Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-674/2021 13.07.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, İddiaçı Zakir qızının nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Zakir qızının Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Zakir qızı Cavabdeh qarşı 14.12.2015-ci il tarixdə doğulmuş X5 və 15.04.2018-ci il tarixdə doğulmuş X1 üçün Gədəbəy Rayon Məhkəməsinin 01.03.2019-cu il tarixli, 2(042)-312/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş hər ay hər uşaq üçün 100 manat, cəmi 200 manat alimentin miqdarının artırılaraq hər ay, hər uşaq üçün 175 manat, cəmi, 350 manat məbləğində müəyyən edilməsi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı Zakir qızının nümayəndəsi X7 məhkəmə iclasında iddia tələbini müdafiə etmiş, izahat verərək bildirmişdir ki, iddiaçı Cavabdeh ilə 2014-cü il tarixdə nikah bağlayaraq, ailə qurmuşlar. Birgə nikahlarından 22. 14.12.2015-ci il tarixdə X8 və 15.04.2018-ci il tarixdə X6 doğulmuşlar. Gədəbəy Rayon Məhkəməsinin 01.03.2019-cu il tarixli, 2(042)-312/2019 saylı qətnaməsi ilə azyaşlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 100 manat, cəmi 200 manat miqdarında aliment təyin edilmişdir. Hazırda Gədəbəy Rayon Məhkəməsinin qətnaməsi ilə Cavabdeh azyaşlı uşağın saxlanılması üçün təyin edilmiş aliment uşağın xərclərini ödəmir. Cavabdeh isə azyaşlı uşağın artan xərclərini ödəməkdən imtina edir. Cavabdeh Rusiya Federasiyasında işləyir və hər ay yüksək əmək haqqı alır. Ona görə də, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan Gədəbəy Rayon Məhkəməsinin 01.03.2019-cu il tarixli, 2(042)-312/2019 saylı qətnaməsinin surətindən görünür ki, 22. 14.12.2015-ci il tarixdə doğulmuş X5 və 15.04.2018-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşaq üçün 100 manat, cəmi, 200 manat miqdarında aliment alınaraq, İddiaçı Zakir qızına verilməsi qət edilmişdir. İşdə olan X2 surətlərindən görünür ki, tərəflərin ailə münasibətindən 22. 14.12.2015ci il tarixdə X8 və 15.04.2018-ci il tarixdə X6 doğulmuşlar. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını və işdə olan sənədləri təhlil edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin tələbinə görə, uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 13-cü maddəsinin tələbinə görə isə, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər 2014-cü il tarixdə ailə qurmuşlar. Ailə münasibətlərindən 22. 14.12.2015-ci il tarixdə X8 və 15.04.2018-ci il tarixdə X6 doğulmuşlar. Gədəbəy Rayon Məhkəməsinin 01.03.2019-cu il tarixli, 2(042)- 312/2019 saylı qətnaməsi ilə azyaşlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 100 manat, cəmi, 200 manat miqdarında aliment təyin edilmişdir. Lakin təyin edilmiş aliment azyaşlı uşaqların artan xərclərini ödəmir. Məhkəmə iddiaçının himayəsində olan azyaşlı uşağın böyüdükcə xərclərinin artmasını və bununla əlaqədar iddiaçının maddi vəziyyətinin pisləşməsini, nəzərə alaraq, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, 22. 14.12.2015-ci il tarixdə doğulmuş X5 və 15.04.2018ci il tarixdə doğulmuş X1 üçün Gədəbəy Rayon Məhkəməsinin 01.03.2019-cu il tarixli, 2(042)-312/2019 saylı qətnaməsi ilə təyin edilmiş cəmi, 200 manat alimentin miqdarı artırilaraq, hər ay hər uşaq üçün 150 manat, cəmi, 300 manat miqdarında müəyyən edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yəni, Cavabdeh 30 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220, 227, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq, Qət etdi: İddia tələbi qismən təmin edilsin.
22. 14.12.2015-ci il tarixdə doğulmuş X5 və 15.04.2018-ci il tarixdə doğulmuş X1 üçün Gədəbəy Rayon Məhkəməsinin 01.03.2019-cu il tarixli, 2(042)-312/2019 saylı qətnaməsi ilə təyin edilmiş cəmi, 200 manat alimentin miqdarı artırilaraq, hər ay hər uşaq üçün 150 manat, cəmi, 300 manat miqdarında müəyyən edilsin. Cavabdeh 30 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Alimentin yeni miqdarda tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamədən rəsmi verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fizuli Mirzəquliyev