Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-497/2020 21.07.2020 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X5 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən istifadə edilməsinə və rəsmiləşdirilməsinə edilən maneələrin aradan qaldırılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Gədəbəy rayon X4 xx.xx.1998ci il tarixli, 13 saylı qərarı ilə verilmiş, Gədəbəy rayonu, Əmirlaslanlı kəndində yerləşən, Dövlət Torpaq Kadastrı kitabında uçota alınmış xx.xx.2020-cu il tarixdə 175 nömrə ilə uçota alınmış A № 097787 seriyalı “Torpaq sahəsinin Planı və ölçüsü” sənədi əsasında ona məxsus olan 2600 kv.m həyətyanı torpaq sahəsindən istifadə etməyinə və torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına cavabdeh İddiaçı yaratdığı maneələrin aradan qaldırılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib göstərdi ki, Gədəbəy rayon X4 xx.xx.1998-ci il tarixli, 13 saylı qərarı ilə ona Gədəbəy rayonu, Əmiraslanlı kəndində 2600 kv.m həyətyanı torpaq sahəsi verilmişdir. Bu barədə Dövlət Torpaq Kadastrı kitabında uçota alınmış xx.xx.2020-cu il tarixdə 175 nömrə ilə uçota alınmış A № 097787 seriyalı “Torpaq sahəsinin Planı və ölçüsü” sənədi tərtib edilmişdir. O, torpaq sahəsini daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldırmaq üçün xx xxx 2020-ci il tarixdə ƏMDK yanında DƏDRX-nin 11 saylı X9 müraciət etmişdir. Müraciəti əsasında DƏDRX-nin 11 saylı X8 əməkdaşları xx xxx 2020-ci ildə Gədəbəy rayonu, Əmiraslanlı kəndinə gəlmişlər. Onlar torpaq sahəsində ölçmə işləri aparmaq istəyərkən cavabdeh Əmiraslanlı kənd sakini Cavabdeh 11 saylı X8 əməkdaşlarına ölçmə işləri aparmaq üçün maneələr yaratmış və torpaq sahəsinin guya ona məxsus olmasını bəhanə gətirərək mübahisə yaratmışdır. Bu səbəbdən 11 saylı X8 əməkdaşları tərəfindən ölçmə işləri aparmaq mümkün olmamışdır. Eləcə də bildirir ki, Cavabdeh ona öz torpaq sahəsini əkib-becərməyə imkan vermir. Bu da cavabdeh tərəfindən onun mülkiyyət hüquqlarının pozulmasına gətirib çıxarmışdır. Onu da bildirir ki, cavabdehin torpaq sahəsi onun torpaq sahəsi ilə bitişik deyildir və arada xeyli məsafə vardır. Onun torpaq sahəsinin ətrafında başqa qonşuların torpaq sahəsi vardır. O, cavabdehə torpaq sahəsinə törətdikləri maneələrin aradan qaldırılmasını dəfələrlə xahiş etsə də, heç bir nəticəsi olmamışdır. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət etməli olmuşdur. Odur ki, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şahid X6 məhkəmə iclasında bildirdi ki, o, Gədəbəy rayonu Əmiraslanlı kənd icra nümayəndəsi vəzifəsində işləyir. İddiaçı Əmiraslanlı kəndində qeydiyyatda olsa da, həmin kənddə yaşamır. İddiaçının mübahisələndirdiyi torpaq sahəsini əvvəllər cavabdeh istifadə etmişdir. Cavabdehin özünün ayrıca torpaq sahəsi və evi vardır. İddiaçı torpaq sahəsini daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldırmaq istəsə də, cavabdeh buna mane olmuşdur. Şahid X7 məhkəmə iclasında Gərgər bələdiyyəsinin sədri vəzifəsində işlədiyini bildirdi və şahid X2 ifadəsi ilə eyni məzmunlu ifadə verdi. Məhkəmə iddiaçını və şahidləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslıdır. Belə ki, işdə olan Gədəbəy rayonu İHB-nin Əmiraslanlı kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 123 saylı arayışdan görünür ki, Hüseynov X1 qeydiyyatdadır. İşdə olan Gədəbəy rayonu İHB-nin Əmiraslanlı kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 11.032020-ci il tarixli, 70 saylı arayışdan görünür ki, 2016-2020-ci illəri əhatə edən 01 saylı təsərrüfatbaşına kitabın 35-ci səhifəsinə əsasən öz şəxsi vəsaiti hesabına 1990-ci ildə tikilmiş fərdi yaşayış evi və 0.26 ha həyətyanı torpaq sahəsi vardır. İşdə olan Dövlət Torpaq Kadastrı kitabında xx.xx.2010-cu il tarixdə 175 nömrə ilə uçota alınmış A № 097787 seriyalı “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin surətindən görünür ki, Gədəbəy rayon X4 xx xxxxxx 1998-ci il tarixli, 13 saylı qərarı ilə İddiaçı Gədəbəy rayonu, Əmiraslanlı kəndində 2600 kv.m həyətyanı torpaq sahəsi ayrılmışdır. İşdə olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 11 saylı Ərazi idarəsinin **********92 №-li, xx xxx 2020-ci il tarixli məktubundan görünür ki, İddiaçı Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Ərazi İdarəsinə ünvanlandığı xx xxx 2020-ci il tarixli ərizəsinə yaradılmış komissiya tərəfindən baxılmış, araşdırma zamanı məlum olmuşdur ki, həyətyanı torpaq sahəsində mübahisəli hal var, qardaşı tərəfindən ölçü işlərinin aparılmasına etiraz olunmuşdur. Odur ki, ərazidə mübahisəli hal olduğu nəzərə alınaraq ərizənin icrasından imtina edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlər ə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Qeyd olunan maddi hüquq normalarının hüquqi şərtlərinin mövcudluğu üçün, iddiaçı mübahisələndirilən torpaq sahəsinin mülkiyyətçisi olmalı, həmin torpaq sahəsi üzərində onun mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına cavabdeh tərəfindən maneələr yaradılmalı və bu maneələr qanunsuz olmalıdır. Məhkəmədə tədqiq edilmiş sübutlarla müəyyən edildi ki,Gədəbəy rayon X4 xx xxxxxx 1998-ci il tarixli, 13 saylı qərarı ilə İddiaçı Gədəbəy rayonu, Əmiraslanlı kəndində 2600 kv.m həyətyanı torpaq sahəsi ayrılmışdır. Bu barədə “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilmişdir. Məhkəmə iddiaçının mübahisəli torpaq sahəsinə dair adına plan və ölçü sənədinin işlənilməsini, bununla da onun qarşısında həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestri xidməti orqanında dövlət qeydiyyatına aldırmaqda hər hansı maneələrin olmadığını nəzərə alan məhkəmə hesab edir ki, iddiaçının mübahisəli torpaq sahəsi üzərində hüquqları mülkiyyət hüququ kimi qiymətəndirilməlidir. Belə ki, Broniovski Polşaya qarşı işində Avropa İnsan hüquqları Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin 1-ci hissəsindəki “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir, həmin anlayış daxili qanunvericilikdə verilən formal tövsifdən asılı deyildir. Maddi əşyalar kimi əmlak təşkil edən müəyyən hüquq və maraqlar da “mülkiyyət” hesab edilə bilər. Məhkəmə qeyd edir ki, mübahisəli həyətyanı torpaq sahəsinin iddiaçıya mülkiyyət hüququ ilə məxsus olması və həmin torpaq sahəsi üzərində onun mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına cavabdeh tərəfindən maneələr yaradılması iddiaçının izahatı, şahid ifadələri və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 11 saylı Ərazi idarəsinin **********92 №-li, xx xxx 2020-ci il tarixli məktubu ilə öz təsdiqini tapır. Odur ki, qeyd olunanlara əsasən, məhkəmə belə qənaətə gəlir ki, iddiaçı onun mülkiyyətində olan Gədəbəy rayonu, Əmiraslanlı kəndində yerləşən 2600 kv.m həyətyanı torpaq sahəsi üzərində onun mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına və həmin torpaq sahəsindən istifadə etməsinə cavabdeh tərəfindən edilən maneələrin aradan qaldırılmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə təqdim edilmiş sübutlara tətbiq edilməli hüquq normalarına uyğun qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, İddiaçı məxsus olan, Gədəbəy rayonu, Əmiraslanlı kəndində yerləşən 2600 kv.m həyətyanı torpaq sahəsi üzərində onun mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına və həmin torpaq sahəsindən istifadə etməsinə Cavabdeh tərəfindən edilən maneələr aradan qaldırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. İş materiallarından görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılarkən 10 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233.1, 360 və 362-ci maddələrini rəhbər tutub, QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı məxsus olan, Gədəbəy rayonu, Əmiraslanlı kəndində yerləşən 2600 kv.m həyətyanı torpaq sahəsi üzərində onun mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına və həmin torpaq sahəsindən istifadə etməsinə Cavabdeh tərəfindən edilən maneələr aradan qaldırılsın. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 10 manat Cavabdeh alınaraq İddiaçı verilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Marif Kazımov
Məhkəmə qərarları › İş №2(042)-497/2020
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-497/2020
21.07.2020 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver