Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-542/2020 21.07.2020 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, x9 oğlunun katibliyi, İddiaçı rəisi x3 və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh elektron nəzarət qurğusunun dəyəri olan 1346.03 manat məbləğində vəsaitin alınıb İddiaçınə verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı rəisi x8 məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında göstərdi ki, Gədəbəy rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1 (042)-38/2019 saylı hökmü ilə Cavabdeh Azərbaycan Respublikasının Cinayət məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3cü maddələri ilə təqsirli bilinib 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cəza çəkdiyi müddətdə Cavabdeh Gədəbəy rayonunun hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 07:00-dək ünvan 1 ünvanında olan yaşayış yerini tərk etməmək, x12ni gəzdirmək və vasitənin işlək vəziyyətində saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmuşdur. xx.xx.2019-cu il tarixdə şöbənin probasiya üzrə böyük icra məmuru x4 müvafiq protokol tərtib etmiş və cavabdehin üzərində cəza çəkdiyi müddət ərzində x6 istifadə qaydaları izah edilərək tətbiq edilmişdir. Elə həmin gün müvafiq aktla bir ədəd mobil nəzarət qurğusu, bir ədəd elektron qolbağ, bir ədəd elektron qolbağ üçün enerji bankı, üç ədəd siqnal ötürücüsü, bir ədəd adapter məhkuma, hazırki iş üzrə Cavabdeh quraşdırılaraq təhvil verilmişdir. Bu nəzarət avadanlıqlarının istifadə qaydaları cavabdehə izah edilmiş və bu avadanlıqlara üzərində gəzdirdiyi və istifadə etdiyi müddətdə maddi məsuliyyət daşıması barədə xəbərdarlıq olunmuşdur. Lakin edilmiş xəbərdarlıqlara baxmayaraq xx.xx.2019-cu il tarixdə məhkumun üzərində olan nəzarət cihazlarına baxış zamanı “İdrak” markalı, YR 15.013.019-805PC2 nömrəli mobil telefonun ekran hissəsinin sınmış vəziyyətdə olduğu müəyyən edilmişdir. Hadisə ilə bağlı dərhal məhkumun, hazırki iş üzrə cavabdehin iştirakı ilə akt tərtib olunmuş, cavabdehin izahatı alınmış, müvafiq protokol yazılmış və barəsində tənbeh tədbiri tətbiq edilməsi üçün müvafiq qərar qəbul edilmişdir. Cavabdehin müdaxiləsi nəticəsində elektron nəzarət qurğusu yarasız vəziyyətə düşmüş və nəticədə maddi ziyan dəymişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən verilmiş maliyyə arayışına görə həmin yarasız vəziyyətə düşən avadanlığın dəyəri 1346.03 manat təşkil edir. Ona görə də məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Odur ki, o, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbini qismən etiraf etdi və izahatında göstərdi ki, o, Gədəbəy rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1 (042)-38/2019 saylı hökmü ilə 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. xx.xx.2019cu il tarixdə İddiaçı böyük icra məmuru x4 ona x12ni tətbiq etmiş, bir ədəd mobil nəzarət qurğusu, bir ədəd elektron qolbağ, bir ədəd elektron qolbağ üçün enerji bankı, üç ədəd siqnal ötürücüsü, bir ədəd adapter quraşdırılaraq ona təhvil verilmişdir. xx xxxxxxx 2019cu il tarixdə, saat 20 radələrində yaşadığı evin həyətində ayağı yerə bərkidilmiş dəmir parçasında toxunaraq yıxılmışdır. Həmin vaxt üzərində olan “İdrak” markalı, YR 15.013.019-805PC2 nömrəli mobil telefonun ekran hissəsi sınmışdır. Nəticədə İddiaçınə maddi ziyan vurmuşdur. Onun maddi imkanı aşağıdır. İddia tələbində göstərilən məbləği bir dəfəyə ödəməyə gücü çatmır. Məhkəmə tərəfləri dinləyib, iş materiallarında olan sübutları araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işdə olan Gədəbəy rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1 (042)- 38/2019 saylı hökmün surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikasının Cinayət məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və cəza çəkdiyi müddətdə Cavabdeh Gədəbəy rayonun hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 07:00-dək ünvan 1 ünvanında ünvanında olan yaşayış yerini tərk etməmək, x12ni gəzdirmək və vasitənin işlək vəziyyətində saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmuşdur. İşdə olan xx.xx.2019-cu il tarixdə tərtib olunmuş protokolun surətindən görünür ki, Gədəbəy rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1 (042)-38/2019 saylı hökmü ilə 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Cavabdeh YR 15.013.019-805PC2 nömrəli x12 komplekti tətbiq edilmiş və təhvil verilmişdir. Məhkuma hüquq və vəzifələri təkrarən izah edilmişdir. İşdə olan xx.xx.2019-cu il tarixli azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsə tənbeh tədbirinin tətbiq edilməsi barədə qərarın surətindən görünür ki, Azərbaycan Respublikasının Cinayət məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3cü maddələri ilə təqsirli bilinərək Gədəbəy rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə 01 il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum olunmuş Cavabdeh üzərinə qoyulmuş vəzifələri yerinə yetirməkdən boyun qaçırmış və xx.xx.2019-cu il tarixdə protokol əsasında ona təhvil verilmiş YR 15.013.019-805PC2 nömrəli x6 bir hissəsi olan mobil qurğunun ekran hissəsini (xx.xx.2019-cu il tarixdə) sındıraraq yarasız hala salmışdır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51.7-ci maddəsi rəhbər tutularaq Cavabdeh töhmət verilmişdir. İşdə olan İddiaçı rəisi x3, böyük icra məmuru (probasiya üzrə) x1, məhkum Cavabdeh və məhkumun anası x2 iştirakları ilə tərtib olunmuş xx.xx.2019-cu il tarixli aktın surətindən görünür ki, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayan, xx.xx.2000-ci il təvəllüdlü x7 cəza çəkdiyi müddətdə üzərinə tətbiq edilən (xx.xx.2019-cu il tarixdə tətbiq edilmişdir) YR 15.013.019-805PC2 nömrəli elekrton nəzarət vasitəsinin siqnal ötürücüsündə nasazlıq yarandığı barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Probasiya Xidmətinin Monitorinq Mərkəzindən məlumat daxil olmuş, məhkumun üzərində olan x12nə baxış keçirilməsi tapşırılmışdır. Həmin tapşırığa əsasən, məhkumun mobil telefonuna zəng edilərək şöbəyə dəvət edilmişdir. Məhkum Cavabdeh çağırışa gələrək mobil qurğunu təqdim etmişdir. Mobil qurğuya vizual olaraq baxış zamanı üzərindəki şüşə qatında, yəni mobil cihazın ekran hissəsində çatlar aşkar edilmişdir. Təhvil verilmiş dövlətə məxsus olan əmlakın hansı səbəbdən bu vəziyyətə düşdüyü soruşulduğu zaman məhkum Cavabdeh xx.xx.2019-cu il tarixdə axşam saat 20 radələrində yaşadığı evin həyətində ayağı yerə bərkidilmiş dəmir parçasına ilişib (toxunub) yıxıldığını bildirmişdir. Üzərində olan mobil cihaz sağ cibində olduğuna görə sifətinin sağ nahiyəsi (sağ üzü üstə) əzilmiş və mobil cihazda ekran hissəsində çatlar yaranmışdır (şüşəsi sınmışdır). Mobil cihazın (YR 15.013.019-805PC2 nömrəli) fotosu çəkilmiş, məhkumun izahatı alınmışdır. Həmçinin, məhkumun anası bildirmişdir ki, Cavabdeh yıxılarkən yüksək səslə “ay ana yıxıldım, telefonun şüşəsi sındı” deyərək onu çağırmışdır. Məhkumun anası x5 Bağırovun qəsdən, qərəzli olaraq mobil cihazı zədələmədiyini, onun hər gün saat 18:00-dan sonra yaşayış yerində olduğunu, aldığı məhdudlaşdırılma cəzasının başa çatanadək ona nəzarət edəcəyini, həmçinin oğlu tərəfindən hər hansı bir pozuntu olsa, məlumat verəcəyini bildirmişdir. İşdə olan Ədliyyə Nazirliyi Probasiya xidmətinin rəisi, Baş Probasiya məmuru baş ədliyyə müşaviri Akşin Ziyadova ünvanlanmış xx.xx.2018-ci il tarixli məktubdan görünür ki, Mobil nəzarət qurğusunun dəyəri 1346.03 manat təşkil edir. İşdə olan “x14” MMC tərəfindən verilmiş Elektron nəzarət dəstinin vəziyyəti haqqında texniki rəydən görünür ki, nəzarət subyektinə təhkim olunmuş mobil qurğunun ekran hissəsi zərbə nəticəsində sıradan çıxaraq yarasız hala düşmüşdür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM-in) 14.1-ci maddəsinə əsasən, Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. 14.2.2. Dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları. 14.2.3. Mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları. 14.2.4. Qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi. 14.2.5. Elm, ədəbiyyat, incəsənət əsərlərinin, ixtiraların və əqli fəaliyyətin digər nəticələrinin yaradılması. 14.2.6. Başqa şəxsə zərər vurulması. 14.2.7. Əsassız varlanma. 14.2.8. Fiziki və hüquqi şəxslərin digər hərəkətləri. 14.2.9. Qanunvericiliyin mülki hüquq nəticələrinin baş verməsi ilə bağladığı hadisə. Qeyd olunan hüquq normalarının dispozitiv şərtlərinə görə, iddiaçının cavabdehdən pul tələb etməsinin qanuni əsaslarının mövcudluğu üçün onlar arasında mülki hüquq və vəzifələrin yaranmasına səbəb olan hüquqi faktlardan hər hansı biri olmalıdır. MM-in 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. MM-in 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. MM-in 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). MM-in 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələbi və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspert rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir . Qeyd olunan hüquq normaları baxımından qeyd olunmalıdır ki, İddiaçı cavabdehin müdaxiləsi nəticəsində elektron nəzarət qurğusu yarasız vəziyyətə düşməsini və nəticədə 1346.03 manat məbləğində ziyan vurulduğunusübuta yetirməlidir. İddiaçıya dəyən maddi ziyanın dəyəri 1346.03 manat olması iş materiallarında olan sənədlərlə təsdiqini tapır. İddiaçı iddia tələbində cavabdeh tərəfindən vurulmuş ziyanın 1346.03 manat olmasını iddia etmiş və həmin məbləğin cavabdehdən alınıb ona verilməsini tələb edir. Sözügedən elektron nəzarət qurğusunun cavabdeh tərəfindən yararsız hala salınması və nəticədə iddiaçıya maddi ziyan dəyməsi iddiaçının izahatı, cavabdehin qismən etirafı və iş materiallarında olan sənədlərlə sübuta yetir. MPM-in 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə, tərəflərin izahatları və iş materiallarında olan sənədlərlə müəyyən edildi ki, Bağırov x10 rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1 (042)-38/2019 saylı hökmü ilə CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 01 il müddətinə azdalığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cəza çəkdiyi müddətdə Cavabdeh Gədəbəy rayonun hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 07:00-dək ünvan 1 ünvanında olan yaşayış yerini tərk etməmək, x12ni gəzdirmək və vasitənin işlək vəziyyətində saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmuşdur. xx.xx.2019-cu il tarixli protokola əsasən Cavabdeh YR 15.013.019-805PC2 nömrəli x12 tətbiq edilmiş və təhvil verilmişdir. xx.xx.2019-cu il tarixdə cavabdehin elektron nəzarət qurğusu yarasız vəziyyətə salmış. Bununla da iddiaçıya 1346.03 manat məbləğində maddi ziyan dəymişdir. Azərbaycan Respublikasının MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara tətbiq edilməli hüquq normalarına uyğun hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh İddiaçınə vurulmuş maddi ziyana görə 1346.03 manat məbləğində pul alınıb İddiaçınə verilməlidir. Azərbaycan Respublikasının MPM-in 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233.1-ci və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh İddiaçınə vurulmuş maddi ziyana görə 1346 (bir min üç yüz qırx altı) manat 03 (üç) qəpik məbləğində pul alınıb İddiaçınə verilsin. Cavabdeh 30 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Marif Kazımov
Məhkəmə qərarları › İş №2(042)-542/2020
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-542/2020
21.07.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver