Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-687/2023 05.07.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X1 oğlunun katibliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Kreditor İddiaçı ASC borclu Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 7000 manat əsas, 1404.06 manat faiz, cəmi 8404.06 manat məbləğində vəsaitin və ödənilmiş 20 manat dövlət rüsumunun tutulması barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(042)-1480/2016 saylı məhkəmə əmri ilə xx.xx.1992-ci ildə Gədəbəy rayonunun Zəhmət kəndində doğulmuş, həmin kənddə qeydiyyatda olan borclu Cavabdeh1 və xx.xx.1989-cu ildə ünvan 1 ünvanında qeydiyyatda olan borclu Cavabdeh2 müştərək qaydada kreditor İddiaçı ASCnin xeyrinə 7000 manat əsas, 1404.06 manat faiz, cəmi borcu 8404 (səkkiz min dörd yüz dörd) manat 06 (altı) qəpik məbləğində borc və 20 (iyirmi) manat ödənilmiş dövlət rüsumunun tutulması əmr edilmişdir. Məhkəmə əmri çıxdıqdan sonra borclu Cavabdeh1 məhkəmə əmrindən etiraz vermiş, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(042)-1480/2016 saylı məhkəmə əmri ləğv edilmiş və işə iddia icraatı qaydasında baxılmışdır. İddiaçı ASC-nin iddia tələbini onunla əsaslandırmışdır ki, kreditor İddiaçı ASC ilə borclu Cavabdeh1 arasında bağlanmış xx.xx.2016-cı il tarixli 140GTUM16500008 saylı kredit müqaviləsinə əsasən ona 24 ay müddətinə illik 27.92 faiz dərəcəsi ilə 7000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 1.2-ci bəndinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Cavabdeh1 kredit verilərkən Cavabdeh2 ilə Bank arasında xx.xx.2016-cı tarixli Z-140GTUM160500008 saylı zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 1.3cü bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Nəticədə borclunun xx.xx.2016-cı il tarixə İddiaçı ASC-nə 7000 manat əsas, 1404.06 manat faiz, cəmi 8404.06 manat borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) borcun qaytarılması təmin edilməmişdir. İddiaçı ASC-nin Məhkəmələrlə iş şöbəsinin rəisi Elsever Əkbərov məhkəməyə ərizə verərək məhkəmə iclaslarına iştirakları olmadan baxılmasını və iddia tələblərinin tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onlar, məhkəmə iclasına gəlməmiş, nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işin faktiki hallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2016-cı il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh1 illik 27.92 % olmaqla 24 ay müddətinə 7000 manat məbləğində kredit verilmişdir. İşdə olan xx.xx.2016-cı il tarixli zaminlik müqavilələrindən görünür ki, Cavabdeh2 xx.xx.2016-cı il tarixli, 140GTUM160500008 saylı kredit müqaviləsi üzrə borcalanın kreditor qarşısında öz öhdəliklərini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşlər. İşdə olan xx.xx.2016-cı il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 həmin tarixə olan borcu 7000 manat əsas borc, 1404.06 manat faiz borcu olmaqla, cəmi 8404.06 manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinin tələblərinə görə borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsi maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və MM-in tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin məcəllənin 16.1-ci maddəsində isə müəyyən olunmuşdur ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin faktiki hallarından məlum olur ki, cavabdeh İddiaçı ASC ilə borclu Cavabdeh1 arasında xx.xx.2016-cı il tarixli kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinin şərtlərinə əsasən kreditor İddiaçı ASC tərəfindən borcluya 27.92 % olmaqla 24 ay müddətinə 7000 manat məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit müqaviləsində göstərilən öhdəliklərini lazımınca icra etməmişdir. Nəticədə iş materiallarında olan maliyyə arayışına əsasən Cavabdeh1 xx.xx.2016-cı il tarixinə İddiaçı ASC-yə əsas borcu 7000 manat, faiz borcu 1404.06 manat, cəmi 8404.06 manat təşkil etmişdir. Odur ki, iddiaçı kredit borcunun və faizin qaytarılmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Cavabdeh2 xx.xx.2016-cı il tarixli zaminlik müqaviləsinə əsasən Cavabdeh2 zamin olduqlarından və sonuncu kredit müqaviləsi üzrə öhdəliyi icra etmədiyindən onlar, iddiaçı qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyırlar. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırmaları zamanı iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə sübuta yetirmişdir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara tətbiq edilməli hüquq normalarına uyğun hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 7000 manat əsas borc, 1404.06 manat faiz borcu olmaqla, cəmi 8404.06 manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 manat, ümumilikdə 8424.06 manat məbləğində pul tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220, 227 və 233-cü maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 7000 manat əsas borc, 1404.06 manat faiz borcu olmaqla, cəmi 8404.06 manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 manat, ümumilikdə 8424 (səkkiz min dörd yüz iyirmi dörd) manat 06 (altı) qəpik məbləğində pul tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnaməni aldıqdan sonra 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №2(042)-687/2023
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-687/2023
05.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver