Məhkəmə qərarları › İş №2(042)-680/2020

Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №2(042)-680/2020

20.07.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № 2(042)-680/2020 20.07.2020 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Mən, Gədəbəy rayon Məhkəməsinin hakimi Kazımov Marif Sabir oğlu, İddiaçı Qabil oğlunun Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair ərizəsinə və ərizəyə əlavə edilmiş sənədlərə baxaraq, Müəyyən etdim: İddiaçı Qabil oğlu Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair məhkəməyə ərizə ilə müraciət edərək qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizənin məhkəmə icraatına qəbul edilməsinin mümkünlüyü məsələsinə baxılarkən müəyyən olunmuşdur ki, iddiaçının ərizəsində cavabdeh kimi göstərdiyi şəxs Ədliyyə Nazirliyinin elektron informasiya sistemində şəxsiyyət vəsiqəsinə dair portal məlumatlarında yoxlanılarkən aşkar edilməmişdir. Bununla da iddiaçı ərizənin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 149-cu maddəsi ilə nəzərdə tutulmuş forma və məzmununa riayət etməmişdir. Qeyd olunan hüquq normasının əsas müddəalarından biri ərizədə işdə iştirak edən şəxslərin adlarının, onların poçt ünvanlarının göstərilməsidir. Ərizədə işdə iştirak edən şəxslərin poçt ünvanlarının düzgün və tam göstərilməsi iddia ərizəsinin ərazi aidiyyəti məsələsinin həlli zamanı, eləcə də, məhkəmə baxışının ən mühüm prinsiplərindən olan çəkişmə prinsipinin realizəsi üçün mühüm əhəmiyyət kəsb edir. Belə ki, MPM-in 149.2.2-ci maddəsinin tələbinə əsasən, ərizədə işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları göstərilir. Qeyd olunan hüquq norması baxımından məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsində cavabdehin adını düzgün göstərməmişdir. Eləcə də qeyd olunmalıdır ki, iddia ərizəsi üç ünsürdən – iddianın predmeti, əsası və məzmunundan ibarət olmalıdır. İddianın predmetini iddiaçının cavabdehə olan tələbi, əsasını həmin tələbi şərtləndirən faktlar, məzmununu isə iddiaçının məhkəmədən etdiyi xahiş təşkil edir. Qeyd olunanlara əsaslanaraq, məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Qabil oğlunun Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair ərizəsinin icraata götürülməsi qeyri-mümkün hesab edilməli, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. MPM-in 152.2-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmçinin, məhkəmə izah edir ki, MPM-in 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra, yəni cavabdehin adı, soyadı və ya ata adı dəqiqlşədirildikdən sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35, 152, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, Qərara aldım: İddiaçı Qabil oğlunun Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı Qabil oğluna geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi verildiyi gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar