Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-679/2020 15.09.2020 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X1 oğlunun katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun tutulması, tutmanın girov predmetinə yönəldilməsi və girov predmetinin açıq hərracdan satılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, Müəyyən etdi: İddiaçı ASC məhkəmədə iddia qaldıraraq, Cavabdeh xx xxxxxxxx 2019-cu il tarixli, 800805-773949/1 nömrəli kredit müqaviləsi üzrə 2495.8 manat əsas borc və 254.3 manat faiz borcu olmaqla, cəmi 2750.1 manat və 30 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yo ödənilməsi, tutmanın bank qarşısında tutulmuş öhdəliklərin icrasının təminatı kimi girov qoyulmuş və Cavabdeh məxsus 583 əyarlı, 48,5 qram çəkidə 7 ədəd qızıl-zinət əşyaları (1 ədəd boyunbağı, 2 ədəd qolbağı, 2 ədəd üzük, 1 cüt sırğa, 1 ədəd kulon) və 750 əyarlı, 19.1 qram çəkidə 1 ədəd dəstə yönəldilməsi, qızıl-zinət əşyalarının hərracda satılması və satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC idida tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış xx xxxxxxxx 2019-cu il tarixli, 800805-773949/1 nömrəli kredit müqaviləsinə əsasən borcluya 24 ay müddətinə, illik 30% dərəcəsi ilə 2980 manat məbləğində kredit verilmişdir. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin təsdiq olunmuş hissə-hissə ödəmə qrafikini pozmuşdur. Borcluya dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, o Banka olan borcunu ödəməmişdir. Eyni zamanda, bank ilə Cavabdeh arasında xx xxxxxxxx 2019-cu il tarixli, 800805-773949/1 nömrəli kredit müqaviləsi üzrə nəzərdə tutulmuş öhdəliklərin icrasının təminatı kimi xx xxxxxxxx 2019-cu il tarixli, 800805-773949/1 nömrəli girov müqaviləsi bağlanmışdır. xx xxxxxxxx 2019-cu il tarixli, 800805-773949/1 nömrəli Girov müqaviləsinə borc öhdəliyinin təminatı qismində Cavabdeh məxsus 583 əyarlı, 48,5 qram çəkidə 7 ədəd qızıl-zinət əşyaları (1 ədəd boyunbağı, 2 ədəd qolbağı, 2 ədəd üzük, 1 cüt sırğa, 1 ədəd kulon) və 750 əyarlı, 19.1 qram çəkidə 1 ədəd dəst bankın pul anbarına saxlanca verilmişdir. xx xxxx 2020 il tarixinə borclunun 800805-773949/1 nömrəli kredit müqaviləsi üzrə 2495.8 manat əsas borc və 254.3 manat faiz borcu olmaqla, cəmi 2750.1 manat məbləğində kredit borcu yaranmışdır. Yuxarıda göstərilənlərə əsasən iddiaçı bank iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC məhkəməyə ərizə verərək işə iddiaçının iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdəki sübutları tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işdə olan AZE № 13305544 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1963-cü il tarixdə ünvan 1 ünvanında qeydiyyatdadır. İşdə olan xx xxxxxxxx 2019-cu il tarixli, 800805-773949/1 nömrəli kredit müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh illik 30 faiz dərəcəsi olmaqla 24 ay müddətinə 2980 manat məbləğində kredit verilmişdir. İşdə olan xx xxxxxxxx 2019-cu il tarixli, 800805-773949/1 nömrəli girov müqaviləsindən və “girovun qiymətləndirilməsi və saxlanca qəbul edilməsi aktı”ndan görünür ki, Cavabdeh xx xxxxxxxx 2019-cu il tarixli, 800805-773949/1 nömrəli kredit müqaviləsindən irəli gələn öhdəliklərinin təminatı olaraq ona məxsus olan 583 əyarlı, 48,5 qram çəkidə 7 ədəd qızıl-zinət əşyaları (1 ədəd boyunbağı, 2 ədəd qolbağı, 2 ədəd üzük, 1 cüt sırğa, 1 ədəd kulon) və 750 əyarlı, 19.1 qram çəkidə 1 ədəd dəstdən ibarət qızıl əşyaları girov qoyulmuşdur. Girovun dəyəri 6065.93 manat məbləğində qiymətləndirilmişdir. İşdə olan xx.xx.2020-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh xx xxxxxxxx 2019-cu il tarixli, 800805-773949/1 nömrəli kredit müqaviləsi üzrə borcu 2495.8 manat əsas borc və 254.3 manat faiz borcu olmaqla, cəmi 2750.1 manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM-in) 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 428.4-cü maddəsinə əsasən, öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. MM-in 739.1-ci maddəsinin tələblərinə görə borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. MM-in 739.2-ci maddəsi maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. MM-in 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. MM-in 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-in 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. MM-in 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. MM-in 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və MM-in tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. MM-in 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. MM-in 16.1-ci maddəsində isə müəyyən olunmuşdur ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. İşin faktiki hallarından məlum olur ki, Cavabdeh iddiaçıdan aldığı kredit üzrə əsas borcu və müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilə öhdəliklərini lazımınca icra etməyərək iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Ona görə də, iddiaçı kredit borcunun və faizin qaytarılmasını tələb etməkdə haqlıdır. Məhkəmə eyni zamanda iddianın tələbin girov predmeti olan əmlaka yönəldilməsinə dair hissəsini də araşdıraraq hesab edir ki, iddia tələblərinin bu hissəsi də əsaslıdır. Bu səbəbdən iddianın həmin hissəsi də təmin edilməlidir. MM-in 269.3-cü maddəsinə əsasən, girov daşınar əşyalara (ipoteka obyekti olan daşınar əşyalardan başqa) əşya hüquqlarının məhdudlaşdırılmasıdır. MM-in 279-cu maddəsinə əsasən, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. MM-in 300-cü maddəsinə əsasən, girov aşağıdakı növlərdə ola bilər saxlanc; əşyanın lombardda girovu; hüquqların girovu; pul vəsaitinin girovu; sabit girov; dövriyyədəki malların girovu. MM-in 301-ci maddəsinə əsasən, saxlanc elə girovdur ki, onun predmeti girov saxlayanın sahibliyinə verilir. MM-in 295-ci maddəsinə əsasən, girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. MM-in 296.1-ci maddəsinə əsasən, girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. MM-in 297-ci maddəsinə əsasən, girov qoyulmuş əşya ixtisaslaşdırılmış təşkilatlar tərəfindən yalnız açıq hərracdan satış yolu ilə realizə edilir (satılır). Göstərilən hüquq normalarına əsasən, məhkəmə hesab edir ki, Cavabdeh mülkiyyətində olan, tərəflərin razılığı ilə dəyəri 6065.93 manat məbləğində qiymətləndirilmiş 583 əyarlı, 48,5 qram çəkidə 7 ədəd qızıl-zinət əşyaları (1 ədəd boyunbağı, 2 ədəd qolbağı, 2 ədəd üzük, 1 cüt sırğa, 1 ədəd kulon) və 750 əyarlı, 19.1 qram çəkidə 1 ədəd dəstdən ibarət qızıl əşyaları Cavabdeh kredit borcunun təminatı olduğundan, borclu isə girov ilə təmin edilmiş borcunun ödənilməsini ləngitdiyindən, habelə borcunu ödəmədiyindən, İddiaçı ASC tələbin girov ilə yüklü edilmiş əmlaka yönəldilməsini tələb etməkdə haqlıdır. Buna görə də iddia təmin edilərək, tələb girov ilə yüklü edilmiş əmlaka yönəldilməli və Cavabdeh kredit borcu həmin əmlakın hesabına ödənilməlidir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci madəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırmaları zamanı iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə sübuta yetirmişdir. Beləliklə də, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara tətbiq edilməli hüquq normalarına uyğun hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalı, Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx xxxxxxxx 2019-cu il tarixli, 800805-773949/1 nömrəli kredit müqaviləsi üzrə 2495.8 manat əsas borc və 254.3 manat faiz borcu olmaqla, cəmi 2750.1 məbləğində borc və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi tutulmalı, Cavabdeh məxsus olan, tərəflərin razılığı ilə dəyəri 6065.93 manat məbləğində qiymətləndirilmiş 583 əyarlı, 48,5 qram çəkidə 7 ədəd qızıl-zinət əşyaları (1 ədəd boyunbağı, 2 ədəd qolbağı, 2 ədəd üzük, 1 cüt sırğa, 1 ədəd kulon) və 750 əyarlı, 19.1 qram çəkidə 1 ədəd dəstdən ibarət qızıl əşyaları borc məbləği həddində açıq hərracdan satılmalı və satışdan əldə edilmiş məbləğ iddiaçının borc tələbinin ödənilməsinə yönəldilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233.1-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx xxxxxxxx 2019-cu il tarixli, 800805-773949/1 nömrəli kredit müqaviləsi üzrə 2495.8 manat əsas borc və 254.3 manat faiz borcu olmaqla, cəmi 2750 (iki min yeddi yüz əlli) manat 10 (on) qəpik məbləğində borc və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi tutulsun. Cavabdeh məxsus olan, tərəflərin razılığı ilə dəyəri 6065.93 manat məbləğində qiymətləndirilmiş 583 əyarlı, 48,5 qram çəkidə 7 ədəd qızıl-zinət əşyaları (1 ədəd boyunbağı, 2 ədəd qolbağı, 2 ədəd üzük, 1 cüt sırğa, 1 ədəd kulon) və 750 əyarlı, 19.1 qram çəkidə 1 ədəd dəstdən ibarət qızıl əşyaları borc məbləği həddində açıq hərracdan satılsın və satışdan əldə olunmuş məbləğ Cavabdeh tutulmalı olan 2750 (iki min yeddi yüz əlli) manat 10 (on) qəpik məbləğində borcun ödənilməsinə yönəldilsin. Qalan qızıl-zinət əşyaları mülkiyyətçi Cavabdeh qaytarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Marif Kazımov
Məhkəmə qərarları › İş №2(042)-679/2020
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-679/2020
15.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver