Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-630/2020 06.08.2020 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X4 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh xx xxxx 2013-cü ildə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün təyin edilmiş alimentin miqdarının artırılaraq hər ay sabit pul məbləğində 170 manat aliment tutulub ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək göstərdi ki, o, cavabdehlə 2012-ci ilin avqust ayında qeyri-rəsmi olaraq ailə qurmuş, aralarında rəsmi nikah olmamışdır. 2014-cü ilin dekabr ayının sonlarınadək birgə yaşamışlar. Birgə yaşadıqları dövrdə onların xx.xx.2013-cü il doğum tarixli X2 adında bir uşaqları doğulmuşdur. Cavabdehlə ailə qurduqdan sonra bir müddət münasibətləri normal olmuşdur. Lakin sonradan cavabdehlə onun xasiyyəti uyğun gəlməmiş, aralarında tez-tez mübahisələr baş vermişdir. Bu səbəbdən onlar ayrılmaq qərarına gəlmişlər. Cavabdeh ondan ayrılarkən azyaşlı uşaqları Nicatı özü ilə aparmaqdan imtina etmişdir. O, uşağının azyaşlı olmasına görə və uşağın ana qayğısına daha çox ehtiyacının olmasına görə xx xxxxxx 2017-ci il tarixdə azyaşlı oğlu Nicatı cavabdehin yaşadığı Balakən rayonunun Hənifə kəndində aparmış və uşağı anasına vermək istəmişdir. Lakin cavabdeh uşağı qəbul edib ona baxmaqdan və yanında saxlamaqdan imtina etmişdir. O, məcbur olub uşağı özü ilə geri qaytarmışdır. Həmin vaxtdan uşaq onun himayəsində yaşayır. O, uşağının saxlanması üçün aliment tələbi ilə məhkəmədə iddia qaldırmış, Gədəbəy rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(042)-577/2018 saylı qətnaməsi ilə xx xxxxx 2018-ci il tarixdən başlayaraq, xx xxxx 2013-cü il tarixdə anadan X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay sabit pul məbləğində 100 manat aliment alınaraq iddiaçı ona verilməsi qət edilmişdir. Hazırda həmin məbləğlə uşağına baxmaqda çətinlik çəkir. Heç bir yerdə işləmir. Ona görə də cavabdehdən oğlu Nicatın yetkinlik yaşına çatanadək saxlanması üçün tutulan alimentin miqdarının artırılaraq 170 manat müəyyən edilməsini istəyir. Odur ki, aliment miqdarının artırılması barədə iddiasının təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarında olan sübutları tədqiq edərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə rədd edilməlidir. Belə ki, işdə olan iddiaçıya aid AZE № 0******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Gədəbəy rayonu, Qurudərə kəndində qeydiyyatdadır. İşdə olan cavabdehə aid AZE № ******** seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Çiraqi X3 rayonu, Hənifə kəndində anadan olmuş, hal-hazırda həmin kənddə qeydiyyatdadır. İşdə olan doğum haqqında şəhadətnamənin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, X2 xx.xx.2013-cü il tarixdə Balakən rayonunda doğulmuş, atası qrafasında İddiaçı, anası qrafasında Cavabdeh qeyd edilmişdir. İşdə olan AZ-İ № 340600 seriyalı atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.2013-cü il tarixdə Cavabdeh doğulmuş X5 atası hesab edilmişdir. İşdə olan Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(042)-577/2018 saylı qətnaməsinin surətindən görünür ki, xx xxxxx 2018-ci il tarixdən başlayaraq, xx xxxx 2013-cü il tarixdə anadan X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay sabit pul məbləğində 100 manat aliment alınaraq İddiaçı verilməsi qət edilmişdir. Məhkəmə iclasında tərəflərin izahatı və iş materiallarında olan sənədlərlə müəyyən edildi ki, iddiaçı ilə cavabdeh 2012-ci ilin avqust ayında qeyri-rəsmi olaraq ailə qurmuş, aralarında rəsmi nikah olmamışdır. Birgə yaşadıqları dövrdə onların xx.xx.2013-cü il doğum tarixli X2 adında bir uşaqları doğulmuşdur. İddiaçı ilə cavabdeh arasında rəsmi nikah olmasa da, uşağın atalığı müəyyən edilmiş, uşağa atasının soyadı verilmişdir. Tərəflər bir ailədə ər-arvad münasibətlərində 2014-cü ilin dekabr ayının sonlarınadək yaşamışlar. Aralarında baş vermiş narazılığa görə ayrılmışlar. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(042)-577/2018 saylı qətnaməsi ilə xx xxxxx 2018-ci il tarixdən başlayaraq, xx xxxx 2013-cü il tarixdə anadan X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay sabit pul məbləğində 100 manat aliment alınaraq İddiaçı verilməsi qət edilmişdir. İddiaçı məhkəmədə iddia qaldıraraq məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göründüyü kimi, alimentin miqdarının artırılması qanunda nəzərdə tutulmuş bir sıra hallarla şərtləndirilmişdir. Lakin iddiaçı keçən müddət ərzində özünün və ya cavabdehin maddi vəziyyətində dəyişiklik olması barədə məhkəməyə sübut təqdim edə bilmədi. Həmçinin, keçən müddət ərzində cavabdehin maddi vəziyyətinin yaxşılaşması məhkəmədə müəyyən olunmadı. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan başqa uşaqlarını saxlamaq atanın borcu olduğu kimi həm də ananın valideynlik vəzifələrinə aiddir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” xx xxxx 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, “...Bu baxımdan nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir”. Həmin qərarda göstərilmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Məhkəmə alimentin miqdarının artırılması məsələsini müzakirə edərkən uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnu əsas götürərək, eləcə də tərəflərin maddi vəziyyətini, uşağın saxlanılmasında iddiaçı və cavabdehin bərabər məsuliyyət daşımalarını nəzərə alaraq, bir uşağa görə təyin edilmiş 100 manat məbləğində alimenti yetərli hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məclləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iddianı əsassız sayıb, onun təmin olunmaması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233.1, 360 və 362-ci maddələrini rəhbər tutub, məhkəmə Q ə t e t d i: İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Marif Kazımov
Məhkəmə qərarları › İş №2(042)-630/2020
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-630/2020
06.08.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver