Məhkəmə qərarları › İş №2(042)-543/2020

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-543/2020

16.10.2020 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-543/2020 16.10.2020 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X10 oğlunun katibliyi, İddiaçılar İddiaçı2, İddiaçı6, İddiaçı3 və İddiaçı10 iştirakları ilə, X1, İddiaçı10, İddiaçı3, İddiaçı9, İddiaçı8, İddiaçı11, İddiaçı4, İddiaçı6, İddiaçı2, İddiaçı5 və İddiaçı7 Cavabdeh qarşı “maneələrin aradan qaldırılması və maddi ziyan” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2, İddiaçı10, İddiaçı3, İddiaçı5, İddiaçı9, İddiaçı8, İddiaçı11, İddiaçı4, İddiaçı6, İddiaçı2 və İddiaçı7 məhkəmədə iddia qaldıraraq Cavabdeh tərəfindən su hovuzunun dağıdılmasına və su çəninin yararsız hala salmasına görə 500 manat dəymiş ziyanın ödənilməsi və həmin su mənbəyinə (hovuz və çənə) etmiş olduğu maneələrə qadağa qoyulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı2 məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahat verərək bildirdi ki, o və digər iddiaçılar 1972-ci il tarixdə sabiq “Nizami” adına kolxozunun balansında olmuş “Lukyan” adına içməli suyu öz həyətlərinə dəmir boru ilə çəkmişlər. Zəhmət kənd YAİK-nm xx.xx.2001-ci il tarixli qərarına əsasən həmin su mənbəyinin texniki pasportu işlənilib hazırlanmış və həmin su mənbəyindən istifadəyə görə dövlət rüsumu ödənilərək onlar tərəfindən alınmış və bu barədə xx.xx.2001-ci il tarixdə “Torpaq və əmlak üzərində mülkiyyət hüququ haqqında” şəhadətnamə almışlar. Onlar həmin su xəttini çəkən zaman həmin su mənbəyində əlavə olaraq bir xətt saxlamaqla ümumi camaatın istifadə etməsi üçün krant qoymuşlar. Son dövrlərə qədər həmin bulaqdan istifadə etmişlər. Cavabdeh həmin sözügedən əlavə xətdən axan sudan istifadə etməsini onlardan xahiş etmiş, onlar da buna razılıq vermişlər. Son zamanlar bulaq suyunun kəskin azalmasına görə əlavə qoymuş olduqları su xəttini bağlamaq məcburiyyətində qalmışlar. Lakin su çəninin üstündən əhalinin istifadə etməsinə köməklik məqsədi üçün qapaq qoymuşlar. Lakin Cavabdeh özbaşına olaraq onların su hovuzuna müdaxilə edərək sudan özbaşına istifadə etmiş, eyni zamanda su hovuzunun qıflını zorla sındıraraq öz həyətinə su xətti çəkmişdir. Cavabdeh bu cür hərəkətlərinə son qoymasını tələb etsələr də, heç bir müsbət nəticə verməmişdir. Nəticədə onların suyu kəsilmiş, eləcə də onlara 500 manata yaxın maddi ziyan dəymişdir. Hal-hazırda onların evlərinə gedən su tamamilə azalmışdır. Bununla bağlı Gədəbəy rayonunun Zəhmət kənd İƏD-üzrə nümayəndəliyinə və bələdiyyəyə müraciət etsələr də, yenə müsbət nəticə əldə edə bilməmişlər. Ona görə də məhkəməyə müraciət etməli olmuşlar.Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçılar hazırkı məhkəmə iclasında İddiaçı6, İddiaçı3 və İddiaçı10, əvvəlki məhkəmə iclasında isə X6, İddiaçı5, İddiaçı8, İddiaçı11, İddiaçı4 və İddiaçı7 iddia tələbini müdafiə etdilər və İddiaçı2 izahatı ilə eyni məzmunlu izahat verdilər. Cavabdeh məhkəmə iclasında ona qarşı olan iddia tələbini etiraf etmədi və izahatında bildirdi ki, o, Gədəbəy rayonu, Zəhmət kəndində yaşayır. Gədəbəy rayon X8 xx xxxxxx 1999-cu il tarixli, 03 nömrəli qərarı ilə ona və ailə üzvlərinə Gədəbəy rayonu, Zəhmət kəndində 1.13 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. İddiaçıların evlərinə gedən su borusu onun pay torpaq sahəsindən keçir. Eyni zamanda iddiaçılar onun torpaq sahəsindən qazıb su çıxartmaqla həmi suyu da öz su borularına birləşdirmişlər. Nəticədə iddiaçılar onun torpaq sahəsinin 8-10 sot hissəsini zəbt etmişdir. 2012-ci ildə iddiaçılar onun torpaq sahəsindən çıxan suyu qatmaq şərtilə ona da həmin su xəttindən bir pay vermişlər, buna görə də o, torpaq sahəsinin su borusunun keçməsi üçün tutulmuş hissəsindən istifadəni dayandırmış iddiaçılarla razılaşmışdır. xx xxxxx 2020-ci ildə iddiaçılar ona xəbərdarlıq etmədən həmin su xəttindən ona ayrılan payı ləğv etməklə onu tamamilə sudan məhrum etmişdir. O isə öz su xəttini bərpa etmişdir. Odur ki, iddianın rədd edilməsini məhkəmədən xahiş edir. Şahid Məhər oğlu məhkəmə iclasında bildirdi ki, o, Gədəbəy RİHB-nin Zəhmətkənd İƏD üzrə nümayəndə işləyir. İddiaçıları və cavabdeh tanıyır. Onlar arasında Gədəbəy rayonu, Zəhmət kəndində yerləşən içməli su mənbəyi üstündə mübahisə yaranmışdır. Həmin su mənbəyi hələ Azərbaycan SSR dövründə 1970-1980-ci illərdə qərarla çəkilmişdir. İddiaçılar və onların ailə üzvləri həmin su mənbəyindən çoxdan istifadə edirlər. Aqrar islahat aparılarkən yerin təkindən geçən həmin su mənbəyi yerləşən torpaq sahəsi cavabdehə pay torpağı kimi verilmişdir. Cavabdeh su xəttinə müdaxilə etmiş və nəticədə iddiaçıların evinə gedən su kəsilmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işdə olan Gədəbəy RİHB-nin Zəhmətkənd kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli, 197 saylı arayışdan görünür ki, İddiaçı2 nümayəndəliyin təsərrüfatbaşına kitabında qeydiyyatdadır və hal-hazırda Gədəbəy rayonu, Zəhmətkənd kəndində yaşayır. İşdə olan Gədəbəy RİHB-nin Zəhmətkənd kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli, 195 saylı arayışdan görünür ki, İddiaçı3 nümayəndəliyin təsərrüfatbaşına kitabında qeydiyyatdadır və hal-hazırda Gədəbəy rayonu, Zəhmətkənd kəndində yaşayır. İşdə olan Gədəbəy RİHB-nin Zəhmətkənd kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli, 196 saylı arayışdan görünür ki, İddiaçı4 nümayəndəliyin təsərrüfatbaşına kitabında qeydiyyatdadır və hal-hazırda Gədəbəy rayonu, Zəhmətkənd kəndində yaşayır. İşdə olan Gədəbəy RİHB-nin Zəhmətkənd kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli, 198 saylı arayışdan görünür ki, İddiaçı5nümayəndəliyin təsərrüfatbaşına kitabında qeydiyyatdadır və hal-hazırda Gədəbəy rayonu, Zəhmətkənd kəndində yaşayır. İşdə olan Gədəbəy RİHB-nin Zəhmətkənd kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli, 199 saylı arayışdan görünür ki, İddiaçı6nümayəndəliyin təsərrüfatbaşına kitabında qeydiyyatdadır və hal-hazırda Gədəbəy rayonu, Zəhmətkənd kəndində yaşayır. İşdə olan Gədəbəy RİHB-nin Zəhmətkənd kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli, 200 saylı arayışdan görünür ki, X5ümayəndəliyin təsərrüfatbaşına kitabında qeydiyyatdadır və hal-hazırda Gədəbəy rayonu, Zəhmətkənd kəndində yaşayır. İşdə olan Gədəbəy RİHB-nin Zəhmətkənd kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli, 201 saylı arayışdan görünür ki, İddiaçı7nümayəndəliyin təsərrüfatbaşına kitabında qeydiyyatdadır və hal-hazırda Gədəbəy rayonu, Zəhmətkənd kəndində yaşayır. İşdə olan Gədəbəy RİHB-nin Zəhmətkənd kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli, 202 saylı arayışdan görünür ki, İddiaçı8nümayəndəliyin təsərrüfatbaşına kitabında qeydiyyatdadır və hal-hazırda Gədəbəy rayonu, Zəhmətkənd kəndində yaşayır. İşdə olan Gədəbəy RİHB-nin Zəhmətkənd kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli, 203 saylı arayışdan görünür ki, İddiaçı9 nümayəndəliyin təsərrüfatbaşına kitabında qeydiyyatdadır və hal-hazırda Gədəbəy rayonu, Zəhmətkənd kəndində yaşayır. İşdə olan Gədəbəy RİHB-nin Zəhmətkənd kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli, 204 saylı arayışdan görünür ki, İddiaçı10nümayəndəliyin təsərrüfatbaşına kitabında qeydiyyatdadır və hal-hazırda Gədəbəy rayonu, Zəhmətkənd kəndində yaşayır. İşdə olan Gədəbəy RİHB-nin Zəhmətkənd kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli, 205 saylı arayışdan görünür ki, İddiaçı11nümayəndəliyin təsərrüfatbaşına kitabında qeydiyyatdadır və hal-hazırda Gədəbəy rayonu, Zəhmətkənd kəndində yaşayır. İşdə olan “Torpaq və Əmlakın üzərində mülkiyyət hüququ haqqında” xx xxx 2001-ci il tarixli şəhadətnamənin lazmi qaydada təsdiq edilmiş surətindən görünür ki, Hüseynov Firdovsi, İddiaçı10, İddiaçı3, İddiaçı9, İddiaçı8, İddiaçı11, Ələsgərov Məsim, Həsənov Abdal, Əliyev Əmir, İddiaçı5 və X11 rayonu, Zəhmət kəndində yerləşən “Lukyan” adlı bulağın mülkiyyətçisidirlər. İşdə olan xx xxxxxxx 2020-ci il tarixli müayinə protokolundan görünür ki, iddiaçıların mübahisələndirdiyi su mənbəyi Gədəbəy rayonu, Zəhmət kəndinin mərkəzindən 3 km yaxın bir məsafədə Cavabdeh mülkiyyətinə verilmiş torpaq sahəsinin gediş-gəliş yolundan 2 metr aralı məsafədə yerləşir. Su mənbəyi yerin təkindən keçməklə cavabdehin torpaqdan maneəsiz istifadə hüququnu pozmur. İşdə olan AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş xx xxxxxxxx 2020-ci il tarixli mütəxəssis rəyindən görünür ki, mütəxəssis qarşısına “Gədəbəy rayonu, Zəhmət kəndində yerləşən “Lukyan” adında içməli su mənbəyi və həmin suyun çəkildiyi su xəttinin (borusunun) hər hansı hissəsi JN- 2xx xxx 50514018 saylı “Torpaqa mülkiyyət hüququna dair” Dövlət aktı əsasında Cavabdeh məxsus olan 1.13 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinə düşürmü?” sualı qoyulmuş, mütəxəssis qarşısında qoyulmuş sulları araşdırmaq məqsədi ilə, məhkəmə tərəfindən iddia işi üzrə təqdim edilmiş sənədlərə əsasən iddiaçının və cavabdehin iştirakı ilə mübahisəli torpaq sahəsinə naturada baxış keçirilmiş və koordinatları müəyyən edilərək çöl geodeziya ölçmə işləri aparılmış, çöl ölçmə işlərinin nəticəsi kameral şəraitdə ortofoto, torpaq sahəsinin yerləşdiyi ərazinin xəritə materiallarına və baza məlumatlarına əsasən mövcud torpaq qanunvericiliyinin tələblərinə uyğun araşdırılmışdır. Araşdırmanın nəticəsi olaraq müəyyən edilmişdir ki, X1, İddiaçı10, İddiaçı3, İddiaçı9, İddiaçı8, İddiaçı11, İddiaçı4, İddiaçı6, İddiaçı2, İddiaçı5 və İddiaçı7 göstərdiyi mövcud su mənbəyi Cavabdeh məxsus JN-2xx xxx 50514018 saylı “Torpaq mülkiyyət hüququna dair” Dövlət Aktı ilə üst-üstə düşür və Gədəbəy rayonu, Zəhmət kəndində yerləşən “Lukyan” adında içəmli su mənbəyi və həmin suyun çəkildiyi su xətti barədə kompleks yerquruluşu xəritəsində heç bir məlumat yoxdur Məhkəmədə tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, iddiaçılar 1972-ci il tarixdə sabiq “Nizami” adına kolxozunun balansında olmuş “Lukyan” adına içməli suyu öz həyətlərinə dəmir boru ilə çəkmişlər. Zəhmət kənd YAİK-nm xx.xx.2001-ci il tarixli qərarına əsasən, həmin su mənbəyinin texniki pasportu işlənilib hazırlanmış və həmin su mənbəyindən istifadəyə görə dövlət rüsumu ödənilərək onlar tərəfindən alınmış və bu barədə xx.xx.2001-ci il tarixdə “torpaq və əmlak üzərində mülkiyyət hüququ haqqında” şəhadətnamə almışlar. Son zamanlar bulaq suyunun kəskin azalmasına görə əlavə qoymuş olduqları su xəttini bağlamaq məcburiyyətində qalmışlar. Cavabdeh özbaşına olaraq iddiaçılara məxsus su mənbəyinə müdaxilə edərək sudan özbaşına istifadə etmiş, nəticədə iddiaçıların suyu kəsilmişdir. Cavabdeh su mənbəyinin onun mülkiyyətində olan torpaq sahəsində yerləşdiyini əsas götürərək iddiaçıların bundan istifadəsinə maneə yaradır. Məhkəmə qeyd edir ki, mütəxəssis rəyi və yerində müayinə zamanı müəyyən olunmuşdur ki, iddiaçılara məxsus olan mübahisəli su mənbəyi cavabdehə məxsus torpaq sahəsində yerləşməsinə baxmayaraq, yerin təkindən keçir və cavabdehə həmin torpaq üzərində mülkiyyət hüququ verilməmişdən əvvəl mövcud olmuşdur. Eləcə də, iddiaçlara məxsus su mənbəyi cavabdehə məxsus torpaq sahəsindən istifadəsinə maneə yaratmır, eləcə də onun mülkiyyətinə hər hansı qəsd etmir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 158.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.1. girov hüququ; 158.1.2. əmlakdan istifadə hüququ; 158.1.3. servitutlar. Həmin Məcəllənin 158.2-ci, 158.3 və 158.4-cü maddələrinə əsasən, əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər.Əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Qeyd olunan hüquq normaları baxımından məhkəmə qeyd edir ki, iddiaçıların mübahisəli su mənbəyindən istifadə etmək hüquqları olduğundan onların bu hüququ istənilən şəxsdən, o cümlədən su mənbəyinin yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisindən belə qorumaq hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə təqdim edilmiş sübutlara tətbiq edilməli hüquq normalarına uyğun qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi su mənbəyindən istifadəyə cavabdeh tərəfindən edilən maneələrin aradan qaldırılması hissəsində təmin edilməlidir. X2, İddiaçı10, İddiaçı3, İddiaçı5, İddiaçı9, İddiaçı8, İddiaçı11, İddiaçı4, İddiaçı6, İddiaçı2 və İddiaçı7 məhkəmədə iddia qaldıraraq Cavabdeh su çəninin yararsız hala salmasına görə 500 manat dəymiş ziyanın ödənilməsini tələb edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. 14.2.2. Dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları. 14.2.3. Mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları. 14.2.4. Qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi. 14.2.5. Elm, ədəbiyyat, incəsənət əsərlərinin, ixtiraların və əqli fəaliyyətin digər nəticələrinin yaradılması. 14.2.6. Başqa şəxsə zərər vurulması. 14.2.7. Əsassız varlanma. 14.2.8. Fiziki və hüquqi şəxslərin digər hərəkətləri. 14.2.9. Qanunvericiliyin mülki hüquq nəticələrinin baş verməsi ilə bağladığı hadisə. Qeyd olunan hüquq normalarının dispozitiv şərtlərinə görə, iddiaçının cavabdehlərdən pul tələb etməsinin qanuni əsaslarının mövcudluğu üçün onlar arasında mülki hüquq və vəzifələrin yaranmasına səbəb olan hüquqi faktlardan hər hansı biri olmalıdır. MM-in 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. MM-in 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. MM-in 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). MM-in 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb ivə etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspert rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir . Qeyd olunan hüquq normaları baxımından qeyd olunmalıdır ki, iddiaçı X6, İddiaçı10, İddiaçı3, İddiaçı5, İddiaçı9, İddiaçı8, İddiaçı11, İddiaçı4, İddiaçı6, İddiaçı2 və İddiaçı7 cavabdehin təqsirli hərəkətləri nəticəsində ona 500 manat maddi ziyan vurulduğunu sübut etməlidirlər. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddiaçları su çəninin yararsız hala salmasına görə dəymiş ziyanın məhz cavabdehin təqsirli hərəkətləri nəticəsində vurulduğunu təsdiq edən heç bir mötəbər sübut məhkəməyə təqdim etmədiyindən məhkəmə iddia tələbinin bu hissədə rədd edilməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. İş materiallarından görünür ki, iddiaçlar tərəfindən məhkəmədə iddia qaldırılarkən dövlət rüsumu ödənilmiş, eləcə də iş üzrə texniki köməklik göstərilməsi üçün mütəxəssis cəlb edilmiş, mütəxəssis rəyinin verilməsinə görə çəkilən xərc 92.98 manat təşkil etmişdir. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 115.0-cı maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir: 115.0.1. şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər; 115.0.2. yerində müayinə keçirilməsi ilə əlaqədar olan xərclər; 115.0.3. tərəflərin xəbərdar edilməsi və məhkəməyə çağırılmaları ilə əlaqədar xərclər; 115.0.4. tərəflərin və üçüncü şəxslərin məhkəməyə gəlmələri ilə əlaqədar yol xərcləri və yaşayış sahəsinin icarə xərcləri; 115.0.5. nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər; 115.0.6. vəkillərə etdikləri kömək üçün ödənilən xərclər; 115.0.7. cavabdehin axtarılması ilə əlaqədar xərclər; 115.0.8. qətnamənin icrası ilə əlaqədar xərclər; 115.0.9. məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu və hazırkı iş üzrə mütəxəssis rəyinin verilməsinə görə çəkilən xərc cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 233.1, 360 və 362-ci maddələrini rəhbər tutub, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Gədəbəy rayonu, Zəhmət kəndi ərazisində yerləşən X2na, İddiaçı10, İddiaçı3, İddiaçı5, İddiaçı9, İddiaçı8, İddiaçı11, İddiaçı4, İddiaçı6, İddiaçı2 və İddiaçı7 ümumi birgə istifadə etmək hüququ ilə məxsus su mənbəyindən (hovuz və çəndən) istifadələrinə Cavabdeh tərəfindən edilən müdaxilə və maneələr aradan qaldırılsın. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 manat Cavabdeh alınaraq iddiaçılara verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə mütəxəssis rəyinin verilməsinə görə çəkilən xərc olaraq 92.98 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin AZ23AİİB ******************** №-li hesablaşma hesabına köçürülsün. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən; Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar