Məhkəmə qərarları › İş №2(042)-586/2022

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-586/2022

02.09.2022 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-586/2022 02.09.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı ona məxsus olan, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 36 kv.m olan iki otaqdan ibarət fərdi yaşayış evinə gediş-gəliş üçün nəzərdə tutulmuş koridordan onun gediş-gəlişinə Cavabdeh tərəfindən yaradılan hər cür maneələrin aradan qaldırılmasına (koridora yığılmış əşyaların götürülməsi, koridorun çöl tərəfinə basdırılmış iki ədəd dəmir dirəyin götürülməsi) və gələcəkdə bu cür hərəkətlər davam etdirildikdə həmin hərəkətlərə son qoyulması tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etmiş, izahat verərək, bildirmişdir ki, yaşadığı evin hüquqi sənədləri mövcuddur. Evin ümumi sahəsi 36 kv.m olmaqla 2 otaqdan ibarətdir və ev Gədəbəy şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən 6 nömrəli binanın 2-ci mərtəbəsində yerləşir. Bina daşdan, taxtadan, paneldən tikilmişdir və şəraitləri var. Cavabdeh onun qonşusudur. Cavabdeh yaşadığı evə daxil olmaq üçün eyni koridordan keçir. Kordurun sonunda onun evinin giriş qapısı yerləşir. Yəni o, öz evimə daxil olmaq üçün cavabdehin evinin qarşısından həmin koridorla keçmək məcburiyyətindədir. Koridor ümumi istifadədə olmaqla xüsusi mülkiyyətdə olmamışdır. Buna baxmayaraq Cavabdeh həmin koridora müxtəlif əşyalar yığaraq, evinə gedən yolu bağlayır. Bundan başqa, ona hədə-qorxu gələrək, həmin koridordan evinə keçməsinə imkan vermir. Həmçinin, cavabdeh öz evinin qarşısında koridorun çöl tərəfindən iki ədəd dəmir dirək basdıraraq özünə hamam, ayaqyolu tikir ki, bu da onun evinə gediş-gəlişin tamamilə bağlamasına səbəb olacaqdır. O, dəfələrlə cavabdehə yaratdığı müdaxilələrlə son qoymasını tələb etsə də, heç bir nəticəsi olmamışdır. Bununla bağlı polisə şikayət etmiş, lakin mübahisə mülki xarakterli olduğu üçün məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Ona görə də iddia ərizəsinin təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə işdə iştirak etməyən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan X3 daxil olan Özəlləşdirilmiş mənzilin Texniki Pasportunun surətindən görünür ki, Gədəbəy şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən mənzilin sahibi İddiaçıdır. İş üzrə yerində müayinə təyin edilmiş, yerində müayinə zamanı müəyyən edilmişdir ki, mübahisə edilən yaşayış evinə gediş-gəliş üçün nəzərdə tutulmuş eyvan-dəhlizin bir hissəsi iddiaçı tərəfindən tutulmuş, aşağıda, yerə basdırılmış dirəklər üzərində otaq inşa edilmişdir. Dəhlizin bir tərəfində cavabdeh tərəfindən istifadə edilməyən soba, yuyunmaq üçün su qabı və ləyən qoyulmuşdur. Dəhlizdən aşağıda isə gediş-gəliş yeri olmayan yerdə iki ədəd metal dirək basdırılmışdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddiaçının izahatını və işdə olan sənədləri təhlil edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ-ci hissəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Məcəllənin 152.6-cı maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məcəllənin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosessual qanunvericilik sübutеtmə vəzifələrinin bölgüsünün ümumi qаyqаsını müəyyən еqir. Bu qаydаyа görə iş iştirаkçılаrı tələb və еtirаzlаrını əsаslаndırdıqlаrı fаktlаrı isbаt еtməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirаkçısı оlаn bu və yа bаşqа şəхsi оnun öz iddiа və еtirаzlаrını əsаslаndırmаq üçün söykəndiyi hаllаrın və qаnunlа sübut еtməli оlquğu bаşqа hаllаrın sübut оlunmаsı yükündən аzаd еdə, yахud sübutеtmə yükünü bölüşdürə bilməz. Mülki prosessual qanunvericilik məhkəməyə öz təşəbbüsü ilə sübutlаr tоplаmаq hüququ vеrmir və sübutlаrın tоplаnmаsı və vеrilməsi yükünü bütünlüklə sübutеtmə yükünü dаşıyаn iş iştirаkçılаrının üzərinə qоyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İşin оbyеktiv həlli üçün yаlnız mötəbər sübutlаrdаn istifаdə оlunа bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı оlmаlı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməliqir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar birbirini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. İnsan Hüquqları üzrə Аvrоpа Məhkəməsinin "Mahmudovun Rusiyaya qarşı iş üzrə" 26 iyul 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti, incumbit probalion”, yəni, sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həmmövculuğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda, "Qavazov Bolqarıstana qarşı iş üzrə" 06 mart 2008-ci il larixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutları qiymətləndirərkən bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir. Beləliklə, iş üzrə yerində müayinə təyin edilmiş, müəyyən edilmişdir ki, mübahisə edilən yaşayış evinə gediş-gəliş üçün nəzərdə tutulmuş eyvan-dəhlizin bir hissəsi iddiaçı tərəfindən tutulmuş, aşağıda, yerə basdırılmış dirəklər üzərində otaq inşa edilmişdir. Dəhlizin bir tərəfində cavabdeh tərəfindən istifadə edilməyən soba, yuyunmaq üçün su qabı və ləyən qoyulmuşdur. Dəhlizdən aşağıda isə gediş-gəliş yeri olmayan yerdə iki ədəd metal dirək basdırılmışdır. Məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının mənzilinə gediş gəliş üçün nəzərdə tutulmuş dəhlizə hər hansı əşyaların yığılması və həmin dəhlizin bağlanması iddiaçının mülkiyyətdən istifadə hüquqlarının pozulmasına ilə səbəb olur. Həmçinin iddiaçı basdırılmış dəmir dirəyin götürülməsini xahiş etmiş, lakin müəyyən edilmişdir ki, həmin dirəklər iddiaçıya məxsus mənzilə gedən yolu bağlamır. Ona görə də iddia tələbləri təmin qismən edilməli, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 36 kv.m olan iki otaqdan ibarət fərdi yaşayış evinə gediş-gəliş üçün nəzərdə tutulmuş dəhlizdən onun gediş-gəlişinə Cavabdeh tərəfindən yaradılan maneələr aradan qaldırılmalı, dəhlizə yığılmış əşyalar götürülməlidir. Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin qismən təmin edildiyi üçün ödənilmiş dövlət rüsumunun 50 manat hissəsi cavabdehdən alınaraq, iddiaçıya verilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Аzərbаycаn Rеspublikаsı MPM-nin 216-227, 358-360 və 362-cı mаddələrini rəhbər tutаrаq, Qət etdi: İddia tələbləri qismən təmin edilsin. ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 36 kv.m olan iki otaqdan ibarət fərdi yaşayış evinə gediş-gəliş üçün nəzərdə tutulmuş dəhlizdən onun gediş-gəlişinə Cavabdeh tərəfindən yaradılan maneələr aradan qaldırılsın və dəhlizə yığılmış əşyalar götürülsün. Ödənilmiş dövlət rüsumunun 50 manat hissəsi X1 alınaraq, İddiaçı Məstan qızına verilsin. Qətnamədən rəsmi verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar