Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-602/2022 01.09.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X3 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi ” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh ona vurulmuş maddi ziyana görə 1500 manat pulun və 35 manat dövlət rüsumunun alınıb ona verilməsinə dair çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək, o, 2021-ci ilin payız fəslində özünə məxsus olan 3 baş inək, 3 baş dana və 1 baş düyə olmaqla cəmi 7 baş iribuynuzlu heyvanını 2021-ci ilin payızından 2022-ci ilin yazına qədər saxlamaq üçün əvvəllər tanıdığı Cavabdeh vermişdir. Cavabdeh onun heyvanlarını Tovuz rayonu “Ceyrançöl” qışlağında saxlamaq üçün o cavabdehə 1000 manat pul vermişdir. 2022-ci ilin yaz ayında Cavabdeh onun heyvanlarını özünə qaytararkən 1 baş inəyini qaytarmamışdır. O, bunun səbəbini soruşduqda Cavabdeh mənə inəyinin birinin öldüyünü demişdir. Halbuki o Cavabdeh heyvanlarını saxlamaq üçün verərkən heç bir xəstəliyi olmamışdır. Hazırda Cavabdeh ona bir baş inəyini qaytarmadığına görə 1500 manat ziyan vurmuşdur. Belə ki, o həmin inəyi 1500 manata almışdır. Bununla bağlı qiymətləndirmə arayışını da ərizəsinə əlavə etmişdir. Ona görə də, cavabdehdən ona vurulmuş ziyana görə 1500 manat məbləğində pulun alınıb ona verilməsini tələb etməkdə haqlıdır. O, heyvanlarını cavabdehə saxlamaq üçün verərkən yanında başqa şəxslər də olmuşdur. Həmin şəxslər Gədəbəy rayonu, İnəkboğan kənd sakini Şahid1 və Gədəbəy rayonu, Arıqıran kənd sakini Şahid2 olmuşdur. Şahid1 heyvanları maşına yükləyən şəxs, Şahid2 isə maşını sürən sürücü olmuşdur. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şahid2 məhkəmə iclasında bildirdi ki, o, Gədəbəy rayonu, Arıqıran kəndində yaşayır. İddiaçı onların qonşu kəndində yaşayır. Onun özünə məxsus yük maşını vardır. 2021-ci ilin oktyabr ayında X2 ona zəng vuraraq İddiaçı məxsus iribuynuzlu heyvanların Tovuz rayonu “Ceyrançöl” qışlağına aparmasını bildirmişdir. O, həmin vaxt gəlib İddiaçı məxsus 3 baş inək, 3 baş dana və 1 baş düyədən ibarət ümumilikdə 7 baş iribuynuzlu heyvan ona məxsus yük maşınına yüklənmiş və o həmin heyvanları “Ceyrançöl” qışlağında X1 təhvil vermişdir. Heyvanları avtomobilə isə Şahid1 yükləmişdir. Şahid1 məhkəmə iclasında bildirdi ki, hər iki tərəf onun qonşusudur. O, heç biri ilə pis olmaq istəmir. O, heç bir şey görməmişdir. Məhkəmə iddiaçını və şahidləri dinləyib, işin faktiki hallarını araşdırıb hesab edir ki, iddia tələbi əsaslıdır. Belə ki, işdə olan Gədəbəy rayonu "xxxx" MMC tərəfindən verilmiş 25 aprel 2022-ci il tarixli, 129 nömrəli arayışdan görünür ki, bir baş üç illik 400 kq çəkidə iribuynuzlu heyvanın (inək) qiyməti 1300-1400 manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. 14.2.2. Dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları. 14.2.3. Mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları. 14.2.4. Qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi. 14.2.5. Elm, ədəbiyyat, incəsənət əsərlərinin, ixtiraların və əqli fəaliyyətin digər nəticələrinin yaradılması. 14.2.6. Başqa şəxsə zərər vurulması. 14.2.7. Əsassız varlanma. 14.2.8. Fiziki və hüquqi şəxslərin digər hərəkətləri. 14.2.9. Qanunvericiliyin mülki hüquq nəticələrinin baş verməsi ilə bağladığı hadisə. Qeyd olunan hüquq normalarının dispozitiv şərtlərinə görə, iddiaçının cavabdehlərdən pul tələb etməsinin qanuni əsaslarının mövcudluğu üçün onlar arasında mülki hüquq və vəzifələrin yaranmasına səbəb olan hüquqi faktlardan hər hansı biri olmalıdır. Azərbaycan Respublikası MPM-in (bundan sonra MPM) 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb ivə etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspert rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyən edilir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Qeyd olunan hüquq normaları baxımından məhkəmə qeyd edir ki, İddiaçı oğlu onunla Cavabdeh arasında ümumilikdə 7 baş iribuynuzlu heyvanın 2021-2022-ci il qış mövsümündə “Ceyrançöl” qışlağında saxlanmasına görə şifahi tapşırıq müqaviləsinin olmasını, həmin heyvanların cavabdehə təhvil verilməsini və daha sonra yaz aylarında cavabdehə verilmiş heyvanlardan bir baş inəyin iddiaçıya qaytarılmamasını və bunun nəticəsində ona ziyan dəyməsini sübuta yetirməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 777.1-ci maddəsinə əsasən, tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Həmin Məcəllənin 783.1-ci maddəsinə əsasən, vəkalət verən vəkalət alanın tapşırığı vicdanla icra edərkən çəkdiyi xərclərin əvəzini, o cümlədən faizləri ödəməli və onu bu məqsədlə götürdüyü öhdəliklərdən azad etməlidir. Həmin Məcəllənin 783.2-ci maddəsinə əsasən, vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir. Həmin Məcəllənin 783.3-cü maddəsinə əsasən, bu Məcəllənin 783.2-ci maddəsində nəzərdə tutulan hallarda muzdun miqdarı müəyyənləşdirilməyibsə, tarif olduqda bu tarifə uyğun muzd, tarif olmadıqda isə vəkalət alanın olduğu yerdə qəbul edilmiş muzd şərtləşdirilmiş muzd sayılır. Məhkəmə iclasında işin mübahisələndirilməyən hallarından müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh arasında olan şifahi tapşırıq müqaviləsinə əsasən, İddiaçı məxsus 3 baş inək, 3 baş dana və 1 baş düyə olmaqla, cəmi 7 baş iribuynuzlu heyvanının cavabdeh tərəfindən 2021-ci ilin payızından 2022-ci ilin yazına qədər Tovuz rayonu “Ceyrançöl” qışlağında saxlamaq üçün 1000 manat müqabilində razılığa gəlmişlər. İddiaçı məxsus 3 baş inək, 3 baş dana və 1 baş düyə olmaqla cəmi 7 baş iribuynuzlu heyvanı 2021-ci ilin oktyabr ayında cavabdehə saxlanılması üçün təhvil verilmişdir. İddiaçıya məxsus həmin heyvanların cavabdehə təhvil verilməsi Şahid2 ifadəsi ilə öz təsdiqini tapır. Göründüyü kimi, iddiaçı ilə cavabdehin aralarında olan şifahi tapşırıq müqaviləsinə əsasən, iddiaçı ona məxsus heyvanların “Ceyrançöl” qışlağında saxlanılması üçün 2021-ci ilin payızından 2022-ci ilin yazına qədər cavabdehə təhvil vermiş, cavabdeh isə həmin müddət ərzində heyvanların saxlanılmasını və 2022-ci ilin yaz aylarında həmin heyvanları cavabdehə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin, cavabdeh isə öz üzərinə götürdüyü öhdəliyi lazımınca yerinə yertirməmiş və 2022-ci ilin yaz ayında razılaşma üzrə heyvanları iddiaçıya qaytararkən təhvil götürdüyü heyvanlardan 1 baş inəyi qaytarmamışdır. Belə olan halda, iddiaçıya həmin iribuynuzlu heyvanın dəyərində, yəni 1400 manat məbləğində ziyan dəymişdir. Odur ki, iddiaçı həmin məbləği cavabdehdən tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 779.1-ci maddəsinə əsasən, vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən. mülki hüquq pozuntusu hüquqla və ya qanunla müdafiə edilən başqa şəxslə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir. (hərəkət və ya hərəkətsizlikdir.) Həmin məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə cavabdehdən alınıb iddiaçıya verilməli ziyanın qiyməti məsələsini həll edərkən hesab edir ki, cavabdehdən alınmalı olan iribuynuzlu heyvanlarının dəyəri müəyyən edilərkən Gədəbəy rayon "xxxx" MMC tərəfindən verilmiş 25 aprel 2022-ci il tarixli, 129 nömrəli qiymətləndirmə barədə arayış əsas götürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara tətbiq edilməli hüquq normalarına uyğun hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh vurulmuş maddi ziyana görə 1400 manat məbləğində pul alınıb İddiaçı verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233.1-ci və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh vurulmuş maddi ziyana görə 1400 (min dörd yüz) manat məbləğində pul alınıb İddiaçı verilsin. Ödənilmiş 35 (otuz beş) manat dövlət rüsumunun əvəzi Cavabdeh alınıb İddiaçı verilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №2(042)-602/2022
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-602/2022
01.09.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver