Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-70/2022 14.03.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X1 oğlunun katibliyi, İddiaçı, onun vəkili və etibarnamə üzrə nümayəndəsi Vəkil və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “gediş-gəliş yoluna yaradılan maneələrin aradan qaldırılması və maddi ziyan” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq Cavabdeh ona istifadə hüququ ilə məxsus olan, Gədəbəy rayonunun İnzibati ərazisində Gölməc yaylağı adlanan ərazisində yerləşən 122 ha örüş sahəsinə gedən giriş-çıxış yolundan istifadəsinə yaratdığı maneənin aradan qaldırılmasına, cavabdeh tərəfindən mənə vurulmuş maddi ziyanın-1110 manat vəkil xidmət haqqının, 11 manat dövlət rüsumunun, 12 manat etibarnaməyə görə ödəmiş olduğum rüsumun cavabdehdən alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahat verərək bildirdi ki, Cavabdeh onun həmkəndlisidir. Cavabdeh ona istifadə hüququ ilə məxsus olan və Gədəbəy rayonunun inzibati ərazisində Gölməc yaylağı adlanan ərazidə yerləşən 122 ha örüş sahəsinə gedən, gediş-gəliş yolundan onun istifadəsinə maneə yaradır. Həmin torpaq sahəsindən, sahəyə gedən gediş-gəliş yolundan 2005-ci ildən istifadə edir və həmin otlaq sahəsinə görə onun istifadə hüquqları dövlət qeydiyyatına alınmışdır. O, dəfələrlə cavabdehdən ona yaratmış olduğu maneəni aradan qaldırmasını xahiş etsə də, cavabdeh onun xahişinə məhəl qoymur. Bu isə ona arzu olunmayan çətinliklər yaradır. Buna görə də hazırkı iddia ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmədən ona istifadə hüququ ilə məxsus olan, Gədəbəy rayonunun inzibati ərazisində Gölməc yaylağı adlanan ərazidə yerləşən 122 ha örüş torpaq sahəsinə gediş-gəliş yoluna cavabdeh tərəfindən yaradılan maneənin aradan qaldırılmasına, eyni zamanda cavabdeh tərəfindən ona vurulan maddi ziyanın ödənilməsinə dair qərar qəbul edilməsini istəyir. Belə ki, cavabdeh onun 2005-ci ildən istifadə etdiyi gediş-gəliş yolundan istifadəsinə maneə yaratmasaydı, o məhkəməyə müraciət etməzdi. Bu müraciət ilə bağlı rüsumlar ödəməzdi. Cavabdeh tərəfindən ona vurulmuş maddi ziyan 1134 manat təşkil edir. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. İddiaçı vəkili və etibarnamə üzrə nümayəndəsi Vəkil məhkəmə iclasında iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında ona qarşı olan iddia tələbini etiraf etmədi və bildirdi ki, iddiaçı onun həmkəndlisidir. 2007-ci il tarixdə ona 72 ha örüş sahəsi icarəyə verilmişdir. İddiaçının iddia etdiyi yol onun arxacından keçir. İddiaçının örüş sahəsinə qeyd edilən yerdən yol nəzərdə tutulmamışdır. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan Gədəbəy rayonu İHB-nin Düzyurd kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 27.08.2021-ci il tarixli, 147 saylı arayışdan görünür ki, İddiaçı halhazırda Gədəbəy rayonu, Düzyurd kəndində qeydiyyatdadır və yaşayır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi tərəfindən verilmiş torpaq sahəsinin yerquruluşu planının lazımi təsdiq edilmiş surətindən görünür ki, Gədəbəy rayonu İnzibati Ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı 23 nömrəli yay otlaq sahəsindən heyvandarlığın inkişaf etdirilməsi məqsədilə İddiaçı 122 ha örüş sahəsi icarəyə verilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi tərəfindən verilmiş torpaq sahəsinin yerquruluşu planının lazımi təsdiq edilmiş surətindən görünür ki, Gədəbəy rayonu İnzibati Ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı 23 nömrəli yay otlaq sahəsindən heyvandarlığın inkişaf etdirilməsi məqsədilə Cavabdeh 72 ha örüş sahəsi icarəyə verilmişdir. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazırliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tərəfindən verilmiş 09 fevral 2022-ci il tarixli, 11/M-019 nömrəli mütəxəssis rəyindən görünür ki, mövcud uçot xəritələrinə əsasən Gədəbəy Rayonu İnzibatı Ərazisində yerləşən Kənd təsərrüfatı təyinatlı 23 № li otlaq sahəsindən İddiaçı icarəyə verilmiş 122 ha örüş sahəsinə gediş-gəliş yolu nəzərdə tutulmamışdır və eyni zamanda Kənd təsərrüfatı təyinatlı 23 №-li otlaq sahəsindən Cavabdeh icarəyə verilmiş 72 ha örüş sahəsindən hər hansı sahəyə yol keçmir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. “Broniovski Polşaya qarşı” işində Avropa İnsan hüquqları Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin 1-ci hissəsindəki “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir, həmin anlayış daxili qanunvericilikdə verilən formal tövsifdən asılı deyildir. Maddi əşyalar kimi əmlak təşkil edən müəyyən hüquq və maraqlar da “mülkiyyət” hesab edilə bilər. Qeyd olunan maddi hüquq normalarının hüquqi şərtlərinin mövcudluğu üçün, iddiaçı mübahisələndirilən torpaq sahəsinin mülkiyyətçisi olmalı, həmin torpaq sahəsindən iddiaçıya avtomaşın yolu nəzərdə tutulmalı və avtomaşın yolundan iddiaçının istifadəsinə cavabdeh tərəfindən maneələr yaradılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Beləliklə, məhkəmədə işdə iştirak edən şəxslərin izahatı, mütəxəssis rəyi və tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Gədəbəy rayonu İnzibati Ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı 23 nömrəli yay otlaq sahəsindən heyvandarlığın inkişaf etdirilməsi məqsədilə iddiaçıya 122 ha, cavabdehə isə 72 ha örüş sahəsi icarəyə verilmişdir. İddiaçı məhkəmədə iddia qaldıraraq ona icarəyə verilmiş torpaq sahəsinə giriş-çıxış yolundan istifadəsinə cavabdeh tərəfindən maneələr yaradıldığını iddia edir. İş materiallarına əlavə edilmiş mütəxəssis rəyi ilə müəyyən edilir ki, mövcud uçot xəritələrinə əsasən Gədəbəy Rayonu İnzibatı Ərazisində yerləşən Kənd təsərrüfatı təyinatlı 23 № li otlaq sahəsindən İddiaçı icarəyə verilmiş 122 ha örüş sahəsinə gediş-gəliş yolu nəzərdə tutulmamışdır və eyni zamanda Kənd təsərrüfatı təyinatlı 23 №-li otlaq sahəsindən Cavabdeh icarəyə verilmiş 72 ha örüş sahəsindən hər hansı sahəyə yol keçmir. Məhkəmə təqdim edilmiş sübutlara tətbiq edilməli hüquq normalarına uyğun qiymət verərək belə nəticəyə gəlir ki, iddiaçıya icarəyə verilmiş örüş sahəsinə gediş-gəliş yolu nəzərdə tutulmadığından, cavabdeh tərəfindən iddiaçıya icarəyə verilmiş örüş sahəsinə gedən gediş-gəliş yoluna maneələrin yaradılması təsdiqini tapmadığından, iddiaçının cavabdehdən ona icarəyə verilmiş örüş sahəsinə gediş-gəliş yoluna edilən maneələrin aradan qaldırılması tələbi əsassızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ay çəkməli olduğu xərclər , əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər),habelə hüququ pozulmasaydı , həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 157.5-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Qeyd olunan hüquq normalarının dispozitiv şərtlərinə əsasən, məhkəmə qeyd edir ki, iddiaçı cavabdehin təqsiri ucbatından ona 1110 manat zərər vurulduğunu bildirsə də, bu barədə məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilmədi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara tətbiq edilməli hüquq normalarına uyğun qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən ödənilmiş dövlət rüsumu və digər xərclər iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 233.1, 360 və 362-ci maddələrini rəhbər tutub, QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “gediş-gəliş yoluna yaradılan maneələrin aradan qaldırılması və maddi ziyan” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 10 (on) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №2(042)-70/2022
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-70/2022
14.03.2022 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver