Məhkəmə qərarları › İş №2(042)-493/2024

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-493/2024

13.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-493/2024 13.05.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X4 oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Gədəbəy rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(042)-654/2023 saylı qətnaməni ləğv edib yeni qətnamə çıxarılması və xx.xx.2016-cı il doğum tarixli X5 yetkinlik yaşına çatana qədər saxlanılması üçün cavabdehdən tutullan alimentin məbləğinin artırılaraq hər ay sabit pul məbləğində 250 manat aliment ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Gədəbəy rayon Məhkəməsinin 13 may 2024-cü il tarixli, 2(042)-493/2024 saylı qərardadına əsasən, İddiaçı Cavabdeh qarşı “məhkəmə qətnaməsinin ləğv edilməsi və alimentin miqdarının artırılması” tələbinə dair 2(042)-493/2024 saylı mülki işin icraatına “məhkəmə qətnaməsinin ləğv edilməsi” tələbinə dair hissəsində xitam verilməsi qərara alınmışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə aralarında rəsmi nikah olmuşdur. Birgə yaşadıqları dövrdə onların 18 avqust 2016-cı il təvəllüdlü X9 adında bir övladları doğulmuşdur. Gədəbəy rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(042)- 654/2023 saylı qətnaməsi ilə 18 avqust 2016-cı il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ayda 180 manat məbləğində aliment təyin edilmişdir. Hal-hazırda X5 8 yaşı var. Uşağın məsrəfləri yetərincə artmışdır. Bundan əlavə X5 müalicələri kifayət qədər məsrəflidir. Gədəbəy rayon Məhkəməsinin təyin etdiyi alimentin məbləği uşağın dərmanlarını almağa kifayət etmir. İddiaçı məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə oxşar izahat verdi və əlavə olaraq bildirdi ki, məhkəmə qətnaməsi ilə 180 manat məbləğində aliment müəyyən edilmişdir. Uşağın 8 yaşı var. Həmin məbləğ ilə uşağın xərclərini ödəməkdə çətinlik çəkir. Cavabdeh onunla qonşuluqda yaşayır. Cavabdehin özünə məxsus heyvanları var və maddi imkanı yaxşıdır. Onlar birgə yaşadıqları müddətdə cavabdeh ustalıqla məşğul olmuşdur. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbini etiraf etmədi və izahat verərək bildirdi ki, o, çobanlıqla məşğul olur. Başqa şəxsin heyvanlarını otarır. Ayda 200 manat əmək haqqı alır. Özünə məxsus 15-20 baş heyvanı var. Onun qeyd edilən aliment məbləğini ödəməyə maddi imkanı çatmır. O, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimenti ödməsinə baxmayaraq iddiaçı uşağı ilə görüşməsinə imkan vermir. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə X2 iddiası qismən təmin edilməlidir. Belə ki, işdə olan Gədəbəy RİHB-nın Qoşabulaq kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 21 saylı arayışdan görünür ki, X1 RİH başçısının Qoşabulaq kənd İƏD üzrə nümayəndəliyinin 2021-2025-ci illərə dair 01 nömrəli ev təsərrüfatlarının uçotu kitabının 93 cü səhifəsində 83 nömrəli şəxsi hesabına əsasən qeyd edilmişdir. Hazırda Qoşabulaq kəndində yaşayır. Az yaşlı övladı X9 anasın himayəsındədır İşdə olan doğum haqqında şəhadətnamədən görünür ki, X9 xx.xx.2016-cı il tarixdə anadan olmuş, atası qrafasında Cavabdeh, anası qrafasında X6 qeyd edilmişdir. İşdə olan Gədəbəy rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(042)-654/2023 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı X6 ilə Cavabdeh arasında 18 yanvar 2016-cı ildə Tovuz rayonu Sarıtala kənd İƏD üzrə nümayəndəliyində bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 02 № ilə qeyd edilmiş nikahın pozulması, boşanmadan sonra tərəflərin birgə nikahından doğulmuş uşağı – 18 avqust 2016-cı il təvəllüdlü X9 anası X2 yanında saxlanılması, 31 may 2023-cü il tarixdən başlayaraq 18 avqust 2016-cı ildə doğulmuş X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 180 manat aliment Cavabdeh alınaraq iddiaçı X3 verlməsi qət edilmişdir. İşdə olan mediator Mübariz Cəfərov tərəfindən verilmiş xx.xx.2024-cü tarixli “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmiş, X6 iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərcini tək ödəmişdir. Məhkəmə iclasında tərəflərin izahatı və iş materiallarında olan sübutlarla müəyyən edildi ki, iddiaçı X6 ilə Cavabdeh 2015-ci il tarixdə qeyri-rəsmi olaraq evlənmişlər, nikahlarını xx.xx.2016-cı ildə Tovuz rayonu Sarıtala kənd İƏD üzrə nümayəndəliyində bağlamışlar. Birgə nikahlarındann xx.xx.2016-cı il təvəllüdlü X9 adında bir uşaqları anadan olmuşdur Aralarında olan narazılığa görə ayrılmışlar. Gədəbəy rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(042)-654/2023 saylı qətnaməsinə əsasən, İddiaçı X6 ilə Cavabdeh arasında 18 yanvar 2016-cı ildə Tovuz rayonu Sarıtala kənd İƏD üzrə nümayəndəliyində bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 02 № ilə qeyd edilmiş nikahın pozulması, boşanmadan sonra tərəflərin birgə nikahından doğulmuş uşağı – 18 avqust 2016-cı il təvəllüdlü X9 anası X2 yanında saxlanılması, 31 may 2023-cü il tarixdən başlayaraq 18 avqust 2016-cı ildə doğulmuş X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 180 manat aliment Cavabdeh alınaraq iddiaçı X3 verlməsi qət edilmişdir. İddiaçı məhkəmədə iddia qaldıraraq cavabdehdən tutulan alimentin miqdarının artırılmasını xahiş edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinin tələbinə görə, sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilibkeçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin tələbinə görə, uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 13-cü maddəsinin tələbinə görə isə, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, uşaqlarını saxlamaq valideynlərin həm qanunla müəyyən olunmuş vəzifəsi, həm də mənəvi borcudur. Təyin olunacaq aliment uşaqların maksimum dərəcədə cəmiyyətdə normal inkişafına, tərbiyəsinə, təhsilinə, müalicəsinə və s. xidmət etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, “...Bu baxımdan nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir”. Həmin qərarda göstərilmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Məhkəmə hesab edir ki, uşağın layiqli həyat şəraitinin təmin edilməsi üçün ən azı ona minimum yaşayış imkanı yaradılmalıdır. Odur ki, alimentin miqdarı məsələsini müzakirə edərkən məhkəmə uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnu əsas götürərək, tərəflərin maddi vəziyyətini, uşağın saxlanılmasında, müalicəsində və təhsil almasında tərəflərin iştirakları dərəcəsini və tərəflərin digər diqqətəlayiq hallarını nəzərə alaraq bir uşaq üçün müəyyən edilmiş 180 manat alimentin artırılaraq 215 manat məbləğində müəyyən edilməsini qanuni və əsaslı, həm də uşağın və tərəflərin mənafeyinə uyğun hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddiaçı məhkəməyə müraciət etməmişdən əvvəl mediasiya xərci ödəmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-in 112.1 və 112.1.3-cü maddələrinə əsasən, aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edildiyindən cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Beləliklə, məhkəmə təqdim olunmuş sübutlara, tətbiq edilməli hüquq normalarına uyğun hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 30 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. Ödənilmiş 50 manat məbləğində mediasiya xərci isə cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Gədəbəy rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(042)-654/2023 saylı qətnaməsi ilə 18 avqust 2016-cı təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh iddiaçı X2 xeyrinə tutulan 180 manat alimentin miqdarı artırılsın və hər ay sabit pul məbləğində 215 manat aliment Cavabdeh alınaraq iddiaçı X6ya verilsin. Ödənilmiş 50 manat mediasiya xərcinin əvəzi Cavabdeh alınaraq iddiaçı X6ya verilsin. Cavabdeh 30 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Alimentin yeni miqdarda tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamədən rəsmi verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar