Məhkəmə qərarları › İş №2(042)-644/2024

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-644/2024

03.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-644/2024 03.07.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ X5 Kazımovun sədrliyi, X2 oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh onun əvəzinə ödədiyi 2131.25 manat məbləğində pulun, dövlət rüsumu olaraq ödədiyi 42 manat məbləğində pulun, cəmi 2173.25 manat məbləğində pulun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki Cavabdeh xx.xx.2018-ci il tarixli, saylı bank hesabı müqaviləsinə əsasən “Expressbank" ASC-dən vəsait götürmüş, lakin öhdəliyini icra etməyərək şəxsi bank hesabında olan qalıq vəsaitindən artıq miqdarda xərclədiyi vəsaiti vaxtında banka qaytarmamışdır. Nəticədə onun banka borcu yaranmışdır. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2021 -ci il tarixli, 2(042)-1115/2021 saylı qətnaməsinə əsasən, Cavabdeh şəxsi bank hesabında olan qalıq vəsaitindən artıq miqdarda xərclədiyi 2100.85 manat məbləğində borc və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu və 40 qəpik bank xidmət haqqı olmaqla, ümumilikdə 2131 manat 25 qəpik məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almış və icra edilməsi üçün Gədəbəy rayon İcra və Probasiya şöbəsipə göndərilmişdir. O, Cavabdeh sonuncuya məxsus “Mercedes Benz C240 minik” markalı **- CE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini almışdır. Nəqliyyat vasitəsini alarkən aralarında alqı-satqı müqaviləsi bağlanmasa da, Cavabdeh ona nəqliyyat vasitəsinə sərəncam verilməsi barədə etibarnamə vermiş, nəqliyyat vasitəsi isə formal olaraq Cavabdeh mülkiyyətində qalmışdır. İsayev X4 Rayon Məhkəməsinin xx.xx.2021 -ci il tarixli, 2(042)- 1115/2021 saylı icra sənədini könüllü olaraq icra etmədiyinə görə icra məmuru tərəfindən icra sənədinin məcburi icra edilməsi üçün tədbirlər görülmüş, borcun yönəldilə biləcəyi əmlakları araşdırılmış, həmin vaxt faktiki olaraq onun sahibliyində və istifadəsində olan, formal olaraq Cavabdeh mülkiyyətində olan “Mercedes Benz C240 minik” markalı **- CE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(042)-87/2022 saylı qərardadı ilə həbs qoyulmuşdur. Bundan sonra həmin qərardad onun sözügedən nəqliyyat vasitəsindən istifadə etməsini mümkünsüz etdiyinə görə məcbur qalaraq borclu Cavabdeh icra sənədi üzrə tələbkar "xxxx" ASC-yə ödənilməli olan 2131.25 manat borcunu ödəməli olmuşdur. xx.xx.2024-cü il tarixdə Cavabdeh icra sənədi üzrə tələbkar "xxxx" ASC-yə olan 2131.25 manat borcunu tam şəkildə ödəmişdir (bu barədə xx.xx.2024-cü il tarixli, TT24052PİS2XS nömrəli ödəniş qəbzi iddia ərizəsinə əlavə olunur). Bundan sonra icra sənədi üzrə borc tam ödənildiyinə görə Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(042)- 87/2022 saylı qərardadı ilə “Mercedes Benz C240 minik” markalı, **-CE-*** dövlət nömrə nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülmüşdür. Qeyd olunanlara əsaəsn hesab edirəm ki, Cavabdeh icra sənədi üzrə ödənilməli olan 2131.25 manat borcunu onun əvəzindən o ödədiyi üçün həmin pul vəsaitini Cavabdeh tələb etmək hüququ ona keçmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə oxşar izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında ona qarşı olan iddia tələbini etiraf etmədi və izahatında göstərdi ki, onun "xxxx" ASC-yə 2131 manat kredit borcu olmuşdur. O, özünə məxsus “Mercedes Benz C240 minik” markalı, **-CE-*** dövlət nömrə nişanlı avtomobili iddiaçıya yox, 2022-ci il tarixdə X1. İddiaçını tanımır. Onun banka olan borcunu Rəşad və Fuad adlı şəxslər ödəmişdir. O, avtomobilini dəyərindən aşağı satmışdır. Bank borcunu isə avtomobili satdığı Rəşad və Fuad adlı şəxslər özləri həll edəcəklərini bildirmişdir. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarında olan sübutları tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işdə olan Gədəbəy rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(042)- 1115/2021 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh şəxsi bank hesabında olan məbləğdən artıq xərclədiyi 2100.85 manat məbləğində borc və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu və 40 qəpik bank xidmət haqqı olmaqla, ümumillikdə 2131.25 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı “Expressbank" ASC-yə ödənilməlidir. İşdə olan Gədəbəy rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(042)-26/2024 saylı qərardadının surətindən görünür ki, Gədəbəy rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(042)-87/2022 saylı qərardadı ilə borclu Cavabdeh məxsus olan “Mercedes Benz C240 minik” markalı **-CE-*** dövlət nömrə nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi qərara alınmışdır. İşdə olan 21 fevral 2024-cü il tarixli kredit ödənişi məlumatlarından görünür ki, borclu Cavabdeh 2100.85 manat kredit ödəniş və 30.40 manat dövlət rüsumu borcu, ümumilikdə 2131.25 manat məbləğində borcu İddiaçı tərəfindən ödənilmişdir. İşdə olan “Expressbank" ASC tərəfindən Gədəbəy rayon İcra və Probasiya şöbəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizənin surətindən görünür ki, Gədəbəy rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(042)-1115/2021 saylı icra sənədi üzrə borc xx.xx.2024-cü il tarixində tam ödənilmişdir. Ona görə də, icra sənədinə xitam verilməsi xahiş edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, Gədəbəy rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(042)-1115/2021 saylı qətnaməsi ilə, Cavabdeh şəxsi bank hesabında olan məbləğdən artıq xərclədiyi 2100.85 manat məbləğində borc və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu və 40 qəpik bank xidmət haqqı olmaqla, ümumillikdə 2131.25 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı “Expressbank" ASC-yə ödənilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəsini almış və icraya yönəlmişdir. İddiaçı məhkəmədə iddia qaldıraraq, cavabdehin banka ödəməli olduğu ümumillikdə 2131.25 manat məbləğində pul vəsaitini o ödədiyini iddia etmiş və həmin məbləğin cavabdehdən alınıb ona verilməsini tələb etmişdir. Məhkəmə qeyd edir ki, Gədəbəy rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(042)- 1115/2021 saylı qətnaməsinə əsasən, Cavabdeh “Expressbank" ASC-nin xeyrinə tutulmalı olan məbləğin İddiaçı tərəfindən icra edilməsi işdə olan sübutlarla öz təsdiqini tapır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 431.1-ci maddəsinə əsasən, borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Bu halda “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq kreditorla bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur. Həmin Məcəllənin 431.2-ci maddəsinə əsasən, kreditor üçüncü şəxsin təklif etdiyi icranı, əgər borclu bunun əleyhinədirsə, qəbul etməyə bilər. Həmin Məcəllənin 431.3-cü maddəsinə əsasən, əgər kreditor borcluya mənsub əşyaya məcburi icra yönəldərsə, onda məcburi icra nəticəsində bu əşyaya hüquqlarının itirilməsi təhlükəsi yaranan hər hansı şəxs kreditoru təmin edə bilər. Üçüncü şəxs kreditoru təmin etdikdə, tələb hüququ həmin şəxsə keçir. Tələb kreditorun zərərinə olaraq keçməməlidir. Qeyd olunan maddi hüquq normalarının dispozitiv şərtlərinə əsasən, məhkəmə qeyd edir ki, Cavabdeh kreditor “Expressbank" ASC qarşısında olan öhdəliyi, 2131.25 manat məbləğində borcun ödənilməsi üçüncü şəxs olaraq İddiaçı tərəfindən icra edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, Cavabdeh “Expressbank" ASC-yə qarşı olan 2131.25 manat məbləğində borc öhdəliyini təmin etdiyindən həmin hissədə tələb hüququ da İddiaçı keçir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. İş materiallarından görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılarkən 42 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddia tələbi təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu Cavabdeh aid edilməlidir. Beləliklə, məhkəmə təqdim edilmiş sübutlara tətbiq edilməli hüquq normalarına uyğun qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh onun əvəzinə ödədiyi 2131.25 manat və dövlət rüsumu olaraq ödədiyi 42 manat məbləğində pul, cəmi 2173.25 manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh onun əvəzinə ödədiyi 2131.25 manat və dövlət rüsumu olaraq ödədiyi 42 manat məbləğində pul, cəmi 2173 (iki min bir yüz yetmiş üç) manat 25 (iyirmi beş) qəpik məbləğində pul alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar