Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № 2(042)-546/2021 08.12.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X4 oğlunun katibliyi İddiaçı cavabdehlər Cavabdeh3 Kamil qızına, Cavabdeh1 və Cavabdeh2 qarşı “avtomaşın yoluna cavabdehlər tərəfindən edilən maneələrin aradan qaldırılmasına” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq Gədəbəy rayonu, Novosaratovka kəndində yerləşən və xüsusi mülkiyyətində olan həyətyanı torpaq sahəsinə gedən avtomaşın yolunun cavabdehlər Cavabdeh3 Kamil qızı, Cavabdeh1 və Cavabdeh2 tərəfindən edilən (yolun açılması) maneələrin aradan götürülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun Gədəbəy rayonu, Novosaratovka kəndində özünə məxsus fərdi yaşayış evi və 0.12 ha həyətyanı torpaq sahəsı var. Həmin evə və torpaq sahəsinə DƏDRX-nin 11 saylı Ərazi İdarəsi tərəfindən 02.02.2021-ci il tarixdə ********** saylı çıxarış verilmişdir. Onun mülkiyyətində olan torpaq sahəsi cavabdehlər tərəfindən zəbt edilmiş torpaq sahəsindən keçir. Belə ki, həmin torpaq sahəsi dövlət mülkiyyətinə aid olan torpaq sahəsidir. Lakin cavabdehlər onun torpaq sahəsində əkin-səpin işləri aparması üçün keçən texnikalara imkan vermirlər və texnikanın gediş gəlişinə maneçilik törədirlər. O, mülkiyyətində olan torpaq sahəsinə gedən avtomaşın yolunun açılması ilə bağlı cavabdehlərə dəfələrlə müraciət etməsinə baxmayaraq həmin avtomaşın yolunu verməyəcəklərini bildirmişlər. O, bununla bağlı Novosaratovka kənd İƏD üzrə nümayəndəliyə eləcə də, Gədəbəy rayon Bələdiyyəsinə müraciətlər etmiş, lakin onun mülkiyyətində olan torpaq sahəsinə gedən avtomaşın yolunun açılmasına cavabdehlər maneçiliklər törətmişlər. Cavabdehlərə avtomaşın yolunun açılması ilə bağlı məsləhətlər verilsə də, onlar qəti olaraq texnikanın həmin ərazidən keçməsinə imkan verməyəcəklərini bildirmişlər. Ona görə də, həmin yolun açılmasına dair məhkəmə qaydasında baxılaraq qətnamə çıxarılmasını istəyir. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İddia ərizəsi məhkəmə icraatına qəbul edildikdən sonra məhkəmə hazırlıq iclası 19 may 2021-ci il tarixə, saat 17:00-a təyin edilmişdir. Həmin tarixdə məhkəmə hazırlıq iclası keçirilmiş və mülki işin məhkəmə iclasında baxılması 01 iyun 2021-ci il tarixə, 15:00-a təyin edilmişdir. 01 iyun 2021-ci il tarixə, 15:00-a təyin edilmiş məhkəmə iclasında iştirak etmiş, İddiaçı etibarnamə üzrə nümayəndəsi X9 məhkəmə iclasında iddia tələbini müdafiə etmiş və iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər, nümayəndələrinin iştirakını təmin etməmişlər. Həmçinin İddiaçı etibarnamə üzrə nümayəndəsi X9 məhkəmə iclasında şifahi vəsatət verərək iş üzrə mütəxəssis cəlb edilməsini xahiş etmişdir. Gədəbəy rayon Məhkəməsinin 01 iyun 2021-ci il tarixli, 2(042)-546/2021 saylı qərardadı ilə, İddiaçı etibarnamə üzrə nümayəndəsi X8 şifahi vəsatəti təmin edilmiş, mülki iş üzrə mütəxəssis cəlb edilməsi və mülki işin icraatının dayandırılması qərara alınmışdır. İş üzrə mütəxəssis baxışı təyin edilmiş, işlə əlaqədar mütəxəssis baxışı keçirilmiş, rəy tərtib olunmuşdur. Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş məktuba əsasən, təqdim edilən smetada nəzərdə tutulmuş xidmət haqqı ödəniləcəyi və ödənişin təsdiqi barədə sənəd Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə təqdim ediləcəyi təqdirdə mütəxəssis rəyinin məhkəməyə göndərilməsi təmin ediləcəyi bildirilmişdir. Belə olan halda Gədəbəy rayon Məhkəməsinin 05 oktyabr 2021-ci il tarixli, 2(042)-546/2021 saylı qərardadı ilə mütəxəssis xərcinin ödənilməsi barədə tərəflərin məlumatlandırılması üçün mülki işin icraatı təzələnmiş və məhkəmə iclasına 14 oktyabr 2021-ci il tarixə, saat 16:00-a təyin edilmişdir. Mütəxəssis xərci smetada göstərilən məbləğdə İddiaçı tərəfindən ödənilmiş və mütəxəssis rəyinin verilməsinə dair çəkilən xərcin ödənilməsi barədə qəbzlər mütəxəssis rəyinin məhkəməyə təqdim edilməsi üçün Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə göndərilmişdir. Lakin mütəxəssis rəyi məhkəməyə gec təqdim edildiyindən, məhkəmə baxış iclasları müvafiq olaraq 04 noyabr 2021-ci il tarixə, saat 16:00-a, 16 noyabr 2021-ci il tarixə, saat 14:30-a və 30 noyabr 2021-ci il tarixə, saat 15:00-a təxirə salınmışdır. Mütəxəssis rəyi 29 noyabr 2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. 30 noyabr 2021-ci il tarixə, saat 15:00-a təyin edilmiş məhkəmə iclasında, cavabdehlər Cavabdeh3 Kamil qızı və Cavabdeh2 iştirak etmişlər, lakin İddiaçı və digər Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər, nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə iclasında mütəxəssis rəyi işdə iştirak edən şəxslərə elan olunmuşdur. Cavabdehlər Cavabdeh3 Kamil qızının və Cavabdeh2 fikri dinlənilmiş, Cavabdeh3 Kamil qızı mübahisə predmeti olan torpaq sahəsinə yerində müayinə iclası təyin edilməsini xahiş etmişdir. İş üzrə 06 dekabr 2021-ci il tarixə, 16:00-a yerində müayinə iclası təyin edilmişdir. 06 dekabr 2021-ci il tarixdə, 16:00-da yerində müayinə iclası açılmış, iclas cavabdehlər Cavabdeh3 Kamil qızının və Cavabdeh2, Gədəbəy RİHB-nın Novosaratovka kənd İƏD üzrə nümayəndəsi X2, Gədəbəy rayon Bələdiyyəsinin sədri X1, Gədəbəy rayon X12 X5 sahə rəisi X6 və sahə polis nəfəri X3 iştirakları ilə keçirilmiş, İddiaçı və Cavabdeh1 yerində müayinə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar, iclasda iştirak etməmiş, nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə yerində müayinə iclasının İddiaçı və Cavabdeh1 iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Yerində müayinə zamanı mübahisə predmeti olan torpaq sahəsinə dair cavabdehlərin hüquq müəyyənedici sənədlərinin olub-olmaması soruçulmuş, cavabdehlər tikdikləri evə və istifadə etdikləri torpaq sahəsinə dair sənədlərinin olmadığını bildirmişdir. Həmçinin Gədəbəy rayon Bələdiyyəsinin sədri X7 bildirdi ki, mübahisə prednsfimeti olan torpaq sahəsi və cavabdehlərin evlərinin altında yerləşən və faktiki istifadə etdikləri torpaq sahəsi bələdiyyə mülkiyyətidir. Həmin torpaq sahəsindən yol kimi istifadə olunmamışdır. Yerində müayinə iclası keçirildikdən sonra tərəflərə vaxtı və yeri barədə məlumat verilməklə növbəti məhkəmə iclası 08 dekabr 2021ci il tarixə, 10:00-a təyin edilmişdir. İddiaçı 07 dekabr 2021-ci il tarixdə məhkəməyə ərizə-vəsatət verərək iddia ərizəsinin baxılmamış saxlanması və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Cavabdehlər isə işə mahiyyəti üzrə baxılmasını tələb etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-cı maddəsinin tələbinə görə iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, belə olan halda ərizə baxılmamış saxlanmalıdır. Həmçinin tərəflərə izah edilməlidir ki, Azərbaycan Respublikası MPM-in 260.4-cü maddəsinin tələbinə görə iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh3 Kamil qızına, Cavabdeh1 və Cavabdeh2 qarşı “avtomaşın yoluna cavabdehlər tərəfindən edilən maneələrin aradan qaldırılmasına” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın, iddia ərizəsinə əlavə edilmiş sənədlər İddiaçı qaytarılsın. Tərəflərə izah edilsin ki, MPM-in 260.4-cü maddəsinin tələbinə görə iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardaddan rəsmi verildiyi gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №2(042)-546/2021
Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №2(042)-546/2021
08.12.2021 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver