Məhkəmə qərarları › İş №2(042)-527/2022

Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №2(042)-527/2022

19.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № 2(042)-527/2022 19.04.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlu, İddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin (bundan sonra "xxxx" KB ASC) Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsinə və ərizəyə əlavə edilmiş sənədlərə baxaraq, Müəyyən etdim: İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair məhkəməyə ərizə ilə müraciət edərək sadələşdirilmiş icraat qaydasında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə ərizənin məhkəmə icraatına qəbul edilməsinin mümkünlüyü məsələsinə baxaraq qeyd edir ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsi məhkəmənin icraatına qəbul edilməkdən imtina edilməlidir. Belə ki, işə əlavə edilmiş Gədəbəy rayon Məhkəməsi tərəfindən elektron sorğu vasitəsi ilə əldə edilmiş Cavabdeh şəxsi məlumatlar vərəqəsindən görünür ki, Cavabdeh 10.12.2021-ci il tarixdə ölmüşdür. Belə olan halda, iddiaçı "xxxx" KB ASC-nin iddia ərizəsi üzrə cavab verməli olan şəxs öldüyündən iddia ərizəsi məhkəmənin icraatına qəbul edilməkdən imtina edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. Həmin Məcəllənin 153.4-cü maddəsinə əsasən, ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Məhkəmə hesab edir ki, belə olan halda iddia ərizəsini qəbul etməkdən imtina edilməli və ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə "xxxx" KB ASC-yə verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 232, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, Qərara aldım: İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsini icraata qəbul etməkdən imtina edilsin və ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçı "xxxx" KB ASC-yə qaytarılsın. Qərardaddan rəsmi verildiyi gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar