Məhkəmə qərarları › İş №2(042)-58/2021

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-58/2021

21.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-58/2021 21.05.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim X2 oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, iddiaçı “xxxx” ASC-nin nümayəndəsi X1 iştirakları ilə iddiaçı “xxxx” QSC-nin Cavabdeh qarşı kredit müqaviləsinin ləğvi, kredit borcu və ona hesablanmış faiz borcunun ödənilməsi, tələbin ipoteka predmetinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, borcun satılmış əmlak nəticəsində əldə edilmiş vəsait hesabına ödənilməsi tələblərinə dair mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəm iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” QSC Cavabdeh qarşı 10.09.2012-ci il tarixli 077-12/İ saylı Kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh ümumilikdə 29573.10 manat (əsas borcu 26571.02 manat, faiz borcu 1000.83 manat, dəbbə pulu 2001.66 manat) və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq “xxxx” ASC-yə verilməsi, tələbin ünvan 1 ünvanında yerləşən 29 saylı mənzilə yönəldilməsi, göstərilən əmlakın açıq hərracdan satılması, qeyd olunan əmlak satıldıqdan sonra ən geci bir ay ərzində boşaldılması, Cavabdeh və onunla birlikdə yaşayan ailə üzvlərinin həmin əmlakdan çıxarılması, əmlakın açıq hərracdan satılması nəticəsində əldə olunan vəsait hesabına “xxxx" ASC-yə 29573.10 manat məbləğin və 30 manat dövlət rüsumunun ödənilməsi tələbləri barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında “xxxx” ASC-nin nümayəndəsi X3 izahat verərək bildirdi ki, “xxxx” ASC ilə Cavabdeh arasında 10.09.2012-ci il tarixdə 077-12/İ saylı Kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən Cavabdeh ünvan 2 ünvanında yerləşən 29 saylı mənzilin alınması məqsədilə 276 ay müddətə, illik 8 faiz olmaqla 31000 manat məbləğində kredit verilmişdir. 077-12/İ saylı Kredit müqaviləsinin təminatı kimi 21.09.2012-ci il tarixdə 077-12/İ saylı Alğı-satqı və İpoteka müqaviləsi bağlanaraq, Cavabdeh mülkiyyətinə keçmiş ünvan 1 ünvanında yerləşən 29 saylı mənzil ipoteka ilə yüklü edilmişdir. Lakin cavabdeh 077-12/İ saylı Kredit müqaviləsinin tələblərini pozaraq, müqavilədə göstərilən öhdəlikləri lazımınca icra etməmişdir. Ona görə də iddia iddia tələblərinin təmin edilməsi haqqında qətnamə çıxarılması xahiş edir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan kredit müqaviləsinin surətindən görünür ki, Cavabdeh 276 ay müddətə, illik 8 faiz olmaqla 31000 manat məbləğində kredit verilmişdir. İşdə olan 077-12/İ saylı Alğı-satqı və İpoteka müqaviləsinin surətindən görünür ki, Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən 29 saylı mənzil ipoteka ilə yüklü edilmişdir. İşdə olan Arayışdan görünür ki, Cavabdeh «xxxx» ASC-ə cəmi, 29573.10 manat borcu var. İşdə olan Çıxarışın surətindən görünür ki, Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən 29 saylı mənzil “xxxx” ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İşdə olan Ərizə və Bildirişdən görünür ki, cavabdehlərə tutmanın ipoteka predmetinə yönəldilməsi barədə xəbərdarlıq edilmiş və Bildiriş DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsində lazımi qaydada qeydiyyata alınmışdır. İşdə olan Uniprice MMC tərəfindən verilmiş Rəydən görünür ki, ünvan 1 ünvanında yerləşən 29 saylı mənzilin satış qiyməti 62000 manat təşkil edir. Həmin Rəylə müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yerləşən 29 saylı mənzilin qiymətləndirilməsi üçün ekspertiza xərci 150 manat təşkil etmişdir. Аzərbаycаn Rеspublikası МPM-inin 14.2-ci mаddəsinə əsаsən məhkəmə yаlnız tərəflərin təqdim еtdikləri sübutlаrı аrаşdırmаlı və оnlаrdаn istifаdə еtməlidir. Həmin Мəcəllənin 77.1-ci mаddəsinə əsаsən hər bir tərəf öz tələblərinin və еtirаzlаrının əsаsı kimi istinаd еtdiyi hаllаrı sübut еtməlidir. Мəcəllənin 217.4-cü mаddəsinə əsаsən məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını və işdə olan sənədləri tədqiq edərək, hеsаb еdir ki, iddiа tələbləri qismən təmin еdilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Məcəllənin 739.1. və 739.2-ci maddələrinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştrakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonuna ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bü cür dövr ərzində istənilən an icra eilməlidir. Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məcəllənin 460.1-ci maddəsinə görə öhdəliklərin icrası girov, dəbbə pulu və bu Məcəllədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Məcəllənin 269.5-ci maddəsinə görə girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Məcəllənin 307.1-ci maddəsinə əsasən ipoteka müqaviləsində tərəflərin adı və yaşayış yeri, ipotekanın predmeti, ipoteka ilə təmin edilən öhdəliyin mahiyyəti, ölçüsü və icra müddəti göstərilməlidir. Məcəllənin 307.2-ci maddəsinə əsasən ipotekanın predmeti müqavilədə onun adı, olduğu yer göstərilməklə və eyniləşdirilməsi üçün yetərli olan təsviri verməklə müəyyənləşdirilir. Məcəllənin 307.3-cü maddəsinə əsasən ipoteka müqaviləsində ipotekanın predmeti olan əşyanın hansı hüquqa əsasən ipoteka verənə mənsub olduğu və ipoteka verənin bu hüququnu qeydə almış dövlət orqanı göstərilmişdir. Məcəllənin 309.1-ci maddəsinə əsasən daşınmaz əmlakın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reystrində qeydə alınmalıdır. Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetiriliməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Məcəllənin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 50.1-ci maddəsinə əsasən prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və eyni zamanda, həmin Qanunun 34.1.2-ci maddəsinə əsasən əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddtlərinin ardıcıl olaraq iki dəfə pozulması nəticəsində ipoteka saxlayan ipoteka predmetinə tutmanı yönəltməklə, onun satılmasını, əldə edilmiş puldan kredit borcunun, hesablanmış faizlərin və cərimələrin, həmçinin, bununla bağlı çəkilmiş bütün xərclərin ipotekaya qoyulmuş əmlak hesabına ödənilməsinin tələb edə bilər. Həmin Qanunun 36-cı maddəsinə əsasən, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydiyyata alınmalıdır. Qanununun 39.3.3-cü maddəsinə görə, işə baxan məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən ipoteka predmetinin ilkin satış qiymətini çıxardığı qərarda göstərməlidir. Qanunun 41.2-ci maddəsinə görə, məhkəmənin qərarı əsasında ipoteka predmetinə tutma yönəldilməsi proseduru məhkəmə icraçısı tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. Qanunun 59.1. maddəsinə əsasən yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda ona tutma yönəldildikdə və o satıldıqda bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir. Qanunun 59.3. və 59.3.2-ci maddələrinə əsasən ipotekaya qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər bu şərtlə ki, ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Qanunun 59.4-cü maddəsinə görə isə bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, “xxxx” ASC ilə Cavabdeh arasında 10.09.2012-ci il tarixdə 077-12/İ saylı Kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən Cavabdeh ünvan 2 ünvanında yerləşən 29 saylı mənzilin alınması məqsədilə 276 ay müddətə, illik 8 faiz olmaqla 31000 manat məbləğində kredit verilmişdir. 077-12/İ saylı Kredit müqaviləsinin təminatı kimi 21.09.2012-ci il tarixdə 077-12/İ saylı Alğı-satqı və İpoteka müqaviləsi bağlanaraq, Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən 29 saylı mənzil ipoteka ilə yüklü edilmişdir. Lakin cavabdeh kredit müqaviləsinin tələblərini pozaraq, müqavilədə göstərilən öhdəlikləri lazımınca icra etməmişdir. Bundan sonra iddiaçı məhkəməyə müraciət etmiş, müraciət etdikdən sonra vəsatət verərək, ünvan 2 ünvanında yerləşən 29 saylı mənzilin ilkin satış qiymətinin müəyyən edilməsi üçün müvafiq ekspertiza təyin edilməsini xahiş etmişdir. İş üzrə ekspertiza təyin edilmiş və ipoteka ilə yüklü edilmiş evin ilkin satış qiyməti 62000 manat müəyyən edilmişdir. Məhkəmə iddia tələblərinə ayrı-ayrılıqda hər birinə münasibət bildirərək, belə nəticəyə gəlir ki, 10.09.2012-ci il tarixli 077-12/İ saylı Kredit müqaviləsinin ləğv edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467ci maddəsinə əsasən dəbbə pulunu azaldaraq, 200 manat miqdarında müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə iddia tələbində göstərilən Cavabdeh ailə üzvlərinin həmin əmlakdan çıxarılması hissəsinə münasibət bildirərək belə nəticəyə gəlir ki, cavabdehin ailə üzvləri iş üzrə cavabdeh kimi cəlb edilmədikləri üçün iddia ərizəsi cavabdehin ailə üzvlərinin çıxarılma hissəsində təmin edilməməlidir. Bununla belə, “xxxx” ASC ilə Cavabdeh arasında bağlanmış 10.09.2012-ci il tarixli 077-12/İ saylı Kredit müqaviləsi ləğv edilməli, Cavabdeh əsas borc olan 26571.02 manat, faiz borcu 1000.83 manat, dəbbə pulu 200 manat, ümumilikdə 27971.85 manat və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq “xxxx” ASC-ə verilməli, tələb ünvan 1 ünvanında yerləşən 29 saylı mənzilə yönəldilməli, mənzilin ilkin satış qiyməti 62000 manat müəyyən edilməli, göstərilən əmlak açıq hərracdan satılmalı, əmlak satıldıqdan sonra ən geci bir ay ərzində boşaldılmalı, Cavabdeh həmin əmlakdan çıxarılmalı, əmlakın açıq hərracdan satılması nəticəsində əldə olunan vəsait hesabına “xxxx" ASC-ə 27971.85 manat məbləğində borc və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi ödənilməlidir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılarkən dövlət rüsumu ödənilmiş, eləcə də iş üzrə məhkəmə ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi üçün xərclər olmuşdur. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0-cı maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir: 115.0.1. şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər; 115.0.2. yerində müayinə keçirilməsi ilə əlaqədar olan xərclər; 115.0.3. tərəflərin xəbərdar edilməsi və məhkəməyə çağırılmaları ilə əlaqədar xərclər; 115.0.4. tərəflərin və üçüncü şəxslərin məhkəməyə gəlmələri ilə əlaqədar yol xərcləri və yaşayış sahəsinin icarə xərcləri; 115.0.5. nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər; 115.0.6. vəkillərə etdikləri kömək üçün ödənilən xərclər; 115.0.7. cavabdehin axtarılması ilə əlaqədar xərclər; 115.0.8. qətnamənin icrası ilə əlaqədar xərclər; 115.0.9. məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər. Yəni, ödənilmiş dövlət rüsumu və evin qiymətləndirilməsi üçün çəkilmiş ekspertiza xərcləri Cavabdeh aid edilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Аzərbаycаn Rеspublikаsı MPM-nin 216-227; 358-360 və 362-ci mаddələrini rəhbər tutаrаq, QƏT ETDİ: İddia tələbləri qismən təmin edilsin. “xxxx” ASC ilə Cavabdeh arasında bağlanmış 10.09.2012-ci il tarixli 077-12/İ saylı Kredit müqaviləsi ləğv edilsin. Cavabdeh əsas borc olan 26571.02 manat, faiz borcu 1000.83 manat, dəbbə pulu 200 manat, ümumilikdə 27971.85 manat və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq “xxxx” ASC-ə verilsin. Tələb ünvan 1 ünvanında yerləşən 29 saylı mənzilə yönəldilsin. ünvan 1 ünvanında yerləşən 29 saylı mənzilin ilkin satış qiyməti 62000 manat müəyyən edilsin və açıq hərracdan satılsın. Mənzil satıldıqdan sonra ən geci bir ay ərzində boşaldılsın. Cavabdeh həmin əmlakdan çıxarılsın. Əmlakın açıq hərracdan satılması nəticəsində əldə olunan vəsait hesabına Cavabdeh “xxxx" ASC-ə olan borcu ödənilsin. İddia tələbləri qalan hissələrdə təmin edilməsin. Cavabdeh ünvan 1 ünvanında yerləşən 29 saylı mənzilin ilkin satış qiymətinin müəyyən edilməsi üçün keçirilmiş ekspertizanın xərci olan 150 manat alınaraq, Uniprice MMC-nin hesabına (VÖEN **********, Hesab N AZN: AZ15 GUNA********************0, Bank: Günay Bank ASC, VÖEN **********, Müxbir hesab AZ25NABZ********************, SWİFT GUNAAZ22) keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) аy müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar