Məhkəmə qərarları › İş №2(042)-484/2023

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-484/2023

06.07.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-484/2023 06.07.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1, X3, Cavabdeh3 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1, X3, Cavabdeh3, Cavabdeh4 və üçüncü şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı ölçmə işlərinin aparılmasına edilən maneələrin aradan qaldırılması tələbi haqqında iddia ərizəsinə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1, X3, Cavabdeh3, Cavabdeh4 və üçüncü şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 11 saylı ünvan 1 ünvanında yerləşən mərhum atası X5 məxsus fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə əlaqədar fərdi yaşayış evi üzərində ölçmə işləri aparılarkən cavabdehlər tərəfindən edilən maneələrə son qoyulması tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə baxışı iclasında İddiaçı iddia tələbini müdafiə etmiş, izahat verərək, bildirmişdir ki, Gədəbəy şəhəri, Səməd Vurğun küçəsi, 18 ünvanında mərhum atası X5 məxsus fərdi yaşayış evi vardır. O, bu əmlaka hüquqlarının qeydə alınması məqsədilə üçüncü şəxsə müraciə etmişdir. Lakin cavabdehlər müvafiq sənədləşdirmənin aparılması üçün üçüncü şəxsin əməkdaşlarının ölçmə işlərini aparmalarına mane olmuşlar. Gədəbəy Rayon Məhkəməsinin 17 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə də oğlu X1 X6 miras qalmış əmlakı miras kimi vəsiyyətnamə üzrə qəbul etməsi faktı müəyyən edilmişdir. O, müvafiq ölçmə və sənədləşdirmə işlərinin aparılması üçün aparılması üçün Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsinin əməkdşlarını dəvət etmişdir. Ona görə də həmin əmlakın yerləşdiyi ərazidə ölçmə işləri aparılmasına cavabdehlər tərəfindən edilən maneələrə son qoyulması haqqında qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında cavabdeh X2 iddia tələbinə etiraz etmiş, izahat verərək, bildirmişdir ki, iddiaçı ona məxsus olmayan əmlakla əlaqədar sənəd almaq istəyir. Ona görə də iddia tələbinin təmin edilməməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Digər cavabdehlər Cavabdeh1 və Cavabdeh3 Oktay qızı iddia tələbinə etiraz edərək, eyniməzmunlu izahatlar vermişlər. Cavabdeh4 və üçüncü şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilmiş, onlar lakin nümayəndələrini məhkəmə iclasına göndərməmiş, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Rеspublikası MPM-nin 185.5. və 185.6-cı maddələrinə əsasən cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakı оlmadan işə baхılmasını mümkün hеsab еtmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan Gədəbəy Rayon Məhkəməsinin 17 sentyabr 2021-ci il tarixli 2(042)-832/2021 saylı qətnaməsindən görünür ki, X4 tərəfindən X7 miras qalmış Gədəbəy şəhəri, Səməd Vurğun küçəsi, 18 ünvanında 699,42 kvm həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən A və B literli yaşayış evləri miras kimi vəsiyyətnamə üzrə vərəsə kimi qəbul edilməsi faktı müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəflərin izahatlarını, habelə, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ maddəsinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, Gədəbəy Rayon Məhkəməsinin 17 sentyabr 2021-ci il tarixli 2(042)-832/2021 saylı qətnaməsilə X4 tərəfindən X7 miras qalmış Gədəbəy şəhəri, Səməd Vurğun küçəsi, 18 ünvanında 699,42 kvm həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən A və B literli yaşayış evləri miras kimi vəsiyyətnamə üzrə vərəsə kimi qəbul edilməsi faktı müəyyən edilmişdir. İddiaçı da atasından miras qalmış əmlakla əlaqədar sənədləşdirmənin aparılması üçün ölçmə işlərinin keçirilməsinə edilən maneələrin aradan qaldırlmasını istəyir. Məhkəmənin qənaətinə görə ölçmə işləri texniki prosedur olaraq, hər hansı bir şəxsin hüquqlarının pozulmasına səbəb ola bilməz. Ona görə də iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPMnin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏTETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh1, X3, Cavabdeh3 və Cavabdeh4 tərəfindən Gədəbəy şəhəri, Səməd Vurğun küçəsi, 18 ünvanında yerləşən X5 məxsus fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə əlaqədar fərdi yaşayış evi üzərində ölçmə işlərinin aparılmasına edilən maneələrə son qoyulsun. Ödənilmiş 100 manat dövlət rüsumunun əvəzi Cavabdeh1, X3, Cavabdeh3 və Cavabdeh4 alınaraq, İddiaçı verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar