Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-702/2020 29.10.2020 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirаkları ilə, İddiaçı cаvаbdеh Cavabdeh qаrşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, МÜƏYYƏN ЕТDİ: İddiаçı İddiaçı cаvаbdеh Cavabdeh qarşı Cavabdeh maşına dəymiş 1925 manat maddi ziyanın və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq, ona verilməsi tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə etmiş, izahat verərək bildirmişdir ki, özünə məxsus “VAZ-2106” markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə xx xxxx 2019-cu il tarixdə saat 19 radələrində Gədəbəy şəhər sakini X8 və onun azyaşlı oğlu X1 kimi avtomobilinə mindirib Gədəbəy şəhərindən Gədəbəy rayonunun Miskinli kəndi ərazisində keçirilən "Yaylaq festivalına” baxmaq üçün aparmışdır. Avtomobilini təxminən 40-50 km/saat sürətlə idarə edərək Gədəbəy rayonun Düzyurd kəndinin giriş hissəsinə çatanda əks tərəfdən hərəkətdə olan sürücüsünü sonradan tanıdığı X4 idarə etdiyi “VAZ-2107” markalı **-VP-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Həmin yol-nəqliyyat hadisəsi nəticəsində o, avtomobilində olan Nailə və Elgün xəsarət almışlar. X4 özü və onun idarə etdiyi “Vaz-2107” markalı **-VP-*** dövlət qeydiyyat nişanlı avtomobildə olan tanımadığı iki nəfər xəsarət almamışlar. Hadisədən sonra Zakir onlara köməklik edərək yoldan keçən avtomobilə mindirib xəstəxanaya yola salmışdır. Gədəbəy mərkəzi rayon xəstəxanasında ilkin tibbi yardım göstərildikdən sonra rentgen müayinəsindən keçmək üçün Gəncə təcili tibbi yardım xəstəxanasına getmişlər və orada müayinə olunduqdan sonra özü və Nailə evlərinə qayıtmışdır. Quluzadə Elgün isə xəsarət aldığına görə Gəncə beynəlxalq xəstəxanasına yerləşdirilmişdir. Hadisədən bir neçə gün sonra o, X3 maşınına dəyən ziyanın aradan qaldırılmasını tələb etsə də, Zakir Hüseynov Cavabdeh maşın ustası olduğuna görə onun yanına getmiş və Cavabdeh ilə 2000 min manata maşını əvvəlki vəziyyətdə düzəldərək təhvil verəcəyi barədə razılaşmışlar. Lakin bundan sonra cavabdeh avtomobilini düzəltməmişdir. O, bu barədə məhkəməyə müraciət etmiş və Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(042)-54/2020 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, ona məxsus olan “VAZ-2106” markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobildə olan qüsurların aradan qaldırılması öhdəliyi Cavabdeh üzərinə qoyulmuşdur. Lakin cavabdeh avtomobildə olan qüsurları aradan qaldıra bilməmiş və öhdəliyini yerinə yetirə bilməmişdir. Bundan sonra o, pulunu tələb etsə də cavabdeh avtomobilin düzəldilməsi üçün 1925 manat pulu verməmişdir. Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin qərarı ilə icra sənədi geri qaytarılmış və icra sənədi icrasız qalmışdır. Ona görə də iddia tələbinin təmin edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında ona qarşı olan iddia tələbini etiraf etməmiş, izahat verərək bildirmişdir ki, o, maşın ustasıdır. Əvvəllər tanıdığı X2 Fariz Hüseyn oğlu ilə birlikdə onun işlədiyi sexə gəlmişlər və “VAZ-2106” markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobili təmir etmək lazım olduğunu bildirmişlər. O, görəcəyi işin müqabilində 2000 manat alacağını bildirmiş və onlar razılığa gəlmişlər. Avtomobili təmir etdikdən sonra İddiaçı təhvil vermişdir. O, avtomobili düzgün təmir etmiş və üzərinə götürdüyü işi lazımınca yerinə yetirmişdir. Lakin iddiaçı bununla kifayətlənməmiş, məhkəməyə müraciət edərək, avtomobilin yenidən təmir edilməsini xahiş etmişdir. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(042)-54/2020 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, ona məxsus olan “VAZ-2106” markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobildə olan qüsurların aradan qaldırılması öhdəliyi onun üzərinə qoyulmuşdur. O, avtomobili təmir etmişdir. Ona görə də iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və nlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan xx.xx.2019-cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, Zakir Hüseynovun haqqında cinayət işi başlanması rədd edilmişdir. İşdə olan texniki müayinə aktından görünür ki, avtomobilin üzərindən yararsız detallar söküb yenisini yerinə quraşdırmaq, yarasız detalları bərpa etmək, zamazka və boya işlərini görmək üçün çilingərin əmək haqqı razılaşma yolu ilə 1000 manat ola bilər. Avtomobilin tam bərpası üçün 1925 manat tələb oluna bilər. İşdə olan AC № 143407 seriyalı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, “VAZ-2106” markalı **-BF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi İddiaçıdur. İşdə olan Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(042)-54/2020 saylı qətnaməsinin surətindən görünür ki iddia tələbi təmin edilmiş, ona məxsus olan “VAZ-2106” markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobildə olan qüsurların aradan qaldırılması öhdəliyi Cavabdeh üzərinə qoyulmuşdur. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, Məhkəmə Ekspertizası Mərkəzinin 31136 nömrəli ekspert rəyi ilə xx.xx.2019-cu il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 1998-ci il buraxılışlı “VAZ 2106” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 1538 manat müəyyən edilir. Аzərbаycаn Rеspublikаsı MPM-nin 14.2-ci mаddəsinə əsаsən məhkəmə yаlnız tərəflərin təqdim еtdikləri sübutlаrı аrаşdırmаlı və оnlаrdаn istifаdə еtməlidir. Həmin Məcəllənin 77.1-ci mаddəsinə əsаsən hər bir tərəf öz tələblərinin və еtirаzlаrının əsаsı kimi istinаd еtdiyi hаllаrı sübut еtməlidir. Məcəllənin 217.4-cü mаdəsinə əsаsən məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Məhkəmə tərəflərin izаhаtlarını, və işdə olan sənədləri tədqiq edərək, hеsаb еdir ki, iddiа tələbi qismən təmin еdilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Məcəllənin 753.4-cü maddəsinə əsasən müqavilədə nəzərdə tutulmayan və sifarişçi tərəfindən yerinə yetirilməsi tələb edilməyən işlər ödənilmir. Tələb edildikdə podratçı belə işlərin nəticələrini aradan qaldırmalıdır. Əgər o bunu ağlabatan müddət ərzində etməzsə, sifarişçi onları podratçının hesabına aradan qaldıra bilər. Bundan başqa, podratçı bütün digər zərər üçün sifarişçi qarşısında məsuliyyət daşıyır. Məcəllənin 762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Məcəllənin 762.2-ci maddəsinə əsasən podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. Məcəllənin 769-cu maddəsinə əsasən əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. Məcəllənin 770-ci maddəsinə əsasən əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır. Məcəllənin 773-cü maddəsinə əsasən əgər sifarişçi məmulatın qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul edirsə, bu qüsurlarla bağlı tələb hüququ əmələ gəlmir. Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası “Məhkəmələr və Hakimlər haqqında” qanunun 100-cü maddəsinə əsasən məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iclasında tərəflərin izahatları ilə müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh ilə aralarında “VAZ-2106” markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri barədə şifahi podrat müqaviləsi bağlamışlar. Müqavilənin şərtlərinə görə iddiaçı yararsız vəziyyətdə olan avtomobili təmir edilməsi üçün cavabdehə vermiş, cavabdeh həmin avtomobili qüsursuz şəkildə təmir etməyi öhdəsinə götürmüşdür. Cavabdeh avtomobili təmir etsə də, qüsurlu şəkildə icra etmişdir. Bu fakt iş materiallaırna əlavə edilmiş “Şəmkir-Avtoservis” ATSC tərəfindən verilmiş arayışla öz təsdiqini tapır. Həmin arayışda qeyd edilmişdir ki, “VAZ-2106” markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən avtomobilin sol hissəsinin quraşdırılması düzgün aparılmaması müyyən edilmişdir. Bundan sonra iddiaçı Gədəbəy Rayon Məhkəməsinə müraciət etmiş və Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(042)-54/2020 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, iddiaçıya məxsus olan “VAZ-2106” markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobildə olan qüsurların aradan qaldırılması öhdəliyi Cavabdeh üzərinə qoyulması qət edilmişdir. Lakin cavabdeh tərəfindən qətnamə icra edilməmişdir. Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin qərarı ilə icra sənədi geri qaytarılmış və icra sənədi icrasız qalmışdır. Həmin iş üzrə keçirilmiş ekspertizanın nəticələrinə əsasən 1998-ci il buraxılışlı “VAZ 2106” markalı, **-BF- *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 1538 manat miqdarında müəyyən edilmişdir. Bununla da iddiaçının cavabdehə qarşı pul tələb etmək hüququ yaranmışdır. Ona görə də iddia tələbi qismən təmin edilməli, Cavabdeh 1538 manat alınaraq, İddiaçı verilməlidir. İddia tələbi qismən təmin edildiyi üçün iddiaçı tərəfindən ödənilmiş 30 manat miqdarında dövlət rüsumunun 20 manat hissəsi alınaraq, iddiaçıya verilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Аzərbаycаn Rеspublikаsı MPM-nin 216-227, 358-360 və 362-cı mаddələrini rəhbər tutаrаq, Q Ə T Е T D İ: İddiа tələbi qismən təmin edilsin. Cavabdeh 1538 manat və ödənilmiş 30 manat dövlət rüsumunun 20 manat hissəsi, cəmi, 1558 manat alınaraq, İddiaçı verilsin. Qətnаmədən rəsmi qaydada verildiyi gündən 1(bir) аy müddətində Gədəbəy Rаyоn Məhkəməsi vаsitəsi ilə Gəncə Аpеllyаsiyа Məhkəməsinə аpеllyаsiyа şikаyəti vеrilə bilər. Sədrlik еdən: Fizuli Mirzəquliyеv
Məhkəmə qərarları › İş №2(042)-702/2020
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-702/2020
29.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver