Məhkəmə qərarları › İş №2(042)-508/2025

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-508/2025

23.04.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-508/2025 23.04.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Qasımov Fuad Kamil oğlunun katibliyi, İddiaçı nümayəndəsi X7 və Cavabdeh Rəfail oğlunun nümayəndəsi X3 iştirakları ilə İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı Cavabdeh xx.xx.2021-ci il tarixdə doğulmuş X1 üçün müəyyən edilmiş 200 manat alimentin dəyişdirilərək, cavabdehdən hər ya qazancının ¼ hisssəsi qədər alimentin tutulması və 55 manat mediasiya xərcinin alınaraq, ona verilməsi tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı nümayəndəsi X11 məhkəmə iclasında iddia tələbini müdafiə etmiş, izahat verərək bildirmişdir ki, iddiaçı ilə cavabdeh 2019-cu ildə Gədəbəy Rayon Qeydiyyat Şöbəsində nikah bağlamaqla ailə qurmuşlar. Nikah münasibətlərindən xx.xx.2021-ci il tarixdə X4 doğulmuşdur.Cavabdehlə aralarında olan narazılığa görə ayrılmışlar.Gədəbəy Rayon Məhkəməsinin 03 may 2023-cü il tarixli qətnaməsinə əsasən iddia tələbi qismən təmin edilmiş, Cavabdeh ilə aralarında olan nikah pozulmuş, xx.xx.2021-ci il təvəllüdlü X4 onun himayəsində saxlanılaraq, yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 200 manat aliment və uşağ üç yaşına çatana qədər 50 manat, cəmi 250 manat sabit pul məbləğində alimentin cavabdehdən alınaraq ona verilməsi qət edilmişdir.Cavabdeh hazırda Səhiyyə Nazirliyinin Gədəbəy Rayon Mərkəzi Xəstəxanasında işləyir, qazancı yüksəkdir. Ona görə də iddia tələbinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını istəyir. Cavabdeh Rəfail oğlunun nümayəndəsi X5 məhkəmə iclasında alimentin yeni qaydada tutulmasına tələbinə etiraz etmiş, izahat verərək bildirmişdir ki, cavabdeh Gədəbəy Rayon Mərkəzi Xəstəxanasında işləyir.O, İddiaçı ilə ayrıldıqdan sonra yenidən ailə qurmuşdur və tezliklə övladı doğulavcaq. Alimentin yeni qaydada tuulması onun gəlirlərinin azalmasına və yeni ailəni saxlmasına təsir edəcəkdir. Ona görə də iddia tələbinin təmin edilməməsini xahiş edir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan Arayışdan görünür ki, Cavabdeh ilə İddiaçı nikah münasibətlərindən xx.xx.2021-ci ildə X6 doğulmuşdur. İşdə olan Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(042)-289/2023 saylı qətnaməsindən görünür ki, 25 iyun 2021-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün 200 manat və azyaşlı uşağın 3 yaşına catanadək saxlanılması üçün 50 manat, cəmi 250 manat sabit miqdarda alimentin Cavabdeh alınaraq, İddiaçı verilməsi qət edilmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarını və işdə olan sənədləri təhlil edərək, hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Məcəllənin 76.1. və 76.1.1-ci maddələrinə əsaaəsn aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay bir uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur. Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin tələbinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 202-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, Gədəbəy Rayon Məhkəməsinin 03 may 2023-cü il tarixli qətnaməsi ilə 25 iyun 2021-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün 200 manat və azyaşlı uşaq 3 yaşına catanadək saxlanılması üçün 50 manat, cəmi 250 manat sabit miqdarda alimentin Cavabdeh alınaraq, İddiaçı verilməsi qət edilmişdir. Lakin təyin edilmiş aliment azyaşlı uşağın artan xərclərini ödəmir. Qanunun tələblərinə əsasən iddiaçının himayəsində olan uşağın layiqli həyat şəraitinin təmin edilməsi üçün ona minimum yaşayış imkanı yaradılmalıdır. Məhkəmə azyaşlı uşağın saxlanılması xərclərinin artmasını, uşağın təhsili, geyimi və səhhəti ilə bağlı xərclərin artmasını və bununla əlaqədar iddiaçının maddi vəziyyətinin pisləşməsini, həmçinin Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında qanunun tələblərini nəzərə alaraq, belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, alimentin tutulmaq aydası dəyişdiriməli, 25 iyun 2021-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay cavabdehin aylıq qazancının və əlavə gəlirlərinin ¼ hissəsi qədər alment alınaraq, İddiaçı verilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yəni, Cavabdeh 32 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməli, 55 manat mediasiya xərcinin əvəzi alınaraq, İddiaçı verilməlidir. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220, 227, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia tələbi təmin edilsin. 25 iyun 2021-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Gədəbəy Rayon Məhkəməsinin 03 may 2023-cü il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin tutulma qaydası dəyişdirilsin, Cavabdeh aylıq qazancının və əlavə gəlirlərinin ¼ hissəsi qədər aliment alınaraq, İddiaçı verilsin. Ödənilmiş 55 manat mediasiya xərci Cavabdeh alınaraq, İddiaçı və 32 manat dövlət rüsumu tutularaq, dövlət büdcəsinə köçürülsün. Alimentin yeni miqdarda tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamədən rəsmi verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar