Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-536/2022 23.06.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi X1, İddiaçı nümayəndəsi Vəkil və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh və maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin 11 saylı Ərazi İdarəsinə qarşı ölçmə işlərinin aparılmasına qoyulan maneələrin aradan qaldırılması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh və maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin 11 saylı Ərazi İdarəsinə qarşı Gədəbəy Rayon AİK-nın xx.xx.1997-ci il tarixli 13 saylı qərar və JN-016D saylı Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə əsasında ona və ailə üzvlərinin ümumi paylı mülkiyyətinə verilmiş, Gədəbəy rayonunun Düzyurd kəndində yerləşən 0,24 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sadəsində inşa etdirərək ailəsi ilə birlikdə yaşadığı fərdi yaşayış evinin dövlət qeydiyyatına alınması üçün tələb olunan ölçmə işlərinin aparılmasına cavabdeh tərəfindən göstərilən maneənin aradan qaldırılaraq, yeni ölçmə işlərinin aparılmasının təmin edilməsi, hazırkı iddianın qaldırılması və məhkəmədə təmsil olunması üçün vəkil xidmətinə görə ödəmiş olduğu 450 xidmət haqqının və 101 manat dövlət rüsumunun cavabdehdən alınaraq, ona verilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı nümayəndəsi Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə etmiş, izahat verərək, bildirmişdir ki, cavabdeh iddiaçıya məxsus evin qonşuluğundakı, valideynlərindən miras qalmış evdə yaşayır. Gədəbəy rayonu AİK-nın xx.xx.1997-ci il tarixli 13 saylı qərarı və JN-016D saylı Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə əsasında ona və ailə üzvlərinin ümumi paylı mülkiyyətinə Gədəbəy rayonunun Düzyurd kəndində yerləşən 0,24 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin dövlət qeydiyyatına alınması üçün Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRXnin 11 saylı Ərazi İdarəsinə rəsmi qaydada müraciət etmiş, Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin 11 saylı Ərazi İdarəsinin əməkdaşları həyətyanı torpaq sahəsinin və fərdi yaşayış evinin dövlət qeydiyyatına alınması üçün tələb olunan ölçmə işlərini icra etmək istəyərkən, cavabdeh heç bir hüquqi əsası olmadan 3-cü şəxsin əməkdaşının ölçmə işlərinin aparılmasına mane olaraq ərazidən çıxarmış və ölçmə işlərinin aparılması mümkün olmamışdır. Ona görə də, iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirmişdir ki, o, iddiaçı ilə qonşuluqda yaşayır. Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin 11 saylı Ərazi İdarəsinin əməkdaşları ölçmə işlərini onun torpaq sahəsində aparmaq istəmiş, o, buna etiraz etmişdir. Lakin iddiaçının özünə məxsus torpaq sahəsində ölçmə işləri aparılarsa ona etiraz etməyəcəkdir. Ona görə də, qanuni qərar qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan DƏDRX-nin 11 saylı Ərazi İdarəsi tərəfindən İddiaçı göndərilmiş məktubun surətindən görünür ki, ölçmə işləri zamanı digər şəxs ölçü işlərinin aparılmasına mane olmuşdur. İşdə olan Gədəbəy Rayon AİK-nın xx.xx.1997-ci il tarixli 13 saylı qərarı və JN-016D saylı Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamənin surətindən görünür ki, İddiaçı və onun ailə üzvlərinə 0.24 ha həyətyanı torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəflərin izahatlarını və işdə olan sənədləri təhlil edərək hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdir ki, İddiaçı mülkiyyətində olan torpaq sahəsini DƏDRX-nin 11 saylı Ərazi İdarəsində qeydiyyatdan keçirmək istəsə də, iş üzrə Cavabdeh buna maneçilik törətmiş, ölçmə işlərini aparan əməkdaşların işinə qəsdən maneələr törətmiş, İddiaçı öz hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı vəkilin hüquqi yardımından istifadə etmək üçün ödədiyi 450 manat xidmət haqqını tələb etmiş, lakin bu xərci təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Ona görə də, iddia tələbləri qismən təmin edilməli, Gədəbəy Rayon AİK-nın xx.xx.1997-ci il tarixli 13 saylı qərar və JN-016D saylı Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə əsasında iddiaçıya və ailə üzvlərinin mülkiyyətinə verilmiş, Gədəbəy rayonunun Düzyurd kəndində yerləşən 0,24 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin üzərində mülkiyyət hüququnun qeydiyyatı üçün zəruri olan ölçü işlərinin aparılmasında DƏDRX-nin 11 saylı Ərazi idarəsi əməkdaşlarına Cavabdeh tərəfindən edilən hər cür maneələr aradan qaldırılmalı, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq, iddiaçıya verilməlidir. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220, 227, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq, Qət etdi: İddia tələbləri qismən təmin edilsin. Gədəbəy Rayon AİK-nın xx.xx.1997-ci il tarixli 13 saylı qərar və JN-016D saylı Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə əsasında İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş, Gədəbəy rayonunun Düzyurd kəndində yerləşən 0,24 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin üzərində mülkiyyət hüququnun qeydiyyatı üçün zəruri olan ölçü işlərinin aparılmasına DƏDRX-nin 11 saylı Ərazi idarəsi əməkdaşlarına Cavabdeh tərəfindən edilən hər cür maneələr aradan qaldırılsın, yeni ölçü işləri aparılsın. Ödənilmiş 100 manat dövlət rüsumunun əvəzi Cavabdeh alınaraq, İddiaçı verilsin. Qətnamədən rəsmi verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №2(042)-536/2022
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-536/2022
23.06.2022 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver