Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-682/2024 20.08.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X2 oğlunun katibliyi, Cavabdehlər Cavabdeh2 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə əhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Kreditor "xxxx" İKB borclular Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun qaytarılması” tələbinə dair məhkəmə əmrinin çıxarılması barədə ərizə ilə Gədəbəy rayon Məhkəməsinə müraciət etmişdir. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(041)-915/2016 məhkəmə əmri ilə xx.xx.1985-ci il təvəllüdlü, Gədəbəy rayonunda doğulmuş və. Bakı şəhəri Balaxanı qəsəbəsi, Mədən-2, ev 89k-da yaşayan Cavabdeh2 və xx.xx.1985-ci il təvəllüdlü, Gədəbəy doğulmuş və həmin rayonun Dəyəqarabulaq kəndində yaşayan Cavabdeh1 müştərək qaydada "xxxx" İKB-nin xeyrinə 3187 ABŞ dolları əsas borc, 1148 ABŞ dolları faiz borcu, cəmi 4335 (dörd min üç yüz otuz beş ) ABŞ dolları borc və dövlət rüsumu olaraq ödənilmiş 20 (iyirmi) manat məbləğində pul vəsaiti tutulması əmr edilmişdir. Borclu Cavabdeh2 məhkəmə əmrinə qarşı etiraz vermişdir. Gədəbəy rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(042)-682/2024 saylı qərardadına əsasən, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(041)- 915/2016 saylı məhkəmə əmrinin ləğv edilməsi, hazırkı mübahisə üzrə kreditor "xxxx" İKBnın borclular Cavabdeh2 və Cavabdeh1 qarşı borcun qaytarılması barədə tələbi üzrə iddia icraatına keçiməsi qərara alınmışdır. İddiaçı ASC Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada "Yelo Bank” ASC-nin xeyrinə xx.xx.2014-cii il tarixli kredit müqaviləsi üzrə 1170.71 ABŞ dolları əsas, 851.46 ABŞ dolları faiz, 1574.52 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə xx.xx.2016-cı il tarixdən xx.xx.2024-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 730.75 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 4327.44 ABŞ dolları manat məbləğində borcun və 20 manat xidmət haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC ərizəsini onunla əsaslandırmışdır ki, Kreditor İddiaçı ASC (keçmiş adı ilə "xxxx" İKB ASC) borclular Cavabdeh2 və Cavabdeh1 barəsində məhkəmə əmrinin verilməsinə dair ərizə ilə Gədəbəy rayon məhkəməsinə müraciət etmiş və Gədəbəy rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(041)-915/2016 saylı məhkəmə əmri ilə ərizə təmin olunmuşdur. Lakin hal-hazırda borclular etiraz vermiş və etiraz təmin olunaraq iş iddia icraatına keçirilmişdir. Sonuncu maliyyə arayışı xx.xx.2024-ci ildə verildiyindən iddia tələbinin dəqiqləşdirilməsi zərurəti yaranmışdır. Belə ki, xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən X1 xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə banka 1170.71 ABŞ dolları əsas, 851.46 ABŞ dolları faiz, 1574.52 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə xx.xx.2016-cı il tarixdən xx.xx.2024-cü il tarixə dək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 730.75 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 4327.44 ABŞ dolları borcu vardır. xx.xx.2014-cü il tarixli kredit müqaviləsi qüvvədə olduğu müddətdə və kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən hazırkı vaxta kimi cavabdehlər tərəfindən götürülmüş kreditə görə öhdəliklər lazımi qaydada yerinə yetirilməmişdir. Bu səbəbdən də cavabdehlər tərəfindən götürülmüş kreditə görə hesablanmış faizlər cavabdehlər tərəfindən ödənilməlidir. Belə ki, kredit müqaviləsinin 9.3cü bəndinə əsasən borc alan üzərinə qoyulduğu öhdəlikləri yerinə yetirməməsi və ya lazımnca yerinə yetirməməsi nəticəsində əldə etdiyi gəlir məbləğindən az olmayan miqdarda, Kreditorun əldən çıxmış faydası şəkilində zərər, qanunvericilikdə nəzərdə tutulmuş digər zərər banka dəymiş və ödənilməli olan zərər kimi göstərilmişdir. İddiaçı ASC-nin nümayəndəsi məhkəməyə ərizə verərək, məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh2 məhkəmə iclasında iddia tələbini qismən qəbul etdi və izahat verərək bildirdi ki, o, "xxxx" İKB ASC -dən 7600 ABŞ dolları kredit götürmüşdür. Kredit borcundan müəyyən qədər ödəniş etsə də, daha sonra maddi imkanı aşağı olduğundan borcunu tam ödəyə bilməmişdir. Prezidentin fərmanı kredit müqaviləsi restrukturizasiya olunmuşdur. Bank tərəfindən ona təqdim edilmiş arayışa əsasən onun banka 1990.20 manat borcu vardır. Lakin bank tərəfindən bu nəzərə alınmamış və ona əsassız olaraq əlavə faiz və cərimə borcları hesablanmışdır. O, 1990.20 manat məbləğində əsas borcu ödəməyə razıdır. Odur ki, iddia tələbinin qismən təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş, nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehi dinləyib, işdəki sübutları tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2014-cüil tarixli bank hesab, kredit və zaminlik müqaviləsindən görünür ki, "xxxx" İKB ASC tərəfindən Cavabdeh2 24 ay müddətinə, illik 28 faiz dərəcəsi ilə 7600 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh2 banka olan borcunun təminatı kimi Cavabdeh1 zamin olmuşdur. İşdə olan xx.xx.2024-cü il tarixli maliyə arayışına əsasən, Cavabdeh2 "xxxx" ASC-yə xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə olan borcu 1170.71 ABŞ dolları əsas, 851.46 ABŞ dolları faiz, 1574.52 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə xx.xx.2016-cı il tarixdən xx.xx.2024-cü il tarixə dək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 730.75 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 4327.44 ABŞ dolları təşkil edir. İş materiallarında olan Vergilər Nazirliyinin Milli Gəlirlər İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsindən verilmiş çıxarışdan görünür ki, "xxxx" İKB ASC-nin adı dəyişdirilmiş və "xxxx" ASC adlandırılmışdır. İşdə olan Mərkəzi Bankın problemli kreditlərin kompensasiyasına dair çıxarışa əsasən, Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx.xx.2019-cu il tarixli Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən Cavabdeh2 ümumi olaraq YeloBank” ASC-yə 1990.20 manat (restrukturizasiya olunması təklif olunan kredit) məbləğində əsas kredit borcu qalmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, kredit və hesablanmış faizlər hər ay ödəniş cədvəlinə müvafiq olaraq ödənilməli olduğu halda Cavabdeh2 vaxtında ödəniş etməmiş, bununla da kredit müqaviləsində nəzərdə tutulmuş öhdəliklərini lazımı qaydada və vaxtında yerinə yetirməmiş, icranı gecikdirmişdir və nəticədə iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Məhkəmə Mülki Məcəllənin 385.1, 386.1, 442, 448.1,448.2.1, 449.1, 739.1, 739.2ci maddələrinə əsaslanaraq hesab edir ki, borclu icranı gecikdirməklə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımınca icra etmədiyi üçün iddiaçı qarşısında mülki məsuliyyət daşıyır. Lakin məhkəmə hesab edir ki, cavabdehdən kredit müqaviləsi üzrə (restrukturizasiya olunmamışdan əvvəl) hesablanmış əsas borcun tutulması əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən Cavabdeh2 ümumi olaraq YeloBank” ASC-yə 1990.20 manat (restrukturizasiya olunması təklif olunan kredit) məbləğində əsas kredit borcu qalmışdır. Qeyd edilənlərə əsasən iddia tələbini Cavabdeh2 münasibətdə araşdıran məhkəmə tələbi əsas borca münasibətdə qismən əsaslı hesab edir. Odur ki, iddiaçı restrukturizasiya olunmuş əsas borcun ödənilməsini tələb etməkdə haqlıdır. Beləliklə, Cavabdeh2 kredit müqaviləsi üzrə üzərinə götürmüş olduğu öhdəliyi vaxtında və lazımınca icra etmədiyindən kredit müqaviləsi üzrə Cavabdeh2 1990.20 manat əsas borc tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbinin faiz, cərimə və digər xərclər hissəsinə münasibətdə hesab edir ki, iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etmədiyinə görə iddia tələbi bu hissədə əsassızdır. Ona görə də iddia tələbi faiz, cərimə və digər xərclər hissəsində təmin edilməməlidir. Belə ki, iş materiallarından müəyyən edilir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi həm bağlanma tarixi, həm tələb olunan əsas məbləğə və həm də digər əsaslara görə “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Prezidentinin Fərmanının” təsiri altına düşür. Həmin Fərmanın təsir dairəsinə düşən kredit müqavilələri üzrə artıq ödənilmiş vəsaitlərin qaytarılması, hesablanmış faiz və dəbbə pulunun silinməsi, vəsaitin restrukturizasiya olunması, yeni güzəştli şərtlərlə kredit müqavilələrinin bağlanmasının təklif edilməsi və digər güzəştlər edilməsi nəzərdə tutulmuşdur. Həmin güzəştlərin bankların vəsaiti deyil, dövlətin dəstəyi ilə həyata keçirilməsi nəzərdə tutulmuşdur. Dövlətin analoji kredit müqavilələri üzrə banklara maliyyə dəstəyi göstərilməsi barədə təklifindən iddiaçı bankın imtina etməsinə dair məlumat yoxdur. Nə qədər ki, iddiaçı bank fərmanda qeyd olunan məsələlərlə bağlı dövlətin maliyyə dəstəyini qəbul etməyə razılıq vermiş, onda, fərmanda tövsiyə xarakteri daşıyan müddəaların icrası banklar üçün məcburidir. Odur ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı" Azərbaycan Respublikasında əhalinin rifahını yüksəltmək, sosial müdafiəsini və layiqli həyat səviyyəsini təmin etmək məqsədi daşıdığından iddia tələbi faiz, cərimə və digər xərclər hissəsində təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. -472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. - 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Məhkəmə hesab edir ki, kreditor Mülki Məcəllənin 477.0.4-cü maddəsinin tələbi baxımından zamin Cavabdeh1 qarşı öhdəliyin icrası tələbini irəli sürmək hüququnu itirdiyindən, həmin zaminliyə xitam verilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1 -ci maddəsinə əsasən iş üzrə ödənilmiş 20 manat dövlət rüsumu Cavabdeh2 tutularaq iddiaçıya ödənilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233.1-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh2 1990.20 manat əsas borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 manat olmaqla, cəmi 2010.20 manat məbləğində pul tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №2(042)-682/2024
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-682/2024
20.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver