Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-65/2025 23.06.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Qasımov Fuad Kamil oğlunun katibliyi, iddiaçı və İddiaçı1 nümayəndəsi İddiaçı2, Cavabdeh və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Gədəbəy Rayon Qoşabulaq Bələdiyəsinin nümayəndəsi X2 iştirakları ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Gədəbəy Rayon Qoşabulaq Bələdiyəsinə qarşı torpaq sahəsindən çıxarılma və avtomobil yolunun açılması tələblərinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Gədəbəy Rayon Qoşabulaq Bələdiyəsinə qarşı Gədəbəy rayonu, Moruxlu kəndində yerləşən onlara məxsus olan fərdi yaşayış evinə gedən avtomobil yolunun Cavabdeh tərəfindən açılması, JN-012E KOD 50525028 və JN-012D KOD 50525028 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamələr əsasında onlara mxsus olan 0.38 ha torpaq sahəsinin fərdi yaşayış evinin arxa hissəsində yerləşən cavabdeh tərəfindən zəbt olunmuş hissəsindən Cavabdeh çıxarılması tələbləri haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə baxış iclasında iddiaçı və İddiaçı1 nümayəndəsi İddiaçı2 iddia tələblərini müdafiə etmiş, izahat verərək bildirmişdir ki, Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 09 nömrəli qərarı ilə Cavabdeh,İddiaçı2 və X1 ümumi birgə mülkiyyətinə 0.17 ha və 0.21 ha olmaqla cəmi 0.38 ha həyətyanı torpaq sahəsi ayrılmış, bu barədə müvafiq olaraq JN-2E-KOD 50525028 və JN-012D-KOD 50525028 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamələr verilmişdir.Torpaq sahəsi ümumi birgə mülkiyyətdə olsa da, bütövlükdə torpaq səahəsinə onlar sahiblik edir. Torpaq sahəsində İddiaçı1 məxsus, hər iksinin sahibliyində olan fərdi yaşayış evi vardır. Fərdi yaşayış evinə avtomobil yolu nəzərdə tutulmuşdur. Cavabdeh qonşuluqda yaşayır. O, evlərinə gedən avtomobil yolunu qanunsuz olaraq zəbt etmiş və yol daralmışdır. Yolun eni əvvələr 6 metr 90 sm olmuşdur. Cavabdehin hərəkətləri nəticəsində hazırda həmin yolun eni 3 metrdən də az olmuşdur. Onlar həmin yol ilə evlərinə getməyə çətinlik çəkirlər. Onlara məxsus evin arxa hissəsində yerləşən torpaq sahəsini də cavabdeh zəbt etmişdir. Həmin torpaq sahəsinin sərhədində isə Qoşabulaq bələdiyyəsinə məxsus torpaq sahəsi yerilşər. Cavabdeh həmin torpaq sahəsinin bir hissəsini qanunsuz olaraq zəbt edib hasarlamışdır. Ona görə də iddia tələblərinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qismən etiraf etmiş izahat verərək bildirmişdir ki, o, hər hansı bir torpaq sahəsini zəbt etməmişdir. İddiaçılara məxsus yaşayış evinə gedən yol isə ağac və kolların təbii böyüməsi nəticəsində daralmışdır. O, yolun genişləndirilməsinə eitraz etmir. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Gədəbəy Rayon Qoşabulaq Bələdiyəsinin nümayəndəsi X3 məhkəmə iclasında izahat verərək, bildirmişdir ki, iddiaçıların mülkiyyətində olan torpaq sahəsi və yaşayış evinə yol olmuşdur və o, tərəflərlə söhbətlər apararaq, yolun istifadə edilməsinə törədilən maneələrin aradan qaldırılmasına çalışacaq. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamələrin təsdiq edilmiş surətlərindən görünür ki, Gədəbəy Rayon AİK-nin 07 iyun 1998-ci il tarixli 09 nömrəli qərarı ilə İddiaçı1, İddiaçı2 və X1 ümumi birgə mülkiyyətinə 0.17 ha və 0.21 ha olmaqla, cəmi, 0.38 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Gədəbəy Rayon AİK-nin 07 iyun 1998-ci il tarixli 09 nömrəli qərarı ilə X6, X5 və X4 ümumi birgə mülkiyyətinə 0.58 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 11 Saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş Rəydən görünür ki, Cavabdeh iddiaçılar İddiaçı1 və İddiaçı2 mülkiyyətində olan torpaq sahəsinin hər hansı bir hissəsinidən istifadə etmir. İddiaçıların mülkiyyətində olan həyətyanı torpaq sahəsinə yol nəzərdə tutulmuşdur. Həmin yol cavabdeh tərəfindən daraldılmışdır. Cavabdeh iddiaçıların mülkiyyətində olan torpaq sahəsinə gedən yol tərəfdən istifadəsində olan torpaq sahəsinin hüdudlarından 62.11 kvmdək kənara çıxmışdır. İşdə olan sənədlərdən görünür ki, iddiaçı məhkəməyə müraciət edərkən 100 manat dövlət rüsumu, eləcə də rəy verilməsi üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinin hesabına 95 manat ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəflərin izahatını və işdə olan sənədləri təhlil edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 18-ci maddəsinə əsasən şəhər, qəsəbə və kəndlərin hüdudları daxilindəki bütün torpaqlar yaşayış məntəqələrinin torpaqları hesab edilir. Yaşayış məntəqələrinin torpaqlarının tərkibinə ictimai və yaşayış, tikinti massivlərində yerləşən yaşayış, mədəni-məişət, inzibati, ibadət və digər bina, tikili və qurğular altındakı, habelə bunlar üçün nəzərdə tutulan torpaq sahələri; ümumi istifadədə olan torpaqlarda yerləşən meydan, küçə, keçid, yol, sahil, park, meşə-park, xiyaban, bulvar, sututarlar, çimərlik və əhalinin ictimai tələbatının ödənilməsinə xidmət edən digər obyektlər altındakı torpaq sahələri daxildir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 mülkiyyətində olan Gədəbəy rayonu, Moruqlu kəndində torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən yaşayış evinə yol olmuş, həmin yol Cavabdeh tərəfindən daraldılmışdır. Lakin cavabdeh iddiaçların mülkiyyətində olan torpaq sahəsindən istifadə etmir. Ona görə də iddia tələbi qismən təmin edilməli, iddiaçılar İddiaçı1 və İddiaçı2 mülkiyyətində olan torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərində yerləşən yaşayış evinə gedən avtomobil yolu əvvəlki vəziyəyətinə qaytarımalı və iş üzrə məhkəmə xərclərinin əvəzi cavabdehdən alınaraq, iddiaçılara verilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Аzərbаycаn Rеspublikаsı MPMnin 216-227, 358-360 və 362-cı mаddələrini rəhbər tutаrаq, qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh İddiaçı1 və İddiaçı2 mülkiyyətində olan Gədəbəy rayonu, Moruqlu kəndində olan torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən yaşayış evinə gedən avtomobil yolunun zəbt etdiyi 62.11 kvm hissəsindən çıxarılsın və yol əvvəlki vəziyətinə qaytarılsın. İddia tələbləri qalan hissəsi təmin olunmasın. Cavabdeh, cəmi, 195 manat məhkəmə xərcinin əvəzi alınaraq, İddiaçı1 və İddiaçı2 verilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №2(042)-65/2025
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-65/2025
23.06.2025 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver