatının yarımçıq tikilisinin ona təklif edilmədən başqa şəxsin adına özəlləşdirilməsini “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Qanunun tələblərinə zidd hesab etsə də, bu arqumentini əsaslandıra bilməmişdir. “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 20.1-ci maddəsinə əsasən, dövlət əmlakının hərraclar vasitəsilə ilə satışı həmin əmlakın hər hansı bir şərt qoyulmadan alıcıya satışıdır. Bu zaman əmlak üzərində mülkiyyət hüququ hərracın gedişində maksimum qiymət təklif etmiş alıcıya verilir. Göründüyü kimi, dövlət əmlakının hərraclar vasitəsilə ilə satışı zamanı, konkret halda balıqçılıq təsərrüfatının A, B, V və İ literli yarımçıq tikililərinin özəlləşdirilməsi zamanı həmin əmlakın alınmasında üstünlük hüququ olan hər hansı alıcıya satış qanunverciliklə nəzərdə tutulmamışdır. İddiaçı eyni zamanda idida tələbində göstərmişdir ki, Balıqçılıq təsərrüfatının yarımçıq tikilisi özəlləşdirmə predmeti olsa da, müəssisənin tam tikilisi və 2.0076 ha torpaq sahəsi özəlləşdirmənin predmetini təşkil etməmiş, ona görə də həmin tikililər və torpaq sahəsinin cavabdehlərin adına qeydə alınması əsassızdır. İddiaçının iddia tələbinin bu arqumentlərinə münasibət bildirərək qeyd etmək istəyir ki, Balıqçılıq təsərrüfatının yarımçıq tikilisi özəlləşdirilərkən həmin müəssisənin tam tikilisi mövcud olmamış, sonradan iddiaçı qanunsuz olaraq özbaşına tikinti işləri apararaq Əmlak kompleksi kimi müəssisənin yarımçıq tikilisi olan, tinikti altı sahəsi 64.0 kv.m olan A literli yarımçıq tikilinin tikintialtı sahəsini böyüdərək 149.36 kv.m etmiş, bundan başqa həmin tikiliyə çardaq artırmışdır. Belə olan halda özəlləşdirmə prosesi zamanı həmin müəssisənin hər hansı tam tikilsinin özəlləşdirmə predmeti olmasından söhbət gedə bilməzdi. Eləcə də iddiaçı 2.0076 ha torpaq sahəsinin özlləşdirmə predmeti olmadığını bildirir ki, halbuki, özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları Azərbaycan Respublikasının qanunları ilə tənzimlənir və həmin torpaq sahəsi qanunvericiliyin tələblərinə uyğun şəkildə Cavabdeh2 satılmışdır. 2.0076 ha torpaq sahəsinin satılması “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 1997-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılması qaydaları haqqında” Əsasnamənin tələblərinə riayət edilməklə həyata keçirilmişdir. Belə ki, Gədəbəy rayonu, Qalakənd kəndi ünvanında yerləşən Balıqçılıq təsərrüfatının yarımçıq tikilisinin yerlşədiyi 20076 kv.m torpaq sahəsi satınalma obyekti sayılmaqla həmin torpaq sahəsinin ilk növbədə satın almaq hüququ özəlləşdirilmiş müəssisənin mülkiyyətçisi Cavabdeh2 məxsus olmuş, həmin torpaq sahəsinin qiyməti ayrılıqda 1310.76 manat müəyyənləşdirilməklə Cavabdeh2 satılmış, bu barədə keçmiş Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən “Özəlləşdirilən müəssisə və obyektlərin, habelə fiziki və hüquqi şəxslər tərəfindən inşa edilmiş obyektlərin yerləşdiyi dövlət torpaq sahəslərinin satılmasına dair” xx.xx.2006-cı il tarixli, 000184 qeydiyyat nömrəli Şəhadətnamə verilmişdir. Yəni, Gədəbəy rayonu, Qalakənd kəndi ünvanında yerləşən Balıqçılıq təsərrüfatının yarımçıq tikilisi Cavabdeh2 adına tam qanuni əsaslarla özəlləşdirilmiş, həmin müəssisənin yerləşdiyi 20076 kv.m torpaq sahəsi də Cavabdeh2 qanunvericiliyin tələblərinə riayət ediləmklə satılmışdır. Odur ki, xx.xx.2006-cı il tarixli, 01 nömrəli hərrac protokolunun, xx.xx.2006-cı il tarixli, 568 nömrəli “Müəssisənin alqı-satıqısı” müqaviləsinin və “Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılmasına” dair xx.xx.2006-cı il tarixli, 000678 qeydiyyat nömrəli Şəhadətnaməsinin etibarsız hesab edilməsi üçün heç bir qanuni əsas yoxdur. Eləcə də, iddiaçı Cavabdeh2 adına verilmiş MA seriyalı, ******* nömrəli, xx.xx.2010-cu il tarixli Çıxarışın ləğv edilməsini tələb etmişdir ki, bu çıxarışın verilməsi üçün əsas olmuş yuxarıd qeyd edilən sənədlər qanuni və etibarlı olduğundan həmin çıxıarış da qanuni hesab edilməklə ləğv edilə bilməz. Həmçinin, iddiaçının iddia tələbi 17 iyul 2017-ci il tarixli alqısatqı müqaviləsinin və 24 fevral 2022-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və 29 iyul 2011-ci il tarixli, çıxarışın, 09 mart 2022-ci il tarixli və 09 mart 2022-ci il tarixli çıxarışın və cizgi planının ləğv edilməsindən ibarətdir. Gədəbəy rayonu, Qalakənd kəndi ünvanında yerləşən Balıqçılıq təsərrüfatının yarımçıq tikilisi və həmin müəssisənin yerləşdiyi 20076 kv.m torpaq sahəsi Cavabdeh2 adına tam qanuni əsaslarla özəlləşdirildiyindən, xx.xx.2010-cu il tarixli Çıxarışın əsasında Cavabdeh2 ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2017-ci il tarixli “Daşınmaz əmlakın alqı-satqı müaviləsi”nin, həmin müqavilə əsasında Cavabdeh3 adına verilmiş xx.xx.2017-ci il tarixli Çıxarışın, həmin çıxarış əsasında Cavabdeh3 ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2022-ci il tarixli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin” və həmin müqavilə əsasında Cavabdeh4 adına verilmiş xx.xx.2022-ci il tarixli Çıxarışın və cizgi planının etibarsız və ləğv edilmələri üçün də heç bir qanuni əsas yoxdur. Həmçinin, iddiaçının ləğv və etibarsız hesab edilməsini tələb etdiyi, cavabdehlər Cavabdeh3 və Cavabdeh4 aid hüquq müəyyənedici sənədlərin əsasında Cavabdeh2 aid olan xx.xx.2006-cı il tarixli hərrac protokolu, xx.xx.2006-cı il tarixli “Müəssisənin alqı-satıqısı” müqaviləsi və “Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılmasına” dair xx.xx.2006-cı il tarixli, Şəhadətnamə və xx.xx.2010-cu il tarixli Çıxarış durur ki, bu hüquq müəyyənedici sənədlər tamamilə qanuni olmaqla yanaşı həmin sənədlərin ləğv və etibarsız hesab edilməsi barədə iddianın qaldırılması üçün, ümumiyyətlə mülki qanunvericiliklə nəzərdə tutulmuş 10 illik ümumi iddia müddətini də iddiaçı ötürmüşdür. Belə olan halda, iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmçinin, iddiaçı iddia ərizəsində mübahisəli Əmlak kompleksi kimi müəssisə və həmin müəssisənin yerləşdiyi yerə dair Cavabdeh4 adına verilmiş çıxarışda ünvan kimi Gədəbəy rayonu, Plankənd kimi yazıldığını qeyd etmişdir. Bununla əlaqədar DƏDRX X13 11 saylı Şəmkir Ərazi İdarəsinə müraciət olunmuş, müraciətlərə cavab olaraq verilmiş xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli məktublarla Əmlak kompleksi kimi müəssisə və həmin müəssisənin yerləşdiyi torpaq sahəsinin koordinatları göstərilməklə həmin müəssisənin faktiki yerləşdiyi ərazinin Gədəbəy rayonu, Qalakənd kəndində, yəni Gədəbəy rayonu Əlinağlar kəndinin cənubunda Şəmkir çayının sağ sahilində yerləşməsi bildirilmişdir. Ona görə də iddia ərizəsinin təmin edilməməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Cavabdehlər Cavabdeh3, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X13 11 saylı Şəmkir Ərazi İdarəsinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə iştiak etməyən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan iddiaçıya aid şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1963-cü il tarixdə doğulmuşdur və hazırda Gədəbəy rayonu. Əlinağılar kəndində qeydiyyatdadır. İşdə olan xx.xx.2006-cı il tarixli, 01 nömrəli hərrac protokolunun təsdiq edilmiş surətindən görünür ki, Gədəbəy rayonu, Qalakənd kəndində yerləşən Balıqçılıq təsərrüfatının yarımçıq tikilisinin özəlləşdirilməsinə dair 27 oktyabr 2006-cı ildə hərrac keçirilmiş, hərracda satıcı kimi keçmiş Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi çıxış etmiş, hərracın qalibi Cavabdeh2 olmuşdur. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Gədəbəy rayonu, Qalakənd kəndi ünvanında yerləşən Balıqçılıq təsərrüfatının yarımçıq tikilisi “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na, “Tikintisi dondurulmuş, tikintisinin normativ müddətləri ötmüş və tikintisi başa çatdırılmamış obyektlərin özəlləşdirilməsi haqqında Əsasnamə”yə və “Dövlət əmlakının hərraclar vasitəsilə satışı Qaydalarına uyğun olaraq keçmiş Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin 22 sentyabr 2006-cı il tarixli, 234 nömrəli Sərəncamı ilə hərraca çıxarılmış, bu barədə komitənin mətbu orqanı olan “Mülkiyyət” qəzetində müvafiq elan verilmiş və 27 oktyabr 2006-cı il tarixdə keçirilmiş hərracda hərracın qalibi X5 tərəfindən özəlləşdirilmişdir. İşdə olan xx.xx.2006-cı il tarixli, 568 nömrəli “Müəssisənin (obyektin) alqı-satıqısı” müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, Gədəbəy rayonu, Qalakənd kəndində yerləşən Balıqçılıq təsərrüfatının yarımçıq tikilisi satıcı keçmiş Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən alıcı Cavabdeh2 satılmışdır. İşdə olan “Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılmasına” dair xx.xx.2006-cı il tarixli, 000678 qeydiyyat nömrəli Şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, həmin Şəhadətnamə Gədəbəy rayonu, Qalakənd kəndində yerləşən Balıqçılıq təsərrüfatının yarımçıq tikilisi üzərində Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məqsədilə verilmişdir. İşdə olan “Özəlləşdirilən müəssisə və obyektlərin, habelə fiziki və hüquqi şəxslər tərəfindən inşa edilmiş obyektlərin yerləşdiyi dövlət torpaq sahəslərinin satılmasına dair” xx.xx.2006-cı il tarixli, 000184 qeydiyyat nömrəli Şəhadətnamənin surətindən görünür ki, Gədəbəy rayonu, Qalakənd kəndi ünvanında yerləşən Balıqçılıq təsərrüfatının yarımçıq tikilisinin yerlşədiyi 20076 kv.m torpaq sahəsi Cavabdeh2 tərəfindən satın alınmış, torpaq sahəsinin ümumi satış qiyməti 1310.76 manat təşkil etmiş, həmin Şəhadətnamə torpaq sahəsi üzərində Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məqsədilə verilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak X4 yanında DƏDRX-nin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2010-cu il tarixli, **********89-12301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Çıxarışdan görünür ki, Gədəbəy rayonu, Qalakənd kəndində yerləşən Əmlak kompleksi kimi müəssisə (Balıqçılıq təsərrüfatının yarımçıq tikilisi) və həmin müəssisənin mülkiyyətində olan 2.0076 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə Cavabdeh2 adına qeydiyyata alınmışdır. Əmlak kompleksi kimi müəssisənin tərkibi ümumi sahələri 51 kv.m, 64 kv.m və 90 kv.m olmaqla üç tikilidən ibarət olmuşdur. İşdə olan xx.xx.2017-ci il tarixli, AN-1 № ******* nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nin surətindən görünür ki, Gədəbəy rayonu Qalakənd kəndində yerləşən Gədəbəy rayonu, Qalakənd kəndində yerləşən Əmlak kompleksi kimi müəssisə (Balıqçılıq təsərrüfatının yarımçıq tikilisi) Liter A qeyri-yaşayış binası 51 kv.m, Liter B qeyri-yaşayış binası 64 kv.m, Liter V qeyri-yaşayış binası 90 kv.m və həmin müəssisənin mülkiyyətində olan 2.0076 ha torpaq sahəsi Cavabdeh2 tərəfindən Cavabdeh3 satılmışdır. İşdə olan Azərbaycan Respublikası Əmlak X4 yanında DƏDRX-nin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2017-ci il tarixli, **********89-12301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Çıxarışdan görünr ki, Gədəbəy rayonu, Qalakənd kəndində yerləşən Əmlak kompleksi kimi müəssisə (Balıqçılıq təsərrüfatının yarımçıq tikilisi) və həmin müəssisənin mülkiyyətində olan 2.0076 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə Cavabdeh3 adına qeydiyyata alınmışdır. İşdə olan İşdə olan xx.xx.2022-ci il tarixli, AN-1 № ******* nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nin surətindən görünür ki, Gədəbəy rayonu Plankənd kəndində yerləşən Gədəbəy rayonu, Qalakənd kəndində yerləşən ümumi sahəsi 205 kv.m olan Əmlak kompleksi kimi müəssisə və həmin müəssisənin yerləşdiyi 2.0076 ha torpaq sahəsi Cavabdeh3 tərəfindən Cavabdeh4 satılmışdır. İşdə olan Azərbaycan Respublikası Əmlak X4 yanında DƏDRX-nin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2022-ci il tarixli, **********89-12301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən, Gədəbəy rayonu, Qalakənd (Plankənd) kəndində yerləşən ümumi sahəsi 205 kv.m olan Əmlak kompleksi kimi müəssisə və həmin müəssisənin yerləşdiyi, ümumi sahəsi 2.0076 ha “sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı” torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə Cavabdeh4 adına qeydiyyata alınmışdır. İşdə olan DƏDKR X13 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubunun surətindən görünür ki, Bakı şəhər 50 saylı notariat ofisinin xüsusi notariusunun xx.xx.2022-ci il tarixli, 4Ə-294 nömrəli müqaviləsində qeyd olunan ünvan (Gədəbəy rayonu, plankənd kəndi) ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X13 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışda qeyd olunan ünvan (Gədəbəy rayonu, Qalakənd kəndi) hər ikisinin ünvanı eyni əmlak kompleksi kimi müəssisəyə məxsusdur. Əmlak kompleksi kimi müəssisənin faktiki yerləşdiyi ərazi Gədəbəy rayonu Əlinağlar kəndinin cənubunda Şəmkir çayının sağ sahilindədir. İşdə olan DƏDKR X13 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışda qeyd olunan 2.0076 ha torpaq sahəsinin koordinatları göstərilməklə ünvan (Gədəbəy rayonu, Qalakənd kəndi) hər ikisinin ünvanı eyni əmlak kompleksi kimi qeyd edilmişdir. İşdə olan DƏDKR X13 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, daşınmaz əmlakın dövlət reyestrində Gədəbəy rayonu inzibati ərazi dairəsi üzrə İddiaçı adına daşınmaz əmlak qeydiyyatdan keçməmişdir. İşdə olan DƏDKR X13 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023cü il tarixli arayışdan görünür ki, Gədəbəy rayonu, Əlinağılar kənd sakini İddiaçı məxsus fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi dövlət əmlakı olaraq meşə fonduna aiddir. Sözügedən torpaq sahəsi meşə fondu olduğu üçün heç bir inzibati ərazi vahidliyinə aid deyil. Bu səbəbdən İddiaçı məxsus fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin hər hansı ərazi vahidliyinə aid olduğunu təyin etmək mümkün deyil. İşdə olan əmək kitabçasının surətindən görünür ki, İddiaçı balıqçılıq təsərrüfatında işləmişdir. İşdə olan Gədəbəy rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2001-ci il tarixli sərəncamının surətindən görünür ki, həmin sərəncamda təsərrüfatlararası balıqçılıq təsərrüfatının tərkibinə daxil olan iki ədəd fərdi yaşayış evinin Gədəbəy rayonu, Əlinağılar kənd sakini İddiaçı adına özəlləşdirilməsinə icazə verilməsi və həmin evlərin özəlləşdirilmək məqsədilə Gədəbəy rayon texniki inventarlaşdırma idarəsinə təqdim edilməsinin təmin edilməsi qeyd edilmişdir. İşdə olan Gədəbəy rayon İcra Hakimiyyəti tərəfindən Gəncə İnzibati Məhkəməsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 372/8-14 nömrəli məktubun surətindən görünür ki, rayon icra hakimiyyətiin 2016-cı ilə qədər olan sənədləri Gədəbəy Rayon Dövlət Arxivinə təhvil verilmişdir. İşdə olan DƏDKR X13 11 saylı Şəmkir Ərazi tərəfindən Gəncə İnzibati Məhkəməsinə ünvanlanmış **********52 nömrəli məktubun surətindən görünür ki, reyestr nömrəsi 01-75 inventar nömrəsi 96 olan və reyestr nömrəsi 01-74 inventar nömrəsi 95 olan qeydiyyat vəsiqələri daşınmaz əmlakın Şəmkir Rayon X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin qeydiyyat kitablarında öz əksini tapmamışdır. Həmçinin, daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına fərdi yaşayış evi qeydiyyata alınmamışdır. İşdə olan olaraq DƏDKR X13 11 saylı Şəmkir Ərazi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-21-3-40/2-2887/2023 saylı arayışdan görünür ki, ləğv edilmiş X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin Gədəbəy rayon şöbəsi tərəfindən 11 saylı Şəmkir Ərazi İdarəsinə təhvil verilmiş və hal-hazırda mövcud olan 3 ədəd (1, 2 və 3 saylı) “Qeydiyyat vəsiqələrinin qeydiyyatı” kitablarında İddiaçı adına tərtib edilmiş 01-75 reyestr, 96 inventar və 01-74 reyestr nömrəli, 96 inventar nömrəsi olan qeydiyyat vəsiqələri aşkar edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinəəsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəflərin izahatlarını və işdə olan sənədləri tədqiq edərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra Konstitusiyanın) 13-cü maddəsinin İ və İİ hissələrinə müvafiq olaraq Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Konstitusiyanın 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və ya hüquqi şəxs öz əmlakından maneə olmadan istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Mülkiyyətin tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Konstitusiya mülkiyyət hüququnu təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına da zəmanət vermişdir. Məhz buna görə mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları arasında göstərilmişdir. Digər hüquq və azadlıqlarla yanaşı, mülkiyyət hüququnun müdafiəsi vasitələrindən biri də Konstitusiyanın 60-cı maddəsində təsbit olunmuşdur. Həmin maddənin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiya Məhkəməsi Plenumunun bu hüquqla bağlı formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində çıxış edir. Sözügedən hüquq yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məcəllənin 6-cı maddəsinin mənasına görə fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduqda mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər. Məcəllənin 135-ci maddəsində əşya hüququnun obyektləri göstərilmişdir. Həmin maddəyə görə əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, binalar, o cümlədən pullar və qiymətli kağızlar əşyalardır. Məcəllənin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Məcəllənin 139-1.1.2 və 139-1.1.3-cü maddələsinə əsasən, qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokolu, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Məcəllənin 146.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Məcəllənin 146.2-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən, dövlət əmlakının özəlləşdirilməsi - dövlət əmlakının bu Qanunla müəyyən edilmiş qaydalara uyğun alıcıların mülkiyyətinə verilməsidir. Həmin Qanunun 20.1-ci maddəsinə əsasən, dövlət əmlakının hərraclar vasitəsilə ilə satışı həmin əmlakın hər hansı bir şərt qoyulmadan alıcıya satışıdır. Bu zaman əmlak üzərində mülkiyyət hüququ hərracın gedişində maksimum qiymət təklif etmiş alıcıya verilir. Qanunun 29.6-cı maddəsinə əsasən, özəlləşdirilmiş obyektlərin mülkiyyətçiləri həmin obyektlərin yerləşdiyi torpaq sahələrinin müvafiq normativ-hüquqi aktlarla müəyyən edilmiş qaydada satın ala və ya satınalma hüququ ilə icarəyə götürə bilər, habelə müvafiq qərar (müqavilə) əsasında həmin torpaqdan daimi və ya müvəqqəti istifadə edə bilər. Bu sahədə məhdudiyyət olduğu halda, o cümlədən, özəlləşdirilmiş obyektlərin mülkiyyətçiləri əcnəbi və ya vətəndaşlığı olmayan şəxs, xarici hüquqi şəxs olduqda isə o, torpaq sahəsini satınalma hüququ olmadan icarəyə götürə bilər. Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 1997-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılması qaydaları haqqında” Əsasnamənin 3-cü bəndinə əsasən, özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin satın alınmasının subyektləri (alıcıları) qanunvericiliyə uyğun olaraq Azərbaycan Respublikasının fiziki və hüquqi şəxsləri ola bilərlər. Həmin Əsasnamənin 4-cü bəndinə əsasən, özəlləşdirilmiş müəssisə və obyektlərin mülkiyyətçilərinin torpaq sahələrini ilk növbədə satın almaq hüququ vardır. Əsasnamənin 6-cı bəndinə əsasən, özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələri Azərbaycan Respublikasının qanunvericiliyində göstərilən hallar istisna olmaqla satınalma obyektləri sayılır. Əsasnamənin 10-cu bəndinə əsasən, özəlləşdirilən dövlət müəssisəsinin (obyektin) qiyməti və onun altında yerləşən torpaq sahəsinin qiyməti ayrılıqda müəyyənləşdirilir. Beləliklə, araşdırması ilə müəyyən edilmişdir ki, Gədəbəy rayonu, Qalakənd kəndində yerləşən Balıqçılıq təsərrüfatının yarımçıq tikilisinin özəlləşdirilməsinə dair 27 oktyabr 2006-cı ildə hərrac keçirilmiş, hərracda satıcı kimi keçmiş Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi çıxış etmiş, hərracın qalibi Cavabdeh2 olmuşdur. Bu barədə xx.xx.2006-cı il tarixli, 01 nömrəli hərrac protokolu tərtib edilmişdir. Həmin protokol əsasında Cavabdeh2 ilə keçmiş Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin sədr müavini X11 arasında xx.xx.2006-cı il tarixli, 568 nömrəli “Müəssisənin (obyektin) alqı-satıqısı” müqaviləsi bağlanmışdır. Müqavilə əsasında Balıqçılıq təsərrüfatının yarımçıq tikilisinin satın alınması barədə Cavabdeh2 adına “Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılmasına” dair xx.xx.2006-cı il tarixli, 000678 qeydiyyat nömrəli Şəhadətnamə verilmişdir. Həmin balıqçılıq təsərrüfatının yarımçıq tikilisinin yerlşədiyi 20076 kv.m torpaq sahəsi Cavabdeh2 tərəfindən satın alınmış, bu barədə “Özəlləşdirilən müəssisə və obyektlərin, habelə fiziki və hüquqi şəxslər tərəfindən inşa edilmiş obyektlərin yerləşdiyi dövlət torpaq sahəslərinin satılmasına dair” xx.xx.2006cı il tarixli, 000184 qeydiyyat nömrəli Şəhadətnamə tərtib edilmiş, şəhadətnamə torpaq sahəsi üzərində Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məqsədilə verilmişdir. Bundan sonra xx.xx.2010-cu il tarixli, **********89-12301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Gədəbəy rayonu, Qalakənd kəndində yerləşən Əmlak kompleksi kimi müəssisə (Balıqçılıq təsərrüfatının yarımçıq tikilisi) və həmin müəssisənin mülkiyyətində olan 2.0076 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə Cavabdeh2 adına qeydiyyata alınmış, əmlak kompleksi kimi müəssisənin tərkibi ümumi sahələri 51 kv.m, 64 kv.m və 90 kv.m olmaqla üç tikilidən ibarət olmuşdur. İddiaçı həmin dövlət əmlakının (Balıqçılıq təsərrüfatının yarımçıq tikilisinin) özlləşdirilmə prosesinin “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Qanunun tələblərinə zidd hesab edərək həmin əmlakın özəlləşdirilməsinə dair xx.xx.2006-cı il tarixli, 01 nömrəli hərrac protokolunun etibarsız olduğunu bildirsə də, hərrac protokolunun etibarsızlığı üçün əsas ola biləcək halları təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Yəni, iddiaçı bildirmişdir ki, həmin dövlət əmlakının (Balıqçılıq təsərrüfatının yarımçıq tikilisinin tərkibinə dail olan iki ədəd fərdi yaşayış evi) Gədəbəy rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2001ci il tarixli sərəncamı ilə onun adına özəlləşdirilmiş və bu barədə onun adına reyestr nömrəsi 01-75 inventar nömrəsi 96 olan və reyestr nömrəsi 01-74 inventar nömrəsi 95 olan qeydiyyat vəsiqələri verilmişdir. Məhkəmə Gədəbəy Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2001-ci il tarixli sərəncamına münasibət bildirərək belə nəticəyə gəlir ki, həmin sərəncamla Gədəbəy Rayon İcra Hakimiyyəti Başçısı tərəfindən təsərrüfatlararası balıqçılıq təsərrüfatının tərkibinə daxil olan iki ədəd fərdi yaşayış evinin Gədəbəy rayonu, Əlinağılar kənd sakini İddiaçı adına özəlləşdirilməsinə icazə verilmiş, lakin özəlləşdiriləcək əmlakın hansı ünvanda yerləşməsi göstərilməmişdir. Eləcə də, sərəncam həmin dövlət əmlakının (Balıqçılıq təsərrüfatının yarımçıq tikilisinin) özəlləşdirilməsini təsdiq edən akt olmayıb, özəlləşdirilmə barədə tövsiyyəni nəzərdə tutur. Sərəncamın verildiyi vaxt, yəni xx.xx.2001-ci il tarixdə “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 16 may 2000-ci il tarixli Qanunu qüvvədə olmuş, həmin qanunla Azərbaycan Respublikasında dövlət mülkiyyətində olan əmlakın özəlləşdirilməsinin təşkilati, iqtisadi və hüquqi əsasları müəyyən edilmişdir. Yəni, həmin dövlət əmlakı (Balıqçılıq təsərrüfatının yarımçıq tikilisi) Gədəbəy Rayon İcra Hakimiyyəti Başçısının sərəncamı ilə özəlləşdirilə bilməzdi. Eləcə də məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Gədəbəy rayonu, Qalakənd kəndi ünvanında yerləşən Balıqçılıq təsərrüfatının yarımçıq tikilisi “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na, “Tikintisi dondurulmuş, tikintisinin normativ müddətləri ötmüş və tikintisi başa çatdırılmamış obyektlərin özəlləşdirilməsi haqqında Əsasnamə”yə və “Dövlət əmlakının hərraclar vasitəsilə satışı Qaydalarına uyğun olaraq keçmiş Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin 22 sentyabr 2006-cı il tarixli, 234 nömrəli Sərəncamı ilə hərraca çıxarılmış, bu barədə komitənin mətbu orqanı olan “Mülkiyyət” qəzetində müvafiq elan verilmiş və 27 oktyabr 2006-cı il tarixdə keçirilmiş hərracda hərracın qalibi X5 tərəfindən özəlləşdirilmişdir. Yəni, Gədəbəy rayonu, Qalakənd kəndi ünvanında yerləşən Balıqçılıq təsərrüfatının yarımçıq tikilisi dövlət əmlakının hərraclar vasitəsilə satışı üsulu ilə X2 adına qanuni əsaslarla özəlləşdirilmiş, xx.xx.2006-cı il tarixli, 01 nömrəli hərrac protokolunun etibarsız hesab edilməsi üçün heç bir əsas müəyyən edilməmişdir. Həmçinin, Gədəbəy rayonu, Qalakənd kəndi ünvanında yerləşən Balıqçılıq təsərrüfatının yarımçıq tikilisinin yerlşədiyi 20076 kv.m torpaq sahəsi satınalma obyekti sayılmaqla həmin torpaq sahəsinin ilk növbədə satın almaq hüququ özəlləşdirilmiş müəssisənin mülkiyyətçisi Cavabdeh2 məxsus olmuş, həmin torpaq sahəsinin qiyməti ayrılıqda 1310.76 manat müəyyənləşdirilməklə Cavabdeh2 satılmış, bu barədə Cavabdeh2 adına keçmiş Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən “Özəlləşdirilən müəssisə və obyektlərin, habelə fiziki və hüquqi şəxslər tərəfindən inşa edilmiş obyektlərin yerləşdiyi dövlət torpaq sahəslərinin satılmasına dair” xx.xx.2006-cı il tarixli, 000184 qeydiyyat nömrəli Şəhadətnamə verilmişdir. Məhkəmə, həmçinin iddiaçının “xx.xx.2006-cı il tarixli, 568 nömrəli “Müəssisənin (obyektin) alqısatıqısı” müqaviləsinin və “Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılmasına” dair xx.xx.2006-cı il tarixli, 000678 qeydiyyat nömrəli Şəhadətnaməsinin etibarsız hesab edilməsi, MA seriyalı, ******* nömrəli, xx.xx.2010-cu il tarixli Çıxarışın ləğv edilməsi, 17 iyul 2017-ci il tarixli, AN-1N № ******* nömrəli alqı-satqı müqaviləsinin və 24 fevral 2022-ci il tarixli, 4Ə-294 nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və 29 iyul 2011-ci il tarixli, Seriya RX № 138734 nömrəli çıxarışın, 09 mart 2022-ci il tarixli, qeydiyat nömrəsi ********** olan və 09 mart 2022-ci il tarixli, qeydiyyat nömrəsi ********** nömrəli çıxarışın və cizgi planın ləğv edilməsi” tələblərinə də hüquqi qiymət vermiş və belə nəticəyə gəlmişdir ki, iddiaçının mübahisələndirdiyi xx.xx.2006-cı il tarixli, 01 nömrəli hərrac protokolunun etibarsızlığı üçün əsaslar müəyyən edilmədiyindən həmin protokol əsasında keçmiş Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2006-cı il tarixli, 568 nömrəli “Müəssisənin (obyektin) alqı-satıqısı” müqaviləsinin və həmin müqavilə əsasında Cavabdeh2 adına tərtib edilmiş “Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılmasına” dair xx.xx.2006-cı il tarixli, 000678 qeydiyyat nömrəli Şəhadətnamənin etibarsız hesab edilməsi, həmin şəhadətnamə əsasında Cavabdeh2 adına verilmiş MA seriyalı, ******* nömrəli, xx.xx.2010-cu il tarixli Çıxarışın ləğv edilməsi, həmin çıxarış əsasında Cavabdeh2 ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2017-ci il tarixli, AN-İ № ******* saylı “Daşınmaz əmlakın alqı-satqı müaviləsi”nin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında Cavabdeh3 adına verilmiş RX seriyalı, ******* nömrəli, xx.xx.2017-ci il tarixli Çıxarışın ləğv edilməsi, həmin çıxarış əsasında Cavabdeh3 ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, AN-İ № ******* saylı “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında Cavabdeh4 adına verilmiş xx.xx.2022-ci il tarixli, **********89-12301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Çıxarışın və cizgi planının ləğv edilməsi tələbləri də əsassızdır. Məhkəmə onu da nəzərə alır ki, Cavabdeh4 Cavabdeh2 aid olan hüquq müəyyənedici sənədləri etibarsız və ləğv edilmələri barədə iddianın qaldırılması üçün iddia müddətinin ötürüldüyünü bildirərək hazırki iddia tələbinə iddia müddətinin tətbiq edilməsini tələb etmiş, İddiaçı isə Cavabdeh2 aid olan hüquq müəyyənedici sənədlər barədə məlumatının Cavabdeh4 ona qarşı 2022-ci ildə qaldırdığı iddiasından sonra 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı iddia qaldırmaq üçün sübutları toplayarkən müəyyən etidiyini, bu səbəbdən iddia müddətini ötürmədiyini bildirmişdir. Məhkəmə iddiaçının iddia müddətini ötürməməsi barədə dəlillərinə tənqidi yanaşaraq qeyd edir ki, mübahisəli daşınmaz əmlaka dair ilk ölçmə işləri Cavabdeh2 adına ilkin çıxarış qeydə alınarkən, yəni 2010-cu ildə aparılmışdır. İddiaçı bildirdiyi kimi, həqiqətən də o, uzun illər həmin balıqçılıq təsərrüfatının tikilisində yaşamışdırsa, 2010-cu ildə ərazidə aparılan ölçmə işlərindən məlumatlı olmaqla həmin balıqçılıq təsərrüfatının yarımçıq tikilisinin Cavabdeh2 adına özlləşdirildiyini bilmiş və yaxud bilməli olmuşdur. Həmin vaxtdan isə 10 ildən çox vaxt keçmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.1-ci maddəsinə əsasən, ümumi iddia müddəti on il təşkil edir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Yəni, məhkəmə təqdim edilmiş sübutlara tətbiq edilməli hüquq normalarına uyğun qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbləri, digər əsaslarla bərabər, eyni zamanda, bu əsasla da təmin edilməməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPMnin 216-220, 227, 358-360, 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbləri təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar