Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № 2(042)-557/2023 03.05.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi və məhkəmə iclası katibi Orucov Anar Möhübbət oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “borcun qaytarılması” tələbinə dair ərizəsinə və ərizəyə əlavə edilmiş sənədlərə baxaraq, Müəyyən etdim: İddiaçı Cavabdeh qarşı “borcun qaytarılması” tələbinə dair məhkəməyə iddia ərizəsi ilə müraciət edərək qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinin məhkəmə icraatına qəbul edilməsinin mümkünlüyü məsələsinə baxılarkən müəyyən olunmuşdur ki, Cavabdeh şəxsiyyət vəsiqəsinin seriya nömrəsi, onun FİN kodu (eyniləşdirmə kodu) və onların telefon nömrələri göstərilməmişdir. Bununla da iddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsi ilə nəzərdə tutulmuş forma və məzmununa riayət etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinin tələbinə əsasən, ərizədə işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları göstərilir. Həmin Məcələnin 151.1-ci maddəsinə əsasən ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Məcəllənin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məcəllənin 152.2-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Beləliklə, iddia ərizəsində tərəflərin şəxsiyyət vəsiqələrinin seriya nömrələri, onların FİN kodu (eyniləşdirmə kodu) və telefon nömrələri göstərilməmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı “borcun qaytarılması” tələbinə dair ərizəsinin icraata götürülməsi qeyri-mümkün hesab edilməli, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Həmçinin, məhkəmə izah edir ki, MPM-in 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35, 152, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, Qərara aldım: İddiaçı Cavabdeh qarşı “borcun qaytarılması” tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı geri qaytarılsın. İddiaçıya izah edilsin ki, ərizədə nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi verildiyi gündən 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №2(042)-557/2023
Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №2(042)-557/2023
03.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver