Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-66/2022 21.07.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı maddi ziyan tələbinə dair mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı MMC Cavabdeh qarşı Cavabdeh 10331 manat məbləğində maddi ziyanın və 30.4 manat ödənilmiş dövlət rüsumunun əvəzinin alınaraq, iddiaçıya verilməsi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı MMC iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə X6 arasında bağlanmış 23 noyabr 2019-cu il tarixli MAS-1514 saylı “Daxili lizinq müqaviləsi”nə əsasən X1 ilə 2019-cu il buraxılışlı, “Ravon R3 CDX” minik markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı, XWBTA69V9LA004862 ban nömrəli, ağ rəngli avtomobil 14180 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən X6 illik 17% hesablanmaqla 36 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 505.56 manat, ümumilikdə isə 18200 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 18200 manatın 14180 manatı əsas məbləğ təşkil edir. X2 xahişi əsasında İddiaçı MMC tərəfindən 24 mart 2021 -ci il tarixli № PÖA********** nömrəli etibarnamə əsasında Cavabdeh xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə qədər qeyd olunan avtomobili idarə etmək səlahiyyəti əldə etmişdir. 07 aprel 2021-ci il tarixdə təxminən saat 01 radələrində X3 idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan “Mercedes” markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayon Xırdalan şəhəri H.Əliyev prospekti ərazisində İddiaçı MMC-nin mülkiyyətində olan Cavabdeh idarə etdiyi “Ravon R3” CDX minik markalı, **-PD- *** dövlət qeydiyyat nişanlı avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş vermişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində İddiaçı MMC-yə məxsus “Ravon R3” CDX minik markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan dəymişdir. Abşeron RPİ-nin cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı ilə Cavabdeh inzibati qaydada cərimə olunmuşdur. “Servis Mərkəzi” tərəfindən tərtib olunmuş qüsur aktına əsasən “Ravon R3” CDX minik markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobilə 10331 manat məbləğində maddi ziyan dəymişdir. Ona görə də iddia tələbinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC-nin nümayəndəsi X7 məhkəməyə ərizə göndərərək, mülki işə nümayəndənin iştirakı olmadan baxılaraq, iddia tələbinin təmin edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan 23 noyabr 2019-cu il tarixli MAS-1514 saylı “Daxili lizinq müqaviləsinin” surətindən görünür ki, X1 ilə 2019-cu il buraxılışlı, “Ravon R3 CDX” minik markalı, **-PD- *** dövlət qeydiyyat nişanlı, XWBTA69V9LA004862 ban nömrəli, ağ rəngli avtomobil 14180 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. İşdə olan Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlindən görünür ki, X6 illik 17% hesablanmaqla 36 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 505.56 manat, ümumilikdə isə 18200 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan 24 mart 2021-ci il tarixli № PÖA********** nömrəli etibarnamənin surətindən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə qədər “Ravon R3 CDX” minik markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək səlahiyyəti əldə etmişdir. İşdə olan cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, 07 aprel 2021-ci il tarixdə saat 01 radələrində X3 idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan “Mercedes” markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayon Xırdalan şəhəri H.Əliyev prospekti ərazisində İddiaçı MMC-nin mülkiyyətində olan Cavabdeh idarə etdiyi “Ravon R3” CDX minik markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş vermişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində İddiaçı MMC-ə məxsus “Ravon R3” CDX minik markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan dəymişdir. Həmin qərarla Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən inzibati qaydada cərimə olunmuşdur. İşdə olan Qüsur Aktının surətindən görünür ki, “Ravon R3” CDX minik markalı, **- PD-*** dövlət qeydiyyat nişanlı avtomobilə 10331 manat məbləğində maddi ziyan dəymişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş Rəydən görünür ki, Nəzəri hesablama yolu ilə, iş materiallarında olan İddiaçı MMC tərəfindən trtib edilmiş xx.xx.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla, 2019-cu il buraxılışlı, “Ravon R3 CDX” minik markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir bərpa xərci avtoehtiyat hissələrinə köhnəlm\ faizi tətbiq edilməklə təxminən 9682 manat müəyyən edilir. X10 xərci 100 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddiaçının izahatını, habelə, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1;14.2. və 14.2.6-cı maddələrinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən, o cümlədən başqa şəxsə zərər vurulması ilə əmələ gəlir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununun 100cü maddəsinə əsasən məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılarkən dövlət rüsumu ödənilmiş, eləcə də iş üzrə məhkəmə ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi üçün xərclər olmuşdur. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0-cı maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir: 115.0.1. şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər; 115.0.2. yerində müayinə keçirilməsi ilə əlaqədar olan xərclər; 115.0.3. tərəflərin xəbərdar edilməsi və məhkəməyə çağırılmaları ilə əlaqədar xərclər; 115.0.4. tərəflərin və üçüncü şəxslərin məhkəməyə gəlmələri ilə əlaqədar yol xərcləri və yaşayış sahəsinin icarə xərcləri; 115.0.5. nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər; 115.0.6. vəkillərə etdikləri kömək üçün ödənilən xərclər; 115.0.7. cavabdehin axtarılması ilə əlaqədar xərclər; 115.0.8. qətnamənin icrası ilə əlaqədar xərclər; 115.0.9. məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər. Beləliklə, Azərmaş” MMC ilə X6 arasında bağlanmış 23 noyabr 2019-cu il tarixli MAS-1514 saylı “Daxili lizinq müqaviləsi”nə əsasən X1 ilə 2019-cu il buraxılışlı, “Ravon R3 CDX” minik markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı, XWBTA69V9LA004862 ban nömrəli, ağ rəngli avtomobil 14180 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən X6 illik 17% hesablanmaqla 36 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 505.56 manat, ümumilikdə isə 18200 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 18200 manatın 14180 manatı əsas məbləğ təşkil edir. X2 xahişi əsasında İddiaçı MMC tərəfindən 24 mart 2021 -ci il tarixli № PÖA********** nömrəli etibarnamə əsasında Cavabdeh xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə qədər qeyd olunan avtomobili idarə etmək səlahiyyəti əldə etmişdir. 07 aprel 2021-ci il tarixdə təxminən saat 01 radələrində X3 idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan “Mercedes” markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayon Xırdalan şəhəri H.Əliyev prospekti ərazisində İddiaçı MMC-nin mülkiyyətində olan Cavabdeh idarə etdiyi “Ravon R3” CDX minik markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş vermişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində İddiaçı MMC-yə məxsus “Ravon R3” CDX minik markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan dəymişdir. Abşeron RPİ-nin cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı ilə Cavabdeh inzibati qaydada cərimə olunmuşdur. “Servis Mərkəzi” tərəfindən tərtib olunmuş qüsur aktına əsasən “Ravon R3” CDX minik markalı, **- PD-*** dövlət qeydiyyat nişanlı avtomobilə 10331 manat məbləğində maddi ziyan dəymişdir. İş üzrə ekspertiza təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş Rəylə müəyyən edilmişdir ki, Nəzəri hesablama yolu ilə, iş materiallarında olan İddiaçı MMC tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla, 2019-cu il buraxılışlı, “Ravon R3 CDX” minik markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 9682 manat müəyyən edilir. Həmin rəylə 100 manat Ekspertiza xərci müəyyən edilmişdir. Ona görə də iddia tələbi qismən təmin edilməli, Cavabdeh İddiaçı MMC-ə məxsus “Ravon R3” CDX minik markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobilə 9682 manat dəymiş maddi ziyan və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi, alınaraq, İddiaçı MMC-ə verilməli, 100 manat ekspertiza xərci alınaraq, Ekspertiza mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Аzərbаycаn Rеspublikаsı MPM-nin 216-227, 358-360 və 362-cı mаddələrini rəhbər tutаrаq, QƏTETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh İddiaçı MMC-ə məxsus “Ravon R3” CDX minik markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobilə 9682 manat dəymiş maddi ziyan və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi, alınaraq, İddiaçı MMC-ə verilsin. “Ravon R3” CDX minik markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobilin qiymətləndirilməsi üçün müəyyən edilmiş 100 manat ekspertiza xərci Cavabdeh alınaraq, Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (A MEM, VÖEN ********** AZ34CTRE********************, X4, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu- 142319, büdcə səviyyəsinin kodu - 3) keçirilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №2(042)-66/2022
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-66/2022
21.07.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver