Məhkəmə qərarları › İş №2(042)-60/2024

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-60/2024

19.11.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-60/2024 19.11.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Həsənov Nihad Natiq oğlunun katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1 Əmirxan oğlu, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh6 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 Əmirxan oğlu, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı torpaq sahəsindən çıxarılma və avtomobil yolunun açılması tələbləri haqqında iddia ərizəsinə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 Əmirxan oğlu, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının 29 noyabr 1997-ci il tarixli 13 saylı qərarı əsasında verilmiş A143492 saylı “X2 və Ölçüsü” ilə ona məxsus olan Gədəbəy rayonu, Qarıkənd kəndində yerləşən 6794,7 kvm həyətyanı torpaq sahəsindən cavabdehlər Cavabdeh1 Əmirxan oğlu, Cavabdeh2 və Cavabdeh3 çıxarılması, Gədəbəy rayonu, Qarıkənd kəndində yerləşən 6794,7 kvm həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə gedən avtomobil yolunun cavabdehlər Cavabdeh1 Əmirxan oğlu, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 tərəfindən açılması tələbləri barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə baxışı iclasında İddiaçı iddia tələblərini müdafiə etmiş, izahat verərək, bildirmişdir ki, Gədəbəy rayonu, Qarıkənd kəndində yaşayır. Orada 6794,7 kvm ölçüdə həyətyanı torpaq sahəsi və fərdi yaşayış evi vardır. Həyətyanı torpaq sahəsinin bir hissəsini cavabdehlər Cavabdeh1 Əmirxan oğlu, Cavabdeh2 və Cavabdeh3 tutmuşlar. Eyni zamanda, cavabdehlər Cavabdeh1 Əmirxan oğlu, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 evə və torpaq sahəsinə gedən avtomobil yolunu daraldmışlar. Ona görə də iddia tələblərinin təmin edilməsini xahiş edir. Məhkəmə baxışı iclasında Cavabdeh4 iddia tələbinə etiraz etmiş, izahat verərək bildirmişdir ki, iddiaçının yaşayış evinə gedən yolu daraltmamışdır. Yol həmişə olduğu vəziyyətdədir. Ona məxsus yaşayış sahəsinin və yolun ətrafında bitmiş ağacların yola çıxmış budaqlarını özü kəsmişdir. Yoldan avtomobillər heç bir maneə olmadan keçə bilirlər. Məhkəmə baxışı iclasında Cavabdeh1 Əmirxan oğlu iddia tələblərinə etiraz etmiş, izahat verərək, bildirmişdir ki, o, iddiaçının torpaq sahəsini zəbt etməmişdir. İddiaçı həyətyanı torpaq sahəsində yeni ev tikmiş, bununla da yolla hərəkət edən avtomobillərin dövrə vurub geri qayıtmasına maneə yaratmışdır. Avtomobillər hazırda ona məxsus torpaq sahsində dövrə vurub geri qayıtmalıdırlar. O, bununla əlaqədar iddiaçıya etiraz etmiş, ona görə də iddiaçı ona qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə baxışı iclasında Cavabdeh3 iddia tələblərinə etiraz etmiş, izahat verərək, bildirmişdir ki, iddiaçıya məxsus torpaq sahəsi ilə ona məxsus torpaq sahəsinin arasından çay axır və onun iddiaçıya məxsus torpaq sahəsini tutması mümkün deyildir. İddiaçıya məxsus inək onun torpaq sahəsinə keçdiyi üçün o, iddiaçıya etirazını bildirmiş, buna görə də iddiaçı ona qarşı belə bir iddia tələbi irəli sürmüşdür. O, iddiaçının yaşayış evinə gedən yolu du tutmamışdır. Yol açıqdır və yük maşınları da yolla sərbəst hərəkət edə bilir. Məhkəmə baxışı iclasında Cavabdeh6 iddia tələblərinə etiraz etmiş, izahat verərək, bildirmişdir ki, o, iddiaçının torpaq sahəsini zəbt etməmişdir. İddiaçı həyətyanı torpaq sahəsində yeni ev tikmiş, bununla da yolla hərəkət edən avtomobillərin dövrə vurub geri qayıtmasına maneə yaratmışdır. Hazırda yolla ən böyük yük maşınları asanlıqla keçib iddiaçının həyəti istiqamətində gedirlər. Cavabdehlər Cavabdeh2 və Cavabdeh5 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə baxış iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Rеspublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdеhlər Cavabdeh2 və Cavabdeh5 iştirakı оlmadan işə baхılmasını mümkün hеsab еtmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan X2 və Ölçüsü sənədindən görünür ki, Gədəbəy rayonu, Qarıkınd kəndində İddiaçı verilmiş 6794,7 kvm həyətyanı torpaq sahəsi ilə əlaqədar tərtib edilmişdir. İşdə olan Çıxarışın surətindən görünür ki, Gədəbəy rayonu, Qarıkənd kəndində 0,4223 ha torpaq sahəsi və üzərində yerləşən yaşayış evinə Cavabdeh2 Əhməq qızının mülkiyyət hüququ qeydə alınmışdılr. İşdə olan mütəxəssis və ekspertiza rəylərindən görünür ki, İddiaçı məxsus Gədəbəy rayonu, Qarıkənd kəndində yerləşən 6794,7 kvm torpaq sahəsi cavabdehlər tərəfindən istifadə olunmur.İddiaçıya məxsus torpaq sahəsinə yol nəzərdə tutulmuşdur və cavabdehlər tərəfindən yola maneələr yaradılmış, yol daralmışdır. İşdə olan mütəxəssis tərəfindən tərtib edilmiş sxemdə X1 məxsus evə gedən 0,1066 ha yolun və 0, 0622 ha faktiki yolun koordinatları göstərilmişdir. İşdə olan sənədlərdən görünür ki, iddiaçı mütəxəssis rəyinin verilməsi üçün 95 manat ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəflərin izahatlarını, habelə, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbləri qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 18-ci maddəsinə əsasən şəhər, qəsəbə və kəndlərin hüdudları daxilindəki bütün torpaqlar yaşayış məntəqələrinin torpaqları hesab edilir. Yaşayış məntəqələrinin torpaqlarının tərkibinə ictimai və yaşayış, tikinti massivlərində yerləşən yaşayış, mədəni-məişət, inzibati, ibadət və digər bina, tikili və qurğular altındakı, habelə bunlar üçün nəzərdə tutulan torpaq sahələri; ümumi istifadədə olan torpaqlarda yerləşən meydan, küçə, keçid, yol, sahil, park, meşə-park, xiyaban, bulvar, sututarlar, çimərlik və əhalinin ictimai tələbatının ödənilməsinə xidmət edən digər obyektlər altındakı torpaq sahələri daxildir. Həmin Məcəllənin 20-ci maddəsinə əsasən yaşayış məntəqələrinin torpaqlarından onların baş planlarına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə və eləcə də yerquruluşu-təsərrüfat planlarına müvafiq surətdə istifadə edilir. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, iddiaçıya məxsus həyətyanı torpaq sahəsi cavabdehlər tərəfindən tutulmamışdır. İddiaçıa məxsus həyətyanı torpaq sahəsi və yaşayış evinə gedən yol cavabdehlər tərəfindən daraldılmışdır. Ona görə də iddia tələbləri qismən təmin edilməli, iddiaçıya məxsus həyətyanı torpaq sahəsi və üzərində yerləşən yaşayış evinə gedən yol, sənədlərdə nəzərdə tutulmuş 0,1066 ha ölçüdə əvvəlki vəziyyətində cavabdehlər Cavabdeh1 Əmirxan oğlu, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 tərəfindən bərpa edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, qət etdi: İddia tələbləri qismən təmin edilsin. İddiaçı məxsus ev və həyətə gediş-gəliş yolu 0,1066 ha ölçüdə müxəxəssis rəyində göstərilmiş koordinatlarda Cavabdeh1 Əmirxan oğlu, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 tərəfindən tərəfindən bərpa edilsin. Mütəxəssis rəyinin verilməsi üçün ödənilmiş 95 manat Cavabdeh1 Əmirxan oğlu, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 müştərək qaydada alınaraq, İddiaçı verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar