Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-554/2023 14.07.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, İddiaçı nüamyəndəsi X6, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2012-ci il doğum tarixli X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən tutulan alimentin məbləğinin artırılaraq hər ay sabit pul məbləğində 220 manat aliment ödənilməsi barədə qətnamə qəbul edilmsini xahiş etmişdir. İddiaçı nüamyəndəsi X10 məhkəmə iclasında iddia tələbini müdafiə etmiş, izahat verərək bildirmişdir ki, qızı İddiaçı cavabdehlə 2010-cu ildə qeyri-rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Ailə münasibətlərindən xx.xx.2012-ci il tarixdə X13 doğulmuşdur. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2015-ci tarixli, 2(041)-350/2015 saylı qətnaməsi ilə xx.xx.2012-ci il təvəllüdlü X11 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ayda 75 manat məbləğində, daha sonra Gədəbəy Rayon Məhkəməsinin 28 aprel 2017-ci il tarixli, 2(042)-454/2017 saylı qətnaməsi ilə 100 manat məbləğində aliment təyin edilmişdir. Qızı İddiaçı yenidən ailə qurmuş və hazırda Türkiyə Respublikasında yaşayır. Aylanı uşaqlıqdan o, saxlayır, hazırda da Ayla onun himayəsində yaşayır. Buna baxmayaraq iddiaçı övladının maddi ehtiyaclarını qarşılayır, Türkiyə Respublikasından pul, geyim əşyaları göndərərək övladına imkanı çatan qədər maddi dəstək olur. X8 11 yaşı var. Gədəbəy Rayon Məhkəməsi tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş aliment məbləği uşağın heç bir tələbatının ödənilməsinə yetmir. Uşaq orta məktəbdə təhsil alır və ona görə də məsrəfləri artmışdır. Ona görə də iddia ərizəsinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil iddia tələbinə etiraz etmiş, izahat verərək bildirmişdir ki, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən, 15.03. 2012-ci il doğum tarixli X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün 03 aprel 2017-ci il tarixdən başlayaraq hər ay sabit pul məbləğində 100 manat məbləğində alimentin cavabdehdən tutularaq, İddiaçı verilməsi qət edilmişdir. Hazırki iş üzrə iddianı X10 qaldırmışdır. X3 Şəkər Elxan qızının anasıdır. Ayla Məmmədova hazırda ana himayəsindən məhrum olmuş, o, nənəsi X6 himayəsində Gədəbəy rayonu, Söyüdlü kəndində yaşayır. İddiaçı isə başqa şəxslə ailə qurmuş və Türkiyə Respublikasında yaşayır. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə aliment təyin edilən vaxtdan indiyədək cavabdehin maddi vəziyyətində yaxşılığa doğru heç bir dəyişiklik olmamışdır. Cavabdeh hazırda heç bir yerdə işləmir, işsizliyi barədə arayış məhkəməyə təqdim edilmişdir. Eləcə də cavabdeh xəstəlikdən əziyyət çəkir, bu barədə xəstəlik sənədi məhkəməyə təqdim edilmişdir. Bundan başqa, cavabdeh ikinci dəfə ailə həyatı qurmuş, həmin ailədən üç övladı vardır. Həmin ailənin saxlanması yükü də cavabdehin üzərimə düşür ki, hazırki iş üzrə alimentin miqdarı artırılacağı təqdirdə cavabdehin ailə vəziyyəti çətin duruma düşəcəkdir. Odur ki, iddia ərizəsinin təmin edilməməsini xahiş edir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan Gədəbəy RİHB-nin Söyüdlü Kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 63 nömrəli arayışdan görünür ki, Məmmədova X4 qeydiyyatdadır. İşdə olan X7 surətindən görünür ki, X13 xx.xx.2012-ci il tarixdə Gədəbəy rayonunda doğulmuş, atası qrafasında X14, anası qrafasında X17 qeyd edilmişdir. İşdə olan Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(042)-454/2017 saylı qətnaməsinin surətindən görünür ki, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(041)-350/2015 saylı qətnaməsi ilə müəyyən edilmiş, 15 mart 2012-ci il doğum tarixli Aylanın yetkinlik yaşına çatanadək saxlanıb tərbiyə edilməsi üçün Cavabdeh İddiaçı xeyrinə tutulan 75 manat alimentin miqdarı artırılmış və 03 aprel 2017-ci il tarixdən başlayaraq hər ay sabit pul məbləğində 100 (bir yüz) manat məbləğində müəyyən edilmişdir. İşdə olan Azərbaycan Respublikası ƏƏSMN-in X2 çıxarılmış xx.xx.2023-cü il tarixli, ********** nömrəli Məşğulluq haqqında arayışdan görünür ki, Hacıyev X16 Rayon Məşğulluq Mərkəzində işaxtaran kimi qeydiyyatdadır. İşdə olan AZ-İV № 781155 və AZ-İİİ № 783730 seriyalı X5 surətlərindən görünür ki, X18 xx.xx.2007-ci ildə, X15 xx.xx.2008-ci ildə doğulmuşlar, onların ata qrafasında Cavabdeh, ana qrafasında Abdullayeva Humay elxan qızı qeyd edilmişdir. İşdə olan AZ-İV № 781154 seriyalı X7 surətindən görünür ki, X19 xx.xx.2016-cı ildə anadan olmuş, atası qrafasında X14, anası qrafasında X12 qeyd edilmişdir. İşdə olan epikriz-çıxarışdan görünür ki, Cavabdeh mütəmadi ambulator müayinə və müalicə olunur. İşdə olan Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(042)-228/2023 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı X6 Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası təmin edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəflərin izahatlarını və işdə olan sənədləri təhlil edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Məcəllənin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin tələbinə görə, uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 13-cü maddəsinin tələbinə görə isə, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2023-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, tərəflər 2010-cu il tarixdə nikah bağlamadan ailı qurmuşdur. Onların birgə nikahlarından xx.xx.2012-ci il doğum tarixli X13 doğulmuşdur. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(042)- 454/2017 saylı qətnaməsi ilə Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(041)-350/2015 saylı qətnaməsi ilə müəyyən edilmiş, 15 mart 2012-ci il doğum tarixli Aylanın yetkinlik yaşına çatanadək saxlanıb tərbiyə edilməsi üçün Cavabdeh İddiaçı xeyrinə tutulan 75 manat alimentin miqdarı artırılmış və 03 aprel 2017-ci il tarixdən başlayaraq hər ay sabit pul məbləğində 100 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə azyaşlı uşağın saxlanılması xərclərinin artmasını, uşağın təhsili, geyimi və səhhəti ilə bağlı vəziyyətini nəzərə alır və bununla əlaqədar iddiaçının maddi vəziyyətinin pisləşməsini, həmçinin Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında qanunun tələblərini nəzərə alaraq, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, xx.xx.2012-ci il doğum tarixli X1 üçün Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(042)-454/2017 saylı qətnaməsi ilə təyin edilmiş 100 manat alimentin miqdarı artırılaraq 175 manat miqdarında müəyyən edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yəni, Cavabdeh 30 manat məhkəmə xərci tutularaq dövlət büdcəsinə köçürülməli, 50 manat mediasiya xərcinin əvəzi alınaraq, İddiaçı verilməlidir. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220, 227, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia tələbi qismən təmin edilsin. 15 mart 2012-ci il tarixdə doğulmuş X1 üçün Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(042)-454/2017 saylı qətnaməsi ilə təyin edilmiş, 100 manat alimentin miqdarı artırilaraq, 175 manat miqdarında müəyyən edilsin. Cavabdeh 30 manat məhkəmə xərci tutularaq dövlət büdcəsinə köçürülsün, 50 manat mediasiya xərcinin əvəzi alınaraq, İddiaçı verilsin. Alimentin yeni miqdarda tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №2(042)-554/2023
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-554/2023
14.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver