Məhkəmə qərarları › İş №2(042)-646/2021

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-646/2021

28.07.2021 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-646/2021 28.07.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, İddiaçı, onun vəkili X4 Cavabdeh nümayəndəsi X5 və üçüncü şəxs Gədəbəy Rayon İcra Hakimiyyəti Başçısının nümayəndəsi X1 iştirakları ilə İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma və maneələrin aradan qaldırılması tələblərinə dair mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı DƏDRX-nin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* saylı çıxarışa əsasən, Gədəbəy şəhərində yerləşən xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan 0.0009 ha yaşayış məntəqələrinin torpaqları kateqoriyalı torpaq sahəsindən Cavabdeh çıxarılması və onun həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının həyata keçirilməsinə (torpaq sahəsində tikinti işləri aparmasına) yaratdığı maneələrə, həmçinin, həmin torpaq sahəsinə gediş-gəliş üçün nəzərdə yoldan (daş pilləkən yoldan) istifadə etməsinə yaratdığı maneələrə son qoyulması tələbləri haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı izahat verərək bildirmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı Çıxarışa əsasən, Gədəbəy şəhərində yerləşən 0.0009 ha yaşayış məntəqələrinin torpaqları kateqoriyalı torpaq sahəsi 09.02.2012-ci ildə xüsusi mülkiyyət hüququ ilə tam olaraq ona məxsusdur. 2021-ci ildə Cavabdeh onun torpaq sahəsində tikinti işləri apararkən o, Gədəbəy Rayon İcra Hakimiyyətinə müraciət etmiş və həmin tikinti işləri dayandırılmışdır. Hazırda cavabdeh ona öz torpaq sahəsindən istifadə etməsinə imkan vermir. Onun torpaq sahəsi cavabdehin obyekti ilə həmsərhəddir. O, həmin torpaq sahəsinin ona məxsus olduğunu bildirir və yenidən tikinti işləri aparmaq istəyir. Onun həmin torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən sənəd vardır. Ona görə də iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdeh nümayəndəsi X7 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, iddiaçının sənədlərinin olduğu torpaq sahəsi əvvəllər onun olmuş, aralarında yaranmış mübahisə ilə əlaqədar Gədəbəy Rayon İcra Hakimiyyətinə müraciət etmişlər. Ərazinin abadlaşdırılmasının təmin edilməsi məqsədilə həmin sahədə fəaliyyət göstərən şəxslərə, o cümlədən, İddiaçı istifadə etdiyi sahənin əvəzinə kompensasiya olaraq, Gədəbəy Rayon İcra Hakimiyyəti tərəfindən yeni tikilmiş ticarət mərkəzində yer verilmiş və İddiaçı orada fəaliyyət göstərir. Ona görə də iddia ərizəsinin təmin edilməməsi haqqında qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında üçüncü şəxs Gədəbəy Rayon İcra Hakimiyyəti Başçısının nümayəndəsi X2 izahat verərək bildirmişdir ki, mübahisəli torpaq sahəsi həqiqətən də İddiaçı məxsusdur. Ərazinin abadlaşdırılmasının təmin edilməsi məqsədilə həmin sahədə fəaliyyət göstərən şəxslərə, həmçinin İddiaçı istifadə etdiyi sahənin əvəzinə kompensasiya olaraq, Gədəbəy Rayon İcra Hakimiyyəti tərəfindən yeni tikilmiş ticarət mərkəzində qeyriyaşayış sahəsi verilmiş, lakin iddiaçının torpaq sahəsinə mülkiyyət hüquqları saxlanılmış, yəni, aralarında alğı-satqı müqaviləsi bağlanmamışdır. Azərbaycan Respublikası MPM-nin 106-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan Çıxarışın surətindən görünür ki, Gədəbəy şəhərində yerləşən 0.0009 ha yaşayış məntəqələrinin torpaqları kateqoriyalı torpaq sahəsi tam mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəflərin izahatlarını, habelə, işin faktiki hallarını araşdıraraq və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqları və X3 haqqında” Avropa Konvensiyasına 1 saylı Əlavə Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiyanın” 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Beləliklə, məhkəmə araşdırmaları nəticəsində müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışa əsasən, Gədəbəy şəhərində yerləşən 0.0009 ha yaşayış məntəqələrinin torpaqları kateqoriyalı torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə tam olaraq, iddiaçıya məxsusdur. İddiaçı həmin torpaq sahəsinin tam mülkiyyətçisi olsa da cavabdeh onun torpaq sahəsindən istifadə etməsinə maneələr törədir. Mülki işə cəlb edilmiş üçüncü şəxs Gədəbəy Rayon İcra Hakimiyyətinin nümayəndəsi də bu halı təsdiq etmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, torpaq sahəsinin tam mülkiyyətçisi İddiaçıdur və onun mülkiyyət hüquqları qorunmalıdır. Ona görə də iddia tələbi təmin edilməli, DƏDRX-nin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* saylı Çıxarışa əsasən, Gədəbəy şəhərində yerləşən xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsus olan 0.0009 ha yaşayış məntəqələrinin torpaqları kateqoriyalı torpaq sahəsindən cavabdeh çıxarılmalı və onun iddiaçının həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının həyata keçirilməsinə yaratdığı maneələrə, həmçinin, həmin torpaq sahəsinə gediş-gəliş üçün nəzərdə yoldan istifadə etməsinə yaratdığı maneələrə son qoyulmalıdır. Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ödənilmiş dövlət rüsumu cxavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 233.1, 360 və 362-ci maddələrini rəhbər tutub, QƏT ETDİ: İddia tələbi təmin edilsin. DƏDRX-nin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* saylı Çıxarışa əsasən, Gədəbəy şəhərində yerləşən, xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsus olan 0.0009 ha yaşayış məntəqələrinin torpaqları kateqoriyalı torpaq sahəsindən Cavabdeh çıxarılsın və onun İddiaçı həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının həyata keçirilməsinə yaratdığı maneələrə, həmçinin, həmin torpaq sahəsinə gediş-gəliş üçün nəzərdə yoldan istifadə etməsinə yaratdığı maneələrə son qoyulsun. Ödənilmiş 10 manat dövlət rüsumu Cavabdeh alınaraq, İddiaçı verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar