Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-600/2022 12.09.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı maddi ziyan tələbinə dair mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı Cavabdeh mobil nəzarət qurğusunu yararsız vəziyyətə saldığına görə dəyəri 1346.03 manat məbləğində vəsaitin alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin hesabına ödənilməsi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 1(043) 66/2020 saylı, xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 01 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 7(043)-187/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə barəsində olan azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan hissəsi 02 ay 06 gün müddət azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir. Cəza çəkdiyi müddətdə Cavabdeh yaşadığı ünvana üç ədəd ev siqnal ötürücüsü quraşdırılmış və onun ayağına sadə elektron qolbaq bağlanmışdır. Bununla yanaşı Cavabdeh bir ədəd mobil nəzarət qurğusu, onun adapteri təhvil verilmişdir. Həmin elektron nəzarət vasitələrinin dəyəri və həmin vasitələri itirəcəyi və ya zədələyəcəyi yaxud digər üsulla yarasız vəziyyətə salacağı halda, dəyərinin ondan tutulacağı Cavabdeh elan edilmiş və bu barədə protokol tərtib edilmişdir Cavabdeh cəzasının çəkilməmiş qalan hissəsi azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilməsi ilə əlaqədar elektron nəzarət vasitələri onun tanışı X1 təhvil alınmışdır. Bu zaman elektron nəzarət vasitələrinə baxış keçirilərək mobil nəzarət qurğusunun ekranının zədələndiyi və qurğunun yarasız vəziyyətə düşdüyü müəyyən edilmişdir. Ədliyyə Nazirliyinin Maliyyə və təminat idarəsinin verdiyi maliyyə arayışına görə mobil nəzarət qurğusunun dəyəri 1346,03 manat, təşkil edir. Cavabdeh ünvanına vurulmuş ziyanın dəyərin könüllü ödəmək barədə xəbərdarlıq göndərilsə də o, zərəri könüllü ödəməmişdir. Ona görə də iddia tələbinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi məhkəməyə ərizə göndərərək, mülki işə nümayəndənin iştirakı olmadan baxılaraq, iddia tələbinin təmin edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh lazımi qaydada Cavabdeh bildiriş göndərilmiş, ona göndərilmiş bildirişlər cavabdehin ünvanda olmaması qeydi ilə məhkəməyə qaytarılmışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 1(043) 66/2020 saylı, xx.xx.2020-ci il tarixli hökmünün surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinmiş və o, 01 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İşdə olan Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 7(043)-187/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarının surətindən görünür ki, Cavabdeh barəsində olan azadlığın mməhdudlaşdırılması cəzasının çəkilməmiş qalan hissəsi 02 ay 06 gün müddət azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir. İşdə olan Hüquq və vəzifələrin izah edilməsi haqqında Protokolun surətindən görünür ki, Cavabdeh yaşadığı ünvana üç ədəd ev siqnal ötürücüsü quraşdırılmış və onun ayağına sadə elektron qolbaq bağlanmışdır. Bununla yanaşı Cavabdeh bir ədəd mobil nəzarət qurğusu, onun adapteri təhvil verilmişdir. Həmin elektron nəzarət vasitələrinin dəyəri və həmin vasitələri itirəcəyi və ya zədələyəcəyi yaxud digər üsulla yarasız vəziyyətə salacağı halda dəyərinin ondan tutulacağı Cavabdeh elan edilmiş və bu barədə protokol tərtib edilmişdir. İşdə olan elektron nəzarət vasitələrinin dəyərinin elan edilməsi barədə protokolun surətindən görünür ki, elektron nəzarət vasitələrinin dəyəri 1346.03 manat olması barədə Cavabdeh elan edilmiş və bu barədə protokol tərtib edilmişdir. İşdə olan elektron nəzarət vasitələrinin təhvil alınması barədə protokolun surətindən görünür ki, Cavabdeh təhvil verilmiş elektron nəzarət vasitələri təhvil alınarkən mobil qurğunun ekranı zədələnmiş vəziyyətdə olmuşdur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1;14.2. və 14.2.6-cı maddələrinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən, o cümlədən başqa şəxsə zərər vurulması ilə əmələ gəlir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununun 100cü maddəsinə əsasən məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Beləliklə, Cavabdeh Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 1(043) 66/2020 saylı, xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 01 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 7(043)-187/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə barəsində olan azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan hissəsi 02 ay 06 gün müddət azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir. Cəza çəkdiyi müddətdə Cavabdeh yaşadığı ünvana üç ədəd ev siqnal ötürücüsü quraşdırılmış və onun ayağına sadə elektron qolbaq bağlanmışdır. Bununla yanaşı Cavabdeh bir ədəd mobil nəzarət qurğusu, onun adapteri təhvil verilmişdir. Həmin elektron nəzarət vasitələrinin dəyəri və həmin vasitələri itirəcəyi və ya zədələyəcəyi yaxud digər üsulla yarasız vəziyyətə salacağı halda, dəyərinin ondan tutulacağı Cavabdeh elan edilmiş və bu barədə protokol tərtib edilmişdir Cavabdeh cəzasının çəkilməmiş qalan hissəsi azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilməsi ilə əlaqədar elektron nəzarət vasitələri onun tanışı X1 təhvil alınmışdır. Bu zaman elektron nəzarət vasitələrinə baxış keçirilərək mobil nəzarət qurğusunun ekranının zədələndiyi və qurğunun yarasız vəziyyətə düşdüyü müəyyən edilmişdir. Ədliyyə Nazirliyinin Maliyyə və təminat idarəsinin verdiyi maliyyə arayışına görə mobil nəzarət qurğusunun dəyəri 1346,03 manat, təşkil edir. Cavabdeh ünvanına vurulmuş ziyanın dəyərin könüllü ödəmək barədə xəbərdarlıq göndərilsə də o, zərəri könüllü ödəməmişdir. Ona görə də iddia tələbi təmin edilməli, Cavabdeh mobil nəzarət qurğusunu yararsız vəziyyətə saldığına görə 1346.03 manat alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin hesabına ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Аzərbаycаn Rеspublikаsı MPM-nin 216-227, 358-360 və 362-cı mаddələrini rəhbər tutаrаq, QƏTETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 1346.03 manat alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin hesabına ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №2(042)-600/2022
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-600/2022
12.09.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver