Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-544/2023 25.02.2026 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbi barədə iddiası üzrə mülki iş (açar sözlər: müqavilədən əmələ gələn öhdəliklər üzrə mübahisələr, nisyə alğı-satqı müqaviləsi üzrə mübahisələr) Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi X3 qızının katibliyi, İddiaçıun nümayəndəsi Vəkil və Cavabdeh1 iştirakları ilə İddiaçının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: I. İşin mahiyyəti
1. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı Cavabdeh2 1340 manat, Cavabdeh1 5000 manat, ödənilmiş 84 manat dövlət rüsumunun əvəzinin, nümayəndəyə çəkdilmiş xərcə görə 18 manat, vəkilə çəkilmiş xərcə görə 410 manat, cəmi 6852 (altı min səkkiz yüz əlli iki) manatın alınıb ona verilməsi tələbləri barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlər Bakı şəhərində yerləşən “Sədərək” Ticarət Mərkəzində “Meyvəli” bazarında kartof alğı-satqısı ilə məşğul olurlar. O, Gədəbəy rayonu, Novoivanovka kənd sakinidir, Kəndli kimi kənd təsərrüfatı ilə məşğul olur. Hər il istifadəsində olan torpaq sahəsində kartof məhsulu əkir. 2016-cı ilin yaz aylarında da özünə məxsus torpaq sahəsində kartof əkmiş və həmin il üçün 16 tondan çox kartof məhsulu əldə etmişdir. Kartof məhsulunu evin zirzəmisinə yığmışdır. 2016-cı ilin dekabr ayının sonlarında onun evi yanmış, evin zirzəmisində saxladığı kartofu yanğından xilas edə bilmişdir. Təxminən 2017-ci ilin yanvar ayının sonlarında o, 16309 kq kartof məhsulunu X1 idarə etdiyi “Kamaz” markalı yük maşınına yığaraq Bakı şəhərində “Sədərək” ticarət mərkəzində yerləşən “Meyvəli” bazarına satmağa aparmışdır. O, hər il kartof məhsulu əkdiyindən və Bakı şəhərində satmağa apardığından cavabdehlərlə də bu vasitə ilə tanış olmuş və onlara əvvəllər də kartof məhsulu satdığı üçün bu dəfə də kartofu “Meyvəli” bazarına aparmışdır. Orada cavabdehlər ondan kartofu nisyə ala biləcəklərini, pulunu isə hissə-hissə ödəyəcəklərini bildirmişlər. O da evi yandığına görə kartofu cavabdehlərin dedikləri qiymətə nisyə olaraq onlara satmağa razılaşmışdır. Bununla da 16309 kq kartof məhsulunun kiloqramı 0.70 manatdan olmaqla, 9109 kiloqramını Cavabdeh2, 7200 kiloqramını isə Cavabdeh1 nisyə olaraq satmışdır. Bu hesabla Cavabdeh2 ona verəcəyi pul 5040 manat, Cavabdeh1 verəcəyi pul isə 6376 manat təşkil etmişdir. Cavabdehlər 2022-ci ilin payız aylarınadək hissə-hissə onun cəmi 5076 manat qaytarmışlar. Həmin pulun 5036 manatını Cavabdeh2, 40 manatını isə Cavabdeh1 qaytarmışdır. Bu hesabla Cavabdeh2 ona 1340 manat borcu, Cavabdeh1 isə 5000 manat borcu, ümumlikdə 6340 manat borcları qalmışdır. O, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 dəfələrlə zəng vuraraq, ona qalan borclarını ödəmələrini tələb etsə də, onlar hər dəfə bir bəhanə gətirərək onun pulunu qaytaracaqları demişlər, lakin pulu verməmişlər. Cavabdeh1 ilə dəfələrlə telefon əlaqəsi saxlamış, o, telefon danışıqları zamanı ona 5000 manat pul borclu olduğunu etiraf etmiş və pulu qaytaracağına söz vermişdir. Telefon danışıqları aparılan zaman Cavabdeh1 borcu etiraf etməsi barədə səs yazısını audio-disk formatında məhkəməyə təqdim etmişdir. Bundan başqa, onun cavabdehlərə nisyə şəkildə kartof məhsulu satdığını X2 da təsdiq edə bilər. Belə ki, o kartof məhslunu Şirxan adlı şəxsin idarə etdiyi “Kamaz” markalı yük maşınına yığaraq Bakı şəhərində “Sədərək” ticarət mərkəzinə aparmışdır. Ona görə də, iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. II. Tərəflərin mövqeləri :
3. İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə eyniməzmunlu izahat vermiş, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasında idda tələbinə qismən etriaz etmiş izahat verərək, bildirmişdir ki,o və digər cavabdeh 2017-ci ildə həqiqətən iddiaçıdan nisyə olaraq kiloqramı 70 qəpiyə kartof almışlar. Lakin o, borcunun bir hissəsini artıq qaytarmışdır və hazırda iddiaçıya 2500 manat məbləğində borcu qalmışdır. Digər cavabdehin iddiaçıya nə qədər borcu qalmasını bilmir. Digər Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmiş, nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Məhkəmə baxışının hədləri:
6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin, hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
İV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
7. Məhkəmə iddiaçının nümyəndəsinin və cavabdehin izahatlarını, işdə olan sübutları tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. 8. İşdə olan aidiyyatı mübahisələndirilməyən audiodiskə qulaqasılması nəticəsində müəyyən edilmişdir ki, Cavabdeh1 iddiaçıya 5000 manat borcu olmasını etiraf edir. İşdə olan sənədlərdən görünür ki, iddiaçı məhkəmədə idida qaldırmaq üçün 84 manat dövlət rüsumu ödəmiş, nümayəndə üçün 18 manat, vəkil üçün 410 manat xərc çəkmişdir.
9. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Məcəllənin 600-cü maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Satıcı əşyanı vermək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
10. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
11. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, İddiaçı 2017-ci ilin yanvar ayında Cavabdeh2 və Cavabdeh1 ilə şifahi nisyə alğı-satqı müqaviləsi bağlamış, həmin müqaviləyə əsasən, iddiaçı 16309 kq kartof məhsulunu kiloqramı 0.70 manatdan olmaqla, 9109 kiloqramını Cavabdeh2, 7200 kiloqramını isə Cavabdeh1 satmışdır. Yəni, Cavabdeh2 iddiaçıya 5040 manat, Cavabdeh1 6376 manat borcu yaranmışdır. Cavabdeh2 borcundan 5036 manat, Cavabdeh1 isə 40 manat qaytarmışdır. Yəni, Cavabdeh2 ona 1340 manat borcu, Cavabdeh1 isə 5000 manat borcu qalmışdır. Ona görə də iddia tələbi təmin edilməli, Cavabdeh2 1340 manat, Cavabdeh1 5000 manat alınaraq, İddiaçı verilməlidir. İddia tələbi təmin edildiyindən, məhkəmə xərcləri cavabdehlərdən müştərək qaydada alınaraq, iddiaçıya verilməlidir.
Nəticə:
14. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və АzərbаycаnRеspublikаsı MPM-nin 216-220, 227, 233, 238-244, 360 və 362-ci mаddələrini rəhbər tutаrаq,
qət etdi:
İddia tələbi təmin edilsin. Cavabdeh2 1340 (bir min üç yüz qırx) manat, Cavabdeh1 5000 (beş min) manat borc alınaraq, İddiaçı verilsin. Ödənilmiş 84 manat dövlət rüsumunun əvəzi, nümayəndə üçün çəkilmiş 18 manat və vəkil üçün çəkilmiş 410 manat, cəmi, 512 manat məhkəmə xərcinin əvəzi Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada alınaraq, İddiaçı verilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən : Fizuli Mirzəquliyev