Məhkəmə qərarları › İş №2(042)-648/2023

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-648/2023

11.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-648/2023 11.10.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X3 oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil, cavabdehlər Cavabdeh5 və Cavabdeh9 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh8, Cavabdeh7, Cavabdeh6, Cavabdeh5, Cavabdeh4, Cavabdeh3, Cavabdeh9, Cavabdeh2 və Cavabdeh1 qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh8 460 manat məbləğində pulun, Cavabdeh7 1105 manat məbləğində pulun, Cavabdeh6 390 manat məbləğində pulun, Cavabdeh5 600 manat məbləğində pulun, Cavabdeh4 860 manat məbləğində pulun, Cavabdeh3 240 manat məbləğində pulun, Cavabdeh9 882 manat məbləğində pulun, Cavabdeh2 340 manat məbləğində pulun və Cavabdeh1 1390 manat məbləğində pulun alınıb ona verilməsinə və ödənilmiş 83 manat dövlət rüsumunun əvəzinin, nümayəndəyə çəkdiyi xərcə görə 17 manat məbləğində pulun və vəkilə çəkdiyi xərcə görə 400 manat məbləğində pulun, cəmi 500 manat məbləğində pulun cavabdehlər Cavabdeh8, Cavabdeh7, Cavabdeh6, Cavabdeh5, Cavabdeh4, Cavabdeh3, Cavabdeh9, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Tovuz rayonu, Qovlar şəhərində fərdi sahibkar olaraq telefon və onun ehtiyyat hissələrinin, elektrikli məişət əşyaları və digər əşyaların satışı ilə məşğul olur. Cavabdehlərə müxtəlif vaxtlarda mobil telefonlar, onların ehtiyat hissələrini və müxtəlif əşyaları nisyə olaraq satmışdır. Cavabdehlərə nisyə olaraq satdığı əşyalar barədə onlarla alqı-satqı müqavilələri bağlanmışdır. Cavabdeh8 ilə xx.xx.2020-ci il tarixdə müqavilə bağlanmış, həmin müqaviləyə görə cavabdeh nisyə olaraq 510 manata 1 ədəd “Redmi Note 8” markalı telefon almış, ilkin olaraq 50 manat ödəniş etmiş, qalan 460 manat pulu xx.xx.2022-ci il tarixədək ödəməyi öhdəsinə götürmüş, lakin bu günədək həmin məbləğdən heç bir ödəniş etməmişdir. Cavabdeh7 ilə xx.xx.2020-ci il tarixdə müqavilə bağlanmış, həmin müqaviləyə görə cavabdeh nisyə olaraq 550 manata 1 ədəd “Redmi Note 9” markalı telefon, 360 manata 1 ədəd “Samsung A10” markalı telefon və 455 manata 1 ədəd “Redmi Note 8” markalı telefon almış, satılmış əşyaların ümumi dəyəri olan 1365 manat pulu xx.xx.2021-ci il tarixədək ödəməyi öhdəsinə götürmüş, həmin məbləğdən cəmi 260 manat ödəniş etmiş, qalan 1105 manat pulu isə bu günədək ödəməmişdir. Cavabdeh6 ilə xx.xx.2020-ci il tarixdə müqavilə bağlanmış, həmin müqaviləyə görə cavabdeh nisyə olaraq 420 manata 1 ədəd “Samsung A10 S” markalı telefon almış, 420 manat pulu xx.xx.2022-ci il tarixədək ödəməyi öhdəsinə götürmüş, həmin məbləğdən cəmi 30 manat ödəniş etmiş, qalan 390 manat pulu isə bu günədək ödəməmişdir. Cavabdeh5 ilə xx.xx.2021-ci il tarixdə müqavilə bağlanmış, həmin müqaviləyə görə cavabdeh nisyə olaraq 350 manata 1 ədəd “Samsung A10 S” markalı telefon, 550 manata 1 ədəd “Redmi Note 9” markalı telefon və 100 manata 1 ədəd velosiped almış, satılmış əşyaların ümumi dəyəri olan 1000 manat pulu xx.xx.2021-ci il tarixədək ödəməyi öhdəsinə götürmüş, həmin məbləğdən cəmi 400 manat ödəniş etmiş, qalan 600 manat pulu isə bu günədək ödəməmişdir. Cavabdeh4 ilə xx.xx.2021-ci il tarixdə müqavilə bağlanmış, həmin müqaviləyə görə cavabdeh nisyə olaraq 730 manata 1 ədəd “Vestel” markalı paltaryuyan və 420 manata 1 ədəd “Samsung A 12” markalı telefon almış, satılmış əşyaların ümumi dəyəri olan 1150 manat pulu xx.xx.2021-ci il tarixədək ödəməyi öhdəsinə götürmüş, həmin məbləğdən cəmi 290 manat ödəniş etmiş, qalan 860 manat pulu isə bu günədək ödəməmişdir. Cavabdeh3 ilə xx.xx.2021 -ci il tarixdə müqavilə bağlanmış, həmin müqaviləyə görə cavabdeh nisyə olaraq 340 manata 1 ədəd “Samsung A10 S” markalı telefon almış, 340 manat pulu xx.xx.2021-ci il tarixədək ödəməyi öhdəsinə götürmüş, həmin məbləğdən cəmi 100 manat ödəniş etmiş, qalan 240 manat pulu isə bu günədək ödəməmişdir. Cavabdeh9 ilə xx.xx.2021-ci il tarixdə müqavilə bağlanmış, həmin müqaviləyə görə cavabdeh nisyə olaraq 850 manata 1 ədəd “Samsung A 51” markalı telefon və 32 manata telefon ehtiyyat hissələri almış, satılmış əşyaların ümumi dəyəri olan 882 manat pulu xx.xx.2021-ci il tarixədək ödəməyi öhdəsinə götürmüş, həmin məbləğdən bu günədək heç bir ödəniş etməmişdir. Cavabdeh2 ilə xx.xx.2021-ci il tarixdə müqavilə bağlanmış, həmin müqaviləyə görə cavabdeh nisyə olaraq 550 manata 1 ədəd “Redmi Note 8” markalı telefon almış, 550 manat pulu xx.xx.2022-ci il tarixədək ödəməyi öhdəsinə götürmüş, həmin məbləğdən cəmi 210 manat ödəniş etmiş, qalan 340 manat pulu isə bu günədək ödəməmişdir. Cavabdeh1 ilə xx.xx.2020-ci il tarixdə müqavilə bağlanmış, həmin müqaviləyə görə cavabdeh nisyə olaraq 1500 manata 1 ədəd “Redmi Mİ A2” markalı telefon almış, 1500 manat pulu xx.xx.2022-ci il tarixədək ödəməyi öhdəsinə götürmüş, həmin məbləğdən cəmi 110 manat ödəniş etmiş, qalan 1390 manat pulu isə bu günədək ödəməmişdir. Göründüyü kimi, bu günədək cavabdehlərin bir qismi nisyə olaraq aldıqları mallardan qismən ödəniş etmiş, bir qismi isə ümumiyyətlə ödəniş etməmişdir. O, cavabdehlərlə dəfələrlə əlaqə saxlayaraq müqavilə üzrə borclarını ödəmələrini tələb etsə də, heç bir müsbət nəticəsi olmamışdır. Odur ki, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. Cavabdeh1 ilə bağlanmış müqavilə üzrə cavabdehin ona həqiqətən 1390 manat borclu qalmasını onunla “Whatsapp” proqramı vasitəsilə aparılmış yazışmalar da bir daha təsdiq edir. Hesab edir ki, həmin yazışmalar nisyə alqı-satqı müqaviləsinin tərəfləri olaraq onlara sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı nisyə alğı-satqı müqaviləsi ilə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərdən fərqlənmir. Odur ki, Cavabdeh1 borcu etiraf etməsi barədə yazışmaları qanuni sübut hesab olunur. İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə oxşar izahat verdi və əlavə olaraq bildirdi ki, iddiaçı cavabdehlərdən Cavabdeh7 ilə sonuncunun 600 manat borcunun olması barədə razılığa gəlmişdir. Digər cavabdehlərə qarşı tələbləri qüvvədədir. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh5 məhkəmə iclasında ona qarşı olan iddia tələbini qismən etiraf etdi və izahat verərək bildirdi ki, o, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yaşayır. İddiaçıdan Samsung Galaxy A10S markalı telefon və velosiped nisyə almışdır. Müqavilədə qeyd edilən Redmi markalı telefonu o almamışdır. Həmin telefon əlavə yazılmışdır. O, iddiaçıya olan borcundan ödənişlər etmiş, onun iddiaçıya cəmi 126 manat borcu qalmışdır. Odur ki, iddia tələbinin qismən təmin edilməsini xahiş etdi. Cavabdeh9 məhkəmə iclasında ona qarşı olan iddia tələbini etiraf etmədi və izahat verərək bildirdi ki, Bakı şəhərində yaşayır. İddiaçı Tovuz rayonu, Qovlar qəsəbəsində mağaza işlədir. İddiaçı ilə onun dostluq münasibətləri olmuşdur. O, telefon və məişət əşyalarına ehtiyacı olan yaxın qohumlarını və tanışlarını iddiaçıya göndərmişdir. Lakin onun özü iddiaçıdan heç bir əşya almamışdır. İddiaçı onun göndərdiyi şəxslərdən ödəniş etməyənləri onun üzərinə yazmışdır. Müqavilədə qeyd edilən imza ona məxsus deyildir və qeyd edilən telefonu o almamışdır. Odur ki, iddia tələbinin ona münasibətdə rədd edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh8, Cavabdeh7, Cavabdeh6, Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, işin faktiki hallarını araşdırıb, iş materiallarında olan sübutları tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işdə olan fiziki şəxsin uçotu haqqında şəhadətnamənin surətindən görünür ki, fiziki şəxs İddiaçı Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə uçota alınmışdır. İşdə olan xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh8 İddiaçı həmin müqaviləyə görə nisyə olaraq 510 manata 1 ədəd “Redmi Note 8” markalı telefon almış, ilkin olaraq 50 manat ödəniş etmiş, qalan pulu xx.xx.2022-ci il tarixədək ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh7 İddiaçı həmin müqaviləyə görə nisyə olaraq 550 manata 1 ədəd “Redmi Note 9” markalı telefon, 360 manata 1 ədəd “Samsung A10” markalı telefon və 455 manata 1 ədəd “Redmi Note 8” markalı telefon almış, satılmış əşyaların ümumi dəyəri olan 1365 manat pulu xx.xx.2021-ci il tarixədək ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan 26.12.202-ci il tarixli alqı-satqı müqaviləsində görünür ki, Cavabdeh6 İddiaçı həmin müqaviləyə görə nisyə olaraq 420 manata 1 ədəd “Samsung A10 S” markalı telefon almış, 420 manat pulu xx.xx.2022-ci il tarixədək ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh5 İddiaçı həmin müqaviləyə görə nisyə olaraq 350 manata 1 ədəd “Samsung A10 S” markalı telefon, 550 manata 1 ədəd “Redmi Note 9” markalı telefon və 100 manata 1 ədəd velosiped almış, satılmış əşyaların ümumi dəyəri olan 1000 manat pulu xx.xx.2021-ci il tarixədək ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh4 İddiaçı həmin müqaviləyə görə nisyə olaraq 730 manata 1 ədəd “Vestel” markalı paltaryuyan və 420 manata 1 ədəd “Samsung A 12” markalı telefon almış, satılmış əşyaların ümumi dəyəri olan 1150 manat pulu xx.xx.2021-ci il tarixədək ödəməyi öhdəsinə götürmüşdir. İşdə olan xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh3 İddiaçı həmin müqaviləyə görə nisyə olaraq 340 manata 1 ədəd “Samsung A10 S” markalı telefon almış, 340 manat pulu xx.xx.2021-ci il tarixədək ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh9 İddiaçı həmin müqaviləyə görə cavabdeh nisyə olaraq 850 manata 1 ədəd “Samsung A 51” markalı telefon və 32 manata telefon ehtiyyat hissələri almış, satılmış əşyaların ümumi dəyəri olan 882 manat pulu xx.xx.2021-ci il tarixədək ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2021-ci il tarixli sadə yazılı qəbzdən və 1 saylı əlavədən görünür ki, Cavabdeh2 İddiaçı nisyə olaraq 550 manata 1 ədəd “Redmi Note 8” markalı telefon almış, 550 manat pulu xx.xx.2022-ci il tarixədək ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh1 İddiaçı həmin müqaviləyə görə cavabdeh nisyə olaraq 1500 manata 1 ədəd “Redmi Mİ A2” markalı telefon almış, 1500 manat pulu xx.xx.2022-ci il tarixədək ödəməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.3-cü maddəsinin tələbinə görə, tərəfin tələb və etirazlarının əsaslandırıldığı faktları digər tərəfin etiraf etməsi əks tərəfin gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı Tovuz rayonu, Qovlar şəhərində fərdi sahibkar olaraq telefon və onun ehtiyyat hissələrinin, elektrikli məişət əşyaları və digər əşyaların satışı ilə məşğul olur. İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh8 ilə xx.xx.2020-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsinə görə sonuncunun nisyə olaraq 510 manata 1 ədəd “Redmi Note 8” markalı telefon aldığını, ilkin olaraq 50 manat ödəniş etdiyini, qalan 460 manat pulu xx.xx.2022-ci il tarixədək ödəməyi öhdəsinə götürdüyünü, lakin həmin məbləğdən heç bir ödəniş etmədiyini, Cavabdeh7 ilə xx.xx.2020ci il tarixdə bağlanmış, alqı-satqı müqaviləsinə görə sonuncunun nisyə olaraq 550 manata 1 ədəd “Redmi Note 9” markalı telefon, 360 manata 1 ədəd “Samsung A10” markalı telefon və 455 manata 1 ədəd “Redmi Note 8” markalı telefon aldığını, satılmış əşyaların ümumi dəyəri olan 1365 manat pulu xx.xx.2021-ci il tarixədək ödəməyi öhdəsinə götürdüyünü, həmin məbləğdən cəmi 260 manat ödəniş etdiyini, qalan 1105 manat pulu isə ödəmədiyini, Cavabdeh6 ilə xx.xx.2020-ci il tarixdə bağlanmış, alqı-satqı müqaviləsinə görə cavabdehin nisyə olaraq 420 manata 1 ədəd “Samsung A10 S” markalı telefon aldığını, 420 manat pulu xx.xx.2022-ci il tarixədək ödəməyi öhdəsinə götürdüyünü, həmin məbləğdən cəmi 30 manat ödəniş etdiyini, qalan 390 manat pulu isə ödəmədiyini, Cavabdeh5 ilə xx.xx.2021-ci il tarixdə bağlanmış, alqı-satqı müqaviləsinə görə cavabdehin nisyə olaraq 350 manata 1 ədəd “Samsung A10 S” markalı telefon, 550 manata 1 ədəd “Redmi Note 9” markalı telefon və 100 manata 1 ədəd velosiped aldığını, satılmış əşyaların ümumi dəyəri olan 1000 manat pulu xx.xx.2021-ci il tarixədək ödəməyi öhdəsinə götürdüyünü, həmin məbləğdən cəmi 400 manat ödəniş etdiyini, qalan 600 manat pulu isə ödəmədiyini, Cavabdeh4 ilə xx.xx.2021-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsinə görə cavabdeh nisyə olaraq 730 manata 1 ədəd “Vestel” markalı paltaryuyan və 420 manata 1 ədəd “Samsung A 12” markalı telefon aldığını, satılmış əşyaların ümumi dəyəri olan 1150 manat pulu xx.xx.2021-ci il tarixədək ödəməyi öhdəsinə götürdüyünü, həmin məbləğdən cəmi 290 manat ödəniş etdiyini, qalan 860 manat pulu isə ödəmədiyini, Cavabdeh3 ilə xx.xx.2021-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsinə görə cavabdeh nisyə olaraq 340 manata 1 ədəd “Samsung A10 S” markalı telefon aldığını, 340 manat pulu xx.xx.2021-ci il tarixədək ödəməyi öhdəsinə götürdüyünü, həmin məbləğdən cəmi 100 manat ödəniş etdiyini, qalan 240 manat pulu isə ödəmədiyini, Cavabdeh9 ilə xx.xx.2021-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsinə görə cavabdehin nisyə olaraq 850 manata 1 ədəd “Samsung A 51” markalı telefon və 32 manata telefon ehtiyyat hissələri aldığını, satılmış əşyaların ümumi dəyəri olan 882 manat pulu xx.xx.2021-ci il tarixədək ödəməyi öhdəsinə götürdüyünü, həmin məbləğdən heç bir ödəniş etmədiyini, Cavabdeh2 ilə xx.xx.2021-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsinə görə cavabdehin nisyə olaraq 550 manata 1 ədəd “Redmi Note 8” markalı telefon aldığını, 550 manat pulu xx.xx.2022-ci il tarixədək ödəməyi öhdəsinə götürdüyünü həmin məbləğdən cəmi 210 manat ödəniş etdiyin, qalan 340 manat pulu isə ödəmədiyini, Cavabdeh1 ilə xx.xx.2020-ci il tarixdə bağlanmış, alqı-satqı müqaviləsinə görə cavabdehin nisyə olaraq 1500 manata 1 ədəd “Redmi Mİ A2” markalı telefon aldığını, 1500 manat pulu xx.xx.2022-ci il tarixədək ödəməyi öhdəsinə götürdüyünü, həmin məbləğdən cəmi 110 manat ödəniş etdiyini, qalan 1390 manat pulu isə ödəmədiyin bildirmiş və cavabdehlərin ona olan borclarının ödənilməsini tələb etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 598.1 və 598.2-ci maddələrinə əsasən, əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Əgər alğı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsinə görə, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600-cü maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Satıcı əşyanı vermək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və MM-in tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Azərbaycan Respublikası MM-in 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsində isə müəyyən olunmuşdur ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Qeyd olunanları nəzərə alaraq, borc verən borc öhdəliyinin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş formada zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində borcluya zərər dəyir. Pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin hüquqi nəticələri mülki qanunvericilikdə müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qeyd edir ki, iddiaçının nümayəndəsi məhkəmə iclasında izahat verərək cavabdehlərdən Cavabdeh7 600 manat borcunun olduğunu bildirmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Cavabdeh7 600 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa cavabdehlərdən Cavabdeh5 məhkəmə iclasında onun iddiaçıya 126 manat məbləğində borcunun qaldığını, müqavilədə qeyd edilən əşyalardan Redmi markalı telefonun onun tərəfindən alınmadığını, Cavabdeh9 isə ümumiyyətlə iddiaçıdan hər hansı əşya almadığını, alqı-satqı müqaviləsində olan imzanın ona məxsus olmadığını bildirdilər. Məhkəmə qeyd edir ki, iş materiallarında olan alqı-satqı müqavilələri qanunvericiliklə müəyyən edilmiş qaydada deyil, iddiaçı tərəfindən sadə formada tərtib edilməklə alınan əşyalar və onların məbləğləri mürəkkəbli qələmlə qeyd edilmişdir. Bu hallar isə həmin müqavilələrin düzgünlüyünə, əlavə əşyaların qeyd edilməsinə və məbləğlərin düzgün göstərilməsinə şübhələr yaradır. Ona görə də məhkəmə cavabdehlər Cavabdeh9 və Cavabdeh5 verdikləri izahalarlı inandırıcı hesab edir və iddia tələbinin Cavabdeh9 münasibətdə təmin edilməməsi, Cavabdeh5 isə etiraf etdiyi 126 manat məbləğində pulun iddiaçının xeyrinə tutulması qənaətinə gəlir. Həmçinin digər cavabdehlərə münasibətdə məhkəmə qeyd edir ki, digər cavabdehlərə iddia tələbi ilə bağlı etirazlarının olub-olmaması barədə bildiriş və onlarla bağlandığı iddia edilən alqı-satqı müqavilələlərinin surətləri göndərilməsinə baxmayaraq, onlar məhkəmə iclaslarında iştirak etməmiş və iddia tələbinə qarşı hər hansı etirazları məhkəməyə daxil olmamış, yəni iddia tələbi və alqı-satqı müqavilələri onlar tərəfindən mübahisələndirilməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi cavabdehlər Cavabdeh8, Cavabdeh6, Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 münasibətdə təmin edilməlidir. Azərbaycan Respublikası MM-nin 14-cü maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. İş materiallarında məlum olur ki, iddiaçı məhkəmədə iddia qaldırılması üçün 83 manat dövlət ödəmiş, nümayəndə üçün 17 manat və vəkil üçün 400 manat xərc çəkmişdir. Azərbaycan Respublikası MPM-nin 115.0-cı maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir: 115.0.1. şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər; 115.0.2. yerində müayinə keçirilməsi ilə əlaqədar olan xərclər; 115.0.3. tərəflərin xəbərdar edilməsi və məhkəməyə çağırılmaları ilə əlaqədar xərclər; 115.0.4. tərəflərin və üçüncü şəxslərin məhkəməyə gəlmələri ilə əlaqədar yol xərcləri və yaşayış sahəsinin icarə xərcləri; 115.0.5. nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər; 115.0.6. vəkillərə etdikləri kömək üçün ödənilən xərclər; 115.0.7. cavabdehin axtarılması ilə əlaqədar xərclər; 115.0.8. qətnamənin icrası ilə əlaqədar xərclər; 115.0.9. məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edildiyindən məhkəmə hesab edir ki, nümayəndə və vəkil üçün çəkilmiş xərclər və ödənilmiş dövlət rüsumu cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara tətbiq edilməli hüquq normalarına uyğun hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunmalı Cavabdeh8 460 manat məbləğində pul, Cavabdeh7 600 manat məbləğində pul, Cavabdeh6 390 manat məbləğində pul, Cavabdeh5 126 manat məbləğində pul, Cavabdeh4 860 manat məbləğində pul, Cavabdeh3 240 manat məbləğində pul, Cavabdeh2 340 manat məbləğində pul və Cavabdeh1 1390 manat məbləğində pul alınıb İddiaçı verilməli və ödənilmiş 83 manat dövlət rüsumunun əvəzi, nümayəndəyə çəkdiyi xərcə görə 17 manat məbləğində pul və vəkilə çəkdiyi xərcə görə 400 manat məbləğində pul, cəmi 500 manat məbləğində pul cavabdehlər Cavabdeh8, Cavabdeh7, Cavabdeh6, Cavabdeh5, Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada alınıb İddiaçı verilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh8 460 manat məbləğində pul, Cavabdeh7 600 manat məbləğində pul, Cavabdeh6 390 manat məbləğində pul, Cavabdeh5 126 manat məbləğində pul, Cavabdeh4 860 manat məbləğində pul, Cavabdeh3 240 manat məbləğində pul, Cavabdeh2 340 manat məbləğində pul və Cavabdeh1 1390 manat məbləğində pul alınıb İddiaçı verilsin. Ödənilmiş 83 manat dövlət rüsumunun əvəzi, nümayəndəyə çəkdiyi xərcə görə 17 manat məbləğində pul və vəkilə çəkdiyi xərcə görə 400 manat məbləğində pul, cəmi 500 manat məbləğində pul cavabdehlər Cavabdeh8, Cavabdeh7, Cavabdeh6, Cavabdeh5, Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar