Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-649/2023 20.12.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X4 oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “avtomobil yolunan istifadəyə edilən maneələrin aradan qaldırılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İsmayıl qızı məhkəmədə iddia qaldıraraq Gədəbəy şəhəri, Zərifə Əliyeva küçəsində yerləşən, xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan 0.05 ha torpaq sahəsinə gedən avtomobil yolundan istifadə etməsinə və həmin yoldan istifadə edərək mülkiyyətində olan torpaq sahəsinə yük maşını ilə tikinti materialları aparmasına Cavabdeh tərəfindən yaradılan hər cür maneələrə son qoyulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsinin onunla əsaslandırmışdır ki, o, ailə üzvləri ilə birlikdə Gədəbəy rayonu, Talakənd kəndində yaşayır. Gədəbəy şəhəri, Zərifə Əliyeva küçəsində xüsusi mülkiyyət hüququ ilə ona məxsus 0.05 ha torpaq sahəsi vardır. Torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində adına qeydiyyata alınmış və bu barədə ona DƏDRX tərəfindən xx.xx.2015-ci il tarixli, ********** qeydiyyat nömrərli, **********55 reyestr nömrəli çıxarış verilmişdir. Hal-hazırda o özünə məxsus torpaq sahəsində fərdi yaşayış evi tikdirmək istəyir. Torpaq sahəsinə avtomobil yolu nəzərdə tutulmuşdur. Həmin yol torpaq sahəsinin sxemində də öz əksini tapmışdır. Bu barədə sənədləri ərizəsinə əlavə edir. O, həmin yoldan istifadə edərək torpaq sahəsinə yük maşını ilə tikinti materialları apararkən qonşuluqda yaşayan, hazırda cavabdeh olan Cavabdeh yük maşınının qabağını kəsərək yoldan keçməsinə maneə yaradır. Dəfələrlə cavabdehə həmin avtomobil yolundan onun istifadə etmək hüququnun olduğunu və yaratdığı maneələrin qanunsuz olduğunu izah edib, müdaxilə etməməsini tələb etsə də, heç bir müsbət nəticəsi olmamış, cavabdeh öz qanunsuz hərəkətlərini davam etdirmişdir. Bir sözlə, cavabdeh yolunu kəsərək ona öz mülkiyətindən rahat, maneəsiz istifadə etməyinə imkan vermir. Bununla da cavabdeh onun mülkiyyət hüquqlarını kobud surətdə pozur. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı etibarnamə üzrə nümayəndəsi X2 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə oxşar izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, işdəki sübutları və digər materialları araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, İşdə olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Gədəbəy şəhəri ərazisində yerləşən 0.05 ha torpaq sahəsi İddiaçı adına xx.xx.2015-ci il tarixdə, ********** nömrə ilə qeydə alınmışdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş mütəxəssis rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında daşınmaz Əmlakın Dövlət Rreyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2015-ci il tarixdə qeydiyyata alınmış, **********55 reyestr nömrəli çıxarış əsasında Gədəbəy şəhəri ərazisində yerləşən İddiaçı mülkiyyətində olan 0.05 ha torpaq sahəsinə gediş-gəliş üçün avtomobil yolu nəzərdə tutulmuşdur və həmin yol iddiaçının iddia etdiyi yoldur. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasi Mərkəzi tərəfindən verilmiş 06 noyabr 2023-cü il tarixli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında daşınmaz Əmlakın Dövlət Rreyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2015-ci il tarixdə qeydiyyata alınmış, **********55 reyestr nömrəli çıxarış əsasında Gədəbəy şəhəri ərazisində yerləşən İddiaçı mülkiyyətində olan 0.05 ha torpaq sahəsinə gediş-gəliş üçün avtomobil yolu nəzərdə tutulmuşdur və həmin yol iddiaçının iddia etdiyi yoldur. Məhkəmədə iddiaçının nümayəndəsinin izahatı və tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Gədəbəy şəhərində yerləşən 0.05 ha torpaq sahəsi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İddiaçı məhkəmədə iddia qaldıraraq, avtomobil yolundan istifadə etməsinə və həmin yoldan istifadə edərək mülkiyyətində olan torpaq sahəsinə yük maşını ilə tikinti materialları aparmasına maneələr yaradıldığını iddia etmişdir. İddiaçının iddia tələbinin qanuni əsaslarını Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsi və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2 və 157.4-cü maddələri təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Qeyd olunan maddi hüquq normalarının hüquqi şərtlərinin mövcudluğu üçün, iddiaçı tərəfindən edilən müdaxilələrə son qoyulması tələb olunan avtomobil yolu qanunla nəzərdə tutulmuş yol olmalı, həmin yoldan iddiaçının istifadə etməsinə cavabdeh tərəfindən maneələr yaradılmalı və həmin maneələr qanunsuz olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan hüquq normasının tələbinə görə, iddiaçı avtomobil yolunun gedişgəlişinə maneə aradan qaldırılmasını tələb etdiyi torpaq sahəsinin mülkiyyətçisi olmasını, həmin torpaq sahəsinə gedən yolun qanunla nəzərdə tutulmuş yol olmasını və cavabdeh tərəfindən həmin yoldan istifadəsinə müdaxilələrin olmasını sübut etmə vəzifəsi daşıyır. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçının avtomobil yolunun gediş-gəlişinə maneə aradan qaldırılmasını tələb etdiyi torpaq sahəsi onun xüsusi mülkiyyətində olmaqla daşınmaz əmlakın dövlət reyestrində adına qeydə alınmışdır. Məhkəmə tərəfindən iddiaçıya məxsus torpaq sahəsinə avtomobil yolunun nəzərdə tutulub-tutulmamasını, həmin yolun iddiaçının iddia etdiyi yol olub-olmamasının müəyyən edilməsi üçün mütəxəssis cəlb edilmiş və ekspertiza təyin edilmişdir. İş üzrə verilmiş mütəxəssis və ekspert rəyi ilə müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında daşınmaz Əmlakın Dövlət Rreyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2015-ci il tarixdə qeydiyyata alınmış, **********55 reyestr nömrəli çıxarış əsasında Gədəbəy şəhəri ərazisində yerləşən İddiaçı mülkiyyətində olan 0.05 ha torpaq sahəsinə gediş-gəliş üçün avtomobil yolu nəzərdə tutulmuşdur və həmin yol iddiaçının iddia etdiyi yoldur. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı mülkiyyət hüquqlarını rahat və maneəsiz şəkildə həyata keçirmək üçün həmin yoldan istifadə etməyə və istifadəsinə yaradılan maneələrin aradan qaldırılmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv və məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Gədəbəy şəhərində yerləşən, xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsus olan 0.05 ha torpaq sahəsinə gedən avtomobil yolundan istifadə etməsinə və həmin yoldan istifadə edərək mülkiyyətində olan torpaq sahəsinə yük maşını ilə tikinti materialları aparmasına Cavabdeh tərəfindən yaradılan hər cür maneələrə son qoyulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman dövlət rüsumu, məhkəmə icraatı zamanı mütəxəssis rəyinin verilməsinə görə müəyyən edilmiş mütəxəssis xərcini ödəmişdir. Eləcə də, iş üzrə ekspertizanın keçirilməsinə görə 100 manat məbləğində ekspertiza xərci müəyyən edilmişdir. Azərbaycan Respublikasının MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0-cı maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir: 115.0.1. şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər; 115.0.2. yerində müayinə keçirilməsi ilə əlaqədar olan xərclər; 115.0.3. tərəflərin xəbərdar edilməsi və məhkəməyə çağırılmaları ilə əlaqədar xərclər; 115.0.4. tərəflərin və üçüncü şəxslərin məhkəməyə gəlmələri ilə əlaqədar yol xərcləri və yaşayış sahəsinin icarə xərcləri; 115.0.5. nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər; 115.0.6. vəkillərə etdikləri kömək üçün ödənilən xərclər; 115.0.7. cavabdehin axtarılması ilə əlaqədar xərclər; 115.0.8. qətnamənin icrası ilə əlaqədar xərclər; 115.0.9. məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən ödənilmiş dövlət rüsumu, hazırkı iş üzrə iddiaçı tərəfindən ödənilmiş mütəxəssis rəyinin verilməsinə görə çəkilmiş xərc və ekspertiza xərci cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 307-311, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Gədəbəy şəhərində yerləşən, xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsus olan 0.05 ha torpaq sahəsinə gedən avtomobil yolundan istifadə etməsinə və həmin yoldan istifadə edərək mülkiyyətində olan torpaq sahəsinə yük maşını ilə tikinti materialları aparmasına Cavabdeh tərəfindən yaradılan hər cür maneələrə son qoyulsun. Ödənilmiş 100 manat dövlət rüsumunun və ödənilmiş 95 manat məbləğində mütəxəssis xərcinin əvəzi Cavabdeh alınıb İddiaçı verilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan olaraq 100 (bir yüz) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (VÖEN: **********, Hesab: AZ34CTRE********************, büdcə təsnifatının kodu - 142319, büdcə səviyyəsinin kodu – 3) keçirilsin. Qətnamədən rəsmi verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №2(042)-649/2023
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-649/2023
20.12.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver