Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-522/2024 29.05.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı Cavabdeh ona məxsus “Mitsubishi L200” markalı, **-NH-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə vurduğu maddi ziyana görə 4350 manat məbləğində pulun alınıb ona verilməsi tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə baxış iclasında iddia tələbini müdafiə etmiş, izahat verərək bildirmişdir ki, o, Gədəbəy rayonun, Göyəlli kəndində yaşayır. “Mitsubishi L200” markalı, **-NH-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili “BC” kateqoriyalı sürücülük vəsiqəsi ilə idarə edir. Avtomobil mülkiyyət hüququ ilə ona məxsusdur. xx.xx.2024-cü il tarixdə saat 18 radələrində Cavabdeh orta dərəcəli sərxoş vəziyyətdə idarə etdiyi Mersedes 260 markalı, **-KC-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Novosaratovka-Gədəbəy avtomobil yolunda hərəkətdə olan zaman yolun Gədəbəy rayonu, Gərgər kəndinin mərkəzindən keçən hissəsində qarşı hərəkət zolağına çıxdığı üçün onun idarə etdiyi “MİTSUBİSHİ L200” markalı, **-NH-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə toqquşma baş vermiş, nəticədə ona məxsus avtomobildə olan sərnişin X1 alt çənənin əzilmiş yarası kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirmiş və “MİTSUBİSHİ L200” markalı, **-NH-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə 4350 (dörd min üç yüz əlli) manat maddi ziyan vurmaqla yol nəqliyyat hadisəsi törətmişdir.Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(042)-56/2024 saylı qərarı ilə Cavabdeh Azərbaycan Respublikası İXM-nin 333.3-cii maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinmiş və ona nəqliyyat vasitəsini idarə etmək hüququ 2 (iki) il müddətinə məhdudlaşdırılmaqla 700 manat miqdarında cərimə növündə inzibati tənbeh təyin edilmişdir.Bundan sonra o, avtomobilinə dəymiş ziyanın ödənilməsi ilə bağlı Cavabdeh müraciət etmiş, dəymiş ziyanın ödənilməsini tələb etmişdir. Lakin bu günədək Cavabdeh ona dəyən ziyanı ödəməkdən boyun qaçırır. Avtomobilə dəymiş ziyanın məbləği 4350 manat təşkil edir. Bu qüşur aktı ilə müəyyən olunur. Həmin qüsur aktına əsasən, avtomobildə görülməli işlər ehtiyyat hissələrinin dəyişdirilməsi, dəmirçi işi və rəngsaz işlərindən ibarət olmaqla görülməli işlərin ümumi dəyəri 4350 manat müəyyən edilmişdir. Ona görə də iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İşdə olan Gədəbəy Rayon 06 mart 2024-cü il tarixli 3(042)-56/2024 saylı qərardan görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 333.3-cü maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinmiş və ona nəqliyyat vasitəsini idarə etmək hüququ 2 il müddətinə məhdudlaşdırılmaqla 700 manat miqdarında cərimə növündə inzibati tənbeh təyin edilmişdir. İşdə olan Arayışdan görünür ki, “Mitsubishi L200” markalı, **-NH-*** dövlət qeydiyyat nömrəli nişanlı avtomobilə dəymiş zərər 4350 manat təşkil edir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddiaçının izahatını və işdə olan sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2. və 14.2.6-cı maddlərinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Dövlət rüsumu haqqında Qanunun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yəni, Cavabdeh 63.5 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, Cavabdeh iddiaçıya 4350 manat miqdarında ziyan vurmuşdur. Ona görə də iddia tələbi təmin edilməli, Cavabdeh vurulmuş ziyanın miqdarı olan 4350 manat alınaraq, İddiaçı verilməli, 63.5 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPMnin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 4350 manat alınaraq, İddiaçı, 63.5 manat dövlət rüsumu tutularaq, dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №2(042)-522/2024
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-522/2024
29.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver