Məhkəmə qərarları › İş №2(042)-523/2021

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-523/2021

02.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-523/2021 02.06.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X11 oğlunun katibliyi Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh X5, X2 və X1 tərbiyə edilməsi üçün alimentin miqdarının artırılaraq hər bir uşaq üçün 160 manat məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 2003-cü ildə qeyrirəsmi ailə qurmuş, 2005-ci ildə nikahlarını rəsmiləşdirmişlər. 2009-cu ilin sonlarına qədər birgə yaşamışlar. Birgə yaşadıqları dövrdə üç uşaqları olmuşdur. Aralarında olan narazılığa görə ayrılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin 11 iyun 2018-ci il tarixli, 2(104)-2211/2018 saylı qətnaməsinə əsasən, Cavabdeh 01 yanvar 2004-cü il təvəllüdlü X9, 05 yanvar 2005-ci il təvəllüdlü X7 və 01 fevral 2006-cı il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün məhkəmə qaydasında müəyyən olunmuş alimentin miqdarı artırılaraq hər uşaq üçün 120 manat müəyyən edilməsi qət edilmişdir. Gədəbəy rayon Məhkəməsinin 12.02.2020-ci il tarixli, 2(042)-106/2020 saylı qətnaməsinə əsasən ondan 372 manat alınaraq X6 verilməsi qət edilmiş, Gədəbəy rayon Məhkəməsinin 11.07.2019-cu il tarixli, 1(042)-10/2019 saylı hökmü ilə isə 100 manat cərimə cəzasına məhkum edilmişdir. O, bütün bunlara ödəməkdə çətinlik çəkir. Həmçinin təyin edilmiş aliment uşaqların maddi tələbatını ödəmir. Ona görə də alimentin miqdarının artırılmasını istəyir. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə verərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının ərizəsini nəzərə alaraq onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirdi ki, o iddia tələbini etiraf etmir. Belə ki, maddi vəziyyəti çox ağırdır. Onun ikinci nikahdan başqa uşaqları vardır. İddiaçıya isə üç uşaq üçün 360 manat aliment ödəyir. Onun bundan artıq aliment ödəməyə imkanı yoxdur. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə İddiaçı iddiası qismən təmin edilməlidir. Belə ki, işdə olan iddiaçıya aid şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Gədəbəy rayonu, Böyük Qaramurad kəndində qeydiyyatdadır. İşdə olan doğum haqqında şəhadətnamələrin lazımi qaydada təsdiq edilmiş surətlərindən görünür ki, X7 05.01.2005-ci il tarixdə, X9 isə 01.01.2004-cü il tarixdə Gədəbəy rayonu, Arabaçı kəndində anadan olmuşlar. Ataları qrafasında İddiaçı oğlu, anaları qrafasında Cavabdeh qızı qeyd edilmişdir. İşdə olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X8 01.02.2006-cı il tarixdə Gədəbəy rayonu, Arabaçı kəndində anadan olmuşdur. Atası qrafasında Cavabdeh, anası qrafasında İddiaçı qeyd edilmişdir. İşdə olan 79/20 nömrəli tələbə biletinin surətindən görünür ki, Məmmədov Ceyhun Azərbaycan Respublikası Təhsil Nazirliyi Tovuz Dövlət Sosial İqtisadi Kolllecinin “Qida sənaye, iaşə və ticarət” ixtisası üzrə əyani şöbənin tələbəsidir. İşdə olan Gədəbəy rayon Məhkəməsinin 12.02.2020-ci il tarixli, 2(042)-106/2020 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı 362 manat məbləğində borc və ödənilmiş 10 manat məbləğində dövlət rüsumu, cəmi 372 manat alınaraq X4 verilməsi qət edilmişdir. İşdə olan Gədəbəy rayon Məhkəməsinin 11.07.2019-cu il tarixli, 1(042)-10/2019 saylı hökmünü surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1-ci və 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməsi və ona CM-nin 188.1-ci maddəsi ilə 8000 manat məbləğində, CM-nin 128-ci maddəsi ilə 1000 manat məbləğində cərimə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə İddiaçı qızına qəti olaraq 8000 manat məbləğində cərimə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən, İddiaçı qızının 08 fevral 2019-cu il tarixdən 18 mart 2019-cu il tarixədək həbsdə saxlanıldığı və 18 mart 2019-cu il tarixdən 11 iyul 2019-cu il tarixədək ev dustaqlığında olduğu 154 gün müddət nəzərə alınmaqla təyin olunmuş cərimə cəzası yüngülləşdirilərək üzərində 100 manat məbləğində cərimə cəzası saxlanılmışdır. İşdə olan Gəncə Apellyasiya Məhkəməsinin 11 iyun 2018-ci il tarixli, 2(104)-2211/2018 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh 01 yanvar 2004-cü il təvəllüdlü X9, 05 yanvar 2005ci il təvəllüdlü X7 və 01 fevral 2006-cı il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün məhkəmə qaydasında müəyyən olunmuş alimentin miqdarı artırılaraq hər uşaq üçün 120 manat müəyyən edilməsi qət edilmişdir. Məhkəmə iclasında tərəflərin izahatı, iş materiallarında olan sənədlərlə müəyyən edildi ki, iddiaçı Cavabdeh ilə 2003-cü ildə qeyri-rəsmi ailə qurmuş, 2005-ci ildə nikahlarını rəsmiləşdirmişlər. 2009-cu ilin sonlarına qədər birgə yaşamışlar. Birgə yaşadıqları dövrdə üç uşaqları olmuşdur. Aralarında olan narazılığa görə ayrılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin 11 iyun 2018-ci il tarixli, 2(104)-2211/2018 saylı qətnaməsinə əsasən, Cavabdeh 01 yanvar 2004cü il təvəllüdlü X9, 05 yanvar 2005-ci il təvəllüdlü X7 və 01 fevral 2006-cı il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün məhkəmə qaydasında müəyyən olunmuş alimentin miqdarı artırılaraq hər uşaq üçün 120 manat müəyyən edilməsi qət edilmişdir. İddiaçı iddia qaldıraraq cavabdehdən tutulan alimentin miqdarının artırılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinin tələbinə görə, sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilibkeçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin tələbinə görə, uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 13-cü maddəsinin tələbinə görə isə, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, uşaqlarını saxlamaq valideynlərin həm qanunla müəyyən olunmuş vəzifəsi, həm də mənəvi borcudur. Təyin olunacaq aliment uşaqların maksimum dərəcədə cəmiyyətdə normal inkişafına, tərbiyəsinə, təhsilinə, müalicəsinə və s. xidmət etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, “...Bu baxımdan nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir”. Həmin qərarda göstərilmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Məhkəmə hesab edir ki, uşağın layiqli həyat şəraitinin təmin edilməsi üçün ən azı ona minimum yaşayış imkanı yaradılmalıdır. Odur ki, alimentin miqdarı məsələsini müzakirə edərkən məhkəmə uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnu əsas götürərək, eləcə də tərəflərin maddi vəziyyətini, uşağın saxlanılmasında, təhsil almasında tərəflərin iştirakları dərəcəsini nəzərə alaraq hər bir uşaq üçün təyin edilmiş 120 manat məbləğində alimentin miqdarının artırılaraq hər bir uşaq üçün 125 manat məbləğində təyin edilməsini qanuni və əsaslı, həm də uşaqların mənafeyinə uyğun hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. MPM-in 112.1 və 112.1.3-cü maddələrinə əsasən, aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. MPM-in 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Beləliklə, məhkəmə təqdim olunmuş sübutlara, tətbiq edilməli hüquq normalarına uyğun hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 30 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin 11 iyun 2018-ci il tarixli, 2(104)-2211/2018 qətnaməsi ilə müəyyən edilmiş, 01 yanvar 2004-cü il təvəllüdlü X9, 05 yanvar 2005-ci il təvəllüdlü X7 və 01 fevral 2006-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün Cavabdeh İddiaçı xeyrinə tutulan 120 manat alimentin miqdarı artırılaraq hər bir uşağa görə hər ay sabit pul məbləğində 125 manat olmaqla, üç uşaq üçün cəmi 375 manat aliment Cavabdeh alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 30 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar