Məhkəmə qərarları › İş №2(042)-691/2022

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-691/2022

19.09.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-691/2022 19.09.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh və üçüncü şəxs Dövlət Vergi Xidmətinin 14 Saylı Ərazi Vergilər İdarəsinə qarşı öhdəliyin icrası və ziyan tələblərinə dair mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh və üçüncü şəxs Dövlət Vergi Xidmətinin 14 Saylı Ərazi Vergilər İdarəsinə qarşı Cavabdeh 37500 manat (o cümlədən 19000 manat məbləğində real zərər, 15000 manat məbləğində mənəvi zərər və 3500 manat məbləğində icra edilməmiş öhdəlik üzrə borc) 203 manat ödənilmiş dövlət rüsumunun əvəzi, həmçinin onun adına qanunsuz əməliyyatlar nəticəsində əldə edilmiş 189734.4 manat gəlirlə əlaqədar yaranmış vergi borcunun cavabdehin üzərinə qoyulması tələbləri haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etmiş, izahat verərək, bildirmişdir ki, cavabdeh etibarından sui-istifadə edərək, şəxsiyyətini təsdiq edən sənədi ondan almış, sənədlə qanunsuz və çirkin əməllər törətmişdir. Cavabdeh mobil telefon dükanından telefon alaraq, onun adına qeydiyyat aparılması bəhanəsi ilə vəsiqəsini ondan istəmişdir. X8 Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsindən ünvanına daxil olmuş xx.xx.2022-ci il tarixli bildirişlə məlum olmuşdur ki, cavabdeh xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr üzrə onun adından elektron alış aktları əsasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 33,5 ton miqdarında, 58035,1 manat dəyərində köhnə akkumulyator, “STP-AH" Məhdud Məsuliyyətli Cəmiyyətinə 228,7 ton miqdarında, 89944,6 manat dəyərində metal qırıntılar, X1 16,2 ton miqdarında, 28018,7 manat dəyərində köhnə akkumulyator, X3 8,4 ton miqdarında, 13736 manat dəyərində köhnə akkumulyator satmışdır. Beləliklə, onun aldatmaq yolu ilə adından həyata keçirmiş olduğu qanunsuz sahibkarlıq fəaliyyəti nəticəsində, cəmi 189734,4 manat məbləğində gəlir əldə etmişdir. Bildirişi aldıqdan sonra Gədəbəy rayon prokuroru cənab Əli Babayevə müraciət etmiş, prokurorluq müraciətini Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinə yönəltmişdir. O, vergi xidmətinə adları çəkilən malları təqdim etmədiyi, alış aktlarını cavabdehin tərtib etdiyini bildirmişdir. Xidmətdən daxil olmuş “21” aprel 2022-ci il tarixli məktubla alış aktlarında şəxsiyyət vəsiqəsinin rekvizitlərinin qeyd olunduğu müəyyən edilmişdir. Əlavə olaraq, cavabdehin ona 3500 manat məbləğinə borcu olmuşdur. Cavabdeh həmin vəsaiti ondan öz şəxsi məqsədləri üçün almış, hazırki tarixədək qaytarmamışdır. Həmçinin, cavabdeh onu təhqir edərək şərəf və ləyaqətinə kobud surətdə xələl gətirmişdir. O, müvafiq qurumlara, o cümlədən vergi xidmətinə göstərilən əməliyyatların onun tərəfindən həyata keçirilməməsini bildirmişdir. Lakin qanunsuz əməllər nəticəsində adından təqdim olunan mallara görə əldə edilmiş vəsaitin 10 faizi miqdarında xeyrimə vəsait tutulmalı, eləcə də 15000 manat məbləğində ifadə olunan mənəvi ziyan, habelə borclu olduğu 3500 manat miqdarında öhdəlik icra edilməlidir. Həmçinin cavabdehin Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin rəisi Elxan Abbasova borclu olduğu 2000 manat pulu müxtəlif vaxtlarda öz qazancından Elxan Abbasova vermiş, lakin cavabdeh həmin pulu qaytarmamışdır. Ona görə də məhkəməyə müraciət etmiş və iddia ərizəsinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələblərinə etiraz etmiş, izahat verərək bildirmişdir ki, iddiaçı vergi ödəyicisi olmadığı üçün alğı-satqı əməliyyatlarınıvergi ödənişinin az olması üçün həqiqətən onun adından aparmışdır. Bunu etməsini iddiaçı özü ona təklif etmişdir. Amma edilmiş elektron alğı satqı aktlarına əsasən yaranmış vergi borcları İddiaçı tərəfindən deyil, müəssisələr tərəfindən ödəniləcəkdir. Yəni, iddiaçıya heç bir ziyan dəyməmiş və bundan sonra da ziyan dəyməyəcəkdir. Həmçinin iddiaçı ondan əsassız olaraq, 3500 manat borcunun olduğunu tələb edir. İddiaçı aparılan bu əməliyyatlara görə ondan 4000 manat pul tələb etmiş, lakin o, tələb edilmiş pulu vermədikdə ondan şikayətlər etməyə başlamışdır. Onun iddiaçıya borcu yoxdur. O, iddiaçıya 600 manat borc pul vermiş, həmin pulu Orxan və Əfqan vasitəsilə iddiaçıya vermişdir. Həmçinin iddiaçını nalayiq söyüşlərlə söyməmiş, ona mənəvi zərər vurmamışdır. Ona görə də iddia tələblərinin təmin edilməməsini xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə üçüncü şəxs Dövlət Vergi Xidmətinin 14 Saylı Ərazi Vergilər İdarəsinə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadə verərək, bildirmişdir ki, cavabdehlə Şəmkir şəhərinə getmiş, İddiaçı Cavabdeh borc pul istəmiş, Ceyhun isə Əfqan vasitəsilə İddiaçı 600 manat pul vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 eyniməzmunlu ifadə vermişdir. İşdə olan X6 görünür ki, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr üzrə İddiaçı elektron alış aktları əsasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 33,5 ton miqdarında, 58035,1 manat dəyərində köhnə akkumulyator, “STP-AH" Məhdud Məsuliyyətli Cəmiyyətinə 228,7 ton miqdarında, 89944,6 manat dəyərində metal qırıntılar, X1 16,2 ton miqdarında, 28018,7 manat dəyərində köhnə akkumulyator, X3 8,4 ton miqdarında, 13736 manat dəyərində köhnə akkumulyator satmışdır. İşdə olan xx.xx.2022 Məktubdan görünür ki, aparılmış araşdırmalar zamanı xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr ərzində tərəfinizdən elektron alış aktları əsasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN: **********) 33.5 ton miqdarında, 58035.1 manat dəyərində köhnə akumlyator, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN: **********) 228.7 ton miqdarında, 89944.6 manat dəyərində metal qırıntıları, X1 (VÖEN: **********) 16.2 ton miqdarında, 28018.7 manat dəyərində köhnə akumlyator, X3 (VÖEN: 6********) 8.4 ton miqdarında, 13736 manat dəyərində köhnə akumlyator, satıldığı aşkar edilmişdir. Bununla əlaqədar olaraq xx.xx.2022-ci il tarixli **********981900 nömrəli bildiriş göndərilmiş və həmin malların mənbəyinin göstərilməsi və ya əldə edilməsi ilə bağlı 10 gün müddətində əsaslandırılmış izahatın vergi orqanına təqdim edilməsi tələb edilmişdir. İşdə olan Bildirişdən görünür ki, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr ərzində tərəfinizdən elektron alış aktları əsasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN: **********) 33.5 ton miqdarında, 58035.1 manat dəyərində köhnə akumlyator, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN: **********) 228.7 ton miqdarında, 89944.6 manat dəyərində metal qırıntıları, X1 (VÖEN: **********) 16.2 ton miqdarında, 28018.7 manat dəyərində köhnə akumlyator, X3 (VÖEN: 6********) 8.4 ton miqdarında, 13736 manat dəyərində köhnə akumlyator, satıldığı aşkar edilmişdir. Bununla əlaqədar olaraq xx.xx.2022-ci il tarixli **********981900 nömrəli bildiriş göndərilmiş və həmin malların mənbəyinin göstərilməsi və ya əldə edilməsi ilə bağlı 10 gün müddətində əsaslandırılmış izahatın vergi orqanına təqdim edilməsi tələb edilmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəflərin izahatlarını, şahid ifadələrini, habelə, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbləri təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1;14.2. və 14.2.6-cı maddələrinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən, o cümlədən başqa şəxsə zərər vurulması ilə əmələ gəlir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məcəllənin 1113.1-ci maddəsinə əsasən birlikdə mülki hüquq pozuntusu törətmiş şəxslər vurulmuş zərər üçün zərərçəkən qarşısında birgə məsuliyyət daşıyırlar. Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Məcəllənin 739.1. və 739.2-ci maddələrinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bü cür dövr ərzində istənilən an icra eilməlidir. Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarının 4-cü bəndində təsbit edilmişdir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər və zərər vuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosessual qanunvericilik sübutеtmə vəzifələrinin bölgüsünün ümumi qаyqаsını müəyyən еqir. Bu qаydаyа görə iş iştirаkçılаrı tələb və еtirаzlаrını əsаslаndırdıqlаrı fаktlаrı isbаt еtməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirаkçısı оlаn bu və yа bаşqа şəхsi оnun öz iddiа və еtirаzlаrını əsаslаndırmаq üçün söykəndiyi hаllаrın və qаnunlа sübut еtməli оlquğu bаşqа hаllаrın sübut оlunmаsı yükündən аzаd еdə, yахud sübutеtmə yükünü bölüşdürə bilməz. Mülki prosessual qanunvericilik məhkəməyə öz təşəbbüsü ilə sübutlаr tоplаmаq hüququ vеrmir və sübutlаrın tоplаnmаsı və vеrilməsi yükünü bütünlüklə sübutеtmə yükünü dаşıyаn iş iştirаkçılаrının üzərinə qоyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə hеsаb еdir ki, işin оbyеktiv həlli üçün yаlnız mötəbər sübutlаrdаn istifаdə оlunа bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı оlmаlı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməliqir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. İnsan Hüquqları üzrə Аvrоpа Məhkəməsinin "Mahmudovun Rusiyaya qarşı iş üzrə" 26 iyul 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti, incumbit probalion”, yəni, sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həmmövculuğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda, "Qavazov Bolqarıstana qarşı iş üzrə" 06 mart 2008-ci il larixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutları qiymətləndirərkən bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununun 100-cü maddəsinə əsasən məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, cavabdeh xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr üzrə iddiaçının adından elektron alış aktları əsasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 33,5 ton miqdarında, 58035,1 manat dəyərində köhnə akkumulyator, “STP-AH" Məhdud Məsuliyyətli Cəmiyyətinə 228,7 ton miqdarında, 89944,6 manat dəyərində metal qırıntılar, X1 16,2 ton miqdarında, 28018,7 manat dəyərində köhnə akkumulyator, X3 8,4 ton miqdarında, 13736 manat dəyərində köhnə akkumulyator satmışdır. Bundan sonra Dövlət Vergi Xidmətinin 14 Saylı Ərazi Vergilər İdarəsi tərəfindən iddiaçıya bu barədə bildiriş göndərilmiş və həmin malların mənbəyinin göstərilməsi və ya əldə edilməsi ilə bağlı 10 gün müddətində əsaslandırılmış izahatın vergi orqanına təqdim edilməsi tələb edilmişdir. Lakin iddiaçıdan hər hansı vergi borcunun olması barədə borc tələb edilməmiş, yəni, iddiaçıya bununla əlaqədar maddi ziyan dəyməmiş, və onun tərəfindən heç bir ödəniş edilməmişdir. Həmçinin sübutetmə yükü üzərinə düşməsinə baxmayaraq, iddiaçı cavabdehin ona borclu olması və mənəvi ziyan vurması hallarını sübut edə bilməmişdir. Ona görə də iddia tələbləri təmin edilməməlidir. İddia tələbləri təmin edilmədiyi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Аzərbаycаn Rеspublikаsı MPM-nin 216-227, 358-360 və 362-cı mаddələrini rəhbər tutаrаq, QƏTETDİ: İddia tələbləri təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar