Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-571/2021 01.07.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim X1 oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi ilə, iddiaçı “xxxx” KB ASC-nin Cavabdeh qarşı borc tələbinə dair mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəm iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” KB ASC borclu Cavabdeh qarşı 2860.1 manat əsas, 236.21 manat faiz, 0.71 manat cərimə olmaqla, cəmi, 3097.02 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması tələbləri barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, iddiaçı ilə cavabdeh arasında 19.05.2020-ci il tarixdə kredit müqaviləsi bağlanılmış və ona istehlak məqsədləri üçün 56 ay müddətinə illik 22 faiz dərəcəsi ilə 2954 manat kredit verilmişdir. Cavabdeh müqavilədə nəzərdə tutulmuş şərtlərə əsasən borcu müəyyən olunmuş qaydada və müddətdə qaytarmalı olduğu halda, götürdüyü öhdəliyi lazımınca icra etməmişdir. Ona görə də iddia ərizəsinin təmin edilməsi haqqında qətnamə çıxarılması xahiş edir. İddiaçı “xxxx” KB ASC-nin nümayəndəsi Türkan Piriyeva məhkəməyə ərizə göndərərək, iddiaçının nümayəndəsinin iştirakı olmadan mülki işə baxılaraq, iddia ərizəsinin təmin edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 260.0.5-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan “xxxx” KB ASC ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsindən görünür ki, Cavabdeh istehlak məqsədləri üçün 30 ay müddətinə illik 24 faiz dərəcəsi ilə 2706 manat kredit verilmişdir. İşdə olan Maliyyə Arayışından görünür ki, Cavabdeh “xxxx” KB ASC-ə 236.21 manat faiz, 0.71 manat cərimə olmaqla, cəmi, 3097.02 manat borcu var. İşdə оlаn ödəniş tаpşırıındаn görünür кi, “xxxx” KB ASC işə məhkəmədə baxılması üçün 30 mаnаt məbləğində dövlət rüsumu ödəmişdir. Аzərbаycаn Rеspublikası МPM-inin 14.2-ci маddəsinə əsаsən məhkəmə yаlnız tərəflərin təqdim еtdikləri sübutlаrı аrаşdırmаlı və оnlаrdаn istifаdə еtməlidir. Həmin Мəcəllənin 77.1-ci маddəsinə əsаsən hər bir tərəf öz tələblərinin və еtirаzlаrının əsаsı kimi istinаd еtdiyi hаllаrı sübut еtməlidir. Мəcəllənin 217.4-cü mаddəsinə əsаsən məhkəmə (hакiм) öz qətnаməsini yаlnız məhkəмə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Məhkəmə işdə olan sənədləri tədqiq edərək, hеsаb еdir ki, iddiа ərizəsi qismən təmin еdilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Məcəllənin 739.1. və 739.2-ci maddələrinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bü cür dövr ərzində istənilən an icra eilməlidir. Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, iddiaçı ilə cavabdeh arаsındа 19.05.2020-ci il tarixdə kredit müqaviləsi bağlanılmış və ona istehlak məqsədləri üçün 56 ay müddətinə illik 22 faiz dərəcəsi ilə 2954 manat kredit verilmişdir. Cavabdeh öhdəliklərini lazımınca yеrinə yеtirməmiş, onun iddiaçıya 2860.1 manat əsas, 236.21 manat faiz, 0.71 manat cərimə olmaqla, cəmi, 3097.02 manat borcu yaranmışdır. Ona görə də iddia ərizəsi təmin edilməli, Cavabdeh 3097.02 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu alınaraq, “xxxx” KB ASC-ə verilməlidir. Məhkəmə, yuxarıda göstərilənləri nəzərə alaraq вə Аzərbаycаn Rеspubliкаsı MPMnin 216-227; 358-360 və 362-ci mаddələrini rəhbər tutаrаq, QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Cavabdeh 2860.1 manat əsas, 236.21 manat faiz, 0.71 manat cərimə olmaqla, cəmi, 3097.02 manat borcu və 30 manat ödənilmiş dövlət rüsumu alınaraq, “xxxx” KB ASC-ə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) аy müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №2(042)-571/2021
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-571/2021
01.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver