Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-69/2022 16.08.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X4 oğlunun katibliyi ilə, İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi X3 iştirakları ilə, İddiaçı Cavabdeh “əsassız varlanmaya və maddi ziyana görə pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Kamandar oğlu məhkəmədə iddia qaldıraraq, Cavabdeh 4000 manat məbləğində əsassız varlandığı pulun, 2000 manat məbləğində ona vurulmuş maddi ziyanın və 30 manat ödənilmiş dövlət rüsumunun, cəmi 6030 manat məbləğində pulun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Kamandar oğlu məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahat verərək bildirdi ki, o, 17 may 2013-cü ildə Cavabdeh Gədəbəy rayonu, Arıqıran kəndində 0.25 ha həyətyanı torpaq sahəsi, 1.14 ha zəbt torpaq sahəsi, AN-105221 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi əsasında həyətyanı torpaq sahəsini və kiçik bir daxmadan ibarət yaşayış sahəsini 4000 manata satın almışdır. Cavabdeh satdığı əmlakın ona məxsus olmasını bildirmişdir. Bu barədə akt tərtib edilmişdir. Həmin akta əsasən, o, 4000 manatı iki dəfəyə olmaqla cavabdehə vermişdir. Pulun verilməsini təsdiq edən ödəniş qəbzlərini ərizəsinə əlavə etmişdir. Lakin indi ona məlum olmuşdur ki, cavabdehin ona satdığı əmlak cavabdehə məxsus deyildir. Hal-hazırda Arıqıran kənd sakini X9 yaşayış sahəsinin qapısını sındıraraq qanunsuz olaraq evə daxil olmuş, onun evdəki əşyalarını çölə atmış, özünü isə təhqir edərək həmin torpaq sahəsindən və evdən çıxartmışdır. İctimaiyyət arasında onu tamamilə nüfuzdan salmışdır. Cavabdeh həmin daşınmaz əmlakı ona satmaq səlahiyyəti olmadığı halda ona sataraq ondan 4000 manat məbləğində pul vəsaitini alıb əsassız olaraq varlanmışdır. Həmçinin, o, həmin yaşayış sahəsini aldığı vaxt uçuq bir daxmadan ibarət olmuşdur. O, həmin əmlakı aldığı vaxtdan bu günədək ona öz mülkiyyəti kimi davranmış, orada yaxşılaşdırma işləri aparmışdır. Belə ki, yaşayış sahəsinin döşəməsini (polunu) vurdurmuş, evin içinin rənglənməsi, oraya su çəkdirmiş və digər təmir işləri aparmışdır. Eləcə də torpaq sahəsinin ətrafına tikanlı məftil və armatur çəkmişdir. Eyni zamanda, o, 8 il ərzində evin kommunal xərlərini ödəmişdir. Ödəniş qəbzlərini ərizəsinə əlavə etmişdir. Buna baxmayaraq hazırda onun həmin evdən çıxarılması nəticəsində ona 2000 manat maddi ziyan vurmuşdur. Həmin ziyanı da o cavabdehdən tələb edir. Belə ki, cavabdeh ona həmin mülkü satmalı olmadığı halda bilərəkdən ona satmış və onu maddi ziyana salmışdır. Ona görə də, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçı etibarnamə üzrə nümayəndəsi X8 məhkəmə iclasında İddiaçı ilə eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə hazırlıq iclasında izahat verərək, eləcə də, məhkəməyə ərizə verərək bildirdmişdir ki, o, mübahisəli fərdi yaşayış evini 2010-cu ilin noyabr ayının 3-də Gədəbəy rayonu, Arıqıran kənd sakini X1 4200 manata almışdır. Həmin evi aldıqdan sonra 1700 manat təmir üçün pul xərcləmişdir. 2011-ci il tarixdə isə həmin evi İddiaçı 4000 manat satmışdır. Bundan sonra İsgəndərov İlham və oğlu X5 əlbir olaraq 2021-ci il tarixdə fərdi yaşayış evinə dair X2 adına çıxarış almışdır. Bundan sonra isə X5 və atası İddiaçı əşyaları ilə birlikdə çölə çıxarmışdır. Ona görə də, 4200 manat məbləğində pulun X1 alınaraq ona verilməsinə köməklik edilməsini istəyir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, işin faktiki hallarını araşdırıb hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işdə olan 17 may 2013-cü il tarixli Gədəbəy rayonu, Arıqıran kənd Bələdiyyəsinin sədrinin və Gədəbəy RİH başçısının Arıqıran kənd İƏD üzrə nümayəndəsinin imzası və möhürü ilə təsdiqlənmiş, eləcə də, İddiaçı və Cavabdeh və digər şəxslərin iştirakı və imzası ilə tərtib edilmiş aktdan görünür ki, Cavabdeh məxsus olan 0.25 ha qərarlı torpaq sahəsini, 1.14 ha zəbt torpaq sahəsini və AN 105221 nömrəli şəhadətnaməyə əsasən, həyətyanı torpaq sahəsini və 4X4 kv.m yaşayış evini Arıqıran kənd sakini İddiaçı 4000 manata satmışdır. İşdə olan Cavabdeh tərəfindən verilmiş sadə əl yazılı qəbzin surətindən görünür ki, İddiaçı alası olduğu 4000 manatın 2000 manatını almışdır. İşdə olan Cavabdeh tərəfindən verilmiş 19 may 2013-cü il tarixli sadə əl yazılı qəbzin surətindən görünür ki, İddiaçı alası olduğu 2000 manatı almışdır. İddiaçı ona veriləsi pulu qalmamışdır. İşdə olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 04 iyul 2022-ci il tarixli, 10/3521 nömrəli ekspert rəyindən görünür ki, Gədəbəy rayonu, Arıqıran kəndində yerləşən hazırki iş üzrə mübahisəli fərdi yaşayış evinə taxta döşəmənin vurulması, evin içinin rənglənməsi, məftilin çəkilməsi, dəmir torun (setkanın) vurulması xərcləri təqribən bazar qiymətlərinə uyğun olaraq 873 manat məbləğində vəsaitin sərf olunduğu müəyyən olunur. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı Alıyev X6 rayonu, Arıqıran kəndində yerləşən mübahisəli fərdi yaşayış evini və torpaq sahələrini Cavabdeh 4000 manata almışdır. İddiaçı mübahisəli fərdi yaşayış evində 2013-2021-ci illər aralığında təxminən 8 il müddətində yaşamışdır. Daha sonra iddiaçı həmin evdən evin onlara məxsus olduğunu bildirən digər şəxslər tərəfindən çıxarılmışdır. Həmin mübahisəli evə dair həmin şəxslər tərəfindən çıxarış alınmışdır. İddiaçı isə məhkəmə iddia qaldıraraq, mübahisəli fərdi yaşayış evinin alqı-satqısına dair cavabdehə verdiyi 4000 manat məbləğində pulun və 8 il müddətində həmin evə çəkdiyi xərc olaraq 2000 manat məbləğində pulun cavabdehdən alınaraq ona verilməsini tələb etmişdir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. 14.2.2. Dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları. 14.2.3. Mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları. 14.2.4. Qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi. 14.2.5. Elm, ədəbiyyat, incəsənət əsərlərinin, ixtiraların və əqli fəaliyyətin digər nəticələrinin yaradılması. 14.2.6. Başqa şəxsə zərər vurulması. 14.2.7. Əsassız varlanma. 14.2.8. Fiziki və hüquqi şəxslərin digər hərəkətləri. 14.2.9. Qanunvericiliyin mülki hüquq nəticələrinin baş verməsi ilə bağladığı hadisə. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Qeyd olunan hüquq normalarının dispozitiv şərtlərinə görə, iddiaçının cavabdehdən pul tələb etməsinin qanuni əsaslarının mövcudluğu üçün onlar arasında mülki hüquq və vəzifələrin yaranmasına səbəb olan hüquqi faktlardan hər hansı biri olmalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb ivə etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspert rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyən edilir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir . “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Konstitusiya Məhkəməsi Plenumunun 23 fevral 2016-cıə il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 80, 81 və 88-ci maddələri). Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli Qərarı). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216.1-ci maddəsinə əsasən, işi mahiyyəti üzrə həll edən birinci instansiya məhkəməsinin aktı qətnamə formasında çıxarılır. Həmin Məcəllənin 217-ci maddəsinə müvafiq olaraq, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qətnamənin əsaslılığı ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu 11 iyul 1997-ci il tarixli 2 saylı Qərarında qeyd etmişdir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Konstitusiya Məhkəməsinin Plenumu göstərilənləri nəzərə alaraq qeyd edir ki, məhkəmə qətnaməsinin əsaslılığı ondan asılıdır ki, məhkəmənin iş üzrə gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar aydınlaşdırılsın, bu hallar sübut olunsun və qətnamədə göstərilən nəticələr işin faktiki hallarına uyğun gəlsin. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə görə, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Qeyd olunan maddənin tələblərinə görə, qətnamə çıxarıldıqda hakim mülki iş üzrə toplanmış, həmin iş üzrə əhəmiyyət kəsb edən, məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq və ya inkar edən, işin düzgün həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. İş üçün əhəmiyyəti olan hallar dedikdə isə hər bir tərəfin öz tələblərinin və ya etirazlarının əsası kimi istinad etdiyi və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq və ya rədd olunan hallar başa düşülür. Qeyd olunan hüquq normaları baxımından qeyd olunmalıdır ki, İddiaçı cavabdehə torpaq sahələrinin və fərdi yaşayış evinin alqı-satqısı məqsədilə 4000 manat verdiyini sübuta yetirməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı ilə cavabdeh arasında Gədəbəy rayonu, Arıqıran kəndi ərazisində yerləşən torpaq sahəsinə və fərdi yaşayış evinə dair alqı-satqı müqaviləsi olmamış və belə bir müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 646.1-ci maddəsinə əsasən, daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 646.2-ci maddəsinə əsasən, əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 647-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinin notariat qaydasında təsdiqlənməsi və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması xərclərini alıcı çəkir. Həmin Məcəllənin 178-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Lakin işin mübahisələndirilməyən halları ilə müəyyən edilir ki, iddiaçı sözügedən torpaq sahələrinin və fərdi yaşayış evinin satın alınması məqsədi ilə cavabdehə pul vermişdir. Cavabdeh özü məhkəmə hazırlıq iclasında verdiyi izahatında və məhkəməyə təqdim etdiyi ərizəsində iddiaçıdan bu məqsədlə 4000 manat məbləğində pul aldığını etiraf etmişdir. Lakin tərəflər arasında daşınmaz əmlaka dair alqı-satqı müqaviləsi bağlanmamışdır. İddiaçının cavabdehə 4000 manat pul verməsi və hazırda iddiaçının mübahisəli fərdi yaşayış evindən digər şəxslər tərəfindən çıxarılması cavabdeh tərəfindən təkzib edilmir. Eləcə də, cavabdeh daşınmaz əmlak üzərində sərəncam vermək hüququnun olmasını təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edə bilmədi. Mübahisəli fərdi yaşayış evinə dair isə başqa şəxsin adına çıxarış alınmışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh fərdi yaşayış evi üzərində sərəncam vermək hüququ olmadan həmin evi iddiaçıya sataraq, cavabdehdən aldığı pul məbləği həddində əsassız olaraq varlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və MM-in tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Məhkəmə maddi ziyan tələbinə münasibət bildirərək qeyd edir ki, iddiaçı mübahisəli fərdi yaşayış evində təxminən 8 il müddətində yaşamışdır. Bu müddət ərzində iddiaçının həmin evə müəyyən xərclər çəkməsi mübahisələndirilmir. İddiaçı fərdi yaşayış evinin aldıqdan sonra təmir və digər işlərə 2000 manat məbləğində xərc çəkdiyini bildirmişdir. Məhkəmə tərəfindən çəkilmiş xərclərin müəyyən edilməsinə görə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspert tərəfindən verilmiş rəyə əsasən, Gədəbəy rayonu, Arıqıran kəndində yerləşən hazırki iş üzrə mübahisəli fərdi yaşayış evinə taxta döşəmənin vurulması, evin içinin rənglənməsi, məftilin çəkilməsi, dəmir torun (setkanın) vurulması xərcləri təqribən bazar qiymətlərinə uyğun olaraq 873 manat məbləğində vəsaitin sərf olunduğu müəyyən olunmuşdur. Belə olan halda, iddiaçıya cavabdehin əsassız varlanması nəticəsində 873 manat məbləğində ziyan dəymişdir. İddiaçıya ziyan dəyməsinə cavabdehin təqsirli hərəkətləri gətirib çıxarmışdır. Belə ki, cavabdeh mübahisəli evin ona məxsus olduğunu və iddiaçıya satdığını bildirmiş, iddiaçı isə evi aldığına görə ona sahib olaraq, həmin evdə təmir-bərpa işləri aparmış və nəticə də iddiaçıya maddi ziyan dəymişdir. Odur ki, iddiaçıya dəymiş 873 manat məbləğində ziyan cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası MM-in 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsində isə müəyyən olunmuşdur ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara tətbiq edilməli hüquq normalarına uyğun hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh əsassız varlanmaya görə 4000 manat məbləğində pul və vurulmuş maddi ziyana görə 873 manat məbləğində pul alınıb İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. İş materiallarından görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 30 manat dövlət rüsumu ödəmişdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh əsassız varlanmaya görə 4000 manat və vurulmuş maddi ziyana görə 873 manat, ümumilikdə 4873 (dörd min səkkiz yüz yetmiş üç) manat məbləğində pul alınıb İddiaçı verilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul Cavabdeh alınıb İddiaçı verilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №2(042)-69/2022
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-69/2022
16.08.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver