Məhkəmə qərarları › İş №2(042)-575/2020

Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №2(042)-575/2020

24.06.2020 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № 2(042)-575/2020 24.06.2020 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlu, İddiaçı Cavabdeh qızına qarşı “su xəttinin açılması” tələbinə dair ərizəsinə və ərizəyə əlavə edilmiş sənədlərə baxaraq, Müəyyən etdim: İddiaçı Cavabdeh qızına qarşı məhkəmədə iddia qaldıraraq “su xəttinin açılması” tələbinə dair məhkəməyə ərizə ilə müraciət edərək qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizənin məhkəmə icraatına qəbul edilməsinin mümkünlüyü məsələsinə baxılarkən müəyyən olunmuşdur ki, iddiaçı ərizənin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 149-cu maddəsi ilə nəzərdə tutulmuş məzmununa riayət etməmişdir. Qeyd olunan hüquq normasının əsas müddəalarından biri də iddiaçının və ya ərizəçinin tələbini, onların öz tələblərini əsaslandırdıqları halları, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələbi ərizədə göstərməsidir (maddə 149.2.3). ərizədə işdə iştirak edən şəxslərin adlarının, onların poçt ünvanlarının göstərilməsidir. Eləcə də qeyd olunmalıdır ki, iddia ərizəsi üç ünsürdən – iddianın predmeti, əsası və məzmunundan ibarət olmalıdır. İddianın predmetini iddiaçının cavabdehə olan tələbi, əsasını həmin tələbi şərtləndirən faktlar, məzmununu isə iddiaçının məhkəmədən etdiyi xahiş təşkil edir. İddiaçı ərizəsində su xəttinin bərpa edilməsini tələb etmiş, lakin bu tələbi əsaslandıran halları göstərməmişdir. Belə ki, iddiaçı ərizəsində mübahisəli su bulağına onun istifadə hüququnu təsdiq edən heç bir bir halı qeyd etməmiş, həmin su bulağının xüsusi, dövlət və ya bələdiyyə mülkiyyətində olması ilə bağlı halları qeyd etməmiş, bu barədə ərizəsinə heç bir sənəd əlavə etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, belə bir tələbə məhkəmə qaydasında baxılması yolverilməzdir. MPM-in 153.2 və 153.2.1-ci maddəsinə əsasən, məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd olunanlara əsaslanaraq, məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qızına qarşı “su xəttinin açılması” tələbinə dair ərizəsinin icraata götürülməsi qeyrimümkün hesab edilməli, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. MPM-in 152.2-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmçinin, məhkəmə izah edir ki, MPM-in 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35, 152, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, Qərara aldım: İddiaçı Cavabdeh qızına qarşı “su xəttinin açılması” tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi verildiyi gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar